Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-392/2021 24.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonunun Gödəkqobu ərazisində yerləşən, Gödəkqobu bələdiyyəsinin ehtiyat fonduna aid olan, Gödəkqobu bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli, 16 nömrəli qərarı ilə ona verilmiş kənd təsərrüfatı təyinatlı 6.0 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 6.0 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab rayonunun Gödəkqobu ərazisində yerləşən, Gödəkqobu bələdiyyəsinin ehtiyat fonduna aid olan, Gödəkqobu bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli, 16 nömrəli qərarı ilə ona verilmiş kənd təsərrüfatı təyinatlı 6.0 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 6.0 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 17.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 22.01.2021-ci il tarixli, **********03 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı Gödəkqobu kəndində yerləşən 6.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmiş, bu səbəbdən də ərizənin icrası mükün olmamışdır. İddiaçı məhkəməyə 23.08.2021-ci il tarixdə AZ6300/********** nömrəli teleqram göndərərək, iddia tələbini geri götürdüyünü bildirmiş və iddia ərizəsinə əlavə edilən sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonunun Gödəkqobu ərazisində yerləşən, Gödəkqobu bələdiyyəsinin ehtiyat fonduna aid olan, Gödəkqobu bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli, 16 nömrəli qərarı ilə ona verilmiş kənd təsərrüfatı təyinatlı 6.0 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 6.0 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-392/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-392/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver