Məhkəmə qərarları › İş №2-1(116)-396/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-396/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-396/2025 08.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Şambul kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Şambul kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı, İddiaçı ayrılmış ünvan 1i ünvanında yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-Q-00xx-xx/2024 nömrəli imtina məktubu ilə müraciətindən imtina etmişdir. 20 iyun 2023-cü il tarixli Arxiv arayışdan görünür ki, İddiaçı Balakən rayonu Meşəşambul kənd Nizami (Sovet Gürcüstanı) kolxozunun 1982-ci ilin Qaytanlanmış torpaq kitabına əsasən 151-ci sırada İddiaçı cəmi torpağı 0.25 ha olması qeyd edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ünvan 1ində aparılmış torpaq islahatı zamanı tərtib edilmiş sənədlərdə, o cümlədən xəritə materiallarında iddiaçının 0,25 ha həyətyanı torpaq sahəsi barədə məlumatlar aşkar edilməmişdir. Müraciətinə əlavə edilmiş sxemdə göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarında "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə digər şəxsin mülkiyyətinə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa Meşəşambul kəndinin yerli qurumları ilə araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı torpaq islahatı aparılan zaman xarici ölkə vətəndaşı olmuş və hal hazırda həmin kənd sakini deyildir. Bu səbəbdən onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-Q-00xx-xx/2024 (**********37) nömrəli məktub göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. JN 720 saylı kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə X2 və ailə üzvlərinə 2.18 ha torpaq sahəsi ayrılmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X5 adı qeyd olunmuş, lakin qanuni torpaq sahəsi göstərilməmişdir.

4. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli iclas protokolunun surəti.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-2214/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Balakən rayonu Şambul kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :

1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.

2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin, iddiaçının nümayəndəsinin iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-2214/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən JN-720 KOD 40109018 Dövlət Aktının və üst-üstə düşdüyü qeyd olunan Dövlət Aktının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti ilə bağlı bildiririk ki, ünvan 1 sakini İddiaçı iddia etdiyi 0.25 ha həyətyanı torpaq sahəsi barədə məlumatlar ərazi idarəsinin arxiv fondunda, DWG xəritələrində və TEKUİS-də aşkar edilməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi DWG xəritələrində JN-720F nömrəsi ilə 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla bütövlükdə qeyd edilib. Həmin torpaq sahəsi başqa mülkiyyətçilərə (X1b və ailə üzvlərinə) məxsusdur. TEKUİS məlumat bazasında İddiaçı istifadə etdiyi 0.195 ha torpaq sahəsi Balakən rayonu Meşəşambul bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid tikinti altında olan torpaq sahəsi kimi işlənilmişdir. İddiaçı və qeyrilərinin xüsusi mülkiyyətlərinə JN-720 KOD 40109018 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.25 ha torpaq sahəsini barədə bildiririk ki, Dövlət Aktının 720F cizigisində mübahisə predimeti olan ərazidə 0.40 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr kimi işlənilmiş ərazi X1 və onun ailə üzvlərinin adına işlənilmişdir. İddiaçı göstərdiyi ərazinin naturada ölçüləri 0.195 ha olmaqla faktiki istifadəçisi özü və mülkiyyətçisi isə X1 və onun ailə üzvləridir. Faktiki istifadə olunan torpaq sahəsi X1 və onun ailə üzvlərinin adına Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 720F cizigisində göstərilən 0.40 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi ilə üst- üstə düşür. JN-720 KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.25 ha torpaq sahəsi DWG xəritələrində aşkar edilməmişdir. JN-720 KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 720F cizigisində göstərilən 0.40 ha torpaq sahəsi X1 və onun ailə üzvlərinin adına işlənilmişdir. Həmin 720F cizigisində göstərilən 0.40 ha torpaq sahəsinin hüdudları daxilində iddiaçının naturada istifadəsində olan 0.195 ha torpaq sahəsində fərdi yaşayış evi yerləşir. Faktiki istifadə olunan 0.195 ha torpaq sahəsi X1 və onun ailə üzvlərinin adına işlənilmiş JN-720 KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 720F cizigisində göstərilən 0.40 ha torpaq sahəsi ilə üst-üstə düşür. JN- 720 KOD 40109018 nömrəli X1 və onun ailə üzvlərinin adına işlənilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 720F cizigisində göstərilən 0.40 ha torpaq sahəsinin hüdudları daxilində İddiaçı naturada istifadəsində olan 0.195 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi iddia olunan torpaq sahəsi və fərdi yaşayış evi aqrar islahat zamanı JN-720 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsinin daxilində yerləşir.Həmin torpaq sahəsinin TEKUlS-ə əsasən yerləşmə vəziyyətindən görünür ki, iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla Dövlət Aktının koordinatları ilə əhatə olunur. Odur ki, qüvvədə olan qeyd alınmış hüquq mövcud olduğu halda təmin torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. İddiaçıya hüquqi yardım qaydasında izah edilir ki, JN-720 KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 720F cizgisində göstərilən 0.40 ha torpaq sahəsinə TEKUİS-ə əsasən müvafiq düzəliş edilməsi barədə mülkiyyətçi tərəfindən cavabdeh inzibati orqana müraciət ediləcəyi halda ərazidə dürüstləşmə aparıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Şambul kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar