Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3914/2025 27.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia verərək “21 avqust 2025-ci il tarixli 3-2k-343 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2026-cı il tarixili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, 21 avqust 2025-ci il tarixli 3-2K-343 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinən dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, “xx.xx.2025-ci ildə fəaliyyətinə xitam verilən 8 iyul tarixində müddətli müqavilə əsasında X5 Mərkəzi Aran regional bölməsinin rəisi vəzifəsinə təyin edilmiş Gündüz Qəmbərov tərəfindən ötən dövrlərdən vəzifə səlahiyyətlərinin ona miras qalmadığı unudularaq, iddiaçı barəsində Agentliyə ünvanlanmış 9 iyul 2025-ci il tarixli xidməti məruzə əsasında 15-17 iyul tarixində aparılmış xidməti araşdırma nəticəsinin iddiaçıya qarşı əsassız ittihamları irəli sürülmüş və Agentliyin 2025-ci il tarixli 21 avqust tarixli əmri ilə Mərkəzi Aran regional bölməsinin rəisi müavini vəzifəsindən azad edilməllə dövlət qulluğuna xitam verilmişdir.”. Cavabdeh iddia ərizəsinə münasibətində bildirmişdir ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası X3rşı “21 avqust 2025-ci il tarixli 3-2k-343 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati icraata dair məhkəmə işinə etiraz olaraq bildiririk ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsində qeyd edilənlərə cavab olaraq bildiririk ki, xidməti araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı əmək funksiyalarına uyğun olaraq, regional bölmənin ona həvalə edilmiş sahələrinin fəaliyyətinin təşkilində lazımi səviyyədə iştirak etməmiş, əməkdaşlar arasında düzgün iş bölgüsü aparmamış, onların fəaliyyətinin əlaqələndirilməsində heç bir əməli iş görməmişdir. Müvafiq sahədə regional bölməyə tapşırılmış tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməmiş və vəzifələrin icrası zamanı kobud və mütəmadi olaraq pozuntulara yol vermişdir. Belə ki, İddiaçı fəaliyyət göstərdiyi cari ilin ilk 6 ayı ərzində X15 regional bölməsinin inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərən qida zənciri subyekti və obyektinin qeydiyyat və ya təsdiqinə dair 434 müraciəti daxil olmuş, onlardan qiymətləndirilərək təftiş olunan 34 obyektin 19-nun fəaliyyətinə imtina verilmiş, 15-nin isə təsdiq və ya şərti təsdiq edilməsi üzrə qərarlar qəbul edilmişdir. Bu istiqamətdə X15 regional bölməsinin apardığı qiymətləndirmə və təftiş işlərinin sənəd və fotoşəkillərinin ekspertizası nəticəsində müəssisələrdə texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmaması, baytarlıq nəzarətinin aparılmaması, dezinfeksiya işlərinin həyata keçirilməməsi, gigiyena tələblərinin pozulması və s. Bu kimi pozuntu hallarının nəzərə alınmadığı müəyyən olunmuşdur. Bununla da, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2442 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nın tələbləri pozulmuşdur. Eyni zamanda, regional bölmənin ərazi dairəsinə daxil olan inzibati ərazi vahidlərində bitki sağlamlığının təmin olunması ilə bağlı aparılan monitorinqlər və yoxlamalar prosedur qaydalara tam uyğun aparılmamışdır. Belə ki, nöqsanlar aşkarlanmış, qida təhlükəsizliyi qeydiyyatına alınmış bır sıra obyektlərdə nöqsanların aradan qaldırılması ilə bağlı təkrar yoxlamalar aparılmamış, yoxlama sənədlərində soyuducu kameraların sanitar-gigiyenik çatışmazlıqları, temperatur və rütubətliyin monitorinqinin aparılmaması qeyd olunmamış, soyunub-geyinmə otaqları, utilizasiya sahəsinin olmaması göstərilməmiş, sanitar qovşaqlar haqqında məlumatlar bildirilməmişdir. Bir neçə obyektdə aşkar edilmiş nöqsanlara uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Aşkar olunan nöqsanların aradan qaldırılması üzrə müəssisələrə təkrar baxış keçirilməmişdir. Bununla da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 30-cu və 31-ci maddələrinin tələbləri pozulmuşdur. Heyvan sağlamlığı və baytarlıq nəzarəti baxımından, Agentlik tərəfindən “Epizootiya əleyhinə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 15 may 2024-cü il tarixli 3-2Ü-54 nömrəli əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikası üzrə 2025-ci il üçün epizootiya əleyhinə profilaktik və Tədbirlər Planı”nın icrası ilə bağlı bioloji preparatların bölgüsü və peyvəndləmə tədbirlərinin keyfiyyətinə nəzarətin, epizootiya əleyihinə tədbirlər və epizootoloji monitorinqlərə dair hesabatların Agentliyə təqdim olunması ilə bağlı regional bölmədə hər hansı tədbir görülməmişdir. O cümlədən, özəl baytarlıq xidməti müəssisələri tərəfindən baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotun aparılması və Agentliyin yerli bölmələrinə hesabatların təqdim edilməsi, eyni zamanda Agentlik tərəfindən təsdiq edilmiş “Baytarlıq nəzarəti obyektlərinin dislokasiyasının müəyyənləşdirilməsi və hesabatlılığının təmin edilməsi haqqında” 2024-cü il 6 may tarixli 3-2Ü-52 nömrəli əmrin icrası ilə bağlı müvafiq addımlar atılmamışdır. Bundan əlavə, Heyvan sağlamlığı və baytarlıq nəzarəti baxımından, regional bölmənin əhatə etdiyi ərazilərdə heyvanların baş sayı barədə qeyrirəsmi məlumatlar təqdim edilmişdir ki, həmin məlumatlara əsasən region ərazisində 265400 baş iribuynuzlu və 479750 baş xırdabuynuzlu heyvan, 3550 baş at və 200 baş donuz olduğu göstərilmişdir. Lakin, regional bölmə üzrə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində 7390 baş iribuynuzlu və 1910 baş xırdabuynuzlu heyvan barəsində məlumatın olduğu (kəsim zamanı identifikasiya olunmuş heyvanlar istisna olmaqla) müəyyənləşdirilmişdir. Nəticə etibarı ilə, heyvanların identifikasiyası ilə bağlı işlər düzgün təşkil edilməmişdir. Habelə, heyvan bazarlarına identifikasiya edilməmiş, baytarlıq müşaiyətedici sənədlər olmadan heyvanların daxil olmasının, daşınmasının qarşısının alınması ilə bağlı tədbirlərin tam icra edilmədiyi müəyyənləşdirilmişdir. Regional bölmə tərəfindən Aparatın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinə təqdim edilmiş hesabatlarda əks olunan baytarlıq şəhadətnamələrinin (Formal, Forma 2) uçotu ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X5 baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nın 5 nömrəli əlavəsində təsdiq olunmuş 100 ədəd (002101-002200) Qərar blankının regional bölmə tərəfindən itirildiyi müəyyən olunmuşdur. Həmçinin, regional bölmə ərazisində cari ilin ötən dövründə heyvan və heyvan mənşəli məhsulların daşınması üçün heç bir baytarlıq arayışının (yalnız kəsim məntəqələrinin həkimləri tərəfindən kəsilmiş heyvanlardan alınan məhsullara verilir) verilməməsi faktı həmin məhsullara baytarlıq nəzarətinin aparılmadığına dair əsaslı şübhələr yaratmışdır. Əlavə olaraq, X15 regional bölməsinin rəis müavini İ. Y. Vəliyev tərəfindən müxtəlif vaxtlarda əmək intizamı gözlənilməmiş, daxili intizam qaydaları pozulmuşdur. Belə ki, cari ilin 9 iyul tarixində X15 regional bölməsinin rəisi L Y. Vəliyevə onun xidməti otağına gəlməsini bildirsə də, o, tabesizlik göstərərək bilavasitə rəhbərinin tapşırığına əməl etməmiş və bu hal aktlaşdırılaraq rəsmiləşdirilmişdir. Həmçinin rəis müavini İ. Y. Vəliyev tərəfindən mütəmadi olaraq yol verilən işə gecikmə halları da X15 regional bölməsinin əməkdaşlarının iştirakı ilə aktlaşdırılmışdır. Qeyd edilən bu hallar müvafiq olaraq, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, habelə Agentliyin 2022-ci il 29 iyun tarixli 0/79 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Qida X1, strukturuna daxil olan regional bölmələrinin və strukturuna daxil olmayan tabeli qurumunun əməkdaşlarının davamiyyəti və onlara icazələrin verilməsi haqqında Təlimafın tələblərinin gözlənilməməsinə səbəb olmuşdur. Göstərilən nöqsanlara bilavasitə cavabdeh olan, X15 regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun müdiri X10, Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri X6 və həmin sektorun baş məsləhətçisi X7, Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri X13, həmin sektorun məsləhətçisi X14 və Qeydiyyat və sahibkarlarla iş sektorunun müdiri X2 alınan yazılı izahatlarda xidməti fəaliyyətləri dövründə rəis müavini İ. Y. Vəliyev tərəfindən kurasiya istiqaməti üzrə hər hansı praktiki və nəzəri göstərişlər almadıqlarını qeyd etmişlər. Yol verilən nöqsanların səbəbi X15 regional bölməsinin rəis müavini İ. Y. Vəliyevin kurasiya sahələrinə lazımi səviyyədə nəzarət etməməsi, onun səriştəsizliyi, qeyri-peşəkarlığı və məsuliyyətsizliyi ilə əlaqədardır. Belə ki, yuxarıda qeyd olunan nöqsanlarla bağlı rəis müavini İ. Y. Vəliyevdən alınan yazılı izahatda o, vəzifə öhdəliyinin yalnız regional bölmənin sənəd dövriyyəsinə qismən nəzarət etməkdən ibarət olduğunu qeyd etmiş və həmin nöqsanlardan xəbərinin olmadığını bildirmişdir. Bu hal isə rəis müavini İ. Y. Vəliyevin idarəetmə prosesində tutduğu mövqeyə uyğun şəkildə iştirak etmədiyini, üzərinə düşən öhdəlikləri anlamadığını, məsuliyyətsiz davranışlarıyla vəzifə üzrə əmək funksiyalarını və əmək müqaviləsi ilə müəyyən olunan öhdəlikləri layiqincə yerinə yetirmədiyini, vəzifələrin icrası zamanı kobud və mütəmadi olaraq pozuntulara yol verdiyinin əyani sübutudur. Beləliklə, İ. Y. Vəliyevin hərəkət və ya hərəkətsizliyi nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci, 18.0.2-ci, 18.0.12-ci maddələri, habelə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 5ci, 9-cu, 10-cu maddələri eləcə də, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2442 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qayadası”nın və Agentliyin 2022-ci il 29 iyun tarixli Ü/79 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Qida X1, strukturuna daxil olan regional bölmələrinin və strukturuna daxil olmayan tabeli qurumunun əməkdaşlarının davamiyyəti və onlara icazələrin verilməsi haqqında Təlimat"ın müvafiq tələbləri kobud və mütamadi şəkildə pozulmuşdur”. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “mən həmən dövr üçün əməkhaqqı da almamışam. Mən sadəcə olaraq, elə rəis müavini kimi olmuşam. Rəis 8 iyul tarixindən iş fəaliyyətini davam etdirib və gələn kimi əvvəlki dövr üçün xidməti məruzə yazıb. Axı, ola bilməz elə şey. Çünki , həmən şəxsin fəaliyyətinə 30 may tarixində xitam verilib. Yalnız 40 gündən sonra, yəni 8 iyul tarixindən işə bərpa olunub. Xidməti məruzədə göstərdiyi məqamlar düz ola bilməz. Vəzifə səlahiyyətləri miras kimi keçmir. Məsələ budur ki, həmin qərarın qəbul edilməsində mən bilavasitə iştirak etməmişəm. Çünki, onu rəis təsdiq edir. Bu məsələnin formal tərəfidir. Realda möhür məndə yoxdur və mən onu təsdiq etmirəm. Mən ümumiyyətlə işə gecikməmişəm və izahat da yazmamışam bu barədə. Gecikməylə bağlı faktı təsdiqləyəci heç bir sübut yoxdur.”. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “13 regional bölmə vardır. Yoxlama hamısında aparılmamışdır. Yoxlama ancaq həmən şəxsin, yəni iddiaçının xidməti fəaliyyətinin yoxlanılması üçün keçirilib. Regional bölmə rəisi tərəfindən şifahi şəkildə məlumat verildi və bizdə onun göstərişi əsasında iddiaçının xidməti fəaliyyətini yoxladıq. Möhtərəm hakim, qeyd olunan tarixlər arasında Gündüz müəllim tərəfindən nöqsan bildirilməyib. Bölmə rəisinin olmadığı 40 gün üçün nə xidməti məruzədə, nə də əmrdə hər hansısa nöqsan qeyd eilməyib. Rəislik fəaliyyətində olduğu əvvəlki dövrlərdə aşkara çıxardığı nöqsanları qeyd edib. Burda təsərrüfat subyektlərinin qeydiyyatından söhbət gedir. Hansı ki, bizim əməkdaşlar tərəfindən həmin təsərrüfat sahələrinə baxış keçirilib şəkilləri çəkilir, həmçinin subyektlərin müraciəti əsasında da, həmin obyektləri qiymətləndiririk. Bu istiqamətdə X15 regional bölməsinin apardığı qiymətləndirmə və təftiş işlərinin sənəd və fotoşəkillərinin ekspertizası nəticəsində müəssisələrdə texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmaması, baytarlıq nəzarətinin aparılmaması, dezinfeksiya işlərinin həyata keçirilməməsi, gigiyena tələblərinin pozulması və s. Bu kimi pozuntu hallarının nəzərə alınmadığı müəyyən olunmuşdur. Təqdim etdiyimiz sənədlərə əsasən, sözü gedən məsələlərlə bağlı kurasiya İqbal müəllimdə olduğu üçün biz həmin məsələləri İqbal müəllimdən məsul hesab edirik. Bu məsələlər elə tənzimlənir ki, regional bölmə tərəfindən imza səlahiyyəti olan məsul şəxslərdən biri də İqbal müəllim idi. Bununla bağlı əmri biz məhkəməyə təqdim etmişik, tərəf özü də etiraz etmir. Sadəcə məsələ orasındadır ki, İqbal müəllim bu məsələlərə formal olaraq yanaşıb. Lakin dövlət qulluğunda məsuliyyətin götürülməsi prinsipinə əsasən İqbal müəllim vəzifə səlahiyyətlərinə laqeyid yanaşıb. Nöqsan aşkarlanan subyektlərdə biz yenidən yoxlamalar həyata keçiririk ki, pozuntular aradan qaldırılıb ya yox. Hər sahə üzrə fərqli kurasiyalar olur. Rəhbərlik tərəfindən verilən hər bir tapşırıq xüsusi əmr formasında yazılı deyilsə, şifahi göstəriş kimi qeydə alınır. Əgər hər bir tapşırıq kurasiya üzrə əmrləşmə tələbi varsa, biz onları əmrləşdiririk. Regional bölmələr tərəfindən özəl baytarlıq xidməti müəssisələrinin baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotun aparılması ilə bağlı tədbirlər təşkil olunmalı idi. Heyvan sağlamlığı və baytarlıq nəzarəti baxımından, regional bölmənin əhatə etdiyi ərazilərdə heyvanların baş sayı barədə qeyri-rəsmi məlumatlar təqdim edilmişdir ki, həmin məlumatlara əsasən region ərazisində 265400 baş iribuynuzlu və 479750 baş xırdabuynuzlu heyvan, 3550 baş at və 200 baş donuz olduğu göstərilmişdir. Lakin, regional bölmə üzrə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində 7390 baş iribuynuzlu və 1910 baş xırdabuynuzlu heyvan barəsində məlumatın olduğu (kəsim zamanı identifikasiya olunmuş heyvanlar istisna olmaqla) müəyyənləşdirilmişdir. Nəticə etibarı ilə, heyvanların identifikasiyası ilə bağlı işlər düzgün təşkil edilməmişdir. Habelə, heyvan bazarlarına identifikasiya edilməmiş, baytarlıq müşaiyətedici sənədlər olmadan heyvanların daxil olmasının, daşınmasının qarşısının alınması ilə bağlı tədbirlərin tam icra edilmədiyi müəyyənləşdirilmişdir. Bu vəzifə öhdəliklərindən İqbal müəllim məsul idi. “2024-cü il 21 may tarixli 3-2Ü-57 nömrəli əmrdən göründüyü kimi rəis müavini İddiaçı Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektoru, Bitki sağlamlığı və fitosanitar nəzarəti sektoru və Qeydiyyat və sahibkarlarla iş sektoru üzrə inzibati-təşkilati nəzarət (kurasiya) həvalə edilmişdir. Sektor kurasiyası üzrə yox, Agentliyin 2019-cu il tarxili 18 saylı Kollegiya qərarının “Regional bölmələrin nümunəvi əsasnaməsində” vəzifə öhdəlikləri qeyd olunur. Ümumiyyətlə, İqbal müəllim özüdə etiraf edir ki, o həmin bölmənin rəhbərliyini həyat keçirib. Lakin, həmin strutor bölmə ilə bağlı baş verən proseslərdən onun xəbəri olmayıb və buda başqa bir nöqsan doğurur. Digər bir məsələ isə gecikmə ilə bağlıdır. Həmin məsələ ilə bağlı aktları təqdim etmişik və həmin şəxslərin imzaları var. Əgər həmin şəxslərin imzaları şübhə doğurursa onları məhkəməyə dəvət edib qulaq asa bilərik.”. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. Cavadeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti.
2. Cavadeh tərəfindən verilmiş təlimatın surəti.
3. X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-2ü-57 nömrəli əmrin surəti.
4. X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-2ü-42 nömrəli əmrin surəti.
5. X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-2ü-54 nömrəli əmrin surəti.
6. X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-2ü-52 nömrəli əmrin surəti.
7. xx.xx.2025-ci il tarixli Aktların surəti.
Tətbiq edilən hüquq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublİkasının Qanunu Maddə 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; Maddə 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Maddə 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Maddə 25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Maddə 25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. Maddə 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X9 haqqında Əsasnamə” 5.1. Agentliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. 5.5. Sədr: 5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 5.5.7. Agentliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin işçilərini, habelə Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Maddə 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
Əsaslandırma hissə:
İddianın mümkünlüyü. İddia həm “mübahisələndirmə haqqında” həmdə “məcburetmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Məcburetmə haqqında” iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırkı tələblə iddiaçı işdən azad olunma barədə 21 avqust 2025-ci il tarixli 3-2k- 343 nömrəli əmrin ləğv edilməsi (mübahisələndirmə haqqında) və onu işə bərpa edərək buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə yeni əmrin verilməsi (məcburetmə haqqında) tələbi ilə çıxış edir. Bu növ iddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. İddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı hazırkı iddia qaldırmaqda subyektiv hüquqa malikdir, iddia qanunla müəyyən edilmiş müddətdə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən mübahisəyə inzibati məhkəmə icraatında baxılmalıdır. İddianın əsaslılığı. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirir. İş materiallarından görünür ki, 21 avqust 2025-ci il tarixli 3-2k-343 nömrəli əmrlə X15 regional bölməsinin rəis müavini İddiaçı 2025-ci il 22 avqust tarixindən tutduğu vəzifədən azad edilərək onun dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mübahisəli əmr aşağıdakı kimi əsaslandırılmışdır. “Azərbaycan Respublikası X5 (bundan sonra —Agentlik) Mərkəzi Aran regional bölməsinin 2025-ci il 9 iyul tarixli DQ/01/013390 nömrəli xidməti məruzəsində həmin regional bölmənin rəis müavini İddiaçı tutduğu vəzifənin məsuliyyətini və öhdəliklərini anlamadığı, məsuliyyət tələb edən işlərdən mütəmadi olaraq yayınmağa çalışdığı qeyd olunmuşdur. Bu səbəbdən Agentliyin 2025-cı il 14 iyul tarixli 3-2E-13Ş nömrəli əmri ilə X12 sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin Baytarlıq nəzarətinin tənzimlənməsi sektorunun müdiri X11 və Daxili nəzarət sektorunun müdiri X8 ibarət tərkibdə yaradılmış Komissiyası tərəfindən cari ilin 15-17 iyul tarixlərində İ. Y. Vəliyevin Agentliyin 2024-cü il 21 may tarixli 3-2Ü-57 nömrəli əmri ilə ona həvalə edilmiş inzibati- təşkilati nəzarət (kurasiya) sahələri uzrə (Mərkəzi Aran regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti, Bitki sağlamlığı və fitosanitar nəzarəti və Qeydiyyat və sahibkarlarla iş sektorları) xidməti fəaliyyəti ilə bağlı yerində araşdırılma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, L Y. Vəliyev əmək funksiyalarına uyğun olaraq, regional bölmənin ona həvalə edilmiş sahələrinin fəaliyyətinin təşkilində lazımi səviyyədə iştirak etməmiş, əməkdaşlar arasında düzgün iş bölgüsü aparmamış, onların fəaliyyətinin əlaqələndirilməsində heç bir əməli iş görməmişdir. Müvafiq sahədə regional bölməyə tapşırılmış tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməmiş və vəzifələrin icrası zarnanı kobud və mütəmadi olaraq pozuntulara yol vermişdir. Belə ki, İ. Y. Vəliyevin fəaliyyət göstərdiyi carı ilin ilk 6 ayı ərzində X15 regional bölməsinin inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərən qida zənciri subyekti və obyektinin qeydiyyat və ya təsdiqinə dair 434 müraciəti daxii olmuş, onlardan qiymətləndirilərək təftiş olunan 34 obyektin 19-nun fəaliyyətinə imtina verilmiş, 15-nin isə təsdiq və ya şərti təsdiq edilməsi üzrə qərarlar qəbul edilmişdir. Bu istiqamətdə X15 regional bölməsinin apardığı qiymətləndirmə və təftiş işlərinin sənəd və fotoşəkillərinin ekspertizası nəticəsində müəssisələrdə texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmaması, baytarlıq nəzarətinin aparılmaması, dezinfeksiya işlərinin həyata keçirilməməsi, gigiyena tələblərinin pozulması və s. hallarının nəzərə alınmadığı müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixi, 2442 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nın tələblərini pozmuşdur. Eyni zamanda, regional böimənin ərazi dairəsinə dəxil olan inzibati ərazi vahidlərində bitki sağlamlığının sağlamlığının təmin olunması ilə bağlı apanlan monitorinqlər və yoxlamalar prosedur qaydalara tam uyğun aparılmamışdır. Belə ki, nöqsanlar aşkarlanmış, qida təhlükəsizliyi qeydiyyatına alınmış bir sıra obyektlərdə nöqsanların aradan qaldırılması ilə bağlı təkrar yoxlamalar aparılmamış, yoxlama sənədlərində soyuducu kameraların sanitar-gigiyenik çatışmazlıqları, temperatur və rütubətliyin monitorinqinin aparılmaması qeyd olunmamış, soyunub-geyinmə otaqları, utilizasiya sahəsinin olmaması göstərilməmiş, sanitar qovşaqlar haqqında məlumatlar bildirilməmişdir. Bir neçə obyektdə aşkar edilmiş nöqsanlara uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Aşkar olunan nöqsanların aradan qaldırılması üzrə müəssisələrə təkrar baxış keçirilməmişdir. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələbləri pozulmuşdur. Heyvan sağlamlığı və baytarlıq nəzarəti baxımından, Agentlik tərəfindən “Epizootiya əleyhinə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 15 may 2024- cü il tarixli 3-2Ü-54 nömrəli əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikası üzrə 2025-ci il üçün epizootiya əleyhinə profilaktik və Tədbirlər Planı”nın icrası ilə bağlı bioloji preparatların bölgüsü və peyvəndləmə tədbirlərinin keyfiyyətinə nəzarətin, epizootiya əleyihinə tədbirlər və epizootoloji monitorinqlərə dair hesabatların Agentliyə təqdim olunması ilə bağlı regional bölmədə hər hansı tədbir görülməmişdir. O cümlədən, özəl baytarlıq xidməti müəssisələri tərəfindən baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçotun aparılması və Agentliyin yerli bölmələrinə hesabatların təqdim edilməsi, eyni zamanda Agentlik tərəfindən təsdiq edilmiş "Baytarlıq nəzarəti obyektlərinin dislokasiyasının müəyyənləşdirilməsi və hesabatlılığının təmin edilməsi haqqında" 6 may 2024-cü il tarixli 3-2U-52 nömrəli əmrin icrası ilə bağlı müvafiq addımlar atılmamışdır. Bundan əlavə, Heyvan sağlamlığı və baytarlıq nəzarəti baxımından, regional bölmənin əhatə etdiyi ərazilərdə heyvanların baş sayı barədə qeyri-rəsmi məlumatlar təqdim edilmişdir ki, həmin məlumatlara əsasən region ərazisində 265400 baş iribuynuzlu və 479750 baş xırdabuynuzlu heyvan, 3550 baş at və 200 baş donuz olduğu göstərilmişdir. Lakin, regional bölmə üzrə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində 7390 baş iribuynuzlu və 1910 baş xırdabuynuzlu heyvan barəsində məlumatın olduğu (kəsim zamanı identifikasiya olunmuş heyvanlar istisna olmaqla) müəyyənləşdirilmişdir. Nəticə etibarı ilə, heyvanların identifikasiyası ilə bağlı işlər zəif təşkil edilmişdir. Habelə, heyvan bazarlarına identifikasiya edilməmiş, baytarlıq müşaiyətedici sənədlər olmadan heyvanların daxil olmasının, daşınmasının qarşısının alınması ilə bağlı tədbirlərin tam icra edilmədiyi müəyyənləşdirilmişdir. Regional bölmə tərəfindən Aparatın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinə təqdim edilmiş hesabatlarda əks olunan baytarlıq şəhadətnamələrinin (Formal, Forma 2) uçotu ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Eyni zamanda Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X5 baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nın 5 nömrəli əlavəsində təsdiq olunmuş 100 ədəd (002101-002200) Qərar blankının reqional bölmə tərəfindən itirildiyi müəyyən olunmuşdur. Həmçinin rasional bölmə ərazisində cari ilin ötən dövründə heyvan və heyvan mənşəli məhsulların daşınması üçün heç bir baytarlıq arayışının (yalnız kəsim məntəqələrinin həkimləri tərəfindən kəsilmiş heyvanlardan alınan məhsullara verilir) verilməməsi faktı həmin məhsullara baytarlıq nəzarətinin aparılmadığına dair əsaslı şübhələr yaratmışdır. Əlavə olaraq, X15 regional bölməsinin rəis müavini İ. Y. Vəliyev tərəfindən müxtəlif vaxtlarda əmək intizamı gözlənilməmiş, daxili intizam qaydaları pozulmuşdur. Belə ki, cari ilin 9 iyul tarixində X15 regional bölməsinin rəisi İ. Y. Vəliyevə onun xidməti otağına gəlməsini bildirsə də, o, tabəsizlik göstərərək bilavasitə rəhbərinin tapşırığına əməl etməmiş və bu hal aktlaşdırılaraq rəsmiləşdirilmişdir. Həmçinin rəis müavini İ Y. Vəliyev tərəfindən mütəmadi olaraq yol verilən işə gecikmə halları da X15 regional bölməsinin əməkdaşlarının iştirakı ilə aktlaşdırılmışdır. Qeyd edilən bu hallar müvafiq olaraq, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, habelə Agentliyin 2022-ci il 29 iyun tarixli 0/79 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Qida X1, strukturuna daxil olan regional bölmələrinin və strukturuna daxil olmayan tabeli qurumunun əməkdaşlarının davamiyyəti və onlara icazələrin verilməsi haqqında Təlimat”ın tələblərinin gözlənilməməsinə səbəb olmuşdur. Göstərilən nöqsanlara bilavasitə cavabdeh olan, X15 regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun müdiri X10, Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri X6 və həmin sektorun baş məsləhətçisi X7, Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri X13, həmin sektorun məsləhətçisi X14 və Qeydiyyat və sahibkarlarla iş sektorunun müdiri X2 alınan yazılı izahatlarda xidməti fəaliyyətləri dövründə rəis müavini İ Y. Vəliyev tərəfindən kurasiya istiqaməti üzrə hər hansı praktiki və nəzəri göstərişlər almadıqlarını qeyd etmişlər. Yol verilən nöqsanların səbəbi X15 regional bölməsinin rəis müavini İddiaçı kurasiya sahələrinə lazımi səviyyədə nəzarət etməməsi, onun səriştəsizliyi, qeyri-peşəkarlığı və məsuliyyətsizliyi ile əlaqədardır. Belə ki, yuxarıda qeyd olunan nöqsanlarla bağlı rəis müavini İ. Y. Vəliyevdən alınan yazılı izahatda o, vəzifə öhdəliyinin yalnız regional bölmənin sənəd dövriyyəsinə qismən nəzarət etməkdən ibarət olduğunu qeyd etmiş və həmin nöqsanlardan xəbərinin olmadığını bildirmişdir. Bu hal isə rəis müavini i. Y. Vəliyevin idarəetmə prosesində tutduğu mövqeyə uyğun şəkildə iştirak etmədiyini, üzərinə düşən öhdəlikləri anlamadığını, məsuliyyətsiz davranışlarıyla vəzifə üzrə əmək funksiyalarını və ərnək müqaviləsi ilə müəyyən olunan öhdəlikləri layiqincə yerinə yetirmədiyini, vəzifələrin icrası zamanı kobud və mütəmadi olaraq pozuntulara yol verdiyinin əyani sübutudur. Beləliklə, İ. Y. Vəliyevin hərəkət və ya hərəkətsizliyi nəticəsində “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18.0.1-ci, 18.0.2-ci, 18.0.12-ci maddələri, habelə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5-cı, 9-cu, 10-cu maddələri eləcə də, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2442 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nın və Agentliyin 2022-ci il 29 iyun tarixli Ü/79 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Qida X1 strukturuna daxil olan regional bölmələrinin və strukturuna daxil olmayan tabeli qurumunun əməkdaşlarının davamiyyəti və onlara icazələrin verilməsi haqqında Təlimafın müvafiq tələbləri kobud və mütəmadi şəkildə pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci, 25.2.6-cı, 25.7-Cİ, 33.1.6-cı maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X9 haqqında Əsasnamə"nin 5.5.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq ƏMR EDİRƏM: 1.X15 regional bölməsinin rəis müavini İddiaçı 2025-ci il 22 avqust tarixindən tutduğu vəzifədən azad edilsin və onun dövlət qulluğuna xitam verilsin. 2.İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilsin. 3.Aparatın Maliyyə və təminat şöbəsi İ. Y. Vəliyevin istifadəsində olan inventarların təhvil- təsliminin həyata keçirilməsini, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyətinin istifadə edilməmiş 25 (iyirmi beş) təqvim günü üçün pul əvəzinin İ. Y. Vəliyevə ödənilməsini təmin etsin və bu əmrdən irəli gələn digər məsələləri həll etsin. 4.Hüquq, kadr və icraya nəzarət şöbəsi bu əmrdən irəli gələn məsələləri həll etsin. Əsas: "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6-cı, 33.1.6-cı maddələri, Agentlik sədrinin 2025-ci il 14 iyul tarixli 3-2E-133 nömrəli əmri ilə yaradılmış Komissiyanın 23 iyul tarixli D2/28/004145 nömrəli elektron xidməti məruzəsi, Mərkəzi Aran regional bölməsinin 2025-ci il 9 iyul tarixli DQ/01/013390 nömrəli elektron xidməti məruzəsi və adıçəkilən əməkdaşların izahatları.”. İddiaçı əmrdə qeyd edilənləri qərəzli və əsassız hesab edərək onun qanunsuz verildiyini hesab edir. Məhkəmə aşağıdakılara görə iddiaçının dəlillərini əsaslı hesab etmir. Belə ki, yuxarıda istinad olunan normalar baxımından dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi dövlət qulluğu rejiminə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, etik davranış qaydalarına əməl etməyə və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə borcludur. Həmçinin nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilərkən şəxs eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejimi ilə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur. Mübahisələndirilən əmrin verilməsinə əsas kimi iddiaçı tərəfindən “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2442 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X5 baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nın tələblərinin pozulması, habelə “Epizootiya əleyhinə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 15 may 2024- cü il tarixli 3-2Ü-54 nömrəli əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikası üzrə 2025-ci il üçün epizootiya əleyhinə profilaktik və Tədbirlər Planı”nın və "Baytarlıq nəzarəti obyektlərinin dislokasiyasının müəyyənləşdirilməsi və hesabatlılığının təmin edilməsi haqqında" 6 may 2024-cü il tarixli 3-2U-52 nömrəli əmrin icrası ilə bağlı nöqsanların olması və Agentliyin 2022-ci il 29 iyun tarixli 0/79 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Qida X1, strukturuna daxil olan regional bölmələrinin və strukturuna daxil olmayan tabeli qurumunun əməkdaşlarının davamiyyəti və onlara icazələrin verilməsi haqqında Təlimat”ın tələblərinin gözlənilməməsi göstərilmişdir. İş üzrə müəyyən edilir ki, Agentliyin 2024-cü il 21 may tarixli 3-2Ü-57 nömrəli əmri ilə inzibati- təşkilati nəzarət (kurasiya) sahələri uzrə işə (Mərkəzi Aran regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti, Bitki sağlamlığı və fitosanitar nəzarəti və Qeydiyyat və sahibkarlarla iş sektorları) nəzarət iddiaçıya tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixi, 2442 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektlərinin, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlərin qeydiyyatı, qida obyektlərinin təsdiqi üçün Agentliyə bu Qaydaya 1 nömrəli əlavədə göstərilən formada ərizə ilə müraciət olunur. Mülkiyyətində və ya istifadəsində qida obyekti olan subyektlər (bundan sonra – cavabdeh subyekt), habelə qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri qeydiyyat və ya təsdiq zamanı ərizəçi (bundan sonra – ərizəçi) qismində çıxış edirlər. Həmin Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə əsasən obyektlərin qeydiyyatı və təsdiqi həmin obyektlərin faktiki ünvanı, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin və modul tipli (daşınabilən) qida obyektlərinin qeydiyyatı isə onların hüquqi ünvanı (fiziki şəxslərə münasibətdə fəaliyyət və ya qeydiyyat ünvanı) üzrə aparılır. Vahid prosesin müxtəlif mərhələlərinin həyata keçirildiyi eyni ərazidə yerləşən obyektlər istisna olmaqla, cavabdeh subyektin obyektləri hər biri ayrılıqda qeydiyyata alınır və ya təsdiq edilir. “Azərbaycan Respublikası X5 strukturuna daxil olan regional bölmələrinin rəhbər vəzifəli şəxsləri arasında vəzifə bölgüsünün (kurasiyanın) müəyyən edilməsi haqqında” xx.xx.2024-cü il tarixli əmrin 1.2.2-ci bəndində qida təhlükəsizliyinə nəzarət sektoru, Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektoru, Qeydiyyat və sahibkarlarla iş sektoru üzrə inzibati-təşkilati nəzarət (kurasiya) rəis müavini İddiaçı həvalə edilmişdir. ““Azərbaycan Respublikası X5 strukturuna daxil olan regional bölmələrinin rəhbər vəzifəli şəxsləri arasında vəzifə bölgüsünün (kurasiyanın) müəyyən edilməsi haqqında” 2024-cü il 2 aprel tarixli 3-2Ü-42 nömrəli əmrdə dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli əmrin 1.1.2-ci bəndində heyvan sağlamlığı və baytarlıq nəzarəti sektoru, Bitki sağlamlığı və fıtosanitar nəzarəti sektoru və Qeydiyyat və sahibkarlarla iş sektoru üzrə inzibati-təşkilati nəzarət (kurasiya) rəis müavini İddiaçı həvalə olunmuşdur. “Baytarlıq nəzarəti obyektlərinin dislokasiyasının müəyyənləşdirilməsi və hesabatlılığın təmin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli əmrin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən sahibkarlıq subyektləri tərəfindən bu əmrin 1-ci bəndi ilə təsdiq olunan məlumat formallarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli Qərarına uyğun olaraq, xüsusi qeydiyyat kitablarının tərtib edilməsini, hesabatların hesabat dövründən sonrakı ayın 3-nə qədər Agentliyin aidiyyəti regional bölməsinə təqdim edilməsini və qeydiyyat kitablarının müəssisədə 5 il müddətinə saxlanılması məqsədilə inzibati ərazilərdə mövcud olan sahibkarlıq subyektlərinə müvafiq bildirişlərin göndərilməsini təmin edilməsi, sahibkarlıq subyektləri tərəfindən tərtib edilən məlumat və hesabat formalarını icmallaşdıraraq ilkin olaraq bu əmr imzalandığı gündən sonrakı 15 iş günü müddətində və mütəmadi olaraq hesabat dövründən sonrakı ayın 10na qədər Agentliyin AparatınınHeyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinə elektron və ya kağız formasında təqdim olunması agentliyin regional bölmələrinə tapşırılmışdır. İddiaçı tərəfindən fəaliyyət göstərdiyi müddətdə Mərkəzi Aran regional bölməsinin inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərən qida zənciri subyekti və obyektinin qeydiyyat və ya təsdiqinə dair 434 müraciəti daxii olmuş, onlardan qiymətləndirilərək təftiş olunan 34 obyektin 19-nun fəaliyyətinə imtina verilmiş, 15-nin isə təsdiq və ya şərti təsdiq edilməsi üzrə qərarlar qəbul edilmişdir. Bu istiqamətdə X15 regional bölməsinin apardığı qiymətləndirmə və təftiş işlərinin sənəd və fotoşəkillərinin ekspertizası nəticəsində müəssisələrdə texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmaması, baytarlıq nəzarətinin aparılmaması, dezinfeksiya işlərinin həyata keçirilməməsi, gigiyena tələblərinin pozulması və s. hallarının nəzərə alınmadığı müəyyən olunmuşdur. Bununla yanaşı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən yoxlama nəticəsində sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması aşkar olunduqda, yoxlayıcı orqan tərəfindən aşkar olunmuş pozuntuların aradan qaldırılması, həmçinin pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görülür. Yoxlamanın nəticələri üzrə tətbiq olunan hüquqi tədbirlər qanunla nəzərdə tutulmalı və yoxlayıcı orqanın səlahiyyətlərinə uyğun olmalıdır. İddiaçı tərəfindən nöqsanlar aşkarlanmış, qida təhlükəsizliyi qeydiyyatına alınmış bir sıra obyektlərdə nöqsanların aradan qaldırılması ilə bağlı təkrar yoxlamaların aparılması təşkil edilməmiş, yoxlama sənədlərində soyuducu kameraların sanitar-gigiyenik çatışmazlıqları, temperatur və rütubətliyin monitorinqinin aparılmaması qeyd olunmamış, soyunub-geyinmə otaqları, utilizasiya sahəsinin olmaması göstərilməmiş, sanitar qovşaqlar haqqında məlumatlar bildirilməmişdir. Bir neçə obyektdə aşkar edilmiş nöqsanlara uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Həmçinin AQTA-nın Mərkəzi Aran regiaonal bölməsinin rəisi G.Qənbərovun və İnzibati İşlər və təsərrüfat sektorunun müdiri S. Həsənlinin tərtib etdikləri xx.xx.2025-ci il tarixli aktda imzalanmalı olan 7 sayda bildirişin iddaçı tərəfindən imzalmaqdan imtina etdiyi və 7 sayda məktub blankının korlandığı qeyd olunmumuşdur. Həmin tarixli AQTA-nın Mərkəzi Aran regiaonal bölməsinin rəisi G.Qənbərovun və Qeydiyyat və sahibkarlıqla iş sektorunun müdiri İ.Adıgözəlovun tərtib etdikləri aktda iddiaçının Qeydiyyat və sahibkarlıqla iş sektorunun işi ilə heç vaxt maraqlanmadığı, sektorun işini ilə bağlı ona ünvanlanan müraciətlərə qeyri-peşəkar yanaşdığı qeyd olunmuşdur. X15 regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun müdiri X10, Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri X6 və həmin sektorun baş məsləhətçisi X7, Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri X13, həmin sektorun məsləhətçisi X14 və Qeydiyyat və sahibkarlarla iş sektorunun müdiri X2 alınan yazılı izahatlarda xidməti fəaliyyətləri dövründə rəis müavini İ Y. Vəliyev tərəfindən kurasiya istiqaməti üzrə hər hansı praktiki və nəzəri göstərişlər almadıqlarını qeyd etmişlər. Yuxarıda qeyd edilən hallar ona dəlalət edir ki, iddiaçı ona həvalə olunmuş vəzifələrin bəzi hallarda yerinə yetirilməmiş, bəzi hallarda isə lazımi şəkildə yerinə yetirilməmişdir. Belə olan halda cavbdeh işəgötürənə“Dövlət qulluğu haqqında” Azərbaycan Respublİkasının Qanununun 25.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun qərar qəbul etmək imkanı yaranır. Subyektiv mənada əmək intizamı işçinin əmək hüquq münasibətinin elementi və onun idarəədaxılı nizam qaydalarına, əmək intizamına əməl etmək vəzifəsidir. Bu anlayış mövcud hüquq normaları ilə müəyyən olunmuş qaydalara əmək prosesinin bütün iştirakçıları tərəfindən ciddi əməl olunmasını nəzərdə tutur. Hüquq normalarının insanların davranışına təsiri onun vasitəsi ilə əldə edilir ki, normalar hüquq münasibətlərinin bir tərəfi üçün dövlət müdafiəsi ilə təminat verilən müəyyən mümkün davranış növü və həddini müəyyən edir. Digər tərəf üçün isə dövlət tərəfindən müəyyən edilmiş hüquqlarda zəruri hallarda işəgötürəni lazımi davranışın müəyyən növünə və həddinə məcbur edir, lazımi (məcburi) davranış və mümkün (səlahiyyətli) davranış hüquq normasına uyğun olmalıdır, yəni qanunauyğun olmalıdır. Beləliklə, subyektiv mənada əmək intizamı konkret işəgötürənlə hüquq münasibətləri hüdudunda əmək prosesi iştirakçılarının subyektiv hüquq və vəzifələrinin lazımi səviyyədə realizəsi zamanı əmək prosesinin bütün iştirakçılarının qanının uyğun davranışıdır. Əmək intizamı istənilən müəssisədə hər bir işçinin səlahiyyətlərini həyata keçirməsi və vəzifələrini ciddi və şüurlu olaraq yerinə yetiriliməsində ifadə olunan hüquq qaydası tələblərinə tabe olma deməkdir. Əmək intizamının subyektiv cəhətinə, həmçinin işəgötürənin vəzifələri də aid edilməlidir, çünki əmək hüquq münasibəti ikitərəfli münasibətdir. Əmək intizamı təsbit olunmuş qaydadır və həmin qayda qorunmadan müəssisələrdə işçilərin birgə əmək prosesində uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün deyildir. Hüquqi kateqoriya kimi əmək intizamının əhəmiyyəti ondan ibarətdir ki, o, birincisi, ayrıca götürülmüş işçinin və bütövlükdə bütün istehsalın yüksək keyfiyyətli əmək nəticələrinin əldə etməsinə kömək edir; ikincisi, işçiyə tam qüvvə ilə işləməyə, əməkdə ağıllı təşəbbüs və yenilik göstərməyə imkan verir; üçüncüsü, istehsalın səmərəliliyi və hər bir işçinin əmək məhsuldarlığı artır; dördüncüsü, əmək fəaliyyəti müddətində sağlamlığın mühafizəsinə, hər bir işçinin va bütövlükdə bütün kollektivin əməyinin mühafizəsinə kömək edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək, əmək intizamına konkret işəgötürənlə hüquq münasibətləri hüdudunda əmək prosesi iştirakçılarının subyektiv hüquq və vəzifələrinin lazımi səviyyədə realizəsi zamanı əmək prosesinin bütün iştirakçılarının qanunauyğun davranışı kimi nəzərə almaq olar. Əmək intizamı bütün işçilərin müvafiq qanunvericiliklə və müəssisədaxili intizam qaydaları ilə müəyyən edilmiş davranış qaydalarına mütləq tabe olmalarıdır. İcra intizamı əmək kollektivi üzvləri və ya ayrı-ayrı işçilər tərəfindən əmək vəzifələrinin, işəgötürənlərin (sərəncamların, təlimatların, göstərişlərin) vaxtında və dürüst yerinə yetirilməsidir. Qanunvericilikdə dövlət qulluqçuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına münasibətdə hansı intizam tənbehinin seçilməsi imperativ qaydada tənzimlənməmiş və dövlət qulluqçusuna intizam tənbehinin tətbiq edilməsi ilə bağlı inzibati orqana mülahizə sərbəstliyi vermişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi aiddir. Hazırkı halda iddia tələbi 21 avqust 2025-ci il tarixli 3-2K-343 nömrəli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olsa da, iddianın uğurluluğu bilavasitə mübahisələndərilən “Dövlət qulluğuna xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli əmrin qanuniliyindən asılıdır. Qeyd olunmalıdır ki, “mübahisələndirmə haqqında” iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İnzibati aktın ləğv edilməsi üçün ilk növbədə inzibati akt qanuna zidd olmalı və bunun nəticəsində iddiaçının hüquqları pozulmalıdır. Həmçinin inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulmalıdır. Qanunvericiliyin yuxarıda istinad olunan maddələri anlamında yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İşin müəyyən edilən halları ilə cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmrinin qanunsuz sayılmasına əsas olan halların mövcudluğu iş üzrə materiallardan müəyyən olunmur. Belə olan halda həmin əmr qanunsuz sayıla və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan inzibati akt kimi qiymətləndirilə bilməz. Həmçinin 21 avqust 2025-ci il tarixli 3-2K-343 nömrəli əmrin ləğv edilməsi üçün əsaslar mövcud olmadığından iddia tələbinin iddiaçının işə bərpa olunması və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi hissəsidə əsaslı hesab edilə bilməz.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.