Məhkəmə qərarları › İş №2-1(116)-4/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4/2020

25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4/2020 25.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X7 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X4 və Cavabdeh4) “Cavabdeh4, X5, X2 adlarına işlənmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-1156F kod 40201004 nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala şəhəri, Heydər Əliyev pospektində yerləşən qeyriyaşayış bınasına aid Cavabdeh4 adına verilmiş xx.xx.2004-cü il tarixli 123 nömrəli qeydiyyat vəsiqəsinin və xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışın verilməsinə səbəb olmuş Cavabdeh1 yanında X6 tərəfindən verilmiş şəhadətnamə və bu şəhadətnamədən doğan bütün sonrakı sənədləşmənin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi qarşı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini dəyişdirmiş və məhkəmədən “JN 1156 F kod 40201004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə yeni iddia ərizəsi məhkəmənin xx.xx.2017-ci il tarixdə keçirilən məhkəmə iclas protokol qərardadına əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Zaqatala rayon X8 İcraiyyə Komitəsinin 26 may 1965-ci il tarixli, 10 saylı iclasının qərarına əsasən, Zaqatala şəhər sakini Cavabdeh4 fərdi yaşayış evi tikməsi üçün, şəhərin Komsomolskaya (hazırda H.Əliyev) küçəsindəki istifadəsiz torpaqlardan 350 (üç yüz əlli) kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Mərkəzi İnventar Bürosunun Zaqatala rayonu üzrə ərazi idarəsi tərəfindən ünvan 1 ünvanının sakini Cavabdeh4 adına 1678 saylı inventar sayı ilə 25 noyabr 1967-ci il tarixdə verilmiş texniki pasporta əsasən, ünvan 2 ünvanınında yerləşən 1 otaqlı fərdi yaşayış evi, yaşayış sahəsi 80,6 kv.m, həyətyanı sahəsi 276,2 kv olmaqla, ümumi sahəsi 359,6 kv.m-dir. Zaqatala Aqrar-İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli, 117 saylı qərarına əsasən, 26 may 2006-cı il tarixdə, “Dövlət Torpaq və Xəritəçəkmə Komissiyasının Zaqatala rayon şöbəsinin müdiri M.Şabanovun imzası, möhürü və 29 may 2006-cı il tarixdə Dövlət Yerquruluşu Layihə İnstitutundan F.Cəfərovun imzası və möhürü ilə təsdiq edilərək verdiyi, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Zaqatala şəhər sakinləri Cavabdeh4 və İddiaçı mülkiyyətinə verilmiş torpaq 0,02 hektardır. Eyni şəhadətnamədəki cədvəldə bu sahə 245 kv.m göstərilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqtala rayonu üzrə ərazi idarəsinin məlumat bazasında adı yuxarıda qeyd edilən sənəddə isə həmin sahə eyni göstəricilərlə, Zaqatala şəhər sakinləri Cavabdeh4la, Elmira və Esmira Mahmud qızları Bağırovaların adlarına qeydə alınması göstərilir. Azərbaycan SSR Zaqatala rayon X8 İcraiyyə Komitəsinin 26 may 1965-ci il tarixli, 10 saylı iclasının Qərarına əsasən, Zaqatala şəhər sakini Cavabdeh4 fərdi yaşayış evi tikməsi üçün şəhərin Komsomolskaya (hazırda H.Əliyev) küçəsindəki istifadəsiz torpaqlardan 350 (üç yüz əlli) kv.m torpaq sahəsi, yəni 0,035 hektar yer ayrılmış və həmin yerin koordinatları müəyyənləşdirilərək texniki pasport tərtib edilmişdir.Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala rayonu üzrə ərazi idarəsinin verdiyi 28 oktyabr 2008-ci il tarixli ******* saylı çıxarışa əsasən, Zaqatala şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0,00352 ha torpaq sahəsində yerləşən 2 girişli, 29.4 kv.m ümumi, 29,4 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə, Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində, 1 nömrəli reyestr kitabının 103 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX-nin 18 saylı Zaqatala rayonu üzrə ərazi idarəsinin verdiyi 16 dekabr 2016-cı il tarixli, ******* saylı çıxarışa əsasən adı yuxarıda qeyd edilən mağaza binası ünvan 3 ünvanında yaşayan Cavabdeh3 xeyrinə yüklü edilməklə yenidən qeydiyyata alınmışdır. Beləliklə yuxarıda qeyd edilən sənədlər toplusundan aydın görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Mərkəzi İnventar Bürosunun Zaqatala rayonu üzrə ərazi idarəsi tərəfindən ünvan 5 ünvanının sakini Cavabdeh4 adına, 1678 saylı inventar sayı ilə, 25 noyabr 1967-ci il tarixdə verilmiş texniki pasportda qeyd edilən ərazi sonradan, Zaqatala Aqrar-İslahat Komissiyasının və Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala rayonu üzrə ərazi idarəsinin ayrı-ayrı vaxtlarda verdikləri sənədlərlə, nə istifadəçilər baxımından nə də ərazinin ölçüləri baxımından, 1967-ci ildə verilmiş sənədlə uyğunluq təşkil etməmişdir. Belə ki, ayrılmış ərazidən 150 kv.m hansı səbəblərə görə qeydə alınmamış və yuxarıda qeyd edildiyi kimi, aqrar islahat komissiyasının ayrı-ayrı verdiyi sənədlər üzrə başqa-başqa istifadəçilər qeydə alınmışdır. Bütün yuxarıda qeyd edilənlər ona görə baş vermişdir ki, cavabdehlərdən biri olan ünvan 3 ünvanında daimi qeydiyyatda olan Cavabdeh3 başqa cavabdeh ünvan 6 ünvanında daimi qeydiyyatda olan Cavabdeh4 aldadaraq, ondan icarəyə (mağaza tikmək üçün) istifadəsində olan ərazidən torpaq sahəsi istəmiş və o da razılaşmışdır. Cavabdeh3 icarə müqaviləsi adı altında Cavabdeh4 savadsızlığından istifadə edərək, ona renta müqaviləsinə imza atdırmış və adı yuxarıda qeyd edilən sənədləşmələri həyata keçirmişdir. Məhz buna görə Aqrar-İslahat Komissiyasından qeyri qanuni olaraq ikinci şəhadənaməni almış və bütün bunlardan sonra o, DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsindən adı yuxarıda qeyd edilən çıxarışları əldə etmiş və onları özündə saxlamaqla Cavabdeh4 gizlətmişdir. 2016-cı ilin oktyabr ayına qədər Cavabdeh4 bu çıxarışlardan xəbəri olmamışdır. Bütün yuxarıda qeyd edilənlərə əsasən, demək olar ki, Cavabdeh3, Cavabdeh4 və onun ailə üzvlərinin istifadəsində olan torpaq sahəsini renta müqaviləsinin şərtlərinə uyğun olaraq ələ keçirmək istəmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Hüquq sahibi Cavabdeh4 tərəfindən idarəmizə təqdim edilmiş və arxiv qovluğunda saxlanılan JN-1156F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də 245 kv.m torpaq sahəsinin Cavabdeh4 və İddiaçı ümumibirgə mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Lakin ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsindən təhvil alınmış JN-1156F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxivdə saxlanılan nüsxəsində və AİK-nın qərarı ilə vətəndaşların mülkiyyətə verilmiş torpaq sahələrinə dair elektron siyahılarda (DBF siyahılarında) həmin torpaq sahəsinin Cavabdeh4, X2 və X3 ümumibirgə mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı qərardadı ilə İddiaçı Cavabdeh2 (üçüncü şəxslər: X5, X4 və Cavabdeh4) qarşı “JN 1156 F kod 40201004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı xüsusi qərardadı ilə Dövlət Yerqurluşu və Layihə İnstitutunun vəzifəli şəxsi F.Cəfərovun və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinin vəzifəli şəxsi M.Şabanovun hərəkətlərində vəzifə saxtakarlığı cinayətinin əlamətləri barədə Zaqatala rayon prokuroruna məlumat verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2-1 (84)-79/2018 saylı qərardadından İddiaçı apellyasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 mart 2018-ci il tarixli, 2-1(107)-144/2018 saylı Qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli Qərardadı ləğv edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı Qərardadı ilə İddiaçı Cavabdeh2nə (üçüncü şəxslər: X4 və Cavabdeh4) qarşı “JN 1156 F kod 40201004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı qərardadından İddiaçı apellyasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli 2-1(107)-573/2018 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli 2-1(84)- 79/2018 saylı Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-612/2019 saylı Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli, 2-1(107)-573/2018 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli Qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli 2-1(84)-79/2018 saylı qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Tərəflərə məhkəmə iclasının yeri vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə müraciət edərək iddiaçı olduğu iş üzrə icraata onun iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2-1(84)-79/2018 nömrəli qərardadına əsasən, iddia iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır və bundan sonra qəbul edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(84)-79/2018 saylı qərardadı ilə də iddia iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-612/2019 saylı Qərarı ilə iddiaçının qeyd olunan iddianı qaldımağa subyektiv hüququnun olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ olsa da, hazırki iddianı qaldırarkən o müddəti ötürmüşdür. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İş materiallarında olan HK 1-177(215) nömrəli Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli xüsusi qərardadı əsasında toplanmış rədd materialından görünür ki, Zaqatala rayon prokurorluğun xx.xx.2018-ci il tarixli qərarı 12 C-18 saylı material istintaq aidiyyəti üzrə Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə HK-1/177 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Zaqatala rayon prokurorluğunun xx.xx.2018-ci il tarixli Qərarı ilə Zaqatala rayon polis şöbəsinin istintaq bölməsində HK-1/177 nömrəli məlumatla əlaqədar toplanmış 215 nömrəli material üzrə Zaqatala RPŞ-nin İsitintaq bölməsinin müstəntiqi X1 22 may 2018-ci il tarixli cinayət işi başlanmasının rədd olunması haqqında qərarı ləğv edilmişdir. Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə HK-1/177 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Zaqatala rayon prokurorluğunun xx.xx.2018-ci il tarixli Qərarı ilə Zaqatala rayon polis şöbəsinin istintaq bölməsində HK-1/177 nömrəli məlumatla əlaqədar toplanmış 215 nömrəli material üzrə Zaqatala RPŞ-nin İsitintaq bölməsinin müstəntiqi X1 22 may 2018-ci il tarixli cinayət işi başlanmasının rədd olunması haqqında qərarı ləğv edilmişdir. Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə HK-1/177 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin materialda olan iddiaçı və onun atası olan üçüncü şəxs Cavabdeh4 izahatlarında mübahisəli şəhadətnaməni 2006-cı ildə aldıqlarını qeyd etmişlər. İddiaçının JN-1156F kod 40201004 nömrəli şəhadətnamədən ən azından 2006-cı ildən məlumatı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçının ləğvini tələb etdiyi şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarına əsasən tərtib olunmuş və həmin qərar ləğv olunmamış və mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi kimi həmin dövrdə mövcud olmuş DTXK-nin Zaqatala rayon şöbəsinin vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi), hazırki halda mübahisəli şəhadətnamənin tərtib olunması ilə əlaqədar iddiaçı həmin dövrdə qüvvədə olmuş MPM-nin tələblərinə uyğun mübahisə qaldırmamışdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X4 və Cavabdeh4) “Cavabdeh4, X5, X2 adlarına işlənmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-1156F kod 40201004 nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar