Məhkəmə qərarları › İş №2-1(116)-4/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-4/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-4/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçıların nümayəndəsi X3, cavabdehin nümayəndəsi X8, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X10 və vəkil Nümayəndə2, üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının nümayəndəsi X4 iştirakı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi", iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 09.04.1996-cı il tarixli 51 nömrəli sərəncamına əsasən, 142 nömrəli texniki peşə məktəbinə təlim təsərrüfat məqsədi üçün ayrılmış 128 ha torpaq sahəsinin geri alınması və şəhər icra hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməsi, 142 nömrəli texniki peşə məktəbinə həmin torpaqdan istifadə hüququna dair verilmiş 25.10.1977-ci il tarixli dövlət aktının ləğv olunması, göstərilən torpaq sahəsindən ərzaq bolluğu yaratmaq məqsədilə gələcəkdə kəndli (fermer) təsərrüfatı yaradılması məqsədi üçün istifadə olunması qərara alınmışdır. Bundan sonra Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin ehtiyat torpaq fondundan 50 ha torpaq sahəsində "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış, onun Nizamnaməsi təsdiq edilmiş və həmin təsərrüfat 21.11.1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə A-000332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənəddə 50 ha torpaq sahəsinin sxemi də göstərilmişdir. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X6 da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 50 ha torpaq sahəsi seçilmiş, bu barədə 16.04.1996-cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir. Bundan başqa, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin balansında olan Kür çayı sahilindəki ehtiyat torpaq fondundan 20 ha torpaq sahəsində "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış, onun Nizamnaməsi təsdiq edilmişdir. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamına əsasən, "Amil-96" kəndli (fermer) təsərrüfatının adına 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. "Amil-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X9 da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 20 ha torpaq sahəsi seçilmiş, bu barədə 15.06.1996cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir. Ayrılmış 20 ha torpaq sahəsinin yerquruluşu planı da tərtib edilmişdir. Təsərrüfat təsisçilərinin 16.02.2004-cü il tarixli 01 nömrəli ümumi yığıncaq qərarına əsasən, "Amil-96" kəndli (fermer) təsərrüfatının adı dəyişdirilərək "xxxx" MMC qoyulmuş və həmin MMC-nin nizamnaməsi təsdiq edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.09.2010-cu il tarixli 278s nömrəli sərəncamına əsasən, Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax Bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. Yevlax Bələdiyyəsinin 24.02.2011-ci il tarixli 16 nömrəli qərarına istinadən, Yevlax Bələdiyyəsinin adına 80 ha torpaq sahəsi ilə bağlı A-322330 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında 09.03.2011-ci ildə 13 nömrəsi ilə uçota alınmışdır. Yevlax şəhərində yerləşən 80 ha torpaq sahəsinə Yevlax Bələdiyyəsinin mülkiyyət hüququ 01.04.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli protokoluna əsasən, Yevlax Bələdiyyəsinin alqı-satqı predmeti olan 80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi, müsabiqə satış qiymətinin 40000 manat olması müəyyən edilmiş və müsabiqə keçirilməsi ilə bağlı Bələdiyyə ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. Keçirilmiş müsabiqə əsasında 80 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmiş və torpaq sahəsi ilə bağlı "xxxx" MMC-nin adına 044788 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ 14.12.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin torpaq sahəsinə "xxxx" Bank ASC-nin ipoteka hüququ 11.07.2017-ci ildə dövlət reyestrində qeydiyyata alınaraq onun adına RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ""xxxx" MMCnin adına verilmiş 14.12.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həmin 50 ha torpaq sahəsi Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən ona verilmiş, lakin 2016-cı ildə "xxxx" MMC-nin əməkdaşları onlara məxsus torpaq sahəsini onların əlindən almışlar. Sonradan məlum olmuşdur ki, onların zəbt etdiyi torpaq sahəsinə 14.12.2011-ci il tarixli ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya qarşı 17.01.2019-cu il tarixli **********69 nömrəli etirazında bildirmişdir ki, Yevlax Bələdiyyəsinin mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 17.06.2011-ci il tarixli iclas protokolları və buna əsasən verilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsi 14.12.2011ci ildə ********** qeydiyyat nömrəsi ilə İdarə tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi qeydiyyata alınarkən heç bir qanun pozuntusu olmamış və qeydiyyat qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Halhazırda daşınmaz əmlak üzərində mülkiyyət hüququ Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının Yevlax filialının xeyrinə 120 ay müddətinə yüklü edilərək 11.07.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 31.01.2019-cu il tarixli 2- 1(84)-296/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" Bank ASC və Yevlax Bələdiyyəsi üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxs Yevlax Bələdiyyəsi 21.02.2019-cu il tarixli 60 nömrəli etirazında bildirmişdir ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatına verilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi 17.09.2010-cu ilədək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında və istifadəsində olmuşdur. Bu faktlar sübut edir ki, qeyd olunan torpaq sahəsinin iddiaçının istifadəsində olması heç bir yerdə qeydiyyatdan keçməmişdir. Bundan sonra Yevlax Bələdiyyəsi tərəfindən "xxxx" MMC-nin müraciətinə əsasən, qeyd olunan torpaq sahəsi hərrac və müsabiqə ilə ona satılmışdır. Hərrac və müsabiqənin qalibi sənədləri əsasında torpaq sahəsi 14.12.2011ci ildə çıxarışla "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Bütün əməliyyatlar mülki, torpaq və bələdiyyə torpaqlarına aid qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Sənədlərdən aydın olur ki, mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə satılmasından 7 (yeddi) ildən çox müddət keçib. Məhkəmənin 10.04.2019-cu il tarixli 2-1(84)-296/2019 nömrəli qərardadı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ""xxxx" MMC-nin adına verilmiş 14.12.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddiası mümkün sayılmamışdır. İddiaçı məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermişdir. X19 Məhkəməsinin icraatında olduğu vaxt "Elşən-96" kəndli (fermer) təsərrüfatının başçısı X1 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına 30.05.2019-cu il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən lazımi qaydada məlumatlandırılmamışdır və hazırda torpaq sahəsinin "xxxx" MMC-yə satılması barədə Yevlax Bələdiyyəsinin qərarının ləğv olunmasını istəyir, bu baxımdan da hazırkı ərizəsinin qəbul edilərək təmin olunmasını xahiş edir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.05.2019-cu il tarixli 2-1(107)-335/2019 nömrəli qərardadı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının apellyasiya şikayəti təmin olunmuş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.04.2019-cu il tarixli 2-1(84)-296/2019 nömrəli qərardadı ləğv edilərək işə təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdeh kimi Yevlax Bələdiyyəsini, üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini və "xxxx" MMC-ni göstərmiş, iddia tələbini isə "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" kimi ifadə etmişdir. Üçüncü şəxs "xxxx" Bank ASC 09.10.2019-cu il tarixli etirazında bildirmişdir ki, iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması zamanı qanunun tələbləri pozulmuşdur. Belə ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının kəndli fermer təsərrüfatı yaratmaq səlahiyyəti olmadığı halda bu barədə qanunsuz inzibati akt qəbul etmiş, qanunda göstərilən digər prosedur qaydalarını pozmuşdur. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı hüquqi baxımdan ümumiyyətlə mövcud deyil, onun kəndli (fermer) təsərrüfatı kimi fəaliyyəti və mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnun olmasını iddia etməsi qanunsuzdur. Məhkəmənin 03.12.2019-cu il tarixli məhkəmə iclasının protokol qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi Yevlax Bələdiyyəsi ilə əvəz edilmişdir. Bundan başqa, iddiaçı "xxxx" MMC cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, onun istifadəsində olan 20 ha torpaq sahəsi hərrac vasitəsilə "xxxx" MMC-yə satılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 14.12.2011-ci ildə qeydiyyata alınmaqla çıxarış verilmiş və həmin 20 ha sahə də daxil olmaqla 80 ha torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Göründüyü kimi, Bələdiyyənin qərarı ilə hərraca çıxarlan torpaq sahəsi həmin vaxt onların istifadəsində olmuşdur. Şəki İnzibati Məhkəməsinin 09.02.2022-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilmiş və işin nömrəsi 2-1(116)-4/2022 olmuşdur: 1) İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın və üçüncü şəxs "xxxx" MMC-nin adına verilmiş 14.12.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" barədə iddiasına dair 2- 1(116)-1/2022 nömrəli iş, 2) İddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)-4/2022 nömrəli iş. Şəki İnzibati Məhkəməsinin 26.04.2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin eyni tarixli başqa bir qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 31.01.2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, 03.12.2019-cu il tarixli protokol qərardadı isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edilməsinə dair hissədə ləğv edilmiş, eləcə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin 31.01.2019-cu il tarixli qərardadı ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Yevlax Bələdiyyəsinin məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Bundan başqa, iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı məhkəməyə "Mübahisələndirmə haqqında iddia üzrə mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbinə dair əlavə ərizə" təqdim edərək mübahisələndirdiyi Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli qərarının icra olunması nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.12.2011-ci ildə "xxxx" MMC-nin adına verilmiş ******* nömrəli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha hissədə ləğv olunmasını da xahiş etmişdir. X20 Məhkəməsinin 26.04.2022-ci il tarixli qərardadı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddianı dəyişdirməsinin qəbulundan imtina edilmişdir. Beləliklə, hazırkı işdə iddiaçı qismində "Elşən-96" kəndli (fermer) təsərrüfatı və "xxxx" MMC, cavabdeh qismində Yevlax Bələdiyyəsi, zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində "xxxx" MMC, adi cəlbetmə qaydasında üçüncü şəxs qismində Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı iştirak edirlər. Hər iki iddiaçının iddia tələbi Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli qərarının qismən, müvafiq olaraq 50 ha və 20 ha torpaq sahələrinə aid hissələrdə ləğv edilməsi barədədir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 09.04.1996-cı il tarixli 51 nömrəli sərəncamından görünür ki, 142 nömrəli texniki peşə məktəbinə təlim təsərrüfat məqsədi üçün ayrılmış 128 ha torpaq sahəsinin geri alınması və şəhər icra hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməsi, 142 nömrəli texniki peşə məktəbinə həmin torpaqdan istifadə hüququna dair verilmiş 25.10.1977-ci il tarixli dövlət aktının ləğv olunması, göstərilən torpaq sahəsindən ərzaq bolluğu yaratmaq məqsədilə gələcəkdə kəndli (fermer) təsərrüfatı yaradılması məqsədi üçün istifadə olunması qərara alınmışdır. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamından görünür ki, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin ehtiyat torpaq fondundan 50 ha torpaq sahəsində "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmışdır. - İşdə olan, A-000332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"ndan görünür ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - İşdə olan, 16.04.1996-cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı"ndan görünür ki, iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X5 daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 50 ha torpaq sahəsi seçilmişdir. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamından görünür ki, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin balansında olan Kür çayı sahilindəki ehtiyat torpaq fondundan 20 ha torpaq sahəsində "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmışdır. - İşdə olan, A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"ndan görünür ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamına əsasən, "Amil-96" kəndli (fermer) təsərrüfatının adına 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - İşdə olan, 15.06.1996-cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı"ndan görünür ki, "Amil-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X7 daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 20 ha torpaq sahəsi seçilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.09.2010-cu il tarixli 278s nömrəli sərəncamından görünür ki, Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax Bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. - İşdə olan, A-322330 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Yevlax Bələdiyyəsinin 24.02.2011-ci il tarixli 16 nömrəli qərarına istinadən, Yevlax Bələdiyyəsinin adına 80 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında 09.03.2011-ci ildə 13 nömrəsi ilə uçota alınmışdır. - MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Yevlax şəhərində yerləşən 80 ha torpaq sahəsinə Yevlax Bələdiyyəsinin mülkiyyət hüququ 01.04.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli protokolundan çıxarışdan görünür ki, Yevlax Bələdiyyəsinin alqı-satqı predmeti olan 80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi, müsabiqə satış qiymətinin 40000 manat olması müəyyən edilmiş və müsabiqə keçirilməsi ilə bağlı Bələdiyyə ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. - İşdə olan, 044788 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, keçirilmiş müsabiqə əsasında 80 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmiş və torpaq sahəsi ilə bağlı "xxxx" MMC-nin adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 80 ha torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ 14.12.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 80 ha torpaq sahəsinə "xxxx" Bank ASC-nin ipoteka hüququ 11.07.2017-ci ildə dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşdən göründüyü kimi, Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli qərarının mübahisələndirilməsi barədə iddianı "Elşən-96" kəndli (fermer) təsərrüfatı 30.05.2019cu ildə (X19 Məhkəməsinin icraatında olduğu vaxt), "xxxx" MMC isə 01.10.2019-cu ildə vermişdir. Həmin vaxtlaradək Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli qərarının iddiaçılara təqdim və ya elan olunmasını təsdiq edən heç bir sübut yoxdur. Ona görə də məhkəmə iddia müddətinin buraxılmadığı və iddianın mümkün olması qənaətinə gəldi. Aşağıdakı hallara görə məhkəmə "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddiasını qismən, "xxxx" MMC-nin iddiasını isə tam əsaslı hesab edir. İşdən görünür ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamı ilə şəhər icra hakimiyyətinin ehtiyat torpaq fondundan 50 ha torpaq sahəsində "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış və onun adına bu barədə A-000332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmiş, habelə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamı ilə şəhər icra hakimiyyətinin balansında olan Kür çayı sahilindəki ehtiyat torpaq fondundan 20 ha torpaq sahəsində "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış və onun adına bu barədə A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.09.2010-cu il tarixli 278s nömrəli sərəncamı ilə Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli protokol qərarına əsasən, Bələdiyyənin 80 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi və s. qərara alınmışdır. Daha sonra həmin 80 ha torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır. İddiaçılar cavabdeh Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli qərarının ləğv edilməsi barədə tələblərini həmin 80 ha torpaq sahəsinin onlara ayrılmış 50 ha və 20 ha torpaq sahələri ilə üst-üstə düşməsi ilə əsaslandırırlar. Torpaq sahələri iddiaçılara ayrıldığı zaman qüvvədə olmuş "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndində deyilir ki, torpaq sahəsini kəndli təsərrüfatının mülkiyyətinə vermək üçün rayon, şəhər xalq deputatları Soveti qərar qəbul etməli, torpaq sahəsini naturada ayırmalı və dövlət aktı verməlidir. Həmin Qanunun 13-cü maddəsində isə deyilir ki, kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir. Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir. Həmin Qanunun 19-cu maddəsində deyilir ki, kəndli təsərrüfatının torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüquqlarına bu torpağı vermiş rayon, şəhər xalq deputatları Soveti aşağıdakı hallarda xitam verir: a) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; b) kəndli təsərrüfatının fəaliyyətinə xitam verildikdə; v) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; q) müəyyən edilmiş torpaq vergisi üzürlü səbəb olmadan ardıcıl olaraq iki il ödənilmədikdə; ğ) torpaq sahəsindən bir il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; d) dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda; e) tikinti və qurğu üzərində mülkiyyət hüququ başqasına keçdikdə; ə) torpaq mülkiyyətçisi öldükdə; j) torpaq müsadirə edildikdə. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Göründüyü kimi, hər iki iddiaçının adına ayrı-ayrı dövlət aktları verilmiş və bununla da torpaq sahəsi üzərində onların hüququ yaranmışdır. Nə həmin Qanunun qüvvədə olduğu müddətdə, nə də ondan sonra ötən dövrdə iddiaçıların torpaq sahəsi üzərində hüquqlarına xitam verilməsi barədə hər hansı qərar verilməmişdir. Belə olan halda, iddiaçıların adına verilmiş dövlət aktları öz hüquqi qüvvəsini saxlayır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin hazırkı işdə mübahisələndirilən bələdiyyə qərarının qəbul edildiyi vaxt qüvvədə olmuş redaksiyasına əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Hazırkı mübahisənin həlli üçün məhkəmə ilk növbədə iddiaçılara ayrılmış torpaq sahələrinin cavabdeh tərəfindən satılmış 80 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini araşdırmışdır. Bu məqsədlə məhkəmənin 18.12.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına olan A seriyalı 001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 50 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 2) İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına olan A seriyalı 001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 50 ha torpaq sahəsi və "xxxx" MMC-nin adına olan 14.12.2011-ci il tarixli MA seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 80 ha torpaq sahəsi üst-üstə düşürmü, düşürsə hansı hissədə? (sxem tərtib olunsun) 3) İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına olan A seriyalı 001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 50 ha torpaq sahəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.09.2010-cu il tarixli 278s nömrəli sərəncamında göstərilmiş 128 ha torpaq sahəsi üst-üstə düşürmü, düşürsə hansı hissədə? (sxem tərtib olunsun) Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19.03.2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş 16.03.2020-ci il tarixli arayışda göstərilmişdir ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına olan A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 50 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı və həmin torpaq sahəsi yerləşən ərazi X17 Məlumat Bazasında yerləşdirilmədiyi üçün həmin 50 ha torpaq sahəsinin yerini müəyyən etmək, eləcə də onun "xxxx" MMC-nin adına olan 14.12.2011-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən 80 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 25.06.2020-ci il tarixli 32428 nömrəli ekspert rəyində də eynilə göstərilmişdir ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına olan A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 50 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı və həmin torpaq sahəsi yerləşən ərazi X17 məlumat bazasında yerləşdirilmədiyi üçün həmin 50 ha torpaq sahəsinin yerini müəyyən etmək, eləcə də onun "xxxx" MMC-nin adına olan 14.12.2011-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən 80 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən mümkün deyildir. Eyni zamanda, məhkəmənin 13.02.2020-ci il tarixli qərardadı ilə aşağıdakı suallarla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyi alınması qərara alınmışdır: 1) “Amil-96” kəndli (fermer) təsərrüfatının adına olan A seriyalı 004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 20 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 2) “Amil-96” kəndli (fermer) təsərrüfatının adına olan A seriyalı 004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 20 ha torpaq sahəsi və "xxxx" MMC-nin adına olan 14.12.2011-ci il tarixli MA seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 80 ha torpaq sahəsi üstüstə düşürmü, düşürsə hansı hissədə? (sxem tərtib olunsun) 3) “Amil-96” kəndli (fermer) təsərrüfatının adına olan A seriyalı 004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 20 ha torpaq sahəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.09.2010-cu il tarixli 278s nömrəli sərəncamında göstərilmiş 128 ha torpaq sahəsi üst-üstə düşürmü, düşürsə hansı hissədə? (sxem tərtib olunsun) Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24.08.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Amil-96” kəndli (fermer) təsərrüfatının adına olan A seriyalı 004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 20 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı və həmin torpaq sahəsi yerləşən ərazi X17 məlumat bazasında yerləşdirilmədiyi üçün həmin 20 ha torpaq sahəsinin yerini müəyyən etmək, eləcə də onun "xxxx" MMC-nin adına olan 14.12.2011-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən 80 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən mümkün olmadı. Bundan sonra məhkəmə tərəfindən Yevlax Şəhər İcra Hakimiyyətinə dəfələrlə sorğu edilərək, iddiaçılara ayrılmış torpaq sahələrinin döngə nöqtələrinin koordinatları tələb edilmiş, lakin məhkəmənin bu sorğuları da səmədə verməmiş və hər dəfə həmin orqan koordinatları təqdim edə bilmədiyini bildirmişdir. Nəhayət, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi tərəfindən imzalanmış iki sxem məhkəməyə təqdim edilmişdir. Həmin sxemlərin biri "Yevlax şəhəri "Elşən-96" kəndli (fermer) təsərrüfatı (kənd təsərrüfatı 50,0 ha) Miqyası 1:10000", digəri isə "Yevlax şəhəri "Amil" kəndli (fermer) təsərrüfatı (kənd təsərrüfatı 20,0 ha) Miqyası 1:10000" adlanır və hər iki sxemdə torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu edilərək alınmış 11.02.2022-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin sənədlərdə göstərilmiş koordinatlar müvafiq olaraq "Elşən-96" kəndli (fermer) təsərrüfatına ayrılmış 50 ha torpaq sahəsinin və "xxxx" MMC-yə ayrılmış 20 ha torpaq sahəsinin yerquruluşu planlarına uyğundur. Müəyyən edildi ki, "xxxx" MMC-yə ayrılmış 20 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: (cədvəl 1) Döngə nöqtələrinin X Y nömrələri 1 683489,428 4497908,711 2 683515,904 4497842,832 3 684333,103 4497413,649 4 684252,037 4497311,372 5 684179,766 4497239,012 6 683335,856 4497742,567 7 683340,545 4497753,227 "Elşən-96" kəndli (fermer) təsərrüfatına ayrılmış 50 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: (cədvəl 2) Döngə nöqtələrinin X Y nömrəsi 1 684520,866 4498189,016 2 684333,103 4497413,649 3 683515,904 4497842,832 4 683489,428 4497908,711 5 683771,532 4498190,673 "xxxx" MMC-yə satılmış 80 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: (cədvəl 3) Döngə nöqtələri Döngə arasındakı məsafə nöqtələrinin X Y Döngə Məsafə nömrələri nöqtələri (metrlə) 1 683396,7 4497138,64 1-2 282,18 2 683581,49 4497351,89 2-3 411,66 3 683290,85 4497643,43 3-4 44,16 4 683304,42 4497685,45 4-5 73,11 5 683330,38 4497753,79 5-6 55,55 6 683366,15 4497796,29 6-7 41,4 7 683398,2 4497822,5 7-8 250,63 8 683567,68 4498007,13 8-9 92,81 9 683635,02 4498071 9-10 665,42 10 684299,06 4498028,2 10-11 67,23 11 684288,43 4497961,81 11-12 58,3 12 684272,41 4497905,75 12-13 116,1 13 684378,52 4497858,62 13-14 40,74 14 684418,47 4497850,51 14-15 66,88 15 684432,05 4497916 15-16 83,26 16 684467,33 4497840,59 16-17 160,7 17 684386,77 4497701,54 17-18 220,83 18 684346,36 4497484,44 18-19 75,84 19 684329,24 4497410,55 19-20 120,99 20 684256,07 4497305,54 20-21 170,06 21 684144,16 4497177,49 21-22 148,08 22 684012,01 4497110,69 22-23 88,29 23 683949,64 4497048,19 23-24 46,66 24 683924,9 4497087,76 24-25 104,21 25 683856,17 4497166,1 25-26 446,97 26 683411,09 4497125,05 26-1 19,79 Göstərilən koordinatlar məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilərək, onların üst-üstə düşüb-düşməməsi, düşürsə hansı koordinatlarda düşməsi barədə məlumat tələb olunmuşdur. Alınmış 05.02.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, cədvəl 1-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 20 ha və cədvəl 2-də ("Elşən- 96" kəndli (fermer) təsərrüfatı) göstərilən koordinatlar daxilində yerləşən 35,3 ha torpaq sahəsi cədvəl 3-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 80,1 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli qərarı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş və iddiaçılar barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddiası qismən, "xxxx" MMC-nin iddiası isə tam təmin edilməli, cavabdeh Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli qərarı iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatına ayrılmış 50 ha torpaq sahəsinin 35,3 ha hissəsində və "xxxx" MMC-yə ayrılmış 20 ha torpaq sahəsinə aid hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddiası qismən təmin edilsin. İddiaçı "xxxx" MMC-nin iddiası təmin edilsin. Cavabdeh Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli qərarı iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına olan A-000332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 50 ha torpaq sahəsinin üst-üstə düşən 35,3 ha hissəsində, iddiaçı "xxxx" MMC-nin adına olan A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 20 ha torpaq sahəsi ilə üst-üstə düşən 20 ha hissəsində ləğv edilsin. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddiası qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar