Məhkəmə qərarları › İş №2-1(116)-420/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-420/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-420/2024 20.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, İddiaçı qıznın iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Yevlax şəhər, Dəmiryol binası 28, mənzil 15 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, 13 saylı Yevlax Dəmir yol distansiyasının müdriyyət və distansiya həmkarlar komitəsinin xx.xx.2000-ci il tarixli, 15 saylı protokolu əsasında 28 nömrəli Dəmir yol binasının 12 nömrəli mənzili iddiaçının mərhum həyat yoldaşı X1 verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli, 79s nömrəli Sərəncamına əsasən Yevlax Dəmir yolu Stansiyasının mənzil fondu Yevlax Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Həmin mənzil fondunun istismar edilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 25 fevral 2003-ci il tarixli, 71 nömrəli Səəncamı ilə Yevlax şəhər 2 saylı Mənzil Təmir İstismar Sahəsi yaradılmışdır. X2 2002-ci ildə vəfat etmişdir.İddiaçı yuxarıda qeyd olunanları nəzərə alaraq ünvan 3 ünvanında yerəşən mənzilinin özəlləşdirilməklə həmin mənzilinə mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, müraciətinin icrasından imtina olunmuşdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər toplusu qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilmiş və zəruri olan inventarlaşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 13 saylı Yevlax Dəmir yol distansiyasının müdiriyyət və distansiya həmkarlar komitəsinin xx.xx.2000-ci il tarixli 15 saylı protokolu əsasında verilmiş 28 nömrəli Dəmir yol binasının 12 nömrəli mənzili iddıaçının mərhum həyat yoldaşı X1 verilmişdir. Ərazi idarəsinin mütəxəssisi tərəfindən sənədləşdirilməsi nəzərdə tutulan mənzil müayinə edilərkən onun 15 nömrəli mənzil olduğu aşkarlanmışdır. Həmin protokola əsasən isə 15 nömrəli mənzilin evi tikən təşkilata verildiyi qeyd olunmuşdur ki, bu da mənzilin evi tikən təşkilatın xidməti istifadəsində olduğunu bildirir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdeh nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları.

3. Yevlax şəhər 2 saylı Mənzil Təmir- İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 77 nömrəli arayışı.

4. 13 saylı Yevlax Dəmir yol distansiyasının müdriyyət və distansiya həmkarlar komitəsinin xx.xx.2000-ci il tarixli, 15 saylı protokolundan görünür ki, 28 nömrəli Dəmir yol binasının 12 nömrəli mənzili iddiaçının həyat yoldaşı mərhum X1 verilmişdir.

5. 17.04.2024-cü il tarixli Mənzillərin Kirayə verilməsi haqqında müqavilənin surəti.

6. AZ-İİ 034754 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. İş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Yevlax şəhər, Dəmiryol binası 28, mənzil 15 ünvanında yerləşən mənzilin öz adına özəlləşdirilməsinə, yəni həmin mənzil üzərində mülkiyyət hüququnun ona məxsus olması barədə qeydiyyatın aparılmasına nail olmaqdır. Məhkəmə araşdırması zamanı iki hal müəyyən edilmişdir : Birincisi iddia olunan Yevlax şəhər, Dəmiryol binası 28, mənzil 15 ünvanında yerləşən mənzilin iddiaçının mərhum əri X1 verilməməsi ilə bağlıdır.Belə ki,mənzili inşa edən təşkilatın iclas protokoluna əsasən sözügedən mənzil ev tikən təşkilata ayrılmışdır. İkinci iddiaçının mərhum ərinə əslində həmin binada yerləşən 12 saylı mənzilin verilməsi ilə bağlıdır.Lakin,iddiaçı faktiki olaraq mərhum ərinə verilmiş mənzildə deyil,iddia olunan 15 saylı mənzildə yaşayır və həmin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasında maraqlıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia olunan mənzilin iddiaçının mərhum ərinə ayrılmadığı müəyyən edilmiş,qeyd olunan mənzillərin dəyişdirilməsi ilə bağlı da hər hansı fakt aşkar edilməmişdir. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehin özəlləşdirməni aparmaqdan imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar