Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-412/2021 24.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi X16 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" QSC) “27 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “27 iyul 2009-cu il və 05 avqust 2009-cu il tarixli ipoteka müqavilələri əsasında qeydə alınmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evinin və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 24.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər İddiaçı, X9 və X14 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, 25.12.2012-ci il tarixli 26R000001877 saylı kredit razılaşması üzrə 18334,08 ABŞ dolları əsas, 16515,40 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 35849,48 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının İddiaçı tutulub "xxxx" QSC-yə ödənilməsi, ilk iddia tələbinin cavabdehlər X8, X15 və X14 münasibətdə və qalan hissədə təmin edilməməsi, iddiaçılar İddiaçı, X6 və X13 cavabdehlər "xxxx" QSC-yə, Göyçay rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə qarşı “ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş ilkin iddia üzrə 30 manat dövlət rüsumunun 5 manatının "xxxx" QSC-yə aid edilməsi, 25 manatının İddiaçı tutulub "xxxx" QSC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçılara aid edilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı tutularaq "xxxx" QSC-yə ödənilməsi, iş üzrə 400 manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 manatının "xxxx" QSC- dən, 360 manatının İddiaçı tutularaq Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 26.11,2019-cu il tarixli, 2(107)-3156/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)- 3156/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 24 iyul 2009-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış 27 iyul 2009-cu il və 05 avqust 2009-cu il tarixli ipoteka müqavilələrində zəruri şərtlər göstərilmədiyindən və sonradan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 21.03.2013-cü il tarixli 1877 saylı saziş üzrə cavabdeh-ipoteka qoyanlar X13 və X6 razılığı alınmadığından ipoteka müqavilələr bağlanmamış hesab edilməlidir. Ona görə də işə baxan məhkəmələr hesab etmişdir ki, ilk iddia tələbinin cavabdehlər X8, X15 və X14 münasibətdə və X15 və X8 məxsus fərdi yaşayış evlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun İddiaçı, X10, X3 və X11 ümumi qaydada tutulması, fərdi yaşayış evlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onların həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılaraq alıcıya təhvil verilməsi təmin edilməməlidir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 21.03.2013-cü il tarixli 1877 saylı saziş üzrə cavabdeh-ipoteka qoyanlar X13 və X6 razılığı alınmaması səbəbindən ipoteka müqavilələri bağlanmamış hesab edildiyi üçün, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ipoteka müqavilələri əsasında yüklü edilmiş daşınmaz əmlaklar girovdan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı tərəfindən Göyçay şəhəri M.Ə Rəsulzadə küçəsi, 6-cı dalanda yerləşən, 1 saylı fərdi yaşayış evi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində ipoteka yüklülüyündən azad edilməsi üçün cavabdeh inzibati orqana müraciət edilmişdir. İddiaçının müraciətimi araşdıran cavabdeh inzibati orqan onun ərzəsinin təmin ediməsindən imtina etmişdir. Cavabdeh orqan 15.09.2020-ci il tarixli imtina məktubunda imtinanın hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə istinad edərək, ipotekanın dövlət qeydiyyatının yalnız ipoteka saxlayanın və ya məhkəmə qərarı əsasında ləğv olunduğunu bildirmişdir. İddiaçı 08.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və “27 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 08.04.2021-ci il tarixli 2-1(116)-412/2021 nömrəli qərardadı ilə "xxxx" QSC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 22.01.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 6-cı dalanda yerləşən, 1 saylı fərdi yaşayış evi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün azad edilməsinə köməklik göstərilməsi ilə bağlı 24.08.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 20.4-cü maddəsində qeyd olunan hallar aşkar olunmadığı üçün vətəndaşın ərizəsinin icra olunması mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan MH seriyalı ******* nömrəli 28.10.2006-cı il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, N.Nərimanov küçəsində X6 istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 76.5 kv.m köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 126 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MH seriyalı ******* nömrəli 15.07.2009-cu il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 81 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi X13 tam mülkiyyətindədir. İş materiallarında olan 20.10.1964-cü il tarixli “Müqavilənamə”nin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri, Kommunis küçəsi dalan 10 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evini X2. İş materiallarında olan Göyçay rayon XDS İcraiyyə Komitəsinin 17.03.1989-cu il tarixli 7 nömrəli iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, iclasda siyahıda adları göstərilən Göyçay şəhərində 90 nəfər vətəndaşa məxsus tikililərin şəxsi mülkiyyət hüququ ilə qeydə alınması qərara alınmışdır. İş materiallarında olan “Göyçay şəhərində vətəndaşlara məxsus yaşayış tikililərinin şəxsi mülkiyyət hüququ ilə qeydə alınması haqqında siyahı”nın təsdiq edilmiş surətindən görünür ki, həmin siyahıda 58-ci sırada X13 adı qeyd edilmiş, adının qarşısında Kommunist küçəsində 8-ci dalanda yerləşən 1910-cu ildə 600 kv.m torpaq sahəsində inşa edilən 1 nömrəli fərdi yaşayış evinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Göyçay RİH Memarlıq və tikinti işləri şöbəsinin 25.06.2004cü il tarixli 60 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli 2 otaqdan ibarət, ümumi sahəsi 66.3 kv.m, yaşayış sahəsi 39.1 kv.m, köməkçi sahəsi 27.2 kv.m olan 1910-cu ildə saman kərpicdən inşa edilmiş “A” yaşayış evi və 1980-cı ildə mişar daşından inşa edilmiş 1 mərtəbəli 1 otaqdan ibarət, ümumi sahəsi 54.7 kv.m, yaşayış sahəsi 41.9 kv.m, köməkçi sahəsi 12.8 kv.m olan “A1” yaşayış evləri X15 məxsusdur. İş materiallarında olan MH seriyalı ******* nömrəli 04.08.2009-cu il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 6-cı dalanda yerləşən X15 məxsus 1 nömrəli fərdi yaşayış evi 24.07.2009-cu il tarixli KX/M№15L000000706 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli 04.08.2009-cu il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 6-cı dalanda yerləşən X15 məxsus 1 nömrəli fərdi yaşayış evi 24.07.2009-cu il tarixli KX/M№15L000000707 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Mingəçevir filialının xeyrinə ipoteka yüklü edilmişdir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə "xxxx" QSC-nin cavabdehlər İddiaçı, X8, X15 və X14 qarşı “İddiaçı, X10, X3 və X11 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 26R000001877 saylı kredit razılaşması üzrə 18334 ABŞ dolları 08 sent əsas, 4708 ABŞ dolları 25 sent faiz, 16689 ABŞ dolları 87 sent cərimə borcu olmaqla, cəmi 39732 ABŞ dolları 20 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin X15 məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 mərtəbəli, 3 otaqlı 81 m2 yaşayış, 40 m2 köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və X8 məxsus Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 m2 yaşayış, 76,5 m2 köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, 39732 ABŞ dolları 20 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun İddiaçı, X10, X3 və X11 ümumi qaydada tutulması, X15 məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 mərtəbəli, 3 otaqlı 81 m2 yaşayış, 40 m2 köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı və X6 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə və onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi, X8 məxsus Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 m2 yaşayış, 76,5 m2 köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X6 və X13 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, 25.12.2012-ci il tarixli 26R000001877 saylı kredit razılaşması üzrə 18334 (on səkkiz min üç yüz otuz dörd) ABŞ dolları 08 (səkkiz) sent əsas, 16515 (on altı min beş yüz on beş) ABŞ dolları 40 (qırx) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 35849 (otuz beş min səkkiz yüz qırx doqquz) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidinin manatla miqdarının İddiaçı tutulub "xxxx" QSC-yə ödənilməsi, ilkin iddia tələbinin cavabdehlər X8, X15 və X14 münasibətdə və qalan hissədə təmin olunmaması, İddiaçı, X6 cavabdehlər "AccessBank” QSC-yə, Göyçay rayon Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin olunmaması, iş üzrə ödənilmiş ilkin iddia üzrə 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatının "xxxx" QSC-yə aid edilməsi, 25 (iyirmi beş) manatın İddiaçı tutulub "xxxx" QSC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçılara aid edilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının İddiaçı tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsindən həmin iş üzrə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)-3156/2019 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)- 3156/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən verilən kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli, 2(102)-2350/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)-3156/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlakı (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. Həmin Qanunun 13.10-cu maddəsinə əsasən hüquqa, onun məhdudlaşdırılmasına və daşınmaz əmlak obyekti barədə əqdlərə dair hər bir yazıya (qeydə) ərizə jurnalındakı hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmiş ərizənin qeydiyyat nömrəsi verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Həmin Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 21.03.2013-cü il tarixli 1877 saylı saziş üzrə cavabdeh-ipoteka qoyan X13 razılığının alınmaması səbəbindən 27 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmamış hesab edildiyi üçün, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 27 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında yüklü edilmiş daşınmaz əmlak - Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evinə dair qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evinə dair 27 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-412/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-412/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver