Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-419/2024 25.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 32 A ünvanında faktiki inşa olunmuş zirzəmili, ikimərtəbəli fərdi yaşayış evinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə müvafiq qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 32 A ünvanında faktiki inşa olunmuş zirzəmili, ikimərtəbəli fərdi yaşayış evinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə müvafiq qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə üzrə icraat 2- 1(116)-30/2024 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2-1(116)-30/2024 saylı Qərarı ilə iddiaçı Cavabdeh mülkiyyətində olan İsmayıllı şəhəri M.F.Axundov küçəsi, 32A ünvanında yerləşən tikinti obyektində tikinti işlərinin dayandırılması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarı ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-456/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 X5 Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-30/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərardadı ilə Məhkəmənin icraatında olan 2-1(116)-419/2024 nömrəli inzibati iş üzrə icraat təzələnmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 32A ünvanında Cavabdeh tərəfindən icazəverici sənəd təqdim etmədən tikinti işlərinin aparılması aşkarlanmışdır. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 10 iyun 2022-ci il tarixli 0428 nömrəli Qərar tərtib olunaraq poçt vasitəsi ilə Cavabdeh göndərilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinin pozulması vətəndaşa bildirilmiş və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Buna baxmayaraq, tikinti işlərinin dayandırılması barədə Qərarın tələbləri yerinə yetirilmədən həmin obyektin yan divarlarının və dam örtüyünün vurularaq tamamlanma işlərinin aparılması aşkarlanmışdır. Qeyd edirik ki, tikinti işlərinin dayandırılması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən Azərbaycan Respublikası Prezidentinin 534 nömrəli 22 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydalan’nda qeyd olunan müddət ərzində icazə alınmadıqda onun sökülməsi Məcəllənin 95.1.2-ci maddəsi ilə müəyyən edilir.Cavabdeh - Mirzəyev X4 şəhəri, M.F.Axundov küçəsi, 32A ünvanında 2 mərtəbəli zirzəmili mansard tipli yaşayış evinin tikintisini məlumatlandırma icraatı çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyəti ilə razılaşdırmış, lakin tikinti zamanı razılaşdırılmış layihədən kənarlaşdırmalara yol vermişdir. Belə ki, tikinti zamanı 2-ci mərtəbənin yan fasadında pəncərə boşluqlarını layihədə göstərilənlərə uyğun inşa edilməmiş, ön və arxa fasadlarında isə açıq eyvan əvəzinə əlavə tikinti aparmışdır ki, bu da binanın konstruksiyalarının daha da yüklənməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01 mart 2022-ci il tarixli MİHO/2.1-2-2022- 1491 saylı məktubunda Cavabdeh aid İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 32A ünvanında 2 mərtəbəli zirzəmili mansard tipli fərdi yaşayış evinin tikinti niyyətinə dair Tikintilərin Dövlət reyestrinə xx.xx.2017-ci il tarixində daxil olmuş məlumatların ləğv olunduğu göstərilir. Hal-hazırda cavabdehə aid mübahisəli tikili özbaşına tikinti sayılır. Bu barədə Cavabdeh Rayon İcra Hakimiyyəti tərəfindən bildiriş göndərilərək cavabdeh məlumatlandırılmışdır. Hazırda həmin fərdi yaşayış evi məlumatlandırma icraatından və layihədən kənar olaraq inşa olunmuş, lakin mansard mərtəbəsi tikilmədən dam örtüyü bağlanılmış və yan divarlar hörülmüşdür. Bununla da, tikinti-quraşdırma işləri faktiki olaraq başa çatdırılmışdır. Evin faktiki vəziyyətini nəzərə alaraq, həmin tikinti işlərinin inzibati qaydada dayandırılması mümkün olmamışdır. Bununla da, qeyd olunan tikili şəhərin baş planına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a uyğun olmadığı üçün sökülməlidir. Cavadeh şəxs iddia tələbinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Tikinli işlərinin dayandırlması barədə 10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarının surəti.
2. Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinin 09 iyun 2022-ci il tarixli 646 nömrəli texniki baxış aktının surəti.
3. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO 2.1-2-2022- 1491 saylı məktubunun surəti,
4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli XQ-01- 05-M-70- 2021-03737 saylı məktubunun surəti,
5. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 11,06.2021-ci il tarixli XO-03-2021-01499 saylı rəyinin surəti,
6. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X3 surətindən görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsində 32A ünvanında yerləşən 0.012 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
7. 2016-cı il tarixli İsmayıllı şəhəri, M.F.Axundov küçəsində 32A ünvanında Cavabdeh məxsus zirzəmili 2 mərtəbəli mansard tipli yaşayış evinin memarlıq planlaşdırma layihəsi.
8. 081396 nomrəli Lisenziyanın surəti.
9. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2017-ci il tarixli 05/20 nömrəli məktubundan görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisinin inşasına etiraz edilmir.
10. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il tarixli 05/778 nömrəli bildiriş.
11. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il tarixli nömrəli Akt.
12. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-41/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-688/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə mübahisəyə mülki qaydada baxılmalı olmadığından İsmayıllı Rayon Məhkəməsinin 2(037)-41/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2-1(116)-30/2024 saylı Qərarı;
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-456/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı;
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 32 A ünvanında faktiki inşa olunmuş zirzəmili, ikimərtəbəli fərdi yaşayış evinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Müvafiq inzibati icraat aparılan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin : 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması” Qaydası : 1.1. Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. 1.2. Bu Qaydanın əsas məqsədi tikinti işləri zamanı sifarişçi və podratçı tərəfindən qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra – normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuların qarşısının vaxtında alınması və aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirməkdən ibarətdir. 1.4. Bu Qaydaya uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X1 Agentliyi (bundan sonra - Agentlik) və Tikintidə X1 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. 2.1. Məcəllənin 92.1-ci maddəsinə əsasən tikinti işlərinin həyata keçirilməsi zamanı aşağıdakı pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş (bundan sonra - Göstəriş) təqdim edilir: 2.1.1. tikinti işlərinin tikintiyə dair icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 2.2. Tikinti işləri həyata keçirildiyi zaman bu Qaydanın 2.1-ci bəndində göstərilən hər hansı bir pozuntu halı aşkar edildikdə, bununla bağlı Müfəttişliyin ərazi nümayəndəsi tikinti obyektinə dair iki nüsxədən ibarət texniki baxış aktı tərtib edir. 2.3. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tərtib olunmuş texniki baxış aktı dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən imzalanır, bir nüsxəsi vəzifəli şəxs tərəfindən sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edilir, sifarişçi (podratçı) və ya onun məsul şəxsi isə digər nüsxədə adı, soyadı və tarix göstərilməklə, texniki baxış aktını qəbul etməsi barədə imza edir. Tikinti obyektinin sifarişçisi (podratçısı) və ya onun məsul şəxsi texniki baxış aktının nüsxəsini qəbul etməkdən imtina etdikdə, həmin aktı tərtib edən vəzifəli şəxs aktda bu barədə müvafiq qeyd edir. 2.4. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş texniki baxış aktı tərtib edildiyi gündən 4 (dörd) iş günü müddətində Müfəttişlik tərəfindən Göstəriş tərtib olunur. 2.5. Göstərişdə tikinti işlərində aşkar olunmuş hər bir pozuntunun ayrıca təsviri qeyd olunmaqla, həmin pozuntuların sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün, müvafiq işlərin həcmindən asılı olaraq, ağlabatan müddət müəyyən edilir. Göstəriş Agentliyin rəhbərliyi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.6. Göstəriş verildiyi gündən 3 (üç) iş günü müddətində vəzifəli şəxs tərəfindən sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edilir, sifarişçi (podratçı) və ya onun məsul şəxsi isə Göstərişin surətində adı, soyadı və tarix göstərilməklə onu qəbul etməsi barədə imza edir. Tikinti obyektinin sifarişçisi (podratçısı) və ya onun məsul şəxsi Göstərişi qəbul etməkdən imtina etdikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs Göstərişin surətində bu barədə müvafiq qeyd edir. Bu halda Göstəriş sifarişli poçt göndərişi ilə onun ünvanına göndərilir. Göstəriş sifarişli poçt göndərişi ilə sifarişçiyə (podratçıya) çatdırıldığı gün həmin Göstəriş rəsmi qaydada verilmiş hesab edilir. 2.7. Sifarişçi (podratçı) ona bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq təqdim edilmiş Göstərişdə qeyd olunan pozuntuları müəyyən olunan müddətdə aradan qaldırmalı və bu barədə Müfəttişliyə yazılı məlumat verməlidir. 2.8. Müfəttişlik, bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş məlumatın verildiyi gündən, belə məlumat verilmədiyi hallarda isə, pozuntuların aradan qaldırılması üçün Göstərişdə müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində sifarişçinin və podratçının iştirakı ilə həmin pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. 2.9. Bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş qaydada aparılmış yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, yoxlama aparıldığı gündən 2 (iki) iş günü müddətində Müfəttişlik sifarişçiyə (podratçıya) icrası yoxlanılmış Göstərişin icra olunmayan hissəsi ilə bağlı yenidən yazılı göstəriş (bundan sonra - Təkrar Göstəriş), pozuntuların aradan qaldırıldığı müəyyən edildikdə isə həmin müddətdə sifarişçiyə (podratçıya) bu barədə yazılı məlumat verir. Bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində Müfəttişlik sifarişçiyə (podratçıya) Təkrar Göstəriş və ya Göstərişdə nəzərdə tutulmuş pozuntuların aradan qaldırıldığı barədə yazılı məlumat vermədikdə, həmin pozuntular aradan qaldırılmış hesab olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, cavabdeh mülkiyyətində olan 0,012 ha torpaq sahəsində fərdi yaşayış evinin inşasına dair layihə təqdim edərək İsmayıllı RİH-nə məlumat vermişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2017-ci il tarixli 05/20 nömrəli məktubundan görünür ki, iddiaçıya məlumatlandırma icraatı qaydasında təqdim etdiyi layihəyə uyğun fərdi yaşayış evinin tikintisinin inşasına etiraz edilməmişdir. Cavabdehin 10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarı inşa olunan fərdi yaşayış evinin məlumatlandırma icraatı çərçivəsində çıxdığı ehtimal edilərək qəbul edilmişdir. ŞTM-nin 92.4.1-ci maddəsi tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi hallara tətbiq olunmanı ehtiva edir.Cavabdeh tərəfindən məlumatlandırma icraatı qaydasında inşa olunmuş mənzilə dair tikintinin dayandırılması barədə qərar qəbul edərkən yuxarıda qeyd olunan normanı rəhbər tutmuşdur.Həmçinin,inzibati icraat çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması” Qaydasının müddəalarına uyğun inzibati icraat aparılmamışdır.Belə ki,həmin Qaydanın 2.1.1-ci maddəsində göstərilən hallar (tikinti işlərinin tikintiyə dair icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə) araşdırılmamış,qəbul edilən qərarda tikilinin layihədən kənara çıxması əsaslandırılmamışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2-1(116)-30/2024 saylı Qərarına əsasən cavabdehin mülkiyyətində olan İsmayıllı şəhəri M.F.Axundov küçəsi, 32A ünvanında yerləşən tikinti obyektində tikinti işlərinin dayandırılması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarı ləğv edilmiş,məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Göründüyü kimi hazırkı iddianın ilkin hüquqi əsası olan qərar ləğv edildiyindən,onun qanunsuzluğu məhkəmə aktına əsasən təsdiq edildiyindən hazırkı iddianın da hüquqi əsası aradan qalxmışdır.Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 32 A ünvanında faktiki inşa olunmuş zirzəmili, ikimərtəbəli fərdi yaşayış evinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə müvafiq qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə