Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-420/2021 25.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin 07.09.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, ona pensiya yaşı tamam olduğu tarixdən əmək stajının tam hesablanıb pensiya təyin edilməsi və pensiya yaşı tamam olduğu tarixdən pensiyasının hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 07.09.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, ona pensiya yaşı tamam olduğu tarixdən əmək stajının tam hesablanıb pensiya təyin edilməsi və pensiya yaşı tamam olduğu tarixdən pensiyasının hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 30.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Gürcüstan Respublikasının Rustaveli şəhərində anadan olmuşdur. İddiaçının pensiya yaşı tamam olmuş və ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə onun müraciətini təmin etməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 08.09.2020-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci ilin 1 iyul tarixindən 110 manat məbləğində, 01.01.2018-ci il tarixdən “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.02.2018-ci il tarixli Sərəncami ilə 116,27 manat məbləğində, 01.01.2019-cu il tarixdən “Əmək pensiyasının sığorta hissəsinin 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 07.02.2019-cu il tarixli Sərəncamına əsasən 119,76 manat məbləğində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən 01.03.2019-cu il tarixdən 160,0 manat, 01.10.2019-cu il tarixdən 200,0 manat məbləğində müəyyən olunur) az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə (Sosial sığorta stajının təsdiq edilməsi qaydası) əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Sosial sığorta stajının müəyyən olunması zamanı iddiaçının əmək kitabçasında qeyd edilən 1985-ci ilin fevralın 1-dən 2006-cı ilin martın 1-dək Qax Kommunal Müəssisələr Kombinatındakı iş stajı yoxlanılarkən kombinatın nəznində fəaliyyət göstərən Ritual sexini icarəyə götürdüyü 1995-ci ilin avqust-dekabr aylarında, 1996-cı, 1997-ci, 1998-ci, 2000-ci, 2001-ci, 2002-ci və 2003-cü ilin yanvar-iyul aylarında müəssisə tərəfindən iddiaçıya əmək haqqı ödənilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınması qanunvericiliyə görə mümkün hesab eilmir. İddiaçının nəzərinizə çatdırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 2019-cu ilin 1 yanvar tarixdən edilmiş dəyişikliklərə əsasən, əmək pensiyalarının təyin edilməsi həmin tarixdən avtomatlaşdırılmış qaydada həyata keçirilir. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (qeydə alınmış pensiya kapitalının məbləğindən asılı olmayaraq) həyata keçirilir. 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot məlumatlarının olmadığına görə iddiaçıya avtomatlaşdırılmış pensiya təyinatının aparılması mümkün hesab edilmir. Cavabdeh orqanın etiraz məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya əyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Sözügedən qanunun 67-ci maddəsinə əsasən “əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir”. İddiaçı 1995-ci ilin avqust-dekabr, 1996,1997,1998-ci ilin yanvar-iyun ayları, 2000-ci ilin yanvar-iyun və 2003-cü ilin yanvar-iyul ayları ərzində Qax Kommunal Müəssisələri Kombinatı”ndan əmək haqqı almamışdır (Kombinatın bu barədə məktubunun surəti əlavə olunur). Bu səbəbdən də iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiya hüququ yaranmır. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin 28.07.2020-ci il tarixli, 302 nömrəli arayışdan görünür ki, iddiaçı 24.05.1974-cü il tarixdən 21.06.1976-cı il tarixədək sovet ordusunda xidmət etmişdir. İş materiallarında olan 020541 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1978-ci ildən 04.07.1983-cü il tarixədək “V.İ.Lenin” adına X4 ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. İş materiallarında olan Qax Kommunal Müəssisələri Kombinatının DSMF publik hüquqi şəxsin 16 saylı regional filialına ünvanladığı 12.03.2021-ci il tarixli 380 nömrəli məktubda qeyd edilir ki, iddiaçının 1998-ci ildə iyul-dekabr aylarında ümumilikdə 150000 (bir yüz əlli min) manat köhnə Azərbaycan manatı əmək haqqı hesablanmışdır. 1995-ci ilin avqust-dekabr, 1996, 1997, 1998-ci ilin yanvar-iyun ayları, 2000-ci ilin yanvar-iyun və 2003-cü ilin yanvar-iyul ayları ərzində Kombinatın nəzdində olan Ritual sexini icarəyə götürdüyü üçün əmək haqqı hesablanmamışdır. İş materiallarında olan Qax Kommunal Müəssisələri Kombinatının məhkəməyə ünvanladığı 13.04.2021-ci il tarixli 410 nömrəli məktubda qeyd edilir ki, iddiaçıya 1995-ci ildən 2003-cü ilədək olan dövrdə yalnız 1998-ci ilin iyul-dekabr aylarında ümumilikdə köhnə nominasiyada 150000 (bir yüz əlli min) manat əmək haqqı hesablanmışdır. Digər dövrlərdə isə Kombinatın nəzdində olan ritual sexi iddiaçı tərəfindən icarədə olmuşdur. Bu səbəbdən ona Kombinat tərəfindən əmək haqqı hesablanmamışdır. İş materiallarında olan Qax Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 15.04.2021-ci il tarixli, 30 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının əmək kitabçası üzrə işləmiş olduğu müəssisələrdən yalnız Qax Kommunal Müəssisələri Kombinatı halhazırda fəaliyyət göstərdiyindən şəxsi heyətlə bağlı sənədlər arxivə təhvil verilməyib. İddiaçının işlədiyi 20 nömrəli Yol İstismarı İdarəsi və 60 nömrəli səyyar mexanikləşdirilmiş dəstə Qax Rayon Dövlət Arxivinə Dövlət mühafizəsinə sənəd təhvil vermədiyindən həmin təşkilatların arxivdə fondu yoxdur. İş materiallarında olan DSMF publik hüquqi şəxsin 16 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 18.06.2021-ci il tarixli, **********1 nömrəli məktubda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (01.07.2017-ci il tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddədə kişilərin yaş həddi 01.07.2017-ci il tarixdən başlayaraq 01.07.2021-ci il tarixədək hər il 6 ay artırıldığını nəzərə alaraq bildiririk ki, İddiaçı yaşının 64 yaş 6 ay tamam olduğu 18.02.2020-ci il tarixdə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən olunan yaş həddinə çatmışdır. Əmək pensiyası hüququnun müəyyən olunması zamanı iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı əmək kitabçası üzrə 16 il 05 ay 29 gün, 24.05.1974-cü il tarixdən 21 06.1976-cı il tarixə kimi hərbi xidmətdə olduğu 02 il 27 gün müddət və 01.09.1978-ci il tarixdən 04 07.1983-cü il tarixədək Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsil aldığı 04 il 10 ay 03 gün nəzərə alınmaqla ümumilikdə 23 il 04 ay 29 gün qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı əmək kitabçasında qeyd edilən lakin 01.08.1995-ci il tarixdən 01.01.1999-cu il tarixə, 01.01.2000-ci il tarixdən 01.07.2001-ci il tarixə və 01.01.2002-ci il tarixdən 03.04.2002-ci il tarixədək müəyyən olunan 05 il 01 ay 03 gün əmək haqqı ödənilməyən dövrlər qanunvericiliyin tələbinə uyğun olaraq sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmamışdır. Bildiririk ki, Qanunun 7-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş yaş həddinə çatmış vətəndaşların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı yaşının 64 yaş 6 ay tamam olduğu 18.02.2020-cı il tarixdə respubika üzrə müəyyən olunan əmək pensiyasının minimum məbləğinin 200,0 manat olduğunu nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28800,0 manat məbləğində müəyyən olunmalıdır. Nəzərinizə çatdırırıq ki, vətəndaşın staj göstəricisi üzrə Qanununun 27.1-ci maddəsinə uyğun olaraq pensiya kapitalına çevrilməklə fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınmalı olan pensiya kapitalı 17356,89 məbləğində manat müəyyən olunur. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, 1 yanvar 2019-cu il tarixdən əmək pensiyalarının təyinatı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən sığortaolunan 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ıl yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçı əmək kitabçasında Qax Kommunal Müəssisələr Kombinatında əmək müqaviləsinə xitam verilməsi haqqındakı əmrin 01.03.2006-cı il tarixdə verildiyi qeyd edilsə də vətəndaşın fərdi uçot məlumatları olmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmamışdır. Məhkəmənin 31.03.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı əmək kitabçası üzrə 16 il 05 ay 29 gün, 24.05.1974-cü il tarixdən 21 06.1976-cı il tarixə kimi hərbi xidmətdə olduğu 02 il 27 gün müddət və 01.09.1978-ci il tarixdən 04 07.1983-cü il tarixədək Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsil aldığı 04 il 10 ay 03 gün nəzərə alınmaqla ümumilikdə 23 il 04 ay 29 gün qəbul edilmişdir. İddiaçıya 1995-ci ildən 2003-cü ilədək olan dövrdə yalnız 1998-ci ilin iyul-dekabr aylarında ümumilikdə köhnə nominasiyada 150000 (bir yüz əlli min) manat əmək haqqı hesablanmışdır. Digər dövrlərdə isə Kombinatın nəzdində olan ritual sexi iddiaçı tərəfindən icarədə olmuşdur. Bu səbəbdən ona Kombinat tərəfindən əmək haqqı hesablanmamışdır. İddiaçı əmək kitabçasında qeyd edilən lakin 01.08.1995-ci il tarixdən 01.01.1999-cu il tarixə, 01.01.2000-ci il tarixdən 01.07.2001-ci il tarixə və 01.01.2002-ci il tarixdən 03.04.2002-ci il tarixədək müəyyən olunan 05 il 01 ay 03 gün əmək haqqı ödənilməyən dövrlər qanunvericiliyin tələbinə uyğun olaraq sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmamışdır. İddiaçı əmək kitabçasında Qax Kommunal Müəssisələr Kombinatında əmək müqaviləsinə xitam verilməsi haqqındakı əmrin 01.03.2006-cı il tarixdə verildiyi qeyd edilsə də vətəndaşın fərdi uçot məlumatları olmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya 1995-ci ildən 2003-cü ilədək olan dövrdə yalnız 1998-ci ilin iyul-dekabr aylarında ümumilikdə köhnə nominasiyada 150000 (bir yüz əlli min) manat əmək haqqı hesablandığı, digər dövrlərdə isə Kombinatın nəzdində olan ritual sexi iddiaçı tərəfindən icarəyə götürüldüyü üçün və əmək haqqı hesablanmadığına görə həmin müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçının tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin 07.09.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, ona pensiya yaşı tamam olduğu tarixdən əmək stajının tam hesablanıb pensiya təyin edilməsi və pensiya yaşı tamam olduğu tarixdən pensiyasının hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-420/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-420/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver