Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-404/2021 01.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “İsmayıllı rayonu, Talıstan kəndində X7 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinə əlavə qaz sayğacı quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayonu, Talıstan kəndində X7 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinə əlavə qaz sayğacı quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ayrı təsərrüfatda olsa da, ailəsi ilə birlikdə anası X7 və bacısı X3 paylı mülkiyyətində olan fərdi yaşayış evində qardaşları Talıb Kamilov və Qalib Kamilovun ailəsi ilə yaşayır. Dörd ailə bir qaz sayğacı ilə təmin edilmiş və sərf edilmiş qazın dəyərini ailələr bərabər ödəmişdir. Lakin sonradan qaz istehlakına limit tətbiq edildikdən sonra hər bir ailə üçün ayrıca sayğacın quraşdırılması zərurəti yaranmışdır. Bununla bağlı iddiaçı Ağsu Regional Qİİ və İsmayıllı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Ağsu Regional Qİİ İsmayıllı Xidmət Sahəsinin İHnə ünvanladığı 85 nömrəli, xx.xx.2019-cu il tarixli məktubda məhkəmə qərarı ilə mənzildə yaşayış hüququ olan digər şəxslərin yaşadığı təsdiqləndikdən sonra əlavə qaz sayğacının quraşdırılmasının mümkünlüyü qeyd edilmişdir. İş üzrə cavabdeh “Cavabdeh” İB-nin məhkəməyə ünvanladığı və dəftərxana tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilən məktubda qeyd edilir ki, İsmayıllı rayonu, Talıstan kənd sakini İddiaçı Şəki İnzibati Məhkəməsində cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia qaldıraraq İsmayıllı rayonu, Talıstan kəndində yerləşən, X1 və X3 paylı mülkiyyətində olan yaşayış evinə əlavə qaz sayğacı quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qaldırılmış iddia ərizəsi üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı İsmayıllı rayonu, Talıstan kənd sakini İddiaçı yaşadığı evə əlavə qaz sayğacının quraşdırılması üçün İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin şifahi sorğusuna əsasən X14 X2 Xidmət Sahəsi tərəfindən xx.xx.2019cu il tarixli, 85 saylı məktubla cavab verilərək ərizəçinin evinə əlavə qaz sayğacının quraşdırılması üçün məhkəmə qərarı ilə mənzildə yaşayış hüququ olan digər şəxslərin yaşayışı təsdiqləndikdən sonra mümkün olması bildirilmişdir. Sorğuya əlavə edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı Talıstan kəndində yerləşən, X1 və X3 paylı mülkiyyətində olan yaşayış evində heç bir payı yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin çıxarışından da aydın görünür ki, İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 148.6 kv.m əraziyə malik olan 1 mərtəbəli fərdi yaşayış evinin Hüquqi sahibləri əmlakın 1/2 hissəsi iddiaçının anası X4, 1/2 hissəsi isə iddiaçının bacısı X5 aid olmaqla onlardırlar. Əlavə qaz sayğacı quraşdırılması tələb edilən fərdi yaşayış evində iddiaçının anası X7 “Cavabdeh” X8 Regional Qaz X2 Xidmət Sahəsinin **********00640 saylı abonent kodu altında abonentidir (təbii qazdan istifadə edən istehlakçı) və faktiki olaraq mənzildə sonuncu dəfə xx.xx.2012 ci il tarixdə quraşdırılmış ******* nömrəli qaz sayğacı mövcuddur. Həmin qaz sayğacı vasitəsi ilə ikinci qaz sayğacının quraşdırılması tələb edilən 3 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi təbii qazla təchiz edilir. Abonentin təbii qazdan istifadəyə görə borcu xx.xx.2020-ci il tarixə 663.10 manat təşkil edir. Bundan başqa iddiaçı ərizəsində ailəsi ilə birlikdə ayrı təsərrüfat olmaqla bacısına məxsus evdə yaşadığını bildirmişdir. Belə olduğu halda həmin evə ikinci qaz sayğacının quraşdırılması üçün müraciətin edilməsi İddiaçı deyil, bacısı X3 hüququdur, çünki ikinci qaz sayğacının quraşdırılması tələb edilən mülkün hüquqi sahibi onun bacısıdır. Ona görə də hesab edilir ki, İddiaçı heç bir pay hüququ olmayan yaşayış evinə ikinci qaz sayğacının quraşdırılması tələbi ilə məhkəməyə və digər orqanlara müraciət etmək hüququ yoxdur. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarış və inventar nömrəsi 407-2418/23 olan xx.xx.2019-cu il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, iddiaçının da ailə üzvləri ilə birgə yaşadığı İsmayıllı rayonu, Talıstan kəndində yerləşən fərdi yaşayış evi iddiaçının anası X7 və bacısı X3 paylı mülkiyyətindədir. İddiaçı və cavabdeh inzibati orqan məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Beləki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı anası və bacısının paylı mülkiyyətində olan fərdi yaşayış evinə əlavə qaz sayğacının quraşdırılmasını cavabdehdən tələb etmişdir. Tələbi icra edilmədiyi üçün tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İş materiallarından da göründüyü kimi iddiaçının qeyd olunan fərdi yaşayış evinə əlavə qaz sayğacının quraşdırılmasını tələb etmək hüququ mövcud deyildir. Belə ki, iddiaçının həmin yaşayış evinə heç bir pay hüququ yoxdur. Cavabdehin də məktubunda qeyd edildiyi kimi həmin fərdi yaşayış evinə əlavə qaz sayğacı yalnız əmlaka pay hüququ olan iddiaçının anası və ya bacısı müraciəti əsasında quraşdırıla bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “İsmayıllı rayonu, Talıstan kəndində X7 və X3 paylı mülkiyyətində olan fərdi yaşayış evinə əlavə qaz sayğacı quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-404/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-404/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver