Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-408/2023 26.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş ikinci dərəcəli əlillik qrupunun səbəbinin (hərbi xidmət dövrü ilə əlaqədar) dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11314/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddianın əsaslarına görə, iddiaçı, xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlillik qrupunun səbəbinin (“Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik) dəyişdirilərək, “Azərbaycan Respublikasının müdafiəsi ilə əladədar” əlillik ifadəsi ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin, müraciətinə cavab verilməmişdir. O, SHXÇDX Qax rayon bölməsi tərəfindən 21,09.2020-ci il tarixdə hərbi xidmətə çağrılmışdır. Rütbəsi leytenantdır və xx.xx.2020-ci il tarixdən 10.1 1.2020-ci il tarixədək 777-ci motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir (müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 012 saylı sərəncamı ilə təsdiq olunur). Xəstəliyi “Vətən müharibəsi” zamanı Kəlbəcər istiqamətində olan döyüşlərdə döş qəfəsi nahiyəsində olan şiddətli ağrı, təngənəfəslik, boğulma və sol qolda keyimə ilə başlamışdır. xx.xx.2020-ci il tarixində döyüş postunda şikayətləri artmış, ümumi vəziyyəti pisləşmişdir. Həmin vaxt sanitar təlimatçı tərəfindən ona ilkin müdaxilə edilmişdir. Səhhətində 3 (üç) gün müddətində hipotenziya və bradikardiya müşahidə olunmuşdur. Daha sonra vəziyyətində nisbi yaxşılaşma müşahidə edilmişdir və xidmətə davam etmişdir. xx.xx.2020-ci ildə hərbi hissəyə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə yenidən şikayətləri artdığı üçün N saylı hərbi hissəyə göndərilmişdir. Burada çəkilən EKQ-də “sol mədəciyin ön divarının kəskin miokard infarktı” aşkarlandığına görə ixtisaslı müayinə və müalicə üçün təcili tibbi yardım maşını ilə SQ BKH-na təxliyyə olunmuşdur. xx.xx.2020-ci ildən xx.xx.2021 -ci ilə kimi SQ BKH-da müayinə və müalicədə olmuşdur. Silahlı qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilən xx.xx.2021-ci il tarixli şəhadətnamədə göstərilir ki, iddiaçının diaqnozu ürəyin işemik xəstəliyi, gərginlik stenokardiya İİİ (üçüncü) funksional sinif, sol mədəciyin ön divarının keçirilmiş transmural infaktından (xx.xx.2020) sonrakı vəziyyətidir. Həmçinin, İİİ (üçüncü) funksional sinif ürək çatışmazlığı, hipertoniya xəstəliyi, 1 (birinci) mərhələ. Göründüyü kimi şəhadətnamadə açıq-aşkar onun xx.xx.2020-ci il tarixdə, yəni döyüşlərin şiddətli davam etdiyi vaxtda infarkt keçirdiyi göstərilsə də, nədənsə, əlilliyinin səbəbi kimi rəsmiləşdirmə üçün - “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeydi yazılmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 120 - Stenokardiya [döş inağı] => 120.8 - Stenokardiyanın digər formaları: Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX.Gərginlik stenokardiyası İİİ FS. Əvvəllər keçirilən miokard infarktı, infaktdan sonraki kardioskleroz Ürək çatmamazlığı, ürək çatışmazlığı İİ dərəcə. Ürəyin hipertenziv xəstəliyi, İİİ dərəcə risk4; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicənin davam etdirilməsi tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar: X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 120 - Stenokardiya [döş inağı] => 120.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ (üçüncü) funksional sinif. Sol mədəciyin ön divarının keçirilmiş transmural infarktından sonrakı vəziyyət. Aorta və tac arteriyalarının aterosklerozu. Aterosklerotik və postinfarkt kardiosklerozu. İİİ (üçüncü) funksional sinif ürək çatışmazlığı. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ Diskogen mənşəli sol tərəfli L5 radikulopatiyası, natamam remissiya mərhələsində. L4-L5. L5-S1 fəqərəarası diskin protruziyası, L5 fəqərəsinin minimal antelistezi; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109.111.0.ИЗ- ИЗ.2,120-125....’ səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar: X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəliklər => 120 - Stenokardiya [döş inağı] =>
120. Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX.Gərginlik stenokardiyası İİİ FS. Ürəyin hipertenziv xəstəliyi, İİİ d risk4. Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, koronar angioplastika c\ə sonrakı hal. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen radiklopatiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb xx.xx.2021-ci il tarixli Qərar qüvvədə saxlanılır (2.2.1-5il müddətinə ll-dərəcə əlillik) səbəbi ilə imtina verilmişdir. İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021 – ci il tarixdə qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Hərbi Xidmət Dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında 16 noyabr 2022-ci il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021- ci il tarixli 29 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ (üçüncü) funksional sinif. Sol mədəciyin ön divarının keçirilmiş transmural infarktından (xx.xx.2020) sonrakı vəziyyət. Aorta və tac arteriyalarının aterosklerozu. Aterosklerotik və postinfarkt kardioskleroz. İİİ (ücüncü funksional sinif ürək çatışmazlığı. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ Diskogen mənşəli soi tərəfili L5 radikulopatiyası, natamam remissiya mərhələsində L4-L5, L5-S1 fəqərəarası diskin protruziyası. L5 fəqərəsinin minimal antelistezi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı medikamentoz preparatlardan daimi “Kankor”, “Redakton”, “Kardiomaqnil”, “Enap”, sidikqovucu qəbul etdiyini bildirmişdir. Daimi olaraq təngnəfəslik, cox maye qəbul etdiyi zaman ödemlər olduğunu qeyd etmişdir. Müayinə zamanı arterial təzyiq 140/90 mm.c.s müəyyən edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib, sol qulaqcıq genişlənib (4.3 sm Septumun S-vari hipertrofiyası (1.2sm). Sol mədəciyin sistola-diastolik ölcüİəri böyüməyib, sistolik həcm artıb, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, apeks akinetikdir, anevrizmatikdir, sistolik funksiya azalıb (LVEF=36%). Aortaİ və Mitraİ qabaqlar fibrotikdir. Min MR, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin xx.xx.2021-ci il tarixli Hərbi Xidmət Dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının tərtib etdiyi xx.xx.2021-ci il tarixli 29 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı barəsində “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeydi icra edilmişdir. - cavabdeh orqanın TSEK müayinələri qiymətləndirilmə nəticəsindən görünür ki, iddiaçı “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ (üçüncü) funksional sinif. Sol mədəciyin ön divarının keçirilmiş transmural infarktından (xx.xx.2020) sonrakı vəziyyət. Aorta və tac arteriyalarının aterosklerozu. Aterosklerotik və postinfarkt kardioskleroz. İİİ (ücüncü funksional sinif ürək çatışmazlığı. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ Diskogen mənşəli soi tərəfili L5 radikulopatiyası, natamam remissiya mərhələsində L4-L5, L5-S1 fəqərəarası diskin protruziyası. L5 fəqərəsinin minimal antelistezi” diaqnozu ilə xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, 5 il müddətinə xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar “2.2 İkinci dərəcə əlillik=>2.2.1 ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlıq (101-109,111.0,113-113.2,120-125,..” meyarı ilə əlillik təyin edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********0 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci tarixdə qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Hərbi Xidmət Dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS**********0) Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).
Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa, 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. İş materialları ilə müəyyən edilir ki, xx.xx.1984-cüi il təvəllüdlü iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya xx.xx.2021-ci il tarixdə MN-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ (üçüncü) funksional sinif. Sol mədəciyin ön divarının keçirilmiş transmural infarktından (xx.xx.2020) sonrakı vəziyyət. Aorta və tac arteriyalarının aterosklerozu. Aterosklerotik və postinfarkt kardioskleroz. İİİ (ücüncü funksional sinif ürək çatışmazlığı. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ Diskogen mənşəli soi tərəfili L5 radikulopatiyası, natamam remissiya mərhələsində L4-L5, L5-S1 fəqərəarası diskin protruziyası. L5 fəqərəsinin minimal antelistezi” diaqnoza əsasən cavabdeh tərəfindən 5 il müddətinə xx.xx.2021-ci il tarixdən İİ qrup əlilliyi müəyyən edilmiş, əlilliyin səbəbi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. İddiaçı əlilliyin səbəbini “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” əvəzinə “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” göstərilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: (-) 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; (-) 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının tərtib etdiyi xx.xx.2021-ci il tarixli 29 nömrəli Xəstəlik haqqında şəhadətnamədə iddiaçı barəsində “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeydi icra edilmişdir. Bu işin təkzib olunmaz halıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Həmin qaydaların 3.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. İş materiallarından görünür ki, iddiaçı barəsində əlillik müəyyən edildikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya qoyulmuş diaqnoza uyğun səbəb dəyişdirilməmişdir. Belə olan halda cavabdeh haqlı olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının tərtib etdiyi xx.xx.2021-ci il tarixli 29 nömrəli Xəstəlik haqqında şəhadətnamədə qeyd edilmiş məlumatlara istinad etməklə iddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciətin təmin edilməsindən imtina etmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı "Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş ikinci dərəcəli əlillik qrupunun səbəbinin (hərbi xidmət dövrü ilə əlaqədar) dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.