Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-400/2024 25.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X9 Kombinatı” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********175785 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “X9 Kombinatı” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin xx.xx.2023-cü il tarixli **********163422 saylı X10 aktına əsasən inzibati aktın qəbul edilməsindən imtina olunması və qəbul ediləcək hər hansı aktın qanunsuz sayılması barədə qərar çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, “cavabdehin xx.xx.2023-cü il tarixli **********175785 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - 9 saylı Ərazi Vergilər İdarəsi İdarəsinin xx.xx.2022-ci il tarixli **********163422 saylı qərarına əsasən “X9 Kombinatı” Məhdud Məsuliyyət Cəmiyyətində (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5. maddəsinə əsasən vergi qanunvericiliyi üzrə sentyabr 2019 sentyabr 2022-ci il üzrə X10 keçirilmiş və xx.xx.2023-cü il tarixli **********163422 saylı akt tərtib edilmişdir. 9 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022 tarixli **********162259 saylı qərara əsasən Sentyabr 2019 - sentyabr 2022 yoxlama dövrü üzrə Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən növbədənkənar X10 aparmış və xx.xx.2023 tarixli **********163422 nömrəli akt tərtib etmişdir. X5 aşağıdakı səbəblərdən narazılıq bildirərək, aktın nəticəsinin qanunsuz olduğunu və İnzibati-İcraat haqqında qanunun tələblərinə əsasən məsuliyyətdən imtina haqqında qərar çıxarılmalıdır. Belə ki,X10 xx.xx.2022 tarixində başlamış və xx.xx.2023 tarixində başa çatmış, akt kağız formatda təqdim olunmamış, Elektron Kargüzarlıq vasitəsilə xx.xx.2023 tarixində **********380200 avis nömrəylə elektron qutuya daxil olmuşdur. X10 13 dəfə 245 müddət qədər dayandırılmış və dayandırıldığı müddətdə bərpa edilərək bir daha dayandırılmışdır. Bu isə Vergi Məcəlləsində, yəni yoxlama müddəti dayandırıldığı halda bərpa edilməsi halı nəzərdə tutulmamışdır. X10 aktının 1.9.2 bəndində göstərilən inventarizasiya aktı müəssisəy təqdim edilməmişdir. X10 aktının 1.9.4 bəndində bəndində göstərilmiş ekspert rəyinə müəssisə tərəfindən etiraz məktubu yazılmış, lakin etiraz nəzərə alınmamışdır. Aktın 1.9.5 bəndinə əsasən də, yəni mütəxəssisin dəvət edilməsi ilə bağlı mütəxəssis və ekspert rəyinə müəssisə tərəfindən etiraz verilmiş, lakin Vergi orqanı etirazla bağlı rəsmi cavab bildirməmişdir. X10 ilə 90197.61 manat 2021-ci il üzrə Mənfəət Vergisinin azaldılması qeyd olunmuşdur. Mənfəət Vergisinin azaldılmasına səbəb bank hesabı üzrə daxil olma və xərc sənədlərinin mövcud olmasına baxmayaraq, xərclər azaldılaraq əlavə olaraq 20% mənfəət vergisi hesablanması olmuşdur. Bundan əlavə Sentyabr 2019-cu il üzrə 799.43, Dekabr 2019-cu il üzrə 211.87, Yanvar 2020-ci il üzrə 3690.93, Fevral 2020-ci il üzrə 1507.73, Aprel 2020-ci il üzrə 1438.77, İyul 2020-ci il üzrə 735.48, Aprel 2022-ci il üzrə 2944.32, May 2022-ci il üzrə 1800, iyun 2022-ci il üzrə 540, İyul 2022-ci il üzrə 112363,63 və ümumi olaraq 2019-cu il üzrə 1021.30 manat ƏDV-nin azaldılması üzrə 510.65 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 7372.91 manat ƏDV-nin azaldılması üzrə 3686.46 manat maliyyə sanksiyası, 2021ci il üzrə 0.00 manat maliyyə sanksiyası, 2022-ci il üzrə 117 647.95 manat ƏDV-nin azaldılması üzrə 58823.98 manat maliyyə sanksiyası, cəmi 126 042.16 manat qədər ƏDVnin azaldılması üzrə ƏDV-nin 50 % miqdarında yəni 63021.08 manat məbləğində maliyyə sanksiyası aktda qeyd olunmuşdur. Ödəmə mənbəyində vergi bəyannaməsi üzrə isə 2019-3 cü rübdən və 2022- 2-ci rübə qədər olan dövr üzrə ümumilikdə 3226.72 manat qədər ÖMV hesablanmışdır. ÖMVnin hesablanmasına əsas Vergi ödəyicisinin bank hesabına müəssisənin öz təsisçisi tərəfindən 2019-cu il ərzində 143 225.00 manat məbləğində vəsaitin mədaxil olması və yoxlama ilə əhatə olunan dövrün sonuna kimi qeyd olunan pul vəsaitinin geri qaytarılmaması olmuşdur. Mülki Məcəllənin 739-cu maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Yoxlama ilə müəssisə tərəfindən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətdə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Vergi məcəlləsinin 123.1 -ci maddəsinin tələbinin pozulmasına görə 3226.72 manat ödəmə mənbəyi üzrə Vergilərin azaldılması müəyyən edilmişdir. Yoxlama aktının 2.7 bəndinə əsasən Vergi Məcəlləsinin 58.6 maddəsinə istinad edərək Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə zidd olaraq alınmış malların dəyəri ödənilən gündən gec 2020-ci ildə 17108.28 manat və 2022-ci ildə 4844.00 manat, ümumilikdə 21952.28 manat məbləğində ƏDV-nin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 % miqdarinda yəni 10 976.14 manat məbləğində maliyyə sanksiyası təklif olunmuşdur. Belə ki, iddiaçı tərəfindən vergi orqana məktubla müraciət edilərək göstərilənlərlə əlaqədar olaraq azaldılmış məbləğ olaraq 219 466.57 manat, əlavə olaraq hesabanmış 198 730.26 manat, və maliyyə sanksiyası olaraq hesablanmış 121189.46 manat məbləğin əsassız və qanunsuz olduğu diqqətinə çatdırılmış və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən imtina edilməsi qərarının çıxarılması xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - X9 Kombinatı " Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022- ci il tarixli **********162259 nömrəli qərarı ilə sentyabr 2019 - iyul 2022 vergi dövrləri üzrə X10 aparılmışdır. Yoxlamanın nəticələri xx.xx.2023-cü tarixli **********163422 nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyət yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq meyvə tərəvəz şirələrin istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisəyə vergi yoxlamasının keçirilməsi üçün xx.xx.2022-ci il tarixli **********162320 nömrəli Tələbnamə verilmiş və 2019-cu il üzrə mənfəət vergisinin yoxlama ilə əhatə olunmasını nəzərə alaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etməklə müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatlar üzrə mühasibat (maliyyə) və vergi uçotuna dair hesabatları, aktivlərin (o cümlədən xammal, yarımfabrikat, mal-material və hazır məhsulların dövriyyəsi, hərəkəti, sərfiyyatı və qalıqları barədə hesabatları, ocümlədən icmal hesabatları və mühasibat sənədlərini, aparılmış bütün əməliyyatları təsdiq edən ilkin uçot sənədləri, ödəniş sənədləri, alınan gəlirləri, çəkilən xərcləri təsdiq edən mühasibat (maliyyə) sənədlərini, vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının hesablanması üçün zəruri olan bütün sənədlərin təqdim olunması tələb edilmişdir. Tələb olunan sənədlər müəssisə tərəfindən təqdim edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.14-cü, 44-cü və 45-ci maddələrinə əsasən yoxlama zamanı mütəxəssis və ekspert dəvət edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli MB16-0542 nömrəli (xx.xx.2023-cü İl tarixli **********624200 AVİS nömrəli) mütəxəssis və ekspert rəyi yoxlamaya təqdim edilmişdir. 2019-cu il üzrə müəssisə tərəfindən Vergilər İdarəsinə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə əsasən vergiyə cəlb olunan ümumi gəliri 2039938,21 manat, ümumi gəlirdən çıxılan xərci isə 1991686,41 manat təşkil etmişdir. Yəni, həmin dövr üzrə müəssisə tərəfindən 48251,80 manat məbləğində mənfəətin olduğu bəyan edilmişdir, mənfəətinin 20%-ni cəlb etməklə 9650,36 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə müəssisə gəlirin və xərcin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130-cu, 134-cü, 135-ci və 136-cı maddələrinə əsasən hesablama metodu ilə aparmışdır. Müəssisənin gəlirləri Vergi Məcəlləsinin 104-cü maddəsinə müvafiq olaraq elektron qaimə-faktura, yük gömrük bəyannamələri və vergi ödəyicisinin bank hesablarının məlumatlarına əsasən müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş izahata əsasən nar şirəsinin “AFB Bank" ASC-yə satışı üzrə səhvən tərtib edilmiş xx.xx.2019-cu il tarixli EAAP seriyalı 246465 nömrəli 80600,00 manat dəyərində elektron qaimə-faktura ümumi dövriyyədən çıxarıldıqdan sonra təqdim edilmiş elektron qaiməfakturalara əsasən 171108,00 manat və ixrac sənədlərinə əsasən 1873830,10 manat, ümumilikdə 2044938,10 manat vergiyə cəlb olunan gəliri müəyyən edilmişdir. Xərcləri isə Vergi Məcəlləsinin 108-ci maddəsinə müvafiq olaraq hesablanmış əmək haqqı və sosial sığorta haqlarının məbləği üzrə 43723,90 manat - müəssisə tərəfindən əmək haqqının hesablanması və ödənilməsi ilə bağlı tərtib edilmiş sənədlər; malın dəyəri üzrə 2020104,08 manat - mütəxəssis tərəfindən təqdim edilmiş istehsal olunan məhsulun vahidinə tələb olunan xammal sərfi normaları barədə rəyə və alış aktlarında müəyyən edilən qiymətlərə əsasən həmin normalar üzrə sərf edilən malın dəyərinə əsasən nar meyvəsi üzrə 1962104,08 manat və alış aktlarına əsasən bibər məhsulu üzrə 58000,00 manat; icarə haqqı üzrə 423,72 manat - icarə müqaviləsi və alınmış elektron qaiməfakturalar; elektrik enerjisi üzrə 63559,85 manat - alınmış elektron qaimə-fakturalar; məişət qazı üzrə 29908,20 manat - müəssisə tərəfindən alınmış elektron qaimə-fakturalar; bank xidməti üzrə 29057,87 manat - vergi ödəyicisinə məxsus bank hesablarından alınmış çıxarışlar; sair xərclər üzrə 34492,52 manat - idxal edilmiş sair mal-materialların dəyərini (invoys və gömrük tutulmalarının məbləğini) təsdiq edən yük gömrük bəyannamələri, amortizasiya ayırmaları üzrə 39738,93 manat - əsas vəsaitlər üzrə qalıqların dəyəri; digər xərclər üzrə 62273,12 manat - elektron qaimə-fakturalar əsasında alınmış sair malmaterialların və digər xərclərin dəyəri; torpaq vergisi üzrə 99,68 manat - torpaq sahəsinə, əmlak vergisi üzrə 943,80 manat - əmlakın dəyərinə əsasən hesablanmış məbləğlər əsasında ümumilikdə 2324325,67 manat məbləğində olduğu müəyyən edilmişdir. 2019-cu il üzrə müəssisənin 2044938,10 manat vergiyə cəlb olunan ümumi gəliri, ümumi gəlirdən çıxılan xərci isə 2324325,67 manat müəyyən olunmuşdur. Göründüyü kimi müəssisənin 2019-cu il üzrə 279387,57 manat zərər etməsi müəyyən olunmuşdur. 2019-cu ilin yanvar-dekabr ayları üzrə ƏDV-si bəyannamələri üzrə müəyyən olunmuş 2019938,21 manat dövriyyənin məbləği, 2019-cu il üzrə mənfəət vergisinin bəyannaməsi üzrə müəyyən olunmuş 2044938,10 manat gəlirin məbləğindən 24999,89 manat az olması müəssisə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli EAAW seriyalı 941451 nömrəli elektron qaimə-faktura və xx.xx.2019-cu il tarixli J seriyalı 153204 nömrəli vergi hesab-faktura üzrə 25000,00 manat məbləğində dövriyyənin qeyd edilən dövr üzrə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq olaraq tələb olunan dövrdə ƏDV- si bəyannaməsində əks olunmadığı səbəbindən yaranmışdır. 2020-ci il üzrə müəssisə tərəfindən Vergilər İdarəsinə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə əsasən vergiyə cəlb olunan ümumi gəliri 2573590,70 manat, ümumi gəlirdən çıxılan xərci isə 2296000,09 manat təşkil etmişdir. Yəni həmin dövr üzrə müəssisə tərəfindən 277590,61 manat məbləğində mənfəətin olduğu bəyan edilmişdir, mənfəətinin 20%-ni cəlb etməklə 55518,12 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə müəssisə gəlirin və xərcin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130-cu, 131-ci, 132-ci və 133-cü maddələrinə əsasən kassa metodu ilə aparmışdır. Müəssisənin gəlirləri Vergi Məcəlləsinin 104-cü maddəsinə müvafiq olaraq elektron qaimə-faktura, yük gömrük bəyannamələri və vergi ödəyicisinin bank hesablarının məlumatlarına əsasən müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 49260,00 manat məbləğində malların təqdim edilməsi, bank hesablarından alınmış çıxarışlara əsasən təqdim edilmiş mallara görə 28588,00 manat məbləğində ödənilmiş pul vəsaiti, yük gömrük sənədlərinə əsasən 3032182,70 manat məbləğində malların ixrac edilməsi, bank hesablarından alınmış çıxarışlara əsasən ixrac edilmiş mallara görə 2435198,70 manat məbləğində ödənilmiş pul vəsaiti, ümumilikdə təqdim edilmiş 3081442,70 manat məbləğində mallara görə ödənilmiş 2435198,70 manat pul vəsaiti əsas götürülərək gəlir müəyyən olunmuşdur. Xərcləri isə Vergi Məcəlləsinin 108-ci maddəsinə müvafiq olaraq: hesablanmış və ödənilmiş əmək haqqı və sosial sığorta haqlarının məbləği üzrə 70289,34 manat müəssisə tərəfindən əmək haqqının hesablanması və ödənilməsi ilə bağlı tərtib edilmiş sənədlər; malın dəyəri üzrə 1517657,09 manat - mütəxəssis tərəfindən təqdim edilmiş istehsal olunan məhsulun vahidinə tələb olunan xammal sərfi normaları barədə rəyə və alış aktlarında müəyyən edilən qiymətlərə əsasən həmin normalar üzrə sərf edilən malın dəyərinə əsasən nar meyvəsi üzrə 1459487,09 manat və zoğal konsentrantı məhsulu üzrə xx.xx.2019-cu il tarixinə müəyyən edilmiş zoğal məhsulu üzrə mal qalığı, alış aktlarına əsasən tədarük edilmiş zoğal məhsulunun miqdan, yük gömrük sənədlərinə əsasən ixrac edilmiş zoğal məhsulunun miqdarı, aparılmış növbəti inventarizasiya zamanı xx.xx.2022-ci il tarixinə mövcud olan zoğal məhsulu üzrə mal qalığı nəzərə alınmaqla zoğal məhsulu üzrə müəyyən edilən 58170,00 manat maya dəyəri; icarə haqqı üzrə 423,72 manat - icarə müqaviləsi və alınmış elektron qaimə-fakturalar; elektrik enerjisi üzrə 84506,10 manat alınmış elektron qaimə-fakturalar; məişət qazı üzrə 26440,66 manat - müəssisə tərəfindən alınmış elektron qaimə-fakturalar; bank xidməti üzrə 18487,67 manat - bank hesablarından alınmış çıxarışlar; sair xərclər üzrə 15909,50 manat - idxal edilmiş sair malmaterialların dəyərini (invoys və gömrük tutulmalarının məbləğini) təsdiq edən yük gömrük sənədləri, amortizasiya ayırmaları üzrə 53647,75 manat - əsas vəsaitlər üzrə qalıqların dəyəri; digər xərclər üzrə 188696,32 manat - elektron qaimə-fakturalar əsasında alınmış sair mal-materialların və digər xərclərin dəyəri; torpaq vergisi üzrə 99,68 manat - torpaq sahəsinə; əmlak vergisi üzrə 4156,77 manat - əmlakın dəyərinə əsasən hesablanmış məbləğlər və vergi ödəyicisinə məxsus bank hesablarından alınmış çıxarışlar əsasında ümumilikdə 1980841.40 manat məbləğində olduğu müəyyən olunmuşdur. 2020-ci il üzrə müəssisənin 2435198,70 manat vergiyə cəlb olunan ümumi gəliri, ümumi gəlirdən çıxılan xərci isə 1980841,40 manat müəyyən olunmuşdur. 2019-cu il üzrə yaranmış 279287,89 manat məbləğində zərər nəzərə alındıqdan sonra 175069,41 manat məbləğində mənfəətin olduğu müəyyən olundu, mənfəətin 20%-ni cəlb etməklə 35013,88 manat mənfəət vergisi hesablandı. Göründüyü kimi müəssisə tərəfindən 2020-ci il üzrə 20504,24 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən olunmuşdur.. 2021-ci il üzrə müəssisə tərəfindən Vergilər İdarəsinə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə əsasən vergiyə cəlb olunan ümumi gəliri 4094186,80 manat, ümumi gəlirdən çıxılan xərci isə 4041514,80 manat təşkil etmişdir. Yəni həmin dövr üzrə müəssisə tərəfindən 52672,00 manat məbləğində mənfəətin olduğu bəyan edilmişdir, mənfəətinin 20%-ni cəlb etməklə 10534,40 manat mənfəət vergisi hesablanmışdır. 2021-ci il üzrə müəssisə gəlirin və xərcin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130-cu, 131-ci, 132-ci və 133-cü maddələrinə əsasən kassa metodu ilə aparmışdır. Müəssisənin gəlirləri Vergi Məcəlləsinin 104-cü maddəsinə müvafiq olaraq elektron qaimə-faktura, yük gömrük bəyannamələri və vergi ödəyicisinin bank hesablarının məlumatlarına əsasən müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 821631,80 manat məbləğində malların təqdim edilməsi, bank hesablarından alınmış çıxarışlara əsasən təqdim edilmiş mallara görə 606403,80 manat məbləğində ödənilmiş pul vəsaiti, yük gömrük sənədlərinə əsasən 3102899,32 manat məbləğində malların ixrac edilməsi, bank hesablarından alınmış çıxarışlara əsasən ixrac edilmiş mallara görə 3339541,65 manat məbləğində ödənilmiş pul vəsaiti, ümumilikdə təqdim edilmiş 3924531,12 manat məbləğində mallara görə ödənilmiş 3945945,45 manat pul vəsaiti əsas götürülərək gəlir müəyyən olunmuşdur. Xərcləri isə Vergi Məcəlləsinin 108-ci maddəsinə müvafiq olaraq: hesablanmış və ödənilmiş əmək haqqı və sosial sığorta haqlarının məbləği üzrə 64815,51 manat müəssisə tərəfindən təqdim edilmiş sənədlər; malın dəyəri üzrə 2882773,95 manat mütəxəssis tərəfindən təqdim edilmiş istehsal olunan məhsulun vahidinə tələb olunan xammal sərfi normaları barədə rəyə və alış aktlarında müəyyən edilən qiymətlərə əsasən həmin normalar üzrə sərf edilən malın dəyərinə əsasən nar meyvəsi üzrə 2828788,03 manat, zoğal konsentrantı məhsulu üzrə xx.xx.2019-cu il tarixinə müəyyən edilmiş zoğal məhsulu üzrə mal qalığı, alış aktlarına əsasən tədarük edilmiş zoğal məhsulunun miqdarı, yük gömrük sənədlərinə əsasən ixrac edilmiş zoğal məhsulunun miqdarı, aparılmış növbəti inventarizasiya zamanı xx.xx.2022-ci il tarixinə mövcud olan zoğal məhsulu üzrə mal qalığı nəzərə alınmaqla zoğal məhsulu üzrə müəyyən edilən 47258,42 manat maya dəyəri və elektron alış aktlarına əsasən bibər məhsulu üzrə 6727,50 manat; icarə haqqı üzrə 423,72 manat - icarə müqaviləsi və alınmış elektron qaimə-fakturalar; elektrik enerjisi üzrə 102691,49 manat - alınmış elektron qaimə-fakturalar; məişət qazı üzrə 150,87 manat - müəssisə tərəfindən alınmış elektron qaimə-fakturalar; su və kanalizasiya üzrə 2938,13 alınmış elektron qaimə-fakturalar; bank xidməti üzrə 6725,85 manat - bank hesablarından alınmış çıxarışlar; sair xərclər üzrə 11378,75 manat - idxal edilmiş sair mal-materialların dəyərini (invoys və gömrük tutulmalarının məbləğini) təsdiq edən yük gömrük sənədləri, amortizasiya ayırmaları üzrə 94740,52 manat - əsas vəsaitlər üzrə qalıqların dəyəri; digər xərclər üzrə 268910,55 manat - elektron qaimə-fakturalar əsasında alınmış sair malmaterialların və digər xərclərin dəyəri; torpaq vergisi üzrə 99,68 manat - torpaq sahəsinə; əmlak vergisi üzrə 4263,32 manat - əmlakın dəyərinə əsasən hesablanmış məbləğlər və vergi ödəyicisinə məxsus bank hesablarından alınmış çıxarışlar əsasında ümumilikdə 3442285,38 manat məbləğində olduğu müəyyən olunmuşdur. 2021-ci il üzrə müəssisənin vergiyə cəlb olunan ümumi gəliri 3945945,45 manat, ümumi gəlirdən çıxılan xərci 3442285,38 manat təşkil etmişdir. Yəni həmin dövr üzrə müəssisənin 503660,07 manat məbləğində mənfəətin olduğu müəyyən edilmişdir, mənfəətinin 20%-ni cəlb etməklə 100732,01 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən müəssisə tərəfindən ümumilikdə 90197,61 manat məbləğində mənfəət vergisinin az hesablaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6 mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 90197,61 manat məbləğində azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 45098,81 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Vergi ödəyicisi 9 saylı Ərazi Vergilər İdarəsində ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixdən qüvvədə olmaqla 10.01,2017-ci il tarixli **********7 saylı "ƏDV ödəyicisinin qeydiyyat bildirişi"ni almışdır. ƏDV-si üzrə bəyannamələrin təqdim edilməsinin və hesablanmasının düzgünlüyü vəziyyəti yoxlanılarkən müəyyən edildi ki, vergi ödəyicisi tərəfindən ƏDV-si bəyannamələri qanunvericilikdə müəyyən edilmiş vaxtlarda və qaydada vergi orqanına təqdim edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV-si bəyannamələrinin düzgünlüyü yoxlanıldı və yoxlamanın nəticəsi kimi vergi orqanına təqdim edilmiş bəyannamələrdə göstərilən vergilərin məbləği, vergi bəyannamələrində göstərilməli olan məbləği ilə müqayisə edilmişdir. Müəssisə sentyabr 2019-cu ildən iyul 2022-ci ilədək olan yoxlama dövrü ərzində faktiki olaraq meyvə və tərəvəz məhsullarının istehsalı və topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisə tərəfindən ƏDV-si tutulan əməliyyatların aparıldığı vaxt Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq olaraq müəyyən edilmişdir. Müəssisə tərəfindən elektron qaimə-fakturalara əsasən daxili bazarda təqdim olunan məhsullar üzrə dövriyyəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən 18% dərəcə ilə, yük gömrük sənədlərinə əsasən ixrac olunmuş məhsullar üzrə dövriyyəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə müvafiq olaraq (0) dərəcə ilə ƏDV-nə cəlb olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq əvəzləşdirilən ƏDV-nin məbləği alınmış mallara, işlərə və xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalara, elektron vergi hesab-fakturalara və yük gömrük sənədlərinə əsasən müəyyən olunmuşdur. Müəssisəyə vergi yoxlamasının keçirilməsi üçün xx.xx.2022-ci il tarixli **********162320 nömrəli Tələbnamə verilmiş və 2019-cu il üzrə mənfəət vergisinin yoxlama ilə əhatə olunmasını nəzərə alaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etməklə müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatlar üzrə mühasibat (maliyyə) və vergi uçotuna dair hesabatları, aktivlərin (o cümlədən xam-mal, yarımfabrikat, mal-material və hazır məhsulların dövriyyəsi, hərəkəti, sərfiyyatı və qalıqları barədə hesabatları, o cümlədən icmal hesabatları və mühasibat sənədlərini, aparılmış bütün əməliyyatları təsdiq edən ilkin uçot sənədləri, ödəniş sənədləri, alınan gəlirləri, çəkilən xərcləri təsdiq edən mühasibat (maliyyə) sənədlərini, vergilərin, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının hesablanması üçün zəruri olan bütün sənədlərin təqdim olunması tələb edilmişdir. Tələb olunan sənədlər müəssisə tərəfindən təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.14-cü, 44-cü və 45-ci maddələrinə əsasən X10nın keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğu üçün, vergi orqanlarının rəhbərinin qərarına əsasən mütəxəssis və ekspert dəvət olunmuşdur. Zəruri sənədlər mütəxəssis və ekspertə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli MB16-0542 nömrəli (xx.xx.2023-cü il tarixli **********624200 AVİS nömrəli) mütəxəssis və ekspert rəyi yoxlamaya təqdim edilmişdir. 2019-cu ilin sentyabr-dekabr ayları üzrə müəssisə tərəfindən təqdim olunmuş bəyannamələrə əsasən 18% dərəcə ilə ƏDV-nə cəlb olunan 20508,00 manat, (0) dərəcə ilə ƏDV-nə cəlb olunan 482991,10 manat dövriyyənin olduğu bəyan edilmişdir. Alınmış mallara işlərə, xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar, elektron vergi hesab-fakturalar və yük gömrük sənədləri üzrə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən ƏDV-nin məbləği 76921,88 manat olmuşdur. Müəssisə tərəfindən 2019-cu il üzrə 73230,44 manat büdcədən qaytarılan ƏDV-nin məbləği hesablanmışdır. 2019-cu ilin sentyabr-dekabr ayları üzrə ƏDV-si tutulan əməliyyatların aparıldığı vaxt Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq olaraq elektron qaimə-fakturalara, elektron vergi hesab-fakturalara, yük gömrük sənədlərinə və bank hesablarından alınmış çıxarışlara əsasən müəyyən olunmuşdur. Müəssisə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli EAAW seriyalı 941451 nömrəli elektron qaimə-faktura və xx.xx.2019- cu il tarixli İJ seriyalı 153204 nömrəli vergi hesab-faktura üzrə oktyabr ayında 10000,00 manat, dekabr ayında 10000,00 manat məbləğində pul vəsaitinin bank hesabına mədaxil olunan dövr üzrə ƏDV-nə cəlb olunan əməliyyatların dəyərinə aid edilmişdir, lakin yoxlama ilə qeyd edilən elektron qaimə-faktura və elektron vergi hesab-faktura təqdim edildiyi dövr üzrə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə müvafiq olaraq dövriyyədən çıxarılmışdır. Müəssisənin 18% dərəcə ilə ƏDV-nə cəlb olunan 508,00 manat dövriyyəsi müəyyən olunmuşdur. Yük gömrük sənədlərinə əsasən müəssisə tərəfindən 482991,10 manat məbləğində malların ixrac edilməsi, (0) dərəcə ilə ƏDV-nə cəlb olunan 482991,10 manat dövriyyəsi müəyyən olunmuşdur. 2019-cu ilin sentyabr-dekabr ayları üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175- ci maddəsinə müvafiq olaraq alınmış mallara, işlərə, xidmətlərə görə əldə edilmiş elektron vergi hesab-fakturalar və yük gömrük sənədləri üzrə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən ƏDV-nin məbləği 80145,69 manat olmuşdur. 2019-cu ilin sentyabr-dekabr ayları üzrə büdcədən qaytarılan 80054,25 manat məbləğində ƏDV-si müəyyən olunmuşdur. Odur ki, müəssisə tərəfindən 6823,81 manat məbləğində ƏDV-nin artıq hesablanması müəyyən olunmuşdur. 2019-cu ilin sentyabr-dekabr ayları üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmaqla ƏDV-nin məbləği 1021,30 manat olan elektron vergi hesab-fakturalar üzrə malların dəyəri alıcının bank hesabından malları təqdim edən şəxsin bank hesabına ödənilmədiyi üçün əvəzləşdirilməyə təqdim edilmiş elektron vergi hesab-fakturaların siyahısından çıxarılmışdır. Əvəzləşdirilmədən çıxarılan elektron vergi hesab-fakturalara görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış ƏDV-si məbləğinin 50 faizi miqdarında, yəni 510,65 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2020-ci il üzrə müəssisə tərəfindən təqdim olunmuş bəyannamələrə əsasən 18% dərəcə ilə ƏDV-nə cəlb olunan 33588,00 manat, (0) dərəcə ilə ƏDV-nə cəlb olunan 2540002,70 manat dövriyyənin olduğu bəyan edilmişdir. Alınmış mallara, işlərə və xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük sənədləri üzrə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən ƏDV-nin məbləği 76702,21 manat olmuşdur. Müəssisə tərəfindən 2020-ci il üzrə 70656,37 manat büdcədən qaytarılan ƏDV məbləği hesablanmışdır. 2020-ci il üzrə ƏDV-si tutulan əməliyyatların aparıldığı vaxt Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq olaraq elektron qaiməfakturalara, yük gömrük sənədlərinə və bank hesablarından alınmış çıxarışlara əsasən müəyyən olunmuşdur. Müəssisə tərəfindən verilmiş elektron qaimə-faktura əsasında 18% dərəcə ilə ƏDV-nə cəlb olunan dövriyyə üzrə 49260,00 manat dəyərində malların təqdim edilməsi, bank hesablarından alınmış çıxarışlara əsasən 33588,00 manat məbləğində ödənilmiş pul vəsaiti müəyyən olunmuşdur. Müəssisə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli EAAW seriyalı 941451 nömrəli elektron qaimə-faktura və xx.xx.2019-cu il tarixli İJ seriyalı 153204 nömrəli vergi hesab-faktura üzrə yanvar ayında 5000,00 manat məbləğində pul vəsaitinin bank hesabına mədaxil olunduğu dövr üzrə ƏDV-nə cəlb olunan əməliyyatların dəyərinə aid edilmişdir, lakin yoxlama ilə qeyd edilən elektron qaimə-faktura və elektron vergi hesab- faktura təqdim edildiyi dövr üzrə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə müvafiq olaraq dövriyyədən çıxarılmışdır. Müəssisənin 18% dərəcə ilə ƏDV-nə cəlb olunan 28588,00 manat dövriyyəsi müəyyən olunmuşdur. Yük gömrük sənədlərinə əsasən Türkiyyə respublikasından alınmış avadanlığın geri qaytarılması əməliyyatı üzrə 34000,00 manat dövriyyədən çıxarıldıqdan sonra müəssisənin (0) dərəcə ilə ƏDV-nə cəlb olunan dövriyyəsi üzrə **********,70 manat məbləğində malların təqdim edilməsi, bank hesablarından alınmış çıxarışlara əsasən ödənilmiş pul vəsaiti əsas götürülməklə 2406610,70 manat məbləğində dövriyyəsi müəyyən olunmuşdur. 2020-ci il üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq alınmış mallara, xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük sənədləri üzrə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən ƏDV-nin məbləği 68429,29 manat olmuşdur. 2020-ci il üzrə büdcədən qaytarılan 63283,45 manat məbləğində ƏDV-si müəyyən olunmuşdur. Odur ki, müəssisə tərəfindən 7372,92 manat məbləğində ƏDV-nin artıq hesablanması müəyyən olunmuşdur. 2020-ci il üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmaqla ƏDV-nin məbləği 7372,92 manat olan elektron vergi hesab-fakturalar üzrə malların dəyəri alıcının bank hesabından malları təqdim edən şəxsin bank hesabına ödənilmədiyi üçün əvəzləşdirilməyə təqdim edilmiş elektron vergi hesab-fakturaların siyahısından çıxarılmışdır. Əvəzləşdirilmədən çıxarılan elektron vergi hesab-fakturalara görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış ƏDV-nin məbləğinin 50 faizi miqdarında, yəni 3686,46 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2021-ci il üzrə müəssisə tərəfindən təqdim olunmuş bəyannamələrə əsasən 18% dərəcə ilə ƏDV-nə cəlb olunan 606403,80 manat, (0) dərəcə ilə ƏDV-nə cəlb olunan 3487783,00 manat dövriyyənin olduğu bəyan edilmişdir. Alınmış mallara, xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük sənədləri üzrə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən ƏDV-nin məbləği 47267,67 manat olmuşdur. Müəssisə tərəfindən 2021-ci il üzrə 61885,01 manat büdcəyə ödənilməli ƏDV məbləği hesablanmışdır. 2021-ci il üzrə ƏDV-si tutulan əməliyyatların aparıldığı vaxt Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq olaraq elektron qaiməfakturalara, yük gömrük sənədlərinə və bank hesablarından alınmış çıxarışlara əsasən müəyyən olunmuşdur. Müəssisə tərəfindən verilmiş elektron qaimə-faktura əsasında 18% dərəcə ilə ƏDV-nə cəlb olunan dövriyyəsi üzrə 821631,80 manat dəyərində malların təqdim edilməsi, bank hesablarından alınmış çıxarışlara əsasən ödənilmiş pul vəsaiti əsas götürülməklə 606403,80 manat məbləğində dövriyyəsi müəyyən olunmuşdur. Yük gömrük sənədlərinə əsasən müəssisənin (0) dərəcə ilə ƏDV-nə cəlb olunan dövriyyə üzrə 3102899,32 manat məbləğində malların təqdim edilməsi, bank hesablarından alınmış çıxarışlara əsasən ödənilmiş pul vəsaiti əsas götürülməklə 3339541,65 manat məbləğində dövriyyəsi müəyyən olunmuşdur. 2021-ci il üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq alınmış mallara, xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük sənədləri üzrə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən ƏDV-nin məbləği 47267,67 manat olmuşdur. Göründüyü kimi, (0) dərəcə ilə ƏDV-nə cəlb olunan dövriyyəsi 148241,35 manat artıq hesablanmışdır, lakin müəssisənin büdcəyə ödənilməli 61885,01 manat ƏDV-nin məbləği üzrə kənarlaşma müəyyən edilmədi. 2022-ci ilin yanvar-iyul ayları üzrə müəssisə tərəfindən təqdim olunmuş bəyannamələrə əsasən 18% dərəcə ilə ƏDV-nə cəlb olunan 176820,21 manat, (0) dərəcə ilə ƏDV-nə cəlb olunan 1414132,00 manat dövriyyənin olduğu bəyan edilmişdir. Alınmış mallara, xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük sənədlərinə əsasən vergi ödəyicisi tərəfindən əvəzləşdirilən ƏDV-nin məbləği 11500,35 manat olmuşdur. Müəssisə tərəfindən 2022-ci ilin yanvar-iyul ayları üzrə 20327,29 manat büdcəyə ödənilməli ƏDV-nin məbləği hesablanmışdır. 2022-ci ilin yanvar-iyul ayları üzrə müəssisənin ƏDV-si tutulan əməliyyatların aparıldığı vaxt Vergi Məcəlləsinin 166-cı, 67.15-ci və 45.1-ci maddələrinə müvafiq olaraq mütəxəssis tərəfindən müəyyən olunmuş istehsalın həcmi barədə rəy, elektron qaiməfakturalar, yük gömrük sənədləri və vergi ödəyicisinə məxsus bank hesablarından alınmış çıxarışlar əsasında müəyyən olunmuşdur. Mütəxəssis tərəfindən müəyyən olunmuş nar konsentrantı üzrə 1994661,49 kq istehsal həcminə; mütəxəssis tərəfindən təqdim edilmiş kalkulyasiya normalarına, müəssisə tərəfindən verilmiş elektron qaimə-faktura, yük gömrük bəyannamələri əsasında təqdim edilmiş 1711739,00 kq nar konsentrantı məhsulunun miqdarına; aparılmış inventarizasiya zamanı müəyyən edilmiş nar konsentrantı məhsulu üzrə 161850,00 kq mal qalığı nəzərə alınmaqla 121072,49 kq nar konsentı məhsulunun əskik gəlməsi müəyyən olundu. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş nar konsentrantı üzrə verilmiş elektron qaimə-fakturalara əsasən təşəkkül tapan 5,00 man məbləğində qiymət nəzərə alınmaqla 605362,45 manat əlavə dövriyyə müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrünün (ayının) dövriyyəsinə əlavə olunaraq 108965,25 manat ƏDV-si hesablanmışdır. 2022-ci ilin yanvar-iyul ayları üzrə müəssisə tərəfindən verilmiş elektron qaiməfaktura və mütəxəssis rəyinə əsasən müəssisənin 18% dərəcə ilə ƏDV-nə cəlb olunan 633312,47 manat dəyərində malların təqdim edilməsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.15-ci maddəsinə və bank hesablarından alınmış çıxarışlara əsasən ödənilmiş pul vəsaiti əsas götürülməklə 711892,40 manat məbləğində dövriyyəsi müəyyən olunmuşdur. Yük gömrük sənədlərinə əsasən müəssisənin (0) dərəcə ilə ƏDV-nə cəlb olunan dövriyyəsi üzrə 1626055,00 manat məbləğində malların təqdim edilməsi, bank hesablarından alınmış çıxarışlara əsasən ödənilmiş pu! vəsaiti əsas götürülməklə 1491380,12 manat məbləğində dövriyyəsi müəyyən olunmuşdur. 2022-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175ci maddəsinə müvafiq olaraq alınmış mallara, xidmətlərə görə əldə edilmiş elektron qaiməfakturalar və yük gömrük sənədləri üzrə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən ƏDV-nin məbləği 9880,35 manat müəyyən olunmuşdur. Göründüyü kimi, müəssisənin 18% dərəcə ilə ƏDV-nə cəlb olunan dövriyyəsinin 535072,19 manat məbləğində az hesablanması, (0) dərəcə ilə ƏDV-nə cəlb olunan dövriyyəsinin 77248,12 manat məbləğində az hesablanması, büdcəyə ödənilməli 118260,28 manat məbləğində ƏDV-si müəyən olundu, odur ki müəssisə tərəfindən büdcəyə ödənilməli ƏDV-nin 97932,99 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. 2022-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmaqla ƏDV-nin məbləği 8682,72 manat olan elektron vergi hesab- fakturalar üzrə malların dəyəri alıcının bank hesabından malları təqdim edən şəxsin bank hesabına ödənilmədiyi üçün əvəzləşdirilməyə təqdim edilmiş elektron vergi hesab- fakturaların siyahısından çıxarılmışdır. Əvəzləşdirilmədən çıxarılan elektron vergi hesab- fakturalara görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faizi miqdarında, yəni 4341,36 manat məbləğində, əskik gəlmə nəticəsində müəyyən olunmuş 605362,45 manat məbləğin 50 faizi miqdarında, yəni 54482,62 manat, ümumilikdə 58823,98 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Beləliklə sentyabr 2019-cu ildən iyul 2022-ci ilədək olan yoxlama dövrü ərzində mütəxəssis tərəfindən təqdim edilmiş rəyə əsasən müəyyən olunmuş əskik gələn malların dəyərinin sonuncu hesabat dövrünün dövriyyəsinə əlavə olunmasına və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulduğuna görə əvəzləşdirilməsi məqsədilə təqdim edilmiş elektron qaimə-fakturaların siyahısından çıxarıldığı üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış ƏDV-nin 50 faizi miqdarında, yəni 63021,09 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə zidd olaraq alınmış malların dəyəri ödənilən gündən gec 2020-ci ildə 17108,28 manat və 2022-ci ildə 4844,00 manat, ümumilikdə 21952,28 manat məbləğində ƏDV-nin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV-si məbləğinin 50 faizi miqdarında, yəni 10976,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, 2020-ci ilin lll-cü rübü üzrə 12726,90 manat əmək haqqı fondundan "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 9-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı üzrə 3181,73 manat hesablanmalı olduğu halda 3181,68 manat sığorta haqqı hesablanmaqla 0,05 manat az: 2020-ci ilin İV-cü rübü üzrə 17395,00 manat əmək haqqı fondundan işsizlik sığorta haqqı üzrə 173,96 manat hesablanmalı olduğu halda 174.02 manat vəsait hesablanmaqla 0,06 manat artıq; 2021-ci ilin İ rübü üzrə 14015,38 manat əmək haqqı fondundan "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 9-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı üzrə 3503,84 manat hesablanmalı olduğu halda 3503,86 manat sığorta haqqı hesablanmaqla 0,02 manat az hesablandığı müəyyən olunmuşdur. İşsizlik sığorta haqqı üzrə isə 0,06 manat ayırma məbləğinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 0,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdu. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: Vergi ödəyicisinə məxsus bank hesabına müəssisənin öz təsisçisi tərəfindən 2019cu il ərzində 143225,00 manat məbləğində ödəniş edilmişdir. Yoxlama ilə əhatə olunan dövrün sonuna kimi qeyd edilən pul vəsaiti geri qaytarılmamışdır. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Yoxlama ilə müəssisə tərəfindən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbinin pozulmasına görə 3226,72 manat ödəmə mənbəyi üzrə vergilərin azaldılması müəyyən edildi. Nəticədə, azaldılmış vergiyə görə Vergi Məcəlləsinin 58.1-ci maddaəsinəı əsasən 1613,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur Vergi yoxlaması nəticəsində aşağıdakı vergilərin və icbari sığorta haqlarının azaldılması müəyyən olunmuşdur: Mənfəət vergisinin 90197,61 manat məbləğində azaldılması o cümlədən: 2021 -ci il üzrə 90197,61 manat. Əlavə dəyər vergisinin 126042,16 manat məbləğində azaldılması müəyyən olunmuşdur; o cümlədən: 2019-cu il üzrə 1021,30 manat, 2020-ci il üzrə 7372,91 manat, 2021-ci il üzrə 0,00 manat, 2022-ci il üzrə 117647,95 manat. ödəmə mənbəyində tutulan verginin 3226,73 manat məbləğində azaldılması müəyyən olunmuşdur; o cümlədən: 2019-cu il üzrə 266,97 manat, 2020-ci il üzrə 1245,66 manat, 2021-ci il üzrə 1154,43 manat, 2022-ci il üzrə 559,67 manat. İcbari sığorta haqlarının 0,07 manat məbləğində azaldılması müəyyən olunmuşdur; 2020-ci il üzrə 0,05 manat, 2021-ci il üzrə 0,02 manat. Yoxlama ilə əhatə edilən dövrdə ümumilikdə 219466,57 manat məbləğində vergilərin və icbari sığorta haqlarının azaldılması müəyyən olunmuşdur. Vergi yoxlaması nəticəsində aşağıdakı vergilərin və icbari sığorta haqlarının artıq hesablanması müəyyən olunmuşdur: Mənfəət vergisinin 30154,60 manat məbləğində artıq hesablanması müəyyən olunmuşdur; o cümlədən: 2019-cu il üzrə 9650,36 manat, 2020-ci il üzrə 20504,24 manat. Əlavə dəyər vergisinin 27560,07 manat məbləğində artıq hesablanması müəyyən olunmuşdur; o cümlədən: 2019-cu il üzrə 7845,11 manat, 2020-ci il üzrə 0,00 manat, 2021-ci il üzrə 0,00 manat, 2022-ci il üzrə 19714,96 manat. İcbari sığorta haqlarının 0,06 manat məbləğində artıq hesablanması müəyyən olunmuşdur; o cümlədən: 2020-ci il üzrə 0,06 manat, Yoxlama ilə əhatə edilən dövrdə ümumilikdə 57714,73 manat məbləğində vergilərin artıq hesablanması müəyyən olunmuşdur. Müəssisənin özü tərəfindən hesablanmış vergilərin ödənilməməsi halı müəyyən olunmamışdır. Yoxlamanın nəticələrinə əsasən təklif olunmuşdur: Vergilərin azaldılmasına görə müəssisəyə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilməklə məsuliyyətə cəlb edilmişdir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 90197,61 manat məbləğində azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 45098,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 126042,18 manat məbləğində azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 63021,09 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabat təqdim etməməklə göstərilmədiyi üçün hesabat təqdim etməklə göstərilməli olan məbləğinə nisbətən 3226,73 manat məbləğində azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 1613,38 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə zidd olaraq alınmış malların dəyəri ödənilən gündən gec 2020-ci ildə 17108,28 manat və 2022-ci ildə 4844,00 manat, ümumilikdə 21952,28 manat məbləğində ƏDV-nin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV-si məbləğinin 50 faizi miqdarında, yəni 10976,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1 -ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən “Ödəmə mənbəyində tutulan vergi’’ üzrə rüblük hesabatları lll-cü rüb 2019-cu ildən - İl-cü rüb 2022-ci ilədək olan dövr üzrə əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyi üçün hər bir hesabat üzrə 40,00 manat olmaqla cəmi 12 rüb üzrə 480,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçının ərizədə inventarizasiya aktının cəmiyyətə təqdim edilmədiyi qeydinə münasibət bildirirərək qeyd etmək istərdik ki, vergi orqanı tərəfindən tərtib edilmiş “Mülkiyyətdə və ya istifadədə olan əmlakın inventarizasiya akt"ı etibarnamə üzrə cəmiyyətin baş mühasibi X4 tərəfindən imzalanaraq qəbul edilmişdir. Aparılmış yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli **********1263422 nömrəli X10 aktı ilə rəsmiləşdirilmiş, vergi ödəyicisinin rəhbəri aktı imza etməkdən imtina etdiyi üçün aktın bir nüsxəsi poçt vasitəsilə xx.xx.2023-cu il tarixli **********380200 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir (etiraza əlavə olunur). Vergi Məcəlləsinin 39.7-ci maddəsinə uyğun olaraq yoxlama materiallarına baxılmanın yeri və vaxtı barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********440300 nömrəli bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin rəhbərinin iştirakı olmadan X10 materiallarına baxılmış və baxışın nəticəsi **********755800 nömrəli protokolla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən mənfəət vegisi üzrə 60043,01 manat, əlavə dəyər vegisi üzrə 98482,09 manat, ödəmə mənbəyində tutulan verginin 3226,73 manat, icabri sığorta haqları üzrə 0,01 manat, ümumilikdə 161751,84 manat məbləğində əlavə vergi hesablanaraq "X9 Kombinatı" MMC barəsində xx.xx.2023-cü il tarixli **********175785 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək 121189,46 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Qeyd olunanlardan aydın olur ki, X9 Kombinatı"xxxx" MMC-də keçirilmiş X10nın nəticəsi barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli **********1263422 nömrəli X10 aktı əsasında qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********175785 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə iddia ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda (KY2********) aşağıdakı məlumatlar qeyd edilmişdir: yoxlayıcı subyekt İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq subyektinin adı - “X9 Kombinatı” MMC, yoxlanılan dövr – xx.xx.2019-xx.xx.2022, yoxlamaının müddəti xx.xx.2022xx.xx.2022, yoxlamanın predmeti – vergi qanunvericiliyinə əməl olunması (operativ vergi nəzarəti istisna olmaqla), yoxlamanın növü - növbədənkənar X10, yoxlamanın təyin edilməsi üçün əsas – vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətlərinin müəyyən edilməsi (VM 38.3.5-ci maddə). - X10nın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********162259 №-li qərardan görünür ki, - “X9 Kombinatı” MMC-də VM-nin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar X10 təyin edilmişdir. - xx.xx.2023-cü il tarixli “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********175785 nömrəli qərardan görünür ki, iddiaçıya 161751.84 manat əlavə vergi hesablanmış, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 121189.46 manat olmuşdur (cəmi, 282941.30 manat) Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 38. X10 38.1. X10 növbəti və növbədənkənar ola bilər. ... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, X10 (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Məhkəmə X10nın həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi X10nın iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq X10 aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Sözügedən qərar vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən edir. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. İstər növbəti, istərsə də növbədənkənar X10nın keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməz. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması üçün əsas kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar X10nın keçirilməsi barədə qərarın müstəqil surətdə inzibati akt kimi mübahisələndirilməsinin mümkünsüzlüyü, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar X10nın keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar X10nın keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Qeyd edildiyi kimi, X10 həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar X10 keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar X10nın keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar X10nın həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar X10nın həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3cü maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə, qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanunauyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzrə qiymət verır. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar X10nın həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli, **********162259 №-li qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlara) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin məlumatların nədən ibarət olduğunu qərarında göstərməməklə yanaşı, X10 aktında da qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin hüquq normasına ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində yoxlamanın başlama əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-nin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin, icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan, həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar X10nın təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Beləliklə, İPM-nin 14.1-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun müddəaları baxımından, cavabdeh inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı və hətta ondan öncə, inzibati orqan ilk növbədə hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən düzgün inzibati icraat başlanılmadığı sübuta yetirildiyindən, həmin icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz sayılmalıdır. (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe əks olunmuşdur) İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********175785 saylı qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-400/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-400/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver