Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-4/2025 03.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçıların vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-769 KOD 40501004 nömrəli Torpağa mülkiyyət hüququna X20 əsasında paylı mülkiyyətlərinə verilmiş Oğuz şəhərində yerləşən və 1998-ci ildən hal-hazıradək faktiki istifadələrində olan kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı pay torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata alaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-769 KOD 40501004 nömrəli Torpağa mülkiyyət hüququna X20 əsasında paylı mülkiyyətlərinə verilmiş Oğuz şəhərində yerləşən və 1998-ci ildən hal-hazıradək faktiki istifadələrində olan kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı pay torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata alaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə 4 (dörd) nəfər ailə üzlərinə iki hissədən ibarət 0.94 b (0.29 ha və 0.65 ha) kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə JN-769 KOD 40501004 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 tərtib olunaraq təqdim edilmişdir. İddiaçıların ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə (JN-769A-0.65 ha) bitişik 0.23 ha torpaq sahəsi də ayrı təsərrüfat olan ailə üzvü X4 verilmişdir. Həmin torpaq sahəsinə də JN-770 KOD 40501004 sayl Torpağa Mülkiyyət Hüququna X20 tərtib olunaraq ona təqdim edilmişdir. X8 həmin torpağa çıxarış almış və digər bacısı X5 bağışlamışdır. Ailə başçısı X16 oglu vəfat etmişdir. Dəfələrlə müraciət etməklərinə baxmayaraq ailənin mülkiyyətinə verilmiş 0.94 ha torpaq sahəsinə mülkiyyət sənədi ala bilmirlər. Hələ 2021-ci ilin əvvəlində müraciətə verilmiş xx.xx.2021-ci il tarixli **********79 nömrəli cavab məktubunda iddiaçılara məxsus 0.94 ha torpaq sahəsinin Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 102/2000 saylı qərarı ilə təsdiq olunmuş X17 Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarına əsasən bir hissədən verildiyi qeyd edilmişdir. Cavabdeh inzibati orqanın verdiyi 01 fevral 2022-ci il tarixli **********89 nömrəli imtina məktubunda isə JN-769 KOD 40501004 nömrəli Torpağa Mülkiyyət Hüququna X18 ümumiyyətlə elektron kadastr məlumat bazasında öz əksini tapmadığı qeyd edilir. İddiaçı cavabdehə müraciət etmişir. Lakin cavabdeh müraciətinə imtina məktubu təqdim etmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 75 nömrəli qərarı əsasında hazırlanmış JN-769 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmadığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, iddiaçı dövlət aktı ilə nəzərəd tutulmuş sahəni deyil tamamilə başqa ərazinin sənədləşməsini istəyir. Respublika üzrə bu tipli problemlərin həlli məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarf’na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X6 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Oğuz rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və hal-hazırda kameral işlər həyata keçirilir və vətəndaşın nəzərinizə çatdırılmışdır ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ ilə bağlı müraciətlərinə təkrar baxılacaqdır. “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 1916008066 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Oğuz şəhərində yerləşən 0.2299 ha torpaq sahəsi X2 mülkiyyətindədir.
3. JN-770 kod 40501004 nömrəli Torpağa mülkiyyət hüququna X18 surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə X4 0.23 ha torpaq sahəsi verilmişdir.
4. JN-769 kod 40501004 nömrəli Torpağa mülkiyyət hüququna X18 surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə X9 0.94 ha torpaq sahəsi verilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, Oğuz şəhəri üzrə pay torpağı alan və həyətyanı torpaq alan subyektlərin siyahısından X11 və ailə üzvlərinin adı qeyd edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, Oğuz şəhəri üzrə həyətyanı və onun ilə üzvlərinin adları qeyd edilmiş çıxarışların surəti.
7. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 1111/2023 nömrəli qətnaməsinin surəti.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6040/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-502/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı X17ı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 75 saylı qərarı ilə JN-769 KOD 40501004 nömrəli Torpağa mülkiyyət hüququna X20 əsasında paylı mülkiyyətlərinə verilmiş Oğuz şəhərində yerləşən 0,94 ha torpaq kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,X11 və ailə üzvlərinin (hazırkı iddiaçıların) adına iki Dövlət Aktı mövcuddur.Belə ki,iddia tələbinin hüquqi əsası olan JN- 769 KOD 40501004 nömrəli Torpağa mülkiyyət hüququna X20 Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmişdir.X19 əsasən torpaq sahəsi 28,67 və 64,99 sot olmaqla iki planşetdə göstərilmişdir. Lakin,araşdırma zamanı Oğuz Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2000ci il tarixli, 02 saylı qərarı ilə JN-769 KOD 40501004 nömrəli Torpağa mülkiyyət hüququna X18 da mövcudluğu müəyyən edilmişdir.Həmin Akta əsasən isə torpaq sahəsi vahid planşetdə göstərilmişdir.Göründüyü kimi ilkin dövlət aktının tarixi daha əvvəl olduğu halda ikinci dövlət aktı verilmişdir.Həmin sənədlərdə göstərilən torpaq sahələri isə tamamilə fərqlidir.İddiaçıların hüquqi marağı isə ilkin sənəddə qeyd olunan iki planşetdə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Məhkəmənin verdiyi sorğuya əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3- 42/2-502/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-769 saylı KOD 40501004 nömrəli Torpağa mülkiyyət hüququna X18 DWG və TEKUİS bazasında yerləşmə vəziyyəti barədə müqayisəli yerquruluşu planı tərtib edilmişdir. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə X11 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, JN-769 nömrəli “Torpağın mülkiyyətə verilməsinə X20”nda qeyd edilən 0,94 hektar torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış, torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) və X6 X7 (TEKUİS) kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin olan ərazidir. Sözügedən 0,94 hektar torpaq sahəsi JN-769 nömrəli “Torpağın mülkiyyətə verilməsinə X20” ilə X11 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçıların nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,8331 və 0,3550 hektar torpaq sahəsi ilə aralarında 4 km məsafə mövcuddur. Faktiki istifadə olunan 0,8331 hektar və 0,3550 hektar torpaq sahəsi JN-769 saylı “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən verilmiş 0,94 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. JN-769 saylı Dövlət Aktının koordinatları həmin subyektin faktiki istifadə etdiyi yerə uyğun deyil. JN-769 saylı Dövlət aktına əsasən verilmiş 0,94 hektar torpaq sahəsi, X6 X10 (TEKUİS) əsasən başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür.Faktiki naturada ölçülmüş 0,8331 hektar torpaq sahəsi X6 X10 (TEKUİS) əsasən JN-770 və JN-771 nömrəli Dövlət Aktları ilə başqa vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələri ilə üstüstə düşür. İddiaçıların nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,3550 hektar torpaq sahəsi kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası kolluq olan Oğuz bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Digər tərəfdən mütəxəssis rəyinə əsasən də müəyyən edilir ki,naturada iddia olunan torpaq sahəsi ilə ilkin Dövlət Aktının koordinatları ilə də eyni deyildir.İddia olunan torpaq sahəsi isə bələdiyyə mülkiyyətindədir. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıların müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-769 KOD 40501004 nömrəli Torpağa mülkiyyət hüququna X20 əsasında paylı mülkiyyətlərinə verilmiş Oğuz şəhərində yerləşən və 1998-ci ildən halhazıradək faktiki istifadələrində olan kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı pay torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata alaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə