Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-396/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhəri, Qarabağ qəsəbəsində yerləşən, AN 077409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş 10 ha torpaq sahəsi naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı şəhəri, Qarabağ qəsəbəsində yerləşən, AN 077409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş 10 ha torpaq sahəsi naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2521/2023 saylı qərardadı ilə İsmayıllı bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İsmayıllı rayonu kənd bələdiyyəsinin 25 sentyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə 0,10 ha həyətyanı sahə ev tikintisi üçün nəzərdə tutulmuş bələdiyyənin prekspektiv inkişaf fondundan verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komuitəsinin bu barədə qərarı da mövcuddur. AR DTXK- tərəfindən verilmiş qeydiyyat nömrəsi AN 077409 saylı qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. 25 sentyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə 0,10 ha həyətyanı sahə ev tikintisi üçün nəzərdə tutulmuş bələdiyyənin prekspektiv inkişaf fondundan torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etməsin baxmayaraq Qəbələ DƏDRX-nın 9 saylı idarəsi tərəfindən ona rədd cavabı verilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Ərazi İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektıon kadastr məlumat bazasına əsasən kənd təsərütatı təyinatlı örüş ərazisinə düşür. Qeyd olunan səbəblərə görə müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdeh orqanın təqdim etdiyi icraat materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. - cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublara əlavə edilmiş mütəxəssis rəylərindən görünür ki, iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,107 ha torpaq sahəsi İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatı xəritəsinə (DVG) və TEKUİS-ə əsasən İsmayıllı rayon İsmayıllı şəhər inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqəsindən kənarda kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid uqodiyası örüş olan ərazidə yerləşir, torpaq sahəsi İV keyfiyyət qrupuna aid olmaqla bonitet balı 35-dir. 0,107 ha torpaq sahəsi DT və XK tərəfindən tərtib olunmuş **********0054 saylı plan və ölçü sənədində göstərilmiş torpaq sahəsi ilə 0,0836 ha hissədə üst-üstə düşür. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması şübhə doğurmuşdur. İddia ərizəsində icra edilmiş imza işə əlavə edilmiş, digər sənədlərdə (cavabdeh orqana ilkin müraciət ərizəsində, torpaqayırma qaydasında tərtib edilmiş sənədlərdə və s.) icra edilmiş imzalara arasında aşkar fərqlər mövcuddur. İnzibati Prosessual Məcəllənin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər qeyd edilmişdir. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Hazırki iş üzrə iddiaçının iddia ərizəsindəki imzanın ona aid olub-olmamasının müəyyən edilməsi iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından vacib əhəmiyyət daşıyır. Odur ki, iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması ilə bağlı yaranmış şübhənin aradan qaldırılması üçün müvafiq iddia ərizəsinin İddiaçı şəxsən iştirakı ilə notarial qaydada, yəni imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq olunmaqla məhkəməyə təqdim olunmalıdır. Eyni zamanda İddiaçı şəxsən Şəki İnzibati Məhkəməsinə gələrək (iş günləri və iş saatları daxilində) iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim edə, yaxud iddia ərizəsi iddiaçının müvafiq səlahiyyət verdiyi şəxs tərəfindən imzalana bilər. Həmçinin qeyd edilmişdir ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsi qeyri-müəyyən formada ifadə olunmuşdur. Belə ki, İsmayıllı şəhəri, Qarabağ qəsəbəsində yerləşən, AN 077409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş 10 ha torpaq sahəsi naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb edilsə də, qeydə alınmasını tələb edilən hüququn növü (mülkiyyət, icarə, istifadə) aydın göstərilməmiş, torpaq sahəsinin ölçüsü düzgün göstərilməmişdir (0,10 ha qeyd edilməlidir). Odur ki, əgər tələb iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlıdırsa bu aydın və konkret şəkildə ifadə edilməli və yol verilmiş ölçü ilə bağlı formal xəta aradan qaldırılmalıdır. Yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması üçün məhkəmə iddiaçıya 10 gün müddətində vaxt təyin etmiş, xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu iddia ərizəsində qeyd edilmiş İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 18 göndərilmişdir. Lakin həmin məktub xx.xx.2024-cü il tarixdə üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Mülki Prossesual Məcəllənin 146-cı maddəsinin tələbinə görə (iş üzrə icraat zamanı ünvanın dəyişməsi) məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Odur ki, hazırkı iş üzrə iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu rəsmi qaydada verilmiş hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhəri, Qarabağ qəsəbəsində yerləşən, AN 077409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş 10 ha torpaq sahəsi naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.