Məhkəmə qərarları › İş №2-1(116)-398/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-398/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-398/2021 22.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Üçüncü şəxs Əliəkbərova Hicran Bəliyar qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X41rşı (üçüncü şəxslər: Əliəkbərova Hicran Bəliyar qızı, X21) “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 4063 nömrəli pasportda mərhum atası Əliyəsər Yusifovun adına qeydə alınmış, sahəsi 42.3 kv.m olan evdən ibarət və torpaq sahəsi 999.5 kv.m təşkil edən torpaq sahəsinin adına rəsmiləşdirilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X41rşı (üçüncü şəxslər: Əliəkbərova Hicran Bəliyar qızı, X21) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 4063 nömrəli pasportda mərhum atası Əliyəsər Yusifovun adına qeydə alınmış, sahəsi 42.3 kv.m olan evdən ibarət və torpaq sahəsi 999.5 kv.m təşkil edən torpaq sahəsinin adına rəsmiləşdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki şəhəri Bağbanlar küçəsində yerləşən iddiaçının mərhum atası Əliyəsər Yusibovdan miras qalmış, eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(107)-75/2009 nömrəli qətnaməsinə əsasən 4063 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin invertizasiyası və qiymətləndirilməsinə dair pasporta əsasən evin bir hissəsi 2B saylı ev kimi iddiaçının mərhum atası Əliyəsər Yusifovun adına qeydə alınmışdır. Qətnamə ilə evin həmin iş üzrə cavabdehlər X20 və X5 mərhum ataları Əliəfsər Ələkbərova düşən hissəsi 31 kvadrat metr olan, torpaq sahəsi 0,10 hektar təşkil edən digər bir hissəsi birincilər arasında bölünmüşdür. Həmin qətnamədən qiymətləndirilməsinə dair pasporta əsasən, evin bir hissəsi 2B saylı ev kimi mərhum atası Əliyəsər Yusifovun adına qeydə alınmış, sahəsi 42,3 kvadrat metr olan evdən ibarətdir və torpaq sahəsi 999,5 kvadrat metr təşkil edir. İddiaçı cavabdeh orqana müraciət edərək,mərhum atasına məxsus fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan etiraz məktubu ilə iddiaya münasibət bildirərək qeyd etmişdir ki, Əliəkbərov Əlövsət Əliəfsər oğlunun 0.2327 ha torpaq sahəsinin real bölgüsünün aparılması üçün 1793/893 saylı torpaq qeydi təqdim edilməklə müracəti əsasında X6, X7, X13 adlarına ümumi birgə olmaqla xx xxxxxx 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şəki 1 saylı DNK-nın xx xxxxxx 2014-cü il tarixli, 2V-1/56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Əliəkbərov Əlövsət Əliəfsər oğlu və X2 Əliəfsər Əliəkbər oğlundan vərəsəlik qəbul etmiş, xx xxxx 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx xxxx 2014-cü il tarixli, 4Ə-1/444 saylı bağışlama müqaviləsi əsasında X22 öz payını Əliəkbərov Əlövsət Əliəfsər oğluna bağışlamış, xx xxxxx 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx xxxxxx 2014-cü il tarixdə X1 Əliəfsər Əliəkbər oğlundan vərəsəlik qəbul etmiş, 17 yanvar 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şəki 2 saylı DNK-nın xx xxxx 2016-cı il tarixli, 2V-80 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında İddiaçı Əlyəsər oğlu X8 vərəsəlik qəbul etmiş, xx xxxx 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Digər tərəfdən bildiririk ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-705 saylı qətnaməsi ilə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olan 2/3 hissəsinin İddiaçı verilməsinə dair Şəki rayon 2 saylı Notariat Kontorunun xx xxxx 2016-cı il tarixli , 2V-80 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Qeydiyyata alınmalı fərdi yaşayış evinin torpaq sahəsinə dair qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olduğundan və mübahisə olduğundan vətəndaşın müraciətinin icrasından imtina edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materialları araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan 1793/893 nömrəli Torpaq qeydi sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Nuxa fəhləsi küçəsi, dalan 4 ev 2 ünvanında yerləşən torpaq sahəsi X23, X24 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Bununla bağlı RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ümumi sahəsi 0.2327 ha olan həyətyanı torpaq sahəsinin 1/3-in 2/4 hissəsi X15, 2/3 hissəsi ümumi birgə olmaqla X16, 2/3 hissəsi ümumi birgə olmaqla X17 və 1/3-in 2/4 hissəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, mərhum X10 vərəsələri oğlu Əlosət Ələkbərov və qızı Çimnaz Rüstəmovadır. Sonradan Ç.Rüstəmova özünə məxsus 1/3 torpaq sahəsinin ¼ hissəsini qardaşı Ə.Yusubova bağışlamışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.2327 ha həyətyanı torpaq sahəsinin 1/3-in 2/4 hissəsi X14, 1/3-in 2/4 hissəsi X21, 2/3 hissəsi ümumi birgə olmaqla X16, 2/3 hissəsi ümumi birgə olmaqla X11 mülkiyyətinə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.2327 ha həyətyanı torpaq sahəsinin 1/3-in 2/4 hissəsi X14, 1/3-in 2/4 hissəsi X21, 2/3 hissəsi ümumi birgə olmaqla X16, 2/3 hissəsi ümumi birgə olmaqla X11 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 1 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli 160 nömrəli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı, Minirə Yusifova, Elmira İbrahimova mərhum X18 vərəsələridirlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı miras əmlakdan bütövlükdə irs almalıdır. Miras əmlak 0.2327 ha torpaq sahəsindən mərhum Əliyəsər Yusifova məxsus 2/3 pay hissəsindən ibarətdir. X15, 2/3 hissəsi ümumi birgə olmaqla X16, 2/3 hissəsi ümumi birgə olmaqla X17 və nun mülkiyyətinə verilmişdir. İş materiallarında olan 326646 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X26 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-114/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə həmin iş üzrə iddiaçı Əliəkbərov Əlövsət Əliəfsər oğlunun həmin iş üzrə cavabdehlər X12, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X41rşı xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, Şəki şəhəri, Bağbanlar küçəsi dalan 3, ev 2 ümumi sahəsi 87.29 kv.m olan ev, 0.101 ha torpaq sahəsinin X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış həyətyanı torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, 0.2327 ha torpaq sahəsinin 2/3 hissəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-498/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin iş üzrə İddiaçı cavabdehlər Ələkbərova Hicran Bəlyar qızı və X19 qarşı “torpaq sahəsinin adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-7405/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarından müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-705/2019 nömrəli qətnaməsi ilə həmin iş üzrə iddiaçı Əliəkbərova Hicran Bəliyar qızının Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən qanunsuz olaraq Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 0.2327 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olan 2/3 hissəsinin İddiaçı verilməsi barədə xx.xx.2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(107)-2226/2019 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. M.Yusibov tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-7405/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). İddia ərizəsindən və iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməkdə məqsədi mərhum atasına məxsus olmuş torpaq sahəsinə ayrıca çıxarış tərtib edilməklə həyətyanı sahənin özünə məxsus hissəsinin naturada ayrılmasından ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şəki 1 saylı DNK-nın xx xxxxxx 2014-cü il tarixli, 2V-1/56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Əliəkbərov Əlövsət Əliəfsər oğlu və X2 Əliəfsər Əliəkbər oğlundan vərəsəlik qəbul etmiş, xx xxxx 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx xxxx 2014-cü il tarixli, 4Ə-1/444 saylı bağışlama müqaviləsi əsasında X22 öz payını Əliəkbərov Əlövsət Əliəfsər oğluna bağışlamış, xx xxxxx 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx xxxxxx 2014-cü il tarixdə X1 Əliəfsər Əliəkbər oğlundan vərəsəlik qəbul etmiş, 17 yanvar 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şəki 2 saylı DNK-nın xx xxxx 2016-cı il tarixli, 2V-80 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında İddiaçı Əlyəsər oğlu X8 vərəsəlik qəbul etmiş, xx xxxx 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0.2327 ha qeyd olunmuşdur. İddiaçının hüquqlarını qeydiyyata aldırmaq istədiyi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 4063 nömrəli pasportda qeyd olunan torpaq sahəsi də həmin çıxarış üzrə reyestrdə qeydə alınmışdır. Odur ki, iddiaçı ilk növbədə həmin çıxarışın və ondan sonra verilmiş çıxarışların ləğvini tələb etməli, bundan sonra hazırki tələb ilə inzibati orqana müraciət etməlidir. Bununla belə məhkəmə hər bir halda iddiaçıya izah edir ki, onun yekun nəticədə arzuladığı nəticəyə çatması üçün o, digər paylı mülkiyyətçilər ilə razılığa gəlməklə paylarının naturada bölünməsinə daha tez nail ola bilər. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, çıxarışın verilməsi tələb olunan torpaq sahəsinə dair reyestrdə qeydiyyat aparıldığı üçün (çıxarışlar mövcud olduğu üçün) həmin torpaq sahəsinə çıxarış verilə bilməz. Həmçinin iddiaçıya iddianın dəyişdirilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir, belə ki, hətta o iddianı dəyişib ilkin çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə idi belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədiyi üçün iddiaçıya yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmala səbəbə olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X41rşı (üçüncü şəxslər: Əliəkbərova Hicran Bəliyar qızı, X21) “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 4063 nömrəli pasportda mərhum atası Əliyəsər Yusifovun adına qeydə alınmış, sahəsi 42.3 kv.m olan evdən ibarət və torpaq sahəsi 999.5 kv.m təşkil edən torpaq sahəsinin adına rəsmiləşdirilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar