Məhkəmə qərarları › İş №2-1(116)-419/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-419/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-419/2020 25.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X4 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6rşı “Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində yerləşən Qoruqbağı bələdiyyəsinin mülkiyyətinə aid olan Zərdab rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 10 saylı qərarı ilə Qoruqbağı kəndi ərazisindən ona verilmiş 3.44 ha pay torpağı sahəsinə mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək“Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində yerləşən Qoruqbağı bələdiyyəsinin mülkiyyətinə aid olan Zərdab rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 10 saylı qərarı ilə Qoruqbağı kəndi ərazisindən ona verilmiş 3.44 ha pay torpağı sahəsinə mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zərdab Rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 10 saylı qərarı ilə iddiaçıya Qoruqbağı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3,44 ha pay torpaq verilmişdir. İddiaçı həmin vaxtdan bu torpaqdan istifadə edir. Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin xx.xx.2017-ci il tarixli, 241 saylı və Qoruqbağı bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 22 saylı arayışları bu faktı təsdiq edir. Lakin vaxtında X3 tərəfindən iddiaçıya komissiya iclasının protokolundan çıxarış və s. digər hüquqmüəyyənedici sənədlər verilməmişdir. Ona görə də bu gün iddiaçının torpağa mülkiyyət hüququna dair sənədi - Dövlət Aktı yoxdur. İddiaçı cavabdeh orqana “torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi” ilə bağlı müraciət etmiş, cavabdeh orqan isə ona bildirmişdir ki, İdarənin mövcud arxiv materiallarına əsasən qeyd olunan torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd olunan məsələ ilə bağlı ərizəylə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 müraciət etməmişdir. Sərəncamla bağlı araşdırma aparılan zaman İddiaçı və ailə üzvlərinə pay torpaq sahəsinin ayrılması barədə ərazi idarəsinin baza məlumatlarında üç konturdan ibarət olmaqla 0.84 ha, 1.06 ha və 1.61 ha torpaq sahəsi (DBF və DWG) mövcud olmasına baxmayaraq, ləğv edilmiş DTXK-nin Zərdab rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində və Dövlət Aktlarının qeydiyyatı kitabında “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın olmadığı məlum olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X8 daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X8 torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X8 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı naturada göstərdiyi torpaq sahələri ayrı-ayrı ərazilərdə olmaqla iki hissədən ibarətdir. Həmin torpaq sahələri naturada müəyyən edildi və rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. İddiaçının naturada göstərdiyi torpaq sahəsinə aid hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən mülkiyyətçisini müəyyən etmək mümkün olmadı. Elektron məlumat bazasında öz əksini tapmış JN-289, JN-290, JN-292, JN-293 və JN-295 nömrələrlə digər şəxslərin xüsusi mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Elektron məlumat bazasında JN-289, JN-290. JN-292, JN-293 və JN-295 nömrələrlə digər şəxslərin mülkiyyətində olan torpaq sahələri mövcuddur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli AZ6300/********** nömrəli teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarında olan cavabdeh orqanın 30.0.2019-cu il tarixli, **********58 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********10 nömrəli etiraz məktubundan göründüyü kimi iddiaçı cavabdeh orqana məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən analoji tələblə müraciət etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində torpaq sahəsinin reyestrdə qeydiyyata alınaraq ona çıxarış verilməsini xahiş etsə də, cavabdeh orqana torpaq sahəsinin sənədləşdirilməsin köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. Həmçinin iş materiallarına əlavə edilən mütəxəssis rəyindən də göründüyü kimi tələbdə qeyd olunan torpaq sahəsi başqa şəxslərin adına reyestrdə qeydiyyata alınmışdır. Bu səbəblərdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6rşı “Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində yerləşən Qoruqbağı bələdiyyəsinin mülkiyyətinə aid olan Zərdab rayon X2 xx xxxxxx 1999-cu il tarixli, 10 saylı qərarı ilə Qoruqbağı kəndi ərazisindən ona verilmiş 3.44 ha pay torpağı sahəsinə mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 137 manat 28 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar