Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-395/2020 22.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun Qarabağ müharibəsi veteranı adının və vəsiqəsinin alınmasının təsdiq edilməsindən ötrü müvafiq qətnamə çıxarılması və ya qeyri-rəsmi hərbi birləşmə tərkibində erməni qəsbkarlarına qarşı döyüşdüyünə görə barəsində cinayət təqibi aparılması üçün qərar verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 22.06.2020-ci il tarixdə məhkəmə iclasında iddia ərizəsində dəqiqləşmə apararaq, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd edərək, “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu ildə Göyçay şəhərində anadan olmuşdur. 09.12.1987-ci il tarixdən 26.12.1989-cu il tarixə kimi keçmiş Sovet Sosialist Respublikaları İttifaqının Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. 30.10.1992-ci il tarixdən 05.02.1993-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Laçın, Kəlbəcər və Füzuli rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Lakin müharibə veteranı olması ilə bağlı ona heç bir hüquqi sənəd verilməmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etmiş, sözügedən orqan iddiaçıya məktubla bildirmişdir ki, hərbi biletində heç bir qeyd olmadığından xidmətini müəyyən etmək mümkün olmamış və bu səbəblə xidmət dövrü aylarla göstərilməklə Mərkəzi Arxivə müraciət etməsi məqsədəuyğundur. Müdafiə Nazirliyi məhkəməyə 14.03.2020-ci il tarixli 11/1617 nömrəli məktub göndərək qeyd etmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı iddia tələbinin irəli sürülməsi üçün əsas olmadığından iddia mümkün sayılmamalıdır. “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 27.06.2019-cu il tarixli 1/1-8727 nömrəli məktubu ilə İddiaçı ərizəsindəki göstərilənlərə əsasən hərbi biletində heç bir qeyd olmadığından xidmətini müəyyən etmək mümkün olmadığı üçün xidmət dövrü aylarla qeyd edilməklə Mərkəzi Arxivə müraciət edilməsi bildirilmişdir. Lakin buna baxmaraq vətəndaş Mərkəzi Arxivə müraciət etmək əvəzinə müvafiq tələblə məhkəməyə iddia ərizəsi vermişdir. İş üzrə inzibati akt məhkəmə materiallarında müəyyən edilmədiyindən qanunvericiliyin tələblərinə əsasən iddiaçının belə iddianın qaldırmasına yol verilmir. Məhkəmə iclasında iddiaçı cavabdehə rəsmi olaraq veteran adı və vəsiqəsi verilməsi üçün müraciət etmədiyini, ona rəsmi imtina verilmədiyini bildirib, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İşdən görünür ki, iddiaçı veteran adının və vəsiqəsinin alınması üçün müvafiq komissiyaya müraciət etməmiş və imtina məktubu almamışdır. Bu səbəbdən də iddia mümkün sayıla bilməz. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-395/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-395/2020
22.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver