Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-39/2023 03.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı oğlunun, iddiaçının vəkili (nümayəndəsi) Vəkil ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar, xx.xx.2021-ci il tarixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh İddiaçı cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2-ci qrup müharibə əlilliyi dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar, xx.xx.2021-ci il tarixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx xxxxxx 1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, 18 yaşı tamam olduqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Qısa müddətli təlimdən sonra Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda mübarizəyə cəlb olunmuşdur. Ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Sonuncu döyüşdə Ağdərə rayonu (indiki Tərtər rayonu ərazisi olan) Talış kəndində olmuşdur. 23 iyul 1993-cu ildə Ağdərənin Talış kəndi uğrunda gedən ağır döyüşlərdə sağ çiyin nahiyyəsindən güllə yarası və mərmi partlayışı nəticəsində döş qəfəsindən, bədənin müəyyən nahiyyələrindən ağır yaralanmışdır. İddiaçını hərbi vertalyot vasitəsilə Bakı şəhərinə təxliyyə edib, qospitala yerləşdirmişlər. Uzun müddət müalicə alsa da, ağciyərində olan qəlpələri (yad cisimləri) çıxarılması mümkün olmamışdır. 1993-cü ildən mütəmadi olaraq müailicə olunmuşudur. 2007-ci ildən Qarabağ müharibəsi əlili kimi İİ qrup əlillik dərəcəsi verilərək, pensiya təyin olunmuşdur. Kommisiya vaxtı çatdıqca müayinə olunub, səhhətində problemlərin getdikcə dərinləşməsi müəyyən olunmuşdur. Belə ki, diz oynaqlarında da kəskin ağrılar baş verməyə başlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabitasiya Xidmətinin 23 Saylı Tibbi Sosial Ekspert Kommisiyasının xxxxxxx0004 №li xx.xx.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatdan görünür ki, ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Müayinə tarixi: xx.xx.2016; Növbəti müayinə tarixi: xx.xx.2021, Əmək qabiliyyətinin itirilməsi: 0%; TSEK-in diaqnozu: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yarasından sonrakı v-t.tez-tez kəskinləşənmələrlə emfızema TÇ İİ dərəcə. Diz oynağının kontrakturası. Əlilliyin müəyyən olunması meyarı: 2.2. ikinci dərəcə əlillik = Digər: Döş qəfəsininn sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşənmələrlə emfizema TÇ İİ dərəcə. Diz oynağının kontrakturası diaqnozu qoyulmuşdur. Növbəti müayinədən sonra iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı əlillik vəziyyətinə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J90-J94 - Plevranın digər xəstəlikləri => J94 - Plevranın digər zədələnmələri => J94.8 - Digər dəqiqləşdirilmiş plevral hallar, Diaqnozun mətni: Döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasından sonrakı qalıq əlaməti Tez-tez kəskinləşən pnevnamiya Plevral bitişmə TÇ İİ dər Diz oynaqlarının kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3 : X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J90-J94 - Plevranın digər xəstəlikləri => J94 - Plevranın digər zədələnmələri => J94.8 - Digər dəqiqləşdirilmiş plevral hallar; Diaqnozun mətni: Döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralamasınan sonraki qalıq əlaməti Tez-tez kəskinləşən pnevnamiya Plevral bitişmə TÇ İİ dər Diz oynaqlarının kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0288003AABH0 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S20 - Döş qəfəsinin səthi travması => S20.8 - Döş qəfəsinin digər v...; Diaqnozun mətni: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşmələrlə emfizema TÇ İİ dərəcə. Diz oynağın kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşmələrlə emfizema TÇ İİ dərəcə.Diz oynağın kontrakturası" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və ‘Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3 : XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20- S29 - Döş qəfəsinin travmaları => S20 - Döş qəfəsinin səthi travması => S20.8 - Döş qəfəsinin digər v...; Diaqnozun mətni: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşmələrlə emfizema TÇ İİ dərəcə.Diz oynağın kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşmələrlə emfizema TÇ İİ dərəcə.Diz oynağın kontrakturası" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0288003AAGTW saylı göndərişi əsasında baxılmış və “X3 : XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni : Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasından sonrakı vəzlyyəti(xx.xx.1993)kompensator emfizema, ağ ciyərlərin kompensator emfizemaslxroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlığı ıı dərəcə.qarışıq tip əhəmiyyətli ventilyasiya pozğunluğu.ayda 12-14 dəfə boğulma tutmaları olur.digər emfizema, ağ ciyərlərin emfizeması; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir" səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-529/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2022-ci il tarixli 4898 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyindən görünür ki, ekspertizanın aparılmasında iştirak etmiş məhkəmə tibbi-ekspertlərindən biri – X4 cavabdehin, yəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin tibbi-sosial eksperti olmuşdur. Hazırkı iş üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-in cavabdeh orqan olması və ilkin müraciətin təmin edilməsindən imtina etməsi, sonuncunun iş üzrə qəbul edilmiş məhkəmə aktı ilə bağlı maraqlı olduğu göstərir. Bu isə aparılmış ekspertizanın obyektivliyinə şübhə yaradır. Odur ki, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-39/2023 nömrəli qərardadı ilə təkrar canlı şəxsin tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1816 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş göndərişdə (TSQ 088 №-li Formada) qeyd olunan “Döş qəfəsinin sağ yarısının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyəti (xx.xx.1993), kompensator emfizema, ağciyərlərin kompensator emfızeması, xroniki respirator çatmamazhq, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə, qarışıq tip əhəmiyyətli ventilyasiya pozğunluğu, ayda 12-14 dəfə boğulma tutmaları olur, digər emfizema. ağciyərlərin emfızeması" diaqnozu onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında düzgün müəyyən edilmişdir. - “Mingəçevir şəhər Mingəçevir Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixlin PHŞ- 6/61/2-629/2023 nömrəli məktubuna əlavə olunmuş Tibbi Sosial Ekspert Komissiyasının 0288003AAGTW nömrəli imtina cavabından görünür ki, üzrə iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, Diaqnoz: Əlillik əlaməti etəyin etməməsi. Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir qeydi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/2-13724/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətlərinin dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən əlillik vəziyyəti Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının göndərişləri və şəxsin müraciəti əsasında X6- sosial ekspert komissiyasında xx.xx.2022 və xx.xx.2023-cü ildə keçirilən əyani müayinə yolu ilə ətraflı qiymətləndirilmiş və hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Xəstənin sağlamlıq vəziyyətinin müayinəsində göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş ‘'Hərbi əməliyyatlar nəticəsində döş qəfəsinin sağ yarısına keçən güllə yarası. Sağ tərəfli hemopnevmotoraksdan sonrakı vəziyyət. Ağciyərlərin emfizeması. Xroniki tənəffüs çatışmazlığı 2-ci dərəcə’’ diaqnozunun göndərişlərin rəsmiləşdirildiyi tarixlərdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-cı il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" və 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq əlilliyin təyininə əsas vermədiyi müəyyən edilmişdir. Belə ki, müayinə zamanı saturasiyası (Sp02) 96% müəyyən edilmiş, çəkisi 55 kq, boyu 167 sm, auskultasiyada ağciyərlər üzərində normal vezikulyar tənəffüs eşidilmişdir. Sağ döş qəfəsinin ön səthində və sol budun orta 1/3-də çapıq toxumalar izlənilmişdir. Keçirilmiş əməliyyata (torakotomiya və torakosintez) müvafiq sağ döş qəfəsində -7-8 sm ölçüdə yumşaq toxuma çapığı, yuxarı orta laparotomiya çapığı, qarnın ön sağ səthində keçirilmiş əməliyyata (appendektomiya) müvafiq çəp kəsik, sol budun iç səthində -20-25 sm ölçüdə postop çapıq izlənilmişdir. Aşağı ətraflarda pulsasiya dolğun, dəri hərarəti normal, atrofiya, ödem, parez, iflic izlənilməmişdir. X8 Xəstəlikləri İnstitutunun xx.xx.2021-ci il tarixli spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli ventilyasiya pozğunluğu Qeyd olunu f' kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli diz oynağının MRT müayniəsinin nəticəsi “Ön çarpaz bağa (ACL) hissəvi qopma və buna bağlı olaraq incəlmə, iç yan bağ (MCL), bayır yan bağ (LCL) Greyd İ strain. Medial meniskusda İİ dərəcə degenerasiya. Lateral meniskusda İİ dərəcə degenerasiya” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-ci il tarixli 50374 nömrəli protokol Tam Abdomen USM müayinəsinin nəticəsi “Qaraciyərin sağ payı-122sm, sol pay- 54mm. Exostrukturası zəif struktur dəyişikliklər. Exoqenlik cüzi yüksəlib. Parenximada 6mm ölçüdə kalsinat görünür. Qaraciyər xarici və daxili öd axarlarında genişlənmə yoxdur. Dalaq normal exostrukturu-homogen. Hər iki böyrəkdə duz kristalları, 3-4 mm ölçüdə konkrementlər izlənilir' kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 247 nömrəli qərarından görünür ki, iddiaçı ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmışdır, o, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi M.A.Topçubaşov adına X9 X2 müayinə və müalicə olunduğu yaralanma, xəstəlik- diaqnoz: “Köks qəfəsinin sağ yarısına keçən güllə yarası, sağtərəfli hemopnevmotoraks” və xx.xx.1993-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Döş qəfəsinin sağ yarısına nüfuz edən, odlu güllə yaralanması nəticəsində sağtərəfli hemopnevmotoraks (xx.xx.1993) tənəffüs funksiyasının pozulmaması ilə. Döş qəfəsinin sağ yarısının yumşaq toxumalarında yad cisim (metal qəlpə 0,5x0,3 sm)” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 1586 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 536 nömrəli arayışı, M.A.Topçubaşov adına X9 X1 verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1993-cü il tarixli 4153 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır”. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas verməməsi” səbəbi ilə imtina etmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 1816 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı barəsində tibb müəssisəsində tərtib olunmuş göndərişdə (TSQ 088 №-li Formada) qeyd olunan “Döş qəfəsinin sağ yarısının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyəti (xx.xx.1993), kompensator emfizema, ağciyərlərin kompensator emfızeması, xroniki respirator çatmamazlığı, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə, qarışıq tip əhəmiyyətli ventilyasiya pozğunluğu, ayda 12- 14 dəfə boğulma tutmaları olur, digər emfizema. ağciyərlərin emfızeması" diaqnozu onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində Əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); Göründüyü kimi iddiaçıya qoyulmuş “Döş qəfəsinin sağ yarısının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyəti (xx.xx.1993), kompensator emfizema, ağciyərlərin kompensator emfızeması, xroniki respirator çatmamazlığı, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə, qarışıq tip əhəmiyyətli ventilyasiya pozğunluğu, ayda 12-14 dəfə boğulma tutmaları olur, digər emfizema. ağciyərlərin emfızeması" diaqnozu istinad olunan Əsasnamədə 2-ci dərəcə əlilliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə (a) yarımbəndinə əsasən, xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxarır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 247 nömrəli qərarı ilə müəyyən edilir ki, iddiaçıya qoyulmuş “Köks qəfəsinin sağ yarısına keçən güllə yarası, sağtərəfli hemopnevmotoraks” və “Döş qəfəsinin sağ yarısına nüfuz edən, odlu güllə yaralanması nəticəsində sağtərəfli hemopnevmotoraks (xx.xx.1993) tənəffüs funksiyasının pozulmaması ilə. Döş qəfəsinin sağ yarısının yumşaq toxumalarında yad cisim (metal qəlpə 0,5x0,3 sm)” diaqnozunun səbəb əlaqəsində - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarına əsasən xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxardığından və iddiaçıya qoyulmuş diaqnoz istinad olunan Əsasnamənin tələbləri baxımından iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsi üçün əsas olduğundan cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar, xx.xx.2021-ci il tarixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-39/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-39/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver