Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-41/2022 29.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.01065 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.01065 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 15.02.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata qəbul edilmiş sayılmışdır. İnzibati işin məhkəmə hazırlıq iclasında tərəflərin iştirakı ilə işin halları ilə bağlı hüquqi müzakirə aparılmış və iş materiallarından Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.01065 ha torpaq sahəsinin Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili ayrı-ayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verdilər. İddiaçının nümayəndəsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması əsasının həmin torpaq sahəsinin 60 ildən artıq müddətdə iddiaçının və ailə üzvlərinin istifadəsində olması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olacaq hər hansı sənədin mövcud olmaması və iddianın uğursuzluğu iddiaçıya izah edilmiş, bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin alınması üçün bələdiyyəyə müraciət edəcəyini, müraciəti təmin olunmazsa yenidən iddia qaldıracağını bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını xahiş edərək məhkəməyə müvafiq ərizəni təqdim etdi. Cavabdehin nümayəndəsi iddianın geri götürülməsi barədə ərizənin icrata qəbul edilməsinə etiraz etmədiyini bildirdi. İddiaçı Nümayəndə ərizəni müdafiə etdiyini bildirdi. Məhkəmənin 29.03.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş, “iddia ərizəsinin geri qaytarılması barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçının nümayəndəsi hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.01065 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması, bu barədə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-41/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-41/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver