Məhkəmə qərarları › İş №2-1(116)-409/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-409/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-409/2025 17.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “kordiatlarda düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədinin verilməsi” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu Qazma kəndində yerləşən, JN-149A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 1014A planşet nömrəsində göstərilən 0,2229 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməsi, cavabdehin üzərinə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçının aldığı JN-1014 9kod 4013018) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktında göstərilən 0,2229 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki istifadəyə uyğun kordiatlarda düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli, e2-1(116)-409/2025 nömrəli qərardadı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxslə əvəz edilmişdir. İş materiallarından görünür ki, iddiaçın hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı – Balakən rayonu Qazma kəndində yerləşən, JN-149A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 1014A planşet nömrəsində göstərilən 0,2229 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməsi, cavabdehin üzərinə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçının aldığı JN-1014 9kod 4013018) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktında göstərilən 0,2229 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fakyiki istifadəyə uyğun koordiatlarda düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədinin verilməsinə nail olmaqdır. İddiaçının vəkili xx.xx.2026-ci il tarixində məhkəməyə məktub göndərərək, iddiaçı hüquqi marağına nail olmuş və mübahisə məhkəmədənkənar qaydada həll edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın geri götürülməsi və icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Beləliklə, cavabdeh orqan, artıq iddiaçının tələbini təmin etdiyindən işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh zərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Balakən rayonu Qazma kəndində yerləşən, JN-149A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 1014A planşet nömrəsində göstərilən 0,2229 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməsi, cavabdehin üzərinə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçının aldığı JN-1014 9kod 4013018) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktında göstərilən 0,2229 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki istifadəyə uyğun koordiatlarda düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar