Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-407/2023 18.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası X4 xx.xx.2017-ci ildə vəfat etmiş, anası X1 isə xx.xx.2017-ci il tarixindən ikinci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Buna görə də iddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 1-ci maddəsinə uyğun olaraq müəyyən müddət ərzində valideyn himayəsindən məhrum olmuş uşaq və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs statusuna malik olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixindən "xxxx" MMC-də əmək müqaviləsi əsasında ofisiant vəzifəsi üzrə xx.xx.2020-ci il tarixinə qədər 250 (iki yüz əlli) manat məbləğində əmək haqqı əsasında çalışmış və bu onun ilk iş yeri hesab olunur. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinin 4-cü hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” AR Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarına əsasən yuxarıda göstərilən ödənişlər Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına ödənməlidir. Lakin 17 yanvar 2022-ci il tarixinə qədər həmin ödənişləri vermək Təhsil Nazirliyinin öhdəsində idi. 17 yanvar 2022-ci il tarixli 19 nömrəli NK qərarı ilə bu ödənişi vermək səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehlərə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh Təhsil Nazirliyi imtina məktubunda qeyd etmişdir ki, 2022-ci ilin yanvarın 1-dən etibarən müvafiq vəsaitlər Nazirliyin büdcəsində nəzərdə tutulmamışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 yanvar tarixli 19 nömrəli Qərarının ikinci hissəsinə əsasən, həmin qərarla “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarına edilmiş dəyişikliklər 1 yanvar 2022-ci il tarixindən tətbiq edilir və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə təmin edilməsi, habelə onlara respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin verilməsi həmin tarixdən sonra ilk dəfə əmək müqaviləsi bağlandıqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəyata keçirilir. Belə ki, Nazirliyin “Yoxlamalar” altsisteminin məlumat bazasına əsasən iddiaçının ilk əmək müqaviləsinin bağlanması 14 fevral 2020-ci il tarixinə təsadüf etdiyi üçün ona birdəfəlik müavinət və avadanlıqların verilməsi Nazirliyin səlahiyyətləri xaricindədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-11120/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində iki fərqli inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi göstərilsə də, ərizənin xahiş etdi hissəsində “265 manat məbləğdə pul kompensasiyası, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müvafinətin ödənilməsi öhdəliyinin hansı cavabdehin üzərinə qoyulmasını xahiş etdiyi dəqiq qeyd olunmamışdır. Yardım məktubunda iddiaçıya tələbini dəqiqləşdirməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə Sistemi” vasitəsilə məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qeyd etmiş və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2202/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********7 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, qeyd edilən kateqoriyalardan olan şəxslərin əmək hüququ üzrə təminatları "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı ilə tənzimlənir və qeyd edilən qanunvericilik aktlarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 2022-ci il tarixli 19 nömrəli Qərarı ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə qeyd edilən müavinət və avadanlıqların verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müraciətin araşdırılması zamanı İddiaçı əmək müqaviləsinin ilk dəfə 14 fevral 2020cü il tarixdə bağlanıldığı müəyyən edildiyindən, iddiaçıya sözügedən müavinətin və avadanlıqların verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid deyildir. Eyni zamanda təminatları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən: Valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; Qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Göründüyü kimi qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısını 18 yaşla məhdudlaşdırır. Lakin İddiaçı ilk dəfə işə düzəldiyi 14 fevral 2020-ci il tarixdə 20 yaşı olmuşdur. Bundan başqa qanunda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər bəndi nəzərdə tutulmuşdur ki, İddiaçı da iddia ərizəsində qeyd edilən normadan çıxış edərək iddiasının təmin edilməsini xahiş edir. Bununla belə qanuna əsasən həmin şəxslər valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Buradan məlum olduğu kimi qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxsləri 23 yaşadək təhsil alan olması ilə şərtləndirir ki, bu da İddiaçı barəsində bu qanunun tətbiq olunmasını istisna edir. 1 yanvar 2022-ci il tarixdən şəxslərə birdəfəlik müavinətin təyin edilməsi, habelə avadanlıqların verilməsi MEİS-ə inteqrasiya edilən informasiya ehtiyatlarının və sistemlərinin məlumatları əsasında MEİS tərəfindən avtomatik olaraq proaktiv qaydada və ya şəxslər tərəfindən müvafiq sənədlərin Fondun struktur bölmələrinə və ya Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə birbaşa və ya poçt vasitəsilə təqdim edilməsi ilə müraciət əsasında həyata keçirilir. Qeyd olunan səbəblərə görə İddiaçı əmək müqaviləsinin ilk dəfə 14 fevral 2020-ci il tarixdə bağlanıldığı müəyyən edildiyindən və onun ilk dəfə işə girdiyi dövrdə 20 yaşının olması, eyni zamanda 23 yaşadək təhsil alan olması tələbinə cavab verməməsi səbəbindən sözügedən müavinətin və avadanlıqların verilməsi mümkün olmamışdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi qanunamüvafiq hesab edilmir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı (fin: xxxxxxx) xx.xx.2000-ci il tarixdə İsmayıllı rayonunun Qalacıq kəndində doğulmuşdur, İsmayıllı rayonunun Qalacıq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, İddiaçı atası X4, anası X2r. 842620 nömrəli xx.xx.2017-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 02 nömrə ilə qeyd aparılmışdır. TSEK-nın sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədindən görünür ki, iddiaçının anası X3 xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlildir. Həmin sənəddə əlilliyin müddəti xx.xx.2022-ci il tarixədək göstərilmişdir. N.Bədirovaya DSMF İsmayıllı rayon şöbəsi tərəfindən 005850 nömrəli əlillik vəsiqəsi verilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarına əlavə olunmuş sosial arayışdan görünür ki, iddiaçı ilk dəfə xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də əmək müqaviləsi bağlamaqla işə başlamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 693-İQ nömrəli Qanunu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. 3-cü maddəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə aylıq müavinətlər verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir. 9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 188 nömrəli Fərmanının 2.3cü bəndinə əsasən həmin qanunun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarili 179 nömrəli Qərarının: 2-ci hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə aşağıdakılar qərara alınmışdır: ... valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 19 saylı qərarı ilə 179 nömrəli Qərarının 2-ci hissəsinin dördüncü abzasında "Təhsil xərcləri” sözləri "Sosial müdafiə və sosial təminat” sözləri ilə və "Təhsil Nazirliyinə” sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin, normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya öz arzularına əsasən pul kompensasiyasının verilməsinə dair Təlimatın 1.3-cü bəndinə əsasən bidəfəlik müavinət və avadanlıqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 yanvar tarixli 19 nömrəli qərarının 2-ci hissəsinə uyğun olaraq, 1 yanvar 2022-ci il tarixindən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə verilir. Cavabdeh məhz yuxarıda qeyd edilən dəyişikliyə istinad edərək iddiaçıya müavinətin onlar tərəfindən ödənilməli olmadığını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçının ilk dəfə işə düzələn zaman müavinəti almaması və ya həmin dövrdə göstərilən müavinətlərin Təhsil Nazirliyi tərəfindən ödənilməsi onu bu hüquqdan məhrum etmir və ya sözügedən münasibətləri tənzimləyən normativ aktlarda bu barədə hər-hansı göstəriş müəyyən edilməmişdir. Hazırda həmin səlahiyyət iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid edilmişdir. Belə olan halda həmin məqsədlər üçün müavinətin ödənilməsi üçün dövlət büdcəsindən vəsait də məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülür. Qeyd olunan məqsədlərin həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin hazırda hər-hansı səlahiyyəti olmadığından, cavabdehin imtinasının əsasını təşkil edən iddiaçının mütaciətinə onun deyil Təhsil Nazirliyi tərəfindən baxılmalı olmasından ibarət arqumenti əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən imtinada iddiaçının valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onlar arasından olan şəxslər kateqoriyasına aid olmaması ilə bağlı münasibət bildirilmədiyindən, həmin məsələ ilə bağlı mübahisə olmadığı ortaya çıxır. Lakin cavabdeh etirazında iddiaçının yaşının müraciət etdiyi tarixdə 20 olmasını əsas gətirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin etirazının göstərilən əsasına münasibətdə bildirir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə, valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər başa düşülür ki, iddiaçı da göstərilən şəxslər kateqoriyasına aiddir. Belə ki, cavabdehə ilkin müraciət etdiyi tarixdə iddiaçı bir valideyni (atası) vəfat etmiş və o biri valideyni (anası) orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olaraq, ali təhsil müəssisəsində əyani təhsil alan şəxslər sırasından olmaqla, 23 yaşına çatmamışdır. İş materiallarına əlavə edilmiş “Bakı Ali Neft Məktəbinin” ********* nömrəli magistrant kartının surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçı “Biznesin idarə edilməsi (maliyyə) ixtisası üzrə magistratura təhsili alır. İşə baxıldığı tarixə iddiaçının 23 yaşı tamam olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması” öhdəliyi qoyulmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-407/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-407/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver