Məhkəmə qərarları › İş №2-1(116)-415/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-415/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-415/2021 25.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X9) “Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,0927 və 0,15 ha torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,0927 və 0,15 ha torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 25.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh orqanın verdiyi 15.01.2014-cü il tarixli, ********** saylı çıxarışa əsasən iddiaçının mərhum anası X8 miras qalmış 0.15 ha torpaq sahəsi və 15.01.2014-cü il tarixli, ********** saylı çıxarışa əsasən 0.0927 ha torpaq sahəsi iddiaçının öz mülkiyyətindədir. İddiaçı qeyd olunan torpaq sahələrinə dair plan-ölçü sənədinin tərtib edilərək verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 16.11.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçının müraciətinə əsasən Ərazi İdarəsinin əməkdaşları qeyd olunan torpaq sahəsində müvafiq müayinə işləri aparmış və məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 0.15 ha olmasına baxmayaraq faktiki yerində 0.1232 ha, yəni 0.0268 ha az və torpaq sahəsi sənəd üzrə 0.927 ha olmasına baxmayaraq faktiki yerində 0.075 ha təşkil edir. Qeyd olunan torpaq sahəsi iddiaçının qardaşı X9 tərəfindən zəbt olunmuş və aralarında ciddi mübahisə var. Bu səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı 16.12.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, 15.01.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.927 ha torpaq sahəsinin və mərhum anası X10 adına ********** qeydiyyat nömrəli, 15.01.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahələrinə plan və ölçü sənədlərinin hazırlanıb verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 0.15 ha olmasına baxmayaraq faktiki yerində 0.1232 ha yəni 0.0268 ha az və torpaq sahəsi sənəd üzrə 0.0927 ha olmasına baxmayaraq faktiki yerində 0.075 ha təşkil edir. Qeyd olunan torpaq sahəsi qardaşı X9 tərəfindən zəbt olunmuş və aralarında ciddi mübahisə var. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 15.01.2014-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu Vəndam kəndində 0,09 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 15.01.2014-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu Vəndam kəndində 0,0927 hahəyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 15.01.2014-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu Vəndam kəndində 0,15 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli 2(025)-169/2017 nömrəli qətnaməsindən görünür ki, X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlara əsasən miras qalmış Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,09 ha kənd təsərrüfatı təyinatlı və 0,15 ha həyətyanı torpaq sahələri üzərində İddiaçı vərəsəlik hüququ tanınmışdır. İş materiallarında olan JN-1132F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə 0.13 ha həyətyanı torpaq sahəsi X13 verilmişdir. İş materiallarında olan JN-1132A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə 0.20 ha həyətyanı torpaq sahəsi X13 verilmişdir. İş materiallarında olan JN-1380 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 verilmişdir. İş materiallarında olan 24.10.2001-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 yerləşən 2 otaqlı yaşayış evini qızı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan 18.06.2008-ci il tarixli “Bağışlama müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X5 rayon AİK-nın 28.10.1998-ci il tarixli, 19 saylı qərarı ilə verilmiş TMVD JN-1132F, KOD-40600048 şəhadətnaməyə və DƏDRX-nin Qəbələ rayon Ərazi idarəsinin 1664 saylı arayışına əsasən, normantiv qiyməti 324.33 manat olan Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0.12579 hektar torpaq sahəsini qızı X14 bağışlamışdır. İş materiallarında olan 322201 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 03.01.2009-cu ildə vəfat etmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 26.04.2010-cu il tarixli 2/025- 76/2010 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X6 cavabdeh X14 qarşı “anası mərhum X10 ölümündən sonra miras qalmış 0.45 torpaq sahəsindən onun evinin qonşuluğunda yerləşən və həyətyanı torpaq sahəsinin şərq hissəsindəki 0.13 ha torpaq sahəsinin məcburi pay kimi ona verilməsi və həmin torpaq sahəsi üzərində vərəsəlik hüququ müəyyən edilməklə adına rəsmiləşdirilməsi” tələbi qismən təmin edilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1132A və JN-1132F saylı kod 40600048 olan Şəhadətnamələr və Torpağa Mülkiyyət hüququna Dair JN-1380 saylı kod 40600048 olan Dövlət Aktı ilə mərhum X8 miras qalmış 0,20 ha, 0,13 ha və 0,12 ha torpaq sahələrinin hər biri 2 yerə (0,20 ha : 2 = 0,10; 0,13 : 2 = 0,065 və 0,12 : 2 = 0,06) bölünməsi, bölgüdən sonra alınan torpaq sahələrinin yarısı, yəni 0,05 ha, 0.03,3 ha və 0,03 ha, cəmi 0.11 ha həcmində torpaq sahələrinin məcburi pay qismində ayrılması və həmin torpaq sahələrinin X7 verilməsi qət edilmişdir. İş materialılarında olan Qəbələ Rayon Məhkəməsinin 04.11.2010-cu il tarixli 2(025)- 331/2010 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X11 cavabdeh X7 qarşı “cavabdehin ləyaqətsiz vərəsə kimi tanınması və məhkəmə qətnaməsi əsasında ona məcburi pay olaraq verilmiş torpağın geri alınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 376/2020 saylı 29.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)-15/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdeh X7 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinə qarşı torpaq sahələrinin naturada ayrılmaqla sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(025)-15/2019 nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-376/2020 saylı 29.09.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 14.04.2021-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işlən aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi tərəfindən tərtib olunmuş, Şəki İnzibati Məhkəməsi tərəfindən təqdim edilmiş sxemdə göstərilən Seriya RX № ******* nömrəli çıxarış əsasında X10 mülkiyyətində 0,15 hektar torpaq sahəsi göstərilsə də, faktiki istifadəsində olan torpaq sahəsi 0,129 hektardır. İddiaçı istifadəsində olan 0,129 hektar torpaq sahəsi Qəbələ rayonu Vəndam Bələdiyyəsi sərhəddi daxilində yaşayış məntəqələri torpaqlarına aid, uqodiyası çoxillik əkmələr olan torpaqlarda yerləşir. Torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi tərəfindən tərtib olunmuş Şəki İnzibati Məhkəməsi tərəfindən təqdim edilmiş sxemdə göstərilən RX № ******* nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində 0,0927 hektar torpaq sahəsi göstərilsə də, faktiki istifadəsində olan torpaq sahəsi 0,08 hektardır. İddiaçı istifadəsində olan 0,08 hektar torpaq sahəsi Qəbələ rayonu Vəndam Bələdiyyəsi sərhəddi daxilində yaşayış məntəqələri torpaqlarına aid, uqodiyas çoxillik əkmələr olan torpaqlarda yerləşir. Torpaq sahəsinin koordinatlar sxem üzrə göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X10 mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə və İddiaçı mülkiyyətində olan 0.0927 ha torpaq sahəsinə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hələ Qəbələ Rayon Məhkəməsinin 26.04.2010-cu il tarixli 2/025-76/2010 nömrəli qətnaməsi ilə iddiaçı X6 cavabdeh X14 qarşı “anası mərhum X10 ölümündən sonra miras qalmış 0.45 torpaq sahəsindən onun evinin qonşuluğunda yerləşən və həyətyanı torpaq sahəsinin şərq hissəsindəki 0.13 ha torpaq sahəsinin məcburi pay kimi ona verilməsi və həmin torpaq sahəsi üzərində vərəsəlik hüququ müəyyən edilməklə adına rəsmiləşdirilməsi” tələbi qismən təmin edilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1132A və JN-1132F saylı kod 40600048 olan Şəhadətnamələr və Torpağa Mülkiyyət hüququna Dair JN-1380 saylı kod 40600048 olan Dövlət Aktı ilə mərhum X8 miras qalmış 0,20 ha, 0,13 ha və 0,12 ha torpaq sahələrinin hər biri 2 yerə (0,20 ha : 2 = 0,10; 0,13 : 2 = 0,065 və 0,12 : 2 = 0,06) bölünməsi, bölgüdən sonra alınan torpaq sahələrinin yarısı, yəni 0,05 ha, 0.03,3 ha və 0,03 ha, cəmi 0.11 ha həcmində torpaq sahələrinin məcburi pay qismində ayrılması və həmin torpaq sahələrinin X7 verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə X7 verilmiş torpaq sahələrinin yerquruluşu planları tərtib olunmuş və həmin planlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuşdur. İddiaçının mülkiyyətində 0,0927 və 0,15 ha torpaq sahələrinin olması danılmaz faktdır və həmin torpaq sahələrinə plan-ölçü sənədlərinin tərtib edilməsinin mümkünsüzlüyü ilə bağlı cavabdeh inzibati orqanın dəlilləri əsassızdır. Qeyd olunan hal birbaşa iddiaçının mülkiyyət hüququnu pozmaqla bərabər lüzumsuz məhkəmə çəkişmələrinin yaranmasına səbəb olur. Çıxarışlar “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1132A və JN-1132F saylı kod 40600048 olan Şəhadətnamələr və Qəbələ Rayon Məhkəməsinin 26.04.2010-cu il tarixli 2/025-76/2010 nömrəli qətnaməsi əsasında tərtib olunduğu halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin çatışmayan hissələri müəyyən olunmalı və plan-ölçü sənədləri tərtib olunmalıdır. Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatları ilə müqayisədə uyğunsuzluqların olması və sərhədlərini müəyyən etməyin mümkün olmaması iddiaçının təqsirindən baş verən hal deyil. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,0927 və 0,15 ha torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, 15.01.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.927 ha torpaq sahəsinə və mərhum anası X10 adına ********** qeydiyyat nömrəli, 15.01.2014-cü il tarixli Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə plan və ölçü sənədlərinin hazırlanması öhdəliyi qoyulur. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc cavabdehə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X20 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar