Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-400/2020 04.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və həmin pensiyanın əri X2 rəhmətə getdiyi vaxtdan ötən dövrü nəzərə alaraq yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və həmin pensiyanın əri X2 rəhmətə getdiyi vaxtdan ötən dövrü nəzərə alaraq yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1947-ci ildə anadan olmuşdur. xx.xx.1997-ci ildən yaşa görə əmək pensiyası alır. xx xxxxxx 2002-ci ildə həyat yoldaşı X3 rəhmətə getmişdir. Əri xx.xx.1996-cı ildən pensiyaya çıxmışdır. Əri X3 rəhmətə gedəndən sonra ailə başçısını itirməyə görə pensiya almaq üçün bir neçə dəfə DSMF-nin Mingəçevir şəhər şöbəsinə müraciət etmişdir. Müxtəlif vaxtlarda, ona ərinin pensiyasının almağının mümkün olmadığını, hətta qanunvericilikdə bu barədə konkret göstərişlərin olmasını demişlər. Son bir neçə ildə o, müraciətlərini davam etdirmişdir, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bəzi hüquqşünaslarla məsləhətləşdikdən sonra ona bildirmişlər ki, bu məsələ ilə bağlı rəsmi müraciət etmək, lazım gələrsə məhkəməyə də müraciət etmək lazımdır. Bununla əlaqədar olaraq, DSMF-nin Mingəçevir şəhər şöbəsinin vəzifəli şəxslərinə müraciət etmiş, lakin ona gözləməyini bildirmişlər. Uzun müddət gözlədikdən sonra yenidən müraciət etmiş, lakin nəticə verməmişdir. Yenidən DSMF-nin Mingəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Nəhayət, xx xxxxxxx 2019-cu il tarixdə ərizə ilə rəsmi müraciət etmişdir. xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubla bildirmişlər ki, “mərhum əri X1 stajını müəyyən etmək mümkün deyil və bu səbəbdən pensiya hüququna baxılması mümkün deyil”. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mərhum X2 pensiyası xx.xx.2002-ci il tarixdə 23.44 manat olub. Mərhum sağ olsaydı pensiyasının məbləği 233.20 manat olardı. İddiaçı hal-hazırda pensiyasının məbləği 233.20 manatdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Sadalananlardan göründüyü kimi iddiaçının pensiyasının növü dəyişdirilərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunsa da onun aldığı pensiya məbləğində heç bir fərq yaranmayacaq. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və həmin pensiyanın əri X2 rəhmətə getdiyi vaxtdan ötən dövrü nəzərə alaraq yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-400/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-400/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver