Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-41/2023 30.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-337A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi, həmçinin 1357 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 243 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-337A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0.0843 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirərək, "JN-337A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsini, həmçinin 1357 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 243 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - 04 may 2005-ci il tarixli, notariat qaydada təsdiq olunmuş müqavilə əsasında ünvan 2 ünvanda 843.3 kv.metr torpaq sahəsində yerləşən evi X1 iddiaçıya bağışlamışdır. Həmin evin avqust 1987-ci il tarixli Texniki Pasportunda torpaq sahəsi 843.3 kv.metr qeyd edilmişdir. X1 2007-ci ildə vəfat etdikdən sonra mərhum atası və mərhum anasının adına iddiaçıya bağışlanmış evin həyətyanı torpaq sahəsinin 0.06 ha hissəsinə JN-337A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Bu yaxınlarda iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək JN-337A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin ləğv edilməsini, evə və həmin evin yerləşdiyi 843.3 kv.metr torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını X5 və ailə üzvlərinin adına verilmiş JN- 337A saylı Şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması ilə əsaslandırmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun, Torpaq Məcəlləsinin və “Torpaq islahatı haqqında” Qanunun normalarını sadalamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN- 337A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X5 və X8 0,06 ha torpaq sahəsi ayrılmışdır. - may 1985-ci il tarixli 1357 inventar nömrəli texniki pasportdan görünür ki, Vartaşen şəhəri Kirov 8a ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 140,8 kv.m, tikildiyi il 1982-ci il, fərdi yaşayış evi üzrə hüquq subyekti X5, torpağın sahəsi 843.3 kv.m qeyd edilmişdir. - 2194 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Oğuz şəhəri Nəsimi küçəsi ev 5 yaşayış otağında 83,7 kv.m yaşayış sahəsindən ibarət yaşayış evi üzərində mülkiyyət hüququ X3 adına qeydə alınmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********18 nömrəli məktubdan görünür ki, mərkəzin arxivində aparılmış araşdırma nəticəsində subyektlərin siyahısında İddiaçı Cahahgir oğlunun adı aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 75 saylı iclas protokolundan çıxarışdan görünür ki, Oğuz rayon Oğuz şəhər “28 May” İstehsal kooperativinin yerli Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı təsdiq edilmiş, Oğuz şəhər “28 May” İstehsal kooperativinin özəlləşdiriləcək torpaq paylarının bölünüb rəsmiləşdirilməsinə köməklik göstərilməsi Respublika Aqrar İslahatı Komissiyasından xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş subyektlər siyahısından görünür ki, X5 və X6 adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,06 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindənvə yeruquruluşu planından görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.0877 hektardır. 1357 inventar nömrəli “Texniki pasportda göstərilən 0,0843 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd olunmadığı üçün JN- 337A nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi ilə eyni hüdudlar daxilində yerləşməsini təyin etmək mümkün deyildir. JN- 337A nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmişdir. JN- 337A nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi Oğuz şəhəri inzibati Ərazi Vahidinin sərhədləri daxilində, təyinatı yaşayış məntəqəsi torpaqları olmaqla X3 xüsusi mülkiyyətinə verilmişdir. JN- 337A nömrəli şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. 1357 inventar nömrəli “Texniki pasport’da göstərilən 0,0843 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd olunmadığı üçün sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. - AZ-İİ 217675 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2007ci il tarixdə vəfat etmişdir. - xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, X2 rayon inventar bürosunun verdiyi xx.xx.2005-ci il tarixli 49 nömrəli forma N-İ-ə və xx.xx.2005-ci il tarixli 2194 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 3, 843,3 kv.m torpaq sahəsində yerləşən 1982-ci ildə mişar daşından tikilmiş, üstü şiferlə örtülmüş 107,5 kv.m. ümumi sahəsi olan beş otaqdan ibarət yaşayış evini İddiaçı bağışlamışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - JN-337A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınmasına və çıxarışın verilməsinə, həmçinin 1357 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 243 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. Cavabdeh orqan cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində 1357 inventar nömrəli “Texniki pasportda göstərilən 0,0843 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd olunmadığı üçün JN- 337A nömrəli Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi ilə eyni hüdudlar daxilində yerləşməsini təyin etmək mümkün olmaması bildirilsə də, iş materiallarında olan may 1985-ci il tarixli 1357 inventar nömrəli texniki pasport və 2194 inventar nömrəli qeydiyyat vəsiqəsi ilə müəyyən edilir ki, sözügedən sənədlərdə qeyd edilmiş daşınmaz əmlak üzrə hüquq subyekti X5 olmuş və fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Daha sonra xx.xx.2005-ci il tarixli müqavilə əsasında X2 rayon inventar bürosunun verdiyi xx.xx.2005-ci il tarixli 2194 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ona məxsus olan ünvan 3, 843,3 kv.m torpaq sahəsində yerləşən 1982-ci ildə mişar daşından tikilmiş, beş otaqdan ibarət yaşayış evini İddiaçı bağışlamışdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı əsasında vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verildiyindən və ünvan 3 ünvanda yerləşən 843,3 kv.m torpaq sahəsi Cahangir Zakirovun qanuni istifadəsində olduğundan JN- 337A nömrəli Şəhadətnamənin də məhz həmin torpaq sahəsinə 0,06 ha ölçüdə tərtib edilməsi işin hallarından aydın görünür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2005-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... Sadalan normaların hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, iddia olunan 0.06 ha torpaq sahəsi üzərində mərhum Cahangir Zakirovun, X10 ilə birgə ümumibirgə mülkiyyət hüququ olmuş sonrakı bağılama müqaviləsi ilə həmin hüquqlar iddiaçıya keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.4-cü bənd) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir. Torpaq islahatı aparılan zaman fərdi yaşayış evinin yerləşdiyi qalan 243 kv.m torpaq sahəsinə dair Cahangir Zakirovun adına hər hansı sənəd hazırlanmadığından, həmçinin müvafiq fərdi yaşayış evinə dair Qeydiyyat vəsiqəsi tərtib edilərkən, habelə alq-satqı müqaviləsi bağlanarkən və digər sənədləşmə işləri aparılarkən istinad olunan Fərman qəbul edilmədiyindən xx.xx.2005-ci il tarixli müqavilədə ancaq fərdi yaşayış evinin iddiaçıya bağışlanması qeyd edilmişdir. Lakin, yuxarıda istinad olunan normalardan göründüyü kimi iddia olunan 243 kv.m torpaq sahəsi də Cahangir Zakirova mülkiyyət hüququ ilə məxsus olmuş və fərdi yaşayış evi ilə birgə faktiki olaraq iddiaçının mülkiyətinə verilmişdir. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, Cahangir Zakirovun 0.06 torpaq sahəsi üzərində ümumibirgə, 243 kv.m torpaq sahəsi üzərində tam mülkiyyət hüququ olduğundan və müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, 0.06 torpaq sahəsinə münasibətdə ümumibirgə mülkiyyət hüququ, 243 kv.m torpaq sahəsinə münasibətdə isə tam mülkiyyət hüququ iddiaçıya keçmişdir. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İddiaçı JN-337A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun, 1357 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 243 kv.m torpaq sahəsi üzərində isə tam mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.