Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-391/2025 23.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.2020-ci il tarixdə o Mingəçevir şəhər Hərbi Komisarlığı tərəfindən hərbi toplanışa çağrılaraq əvvəl N saylı Hərbi hissənin, daha sonra N saylı hərbi hissənin tərkibində Qubadlı rayon istiqamətlərində döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla əlaqədar Qubadlının azad olunmasına görə medalı ilə təltif edilmişdir. Həmin vaxtlarda öz xidmətini nümunəvi aparmış, heç bir cinayət məsuliyyətinə cəlb edilməmişdir. O, cavabdehə ərizə ilə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etdmişdir, lakin cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh imtinasında N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin siyahısında olmadığına görə Müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişəm və bunu sübut edən yetərincə sübutları vardır. N saylı hərbi hissə təlim toplanış nəzərdə tutulmuş hərbi hissədir və o, daha sonra N saylı hərbi hissədə döyüş əməliyyatlarında olmuşdur. Bu hərbi hissədə işğaldan azad olunmuş ərazilərin mühafizəsi üçün birbaşa iştirak etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10,11-ci bəndlərinə uyğun aşağıdakı kimi əsaslandırmışdır: - İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 31 nömrəli və 10 noyabr 2020-ci il tarixli N nömrəli əmrdən çıxarışlardan görünür ki, İddiaçı hərbi hissə komandirinin əmri ilə N oktyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, həmçinin komandirinin 10 noyabr 2020-ci il tarixli N nömrəli əmri ilə 10 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi hissələrin şəxsi heyətinin komplektləşdirilməsi məqsədi ilə N nömrəli hərbi hissəyə göndərilmişdir. Əmrdən çıxarışlardan görünür ki, İddiaçı N oktyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin müvafiq əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və həmin hərbi hissə komandirinin müvafiq əmri 10 noyabr 2020-ci il tarixdə siyahıdan çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə dövüs əməliyyatlarında iştirak etməmişdir. Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Hörmətli məhkəmə, inzibati iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı döyüş əməliyyatları zamanı (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, döyüş əməliyyatları bitdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə hərbi hissələrin komplektləşdirilməsi məqsədilə N nömrəli hərbi hissəyə göndərilmişdir. Yəni, iddiaçı döyüş əməliyyatları zamanı döyüşən hərbi hissənin tərkibində hərbi xidmət keçməmiş, döyüş əməliyyatları bitdikdən sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin yuxarıda qeyd edilən müvafiq əmrindən də göründüyü kimi N nömrəli hərbi hissə heç bir döyüş əməliyyatlarına cəlb edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən ‘Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının ''Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, İ-7717 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsi, AO № 0613322-li Hərbi Bilet, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu, Şəki şəhər Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamə, N nömrəli hərbi hissə komandirinin N və N nömrəli əmrlərindən çıxarış, cavabdehin xx.xx.2024-ci il tarixli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 4099 nömrəli məktubunun çıxarışı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın!, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks—kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərəhərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və yə arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Lakin, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi sübuta yetirilmir. İddiaçı N2 və N nömrəli hərbi hissələrin tərkibində Qubadlı rayon istiqamətində döyüş əməliyyatlarında iştirak etdiyini bildirir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 31 nömrəli və 10 noyabr 2020-ci il tarixli N nömrəli əmrdən çıxarışlardan görünür ki, İddiaçı hərbi hissə komandirinin əmri ilə N oktyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, həmçinin komandirinin 10 noyabr 2020-ci il tarixli N nömrəli əmri ilə 10 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi hissələrin şəxsi heyətinin komplektləşdirilməsi məqsədi ilə N nömrəli hərbi hissəyə göndərilmişdir. Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmiş, N nömrəli hərbi hissə isə döyüş əməliyyatlarında iştirak etmişdir. Göründüyü kimi, İddiaçı döyüş əməliyyatları gedən zamanı -xx.xx.2020-xx.xx.2020ci il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, döyüş əməliyyatları bitdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə hərbi hissələrin komplektləşdirilməsi məqsədilə N nömrəli hərbi hissəyə göndərilmişdir. Yəni, iddiaçı döyüş əməliyyatları zamanı döyüşən hərbi hissənin tərkibində hərbi xidmət keçməmişdir. İddiaçıya “Qubadlının azad olunmasına görə” medalının verilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, N saylı hərbi hissə tərəfindən tərtib edilmiş, “Vətən” müharibəsi zamanı döyüşlərdə iştirak etmiş adlı siyahıda iddiaçının adı qeyd edilsə də, faktiki olaraq onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissəyə döyüş əməliyyatları bitdikdən sonra göndərilməsi işin mübahisəsiz halıdır. Nəzərə alınmalıdır ki, Qubadlı rayonunun işğaldan azad olunduğu tarixdə (xx.xx.2020) faktiki olaraq iddiaçı N nömrəli hərbi hissədə xidmət keçirdi. İddiaçıya məxsus hərbi biletdə də, onun Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirakı barədə hər hansı təsdiqedici qeyd yoxdur. Buna görə də, iddiaçının sözügedən medalla təltif edilməsi birmənalı olaraq onun döyüş əməliyyatlarında iştirakı kimi qiymətləndirilə bilməz. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarına cəlb edilməyən hərbi hissənin tərkibində xidmət etdiyindən və döyüş əməliyyatlarında iştirak etməsi sübut olunmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-391/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-391/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver