Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-401/2020 03.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X4 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 500 kv.metr həyətyanı torpaq sahəsinin qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Ucar Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 19.05.2005-ci ildə təsdiq edilmiş "Ucar rayonunun Ucar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl"də 2225-ci sırada ailə üzvlərinin adı qrafasında X2, İddiaçı, X6, X10, X8, X11, X9, X5, X6 və X13 adları göstərilmiş, qanuni istifadədə olan həyətyanı torpaq sahəsi isə 0,05 ha qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına həmin torpaq sahəsi ilə bağlı A-014085 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmiş, həmin sənəddə Ucar Rayon Aqrar İslahat Komissiyasının 07.04.2000-ci il tarixli 20 nömrəli qərarına istinad edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X4 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 500 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh 25.10.2019-cu il tarixli **********57 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlər siyahısında X4 da adı qeyd olunmuşdur. X9 torpaq sahəsinə dair sənəddə paylı şəkildə qeydiyyata alınmış və elektron baza məlumatlarında onun adının texniki səhv yazılması ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, mülkiyyətinə həyətyanı torpaq sahəsi verilmiş şəxslərin siyahısına onun ailə üzvü kimi adı daxil edilmiş X9 adlı şəxs mövcud olmamışdlr. Siyahıya həmin adın daxil edilməsi texniki səhvin nəticəsidir. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ucar Rayon Qeydiyyat Şöbəsinin 06.11.2019-cu il tarixli 431 nömrəli arayışından görünür ki, iddiaçının X9 adında uşağı aşkar edilməmişdir. İddiaçı X11 adında uşağı vardır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş A-014085 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının 07.04.2000-ci il tarixli 20 nömrəli qərarı ilə X2 və ailə üzvlərinə 500 kv.metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. - İşdə olan, Ucar Rayon Polis Şöbəsinin 09.01.2020-ci il tarixli 187-248-1220 nömrəli məktubundan görünür ki, sözügedən ünvanda X9 adlı şəxs qeydiyyatda olmamışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.01.2020-ci il tarixli **********62 nömrəli məktubuna əlavə olunmuş cədvəldən görünür ki, həmin torpaq sahəsi X2, İddiaçı, X6, X10, X8, X11, X9, X5 və X13 mülkiyyətinə verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 21.01.2020ci il tarixli etiraz məktubundan görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlər siyahısında X4 adı paylı şəkildə adı qeyd olunmuşdur. Elektron baza məlumatlarında onun adının texniki səhv nəticəsində yazılması ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. HəminQanunun10-cumaddəsininbeşincihissəsində deyilir ki,torpaqüzərindəmülkiyyəthüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, həyətyanı torpaq sahəsi o halda vətəndaşların mülkiyyətinə verilir ki, həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Müəyyən edildi ki, mülkiyyətinə həyətyanı torpaq sahəsi verilmiş şəxslərin siyahısında X9 adlı şəxs də daxil edilsə də, iddiaçının ailəsində belə bir şəxs olmamış və həmin həyətyanı torpaq sahəsindən istifadə etməmişdir. Ucar şəhəri üzrə təsərrüfatbaşına kitablarda belə bir şəxsin adı aşkar edilməmişdir. Ucar Rayon Qeydiyyat Şöbəsində belə bir şəxsin doğum akt qeydi aşkar edilməmişdir. Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış və qeyd olunan ünvanda belə bir şəxsin heç bir vaxt olmamasını müəyyən edilmişdir. Göründüyü kimi, mülkiyyətinə həyətyanı torpaq sahəsi verilmiş şəxslərin siyahısında X9 adının daxil edilməsi texniki səhv nəticəsində baş vermişdir. Ona görə də torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınarkən onun da mülkiyyətçi kimi göstərilməsi yolverilməzdir. Bu səbəbdən də iddia təmin edilməli, X4 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 500 kv.metr həyətyanı torpaq sahəsinin qeydiyyata alınaraq iddiaçıya çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 500 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-401/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-401/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver