Məhkəmə qərarları › İş №2-1(116)-42/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-42/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-42/2020 12.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı “27.11.1972-ci il tarixdən 22.05.1973-cü ilədək olan müddətdə PMK-51 təşkilatında, 1976,1983-1988, 1990 və 1992-1996-cı illərdə Zaqatala rayonu “28 Aprel” adına kolxozda, 27.02.1992-ci ildən 1993-cü ilin iyul ayınadək Zaqatala rayonu Muxax İstehlak Cəmiyyətində işləməyi ilə əlaqədar həmin müddətlərin əmək stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “27.11.1972-ci il tarixdən 22.05.1973-cü ilədək olan müddətdə PMK-51 təşkilatında, 1976,1983-1988, 1990 və 1992-1996-cı illərdə Zaqatala rayonu “28 Aprel” adına kolxozda, 27.02.1992-ci ildən 1993-cü ilin iyul ayınadək Zaqatala rayonu Muxax İstehlak Cəmiyyətində və 28 dekabr 1996-cı il tarixdən 01 iyun 2002-ci il tarixədək olan dövrdə Zaqatala rayon X5 işləməyi ilə əlaqədar həmin müddətlərin əmək stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 12 mart 2020-ci il tarixli qərarı ilə “28 dekabr 1996-cı il tarixdən 01 iyun 2002-ci il tarixədək olan dövrdə Zaqatala rayon X5 işləməyi ilə əlaqədar həmin müddətin əmək stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bərədə iddiası təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1955 ci il tarixdə Zaqatala rayonunun Yuxarı Çardaxlarkəndində anadan olmuşdur və hal hazırda da həmin kənddə ailəsi ilə birlikdə yaşayır. 27 noyabr 1972 ci ildən 22 may 1973 cü ilədək Zaqatala 51 saylı X1 (PMK) işləmiş və ordu sıralarına çağrılmağı ilə əlaqədar həmin təşkilatdan işdən çıxmışdır. 1973-cü ilin may ayından 1975-ci ilin may ayınadək Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra Zaqatala rayonu Yuxarı Çardaxlar “28 Aprel” adına kolxoza işə daxil olmuş və həmin kolxozda 1976, 1983- 1988, 1990-1996 ci illərdə işləməklə əmək haqqı almışdır.Lakin bununla əlaqədar ona kolxoz tərəfindən əmək kitabçası verilməmişdir. Həmin kolxozda işləməyi barədə Zaqatala rayon Dövlət Arxivindən əmək stajına dair arayış da alınmışdır. Bundan başqa o 27 fevral 1992-ci ildə Zaqatala rayonu Muxax kənd İstehlak Cəmiyyətində də işə qəbul olunmuş və həmin idarədə 1992-ci ilin iyul ayınadək işləmişdir.Həmin idarədən işdən çıxma əmri olmasa da, həmin müddətdə əmək haqqı almağı barədə Arxiv sənədində qeydlər aparılmışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı pensiya hüququ 20.02.2019-cu il tarixində yaranmışdır. İddia ərizəsində göstərilən iş yerləri istisna olunmaqla iddiaçının hərbi xidmət dövrü ilə birlikdə sığorta stajı 10 il 9 ay təşkil etmişdir. İddiaçı 1976, 1983-1988, 1990, 1992-1996-cı illərdə keçmiş 28 aprel kolxozunda işlədiyi iş stajının 5 il 6 ayın düzgünlüyü təsdiq edilmişdir. İddiaçı iddia ərizəsində göstərilən iş yerləri istisna olunmaqla əmək kitabçasının surətinə əsasən 12 il 5 ay 26 gün, 2 il 11 gün hərbi xidmət dövrü ilə birlikdə 14 il 6 ay 7gün sığorta stajı vardır. etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia ərizəsində göstərilən iş yerləri istisna olunmaqla əmək kitabçasının surətinə əsasən 12 il 5 ay 26 gün, 2 il 11 gün hərbi xidmət dövrü ilə birlikdə 14 il 6 ay 7gün sığorta stajı vardır. Onun əmək kitabçasında qeyd olunan “28 dekabr 1996-cı il tarixdən 01 iyun 2002-ci il tarixədək olan dövrdə Zaqatala rayon X5 işləməyi ilə əlaqədar həmin müddətin əmək stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bərədə iddiası məhkəmənin 12 mart 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 27.11.1972-ci il tarixdən 22.05.1973-cü ilədək olan müddətdə PMK-51 təşkilatında, 1976,1983-1988, 1990 və 1992-1996-cı illərdə Zaqatala rayonu “28 Aprel” adına kolxozda, 27.02.1992-ci ildən 1993cü ilin iyul ayınadək Zaqatala rayonu Muxax İstehlak Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi tələbi təmin olunacağı təqdirdə belə iddiaçının yaşa görə pensiya almaq hüququ yaranmayacaqdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki,iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). AzərbaycanRespublikasıİnzibatiProsessualMəcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı “27.11.1972-ci il tarixdən 22.05.1973-cü ilədək olan müddətdə PMK-51 təşkilatında, 1976,1983-1988, 1990 və 1992-1996-cı illərdə Zaqatala rayonu “28 Aprel” adına kolxozda, 27.02.1992-ci ildən 1993-cü ilin iyul ayınadək Zaqatala rayonu Muxax İstehlak Cəmiyyətində işləməyi ilə əlaqədar həmin müddətlərin əmək stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar