Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-403/2020 10.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh X2 qarşı “Cavabdehin tabeliyində olduğu idarənin rəhbərliyi tərəfindən cəzalandırılması ilə yanaşı, ailə büdcəsinə vurduğu 4.230 (dörd min iki yüz otuz) manat maddi, 5000 (beş min) manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat, cəmi: 9.260 (doqquz min iki yüz altmış) manat pulun X1 alınıb ona ödənilməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh X2 qarşı “Cavabdehin tabeliyində olduğu idarənin rəhbərliyi tərəfindən cəzalandırılması ilə yanaşı, ailə büdcəsinə vurduğu 4.230 (dörd min iki yüz otuz) manat maddi, 5000 (beş min) manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat, cəmi: 9.260 (doqquz min iki yüz altmış) manat pulun X1 alınıb ona ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İddiaçı hazırki iddiası üzrə, cavabdehi inzibati orqan olaraq göstərməsi, məhkəməyə müraciət etməzdən öncə analoji tələblə cavabdehə müraciət etməli olduğu barədə 06.12.2019-cu il tarixdə məktub ünvanlanmış və həmin məktub 17.12.2019-cu il tarixdə qəbul edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması üçün 10 (on ) gün müddət təyin edilmiş, lakin həmin müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, cavabdeh kimi fiziki şəxs göstərilmiş, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etməmiş və cavabdeh orqan rəsmi olaraq imtina etməmişdir. Məhkəmə qeyd edir ki, fiziki şəxs olan hazırki cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İddiaçının tələbi isə fiziki şəxsə qarşı yönəlmişdir ki, bu tələbə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu səbəbdən də iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh X2 qarşı “Cavabdehin tabeliyində olduğu idarənin rəhbərliyi tərəfindən cəzalandırılması ilə yanaşı, ailə büdcəsinə vurduğu 4.230 (dörd min iki yüz otuz) manat maddi, 5000 (beş min) manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat, cəmi: 9.260 (doqquz min iki yüz altmış) manat pulun X1 alınıb ona ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-403/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-403/2020
10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver