Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-40/2021 08.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı (üçüncü şəxslər: X10, X4, İsmayılov Dönməz Adil oğlu, X2, İsmayılov Arif Dönməz oğlu və İsmayılov Hafiz Dönməz oğlu) “X10, onun ailə üzvləri X4, İsmayılov Dönməz Adil oğlu, X2, İsmayılov Arif Dönməz oğlu və İsmayılov Hafiz Dönməz oğlunun adına xx xxxxxx 2004-cü il tarixli JN- 086A saylı kodu 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, İsmayıllı rayonu, Basqal kəndi XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli 8 saylı protokoluna əsasən ona verilmiş İsmayıllı rayonu, Basqal qəsəbəsinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İsmayıllı rayonu, Basqal kəndi XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8 saylı protokoluna əsasən Basqal kəndinin ərazisindən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair çıxarış almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Beləki, cavabdeh orqanın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və əldə olunan məlumatlar elektron kadastr məlumat bazası ilə müqayisə olunmuş və məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin 0.11 ha hissəsi X10 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə düşür və buna dair ləvğ edilmiş DTXK İsmayıllı rayon şöbəsi tərəfindən JN-086 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Qeyd olunan şəhadətnamənin ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində olmadığından iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, JN-086A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin” ləğv edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən əraziyə baxış keçirilmiş və əldə olunan məlumatlar Ərazi İdarəsidə mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, qeyd olunan 0.12 ha torpaq sahəsinin 0.11 ha hissəsi JN-86 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin üzərinə düşür. Eyni zamanda bildirmək istəyirik ki, mübahisəli torpaq sahəsinin faktiki sahəsi 0.1266 hektardır. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpağıdır. İstidadəçisi İddiaçıdur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1641/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə X10, X4, İsmayılov Dönməz Adil oğlu, X2, İsmayılov Arif Dönməz oğlu və İsmayılov Hafiz Dönməz oğlu üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmişlər. İş materiallarında olan İsmayıllı rayonu, Basqal kəndi XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8 saylı protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Basqal kəndində yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmış və siyahıda iş üzrə iddiaçının adı 38-ci sırada qeyd edilmişdir. İddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi ölçülərək iş materiallarına əlavə edilmiş xx.xx.1991-ci il tarixli Aktla təhvil verilmişdir. İş materiallarında olan JN-086A KOD 40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 63 saylı qərarı ilə 0.11 ha həyətyanı torpaq sahəsi X10 və onun ailə üzvlərinin adına (ailənin soyadı şəhadətnamədə “İsmayılov” olaraq qeyd edilsə də, şəxsiyyət vəsiqələrində müvafiq olaraq “Əhmədov” kimi qeyd edilmişdir) qeyd edilmiş və 7438 nömrə ilə kitabda qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RİH Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2018-ci il tarixli 261 nömrəli arayışından məlum olur ki, iddiaçının Basqal qəsəbəsində özünəməxsus 0.12 ha həyətyanı torpaq sahəsi var, həmin torpaq sahəsi ona xx.xx.1991-ci il tarixdə verilmiş və hal-hazıradək iddiaçının istifadəsindədir. İş materiallarında olan eyni tarixli Basqal bələdiyyəsinin də arayışında həmin qeydlər var və iddiaçının bələdiyyəyə vergi borcunun olmadığı qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı RİH başçısının Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 207 nömrəli arayışında qeyd edilir ki, DTXK İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş JN-086A KOD 40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də adları qeyd olunan vətəndaşlar heç vaxt İsmayıllı rayonunun Basqal qəsəbəsəində yaşamamış və qeydiyyatda olmamışlar. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə təsdiq edilmiş surətini təqdim etdiyi siyahıdan müəyyən edilir ki, iş üzrə üçüncü şəxslərə verilən 0.11 ha torpaq sahəsi 86 nömrəli şəhadətnamədə, iddiaçıya verilən 0.12 ha torpaq sahəsi isə 727 nömrəli şəhadətnamədə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubundan müəyyən edilir ki, iş üzrə üçüncü şəxslər barədə VMASda heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q-192 nömrəli məktubundan müəyyən edilir ki, iş üzrə üçüncü şəxslər barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********96 nömrəli məktubunda qeyd edilir ki, Xidmətin tabeliyində olan “xxxx” MMC-nin arxivində İsmayıllı rayonu, Basqal kəndində torpaq islahatı aparılan zaman mülkiyyətinə pay torpaq sahələri verilmiş şəxslərin siyahısında X10 və digərlərinin adları aşkar edilməmişdir. İş materiallarında olan 095757 və 862570 nömrəli “Ölüm haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iş üzrə üçüncü şəxslərdən X13 və X6 müvafiq olaraq xx.xx.2005-ci il və xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. İş materiallarında olan üçüncü şəxslərin notarial qaydada məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizələrdən müəyyən edilir ki, xx.xx.2004-cü il tarixli JN 086 A saylı kodu 40700016 olan Şəhadətnamədə qeyd olunan torpaq sahəsinin iş üzrə üçüncü şəxslərə heç bir aidiyyəti yoxdur və heç vaxt onların istifadəsində olmamışdır. Üçüncü şəxslər ərizələrində qeyd edirlər ki, sözügedən torpaq sahəsi hazırkı iş üzrə İddiaçı istifadəsindədir. İş materiallarında olan JN-210A KOD 40700016 nömrəli “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə”nin surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 63 saylı qərarına əsasən 0.11 ha həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmiş və 7534 nömrə ilə kitabda qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********98 nömrəli məktubunda qeyd edilir ki, müraciətdə olan ailənin “Əhmədov” soyadı ilə subyektlərin siyahısında adları aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddiaçı və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə AZ1152/********** nömrəli teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər də həmçinin məhkəməyə xx.xx.2021-ci il tarixdə AZ1074/********** nömrəli teleqram göndərərək hazırkı işlə əlaqədar məhkəməyə notarial qaydada ərizələr göndərdiklərini bildirmiş və iddia tələbinin təmin edilməsinə heç bir etirazlarının olmadığını qeyd etmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, həyətyanı torpaq sahəsi iş üzrə iddiaçıya verilmişdir. İddiaçı istifadəsində olan həmin torpaq sahəsinə çıxarış almaq istədikdə cavabdeh tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsi iş üzrə üçüncü şəxslərin adına tərtib edilmiş şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür. Halbuki üçüncü şəxslərin mülkiyyətinə digər Şəhadətnamə əsasında həyətyanı torpaq sahəsi AİK-nın müvafiq qərarına əsasən verilmişdir. Həmçinin üçüncü şəxslərin məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizələrində də onlar iddiaçının qeyd etdiyi, istifadəsində olduğu torpaq sahəsinə aidiyyətlərinin olmadığını bildirmiş, məhkəməyə ünvanladıqları teleqramda isə iddia tələbinin təmin edilməsinə heç bir etirazlarının olmadığını qeyd etmişlər. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə X10, onun ailə üzvləri X4, İsmayılov Dönməz Adil oğlu, X2, İsmayılov Arif Dönməz oğlu və İsmayılov Hafiz Dönməz oğlunun adına xx xxxxxx 2004-cü il tarixli JN-086A saylı kodu 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, İsmayıllı rayonu, Basqal kəndi XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli 8 saylı protokoluna əsasən ona verilmiş İsmayıllı rayonu, Basqal qəsəbəsinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12 üzərinə X10 və onun ailə üzvləri X4, İsmayılov Dönməz Adil oğlu, X2, İsmayılov Arif Dönməz oğlu və İsmayılov Hafiz Dönməz oğlunun adına 27 dekabr 2004-cü il tarixli JN-086A saylı kodu 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, İsmayıllı rayonu, Basqal kəndi XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli 8 saylı protokoluna əsasən İddiaçı verilmiş İsmayıllı rayonu, Basqal qəsəbəsinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-40/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-40/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver