Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-423/2021 26.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, iddiaçının İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1, üçüncü şəxs “Elşən-96” kəndli (fermer) təsərrüfatının və “Amil-96” kəndli (fermer) təsərrüfatının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə Hakimiyyətinə (üçüncü şəxslər: “Elşən-96” və “Amil- 96” kəndli (fermer) təsərrüfatı) qarşı “Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən- 96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının “Amil-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında “Amil- 96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının və Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin Cavabdehnə Hakimiyyətinə (üçüncü şəxslər: “Elşən-96” və “Amil- 96” kəndli (fermer) təsərrüfatı) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Elşən- 96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının “Amil-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında “Amil-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-606/2021 nömrə ilə qeydə alınmışdır. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-423/2021 nömrə ilə qeydə alınmışdır. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi izahat verərək qeyd etdi ki, iddia tələbləri bir icraatda birləşdirilə bilməz, ayrı-ayrılıqda baxılmalıdır. Belə ki, 2-1-(116)- 606/2021 saylı iş üzrə tələblər 2-1-(116)-423/2021 saylı iş üzrə tələbdən asılı olduğuna 2- 1-(116)-423/2021 saylı iş üzrə tələb təmin olunursa digər tələblər də təmin olunmuş olur, əgər 606 nömrəli iş üzrə tələblərə baxılması mümkünsüz sayılarsa və 423 saylı iş üzrə iddia tələbi təmin olunmadığı təqdirdə biz həmin tələblərlə yenidən məhkəməyə müraciət etməli olacağıq. Belə olan tərzdə də biz vaxt itkisinə məruz qalırıq və məhkəməyə müraciət hüququmuz pozulmuş olur. Bununla bağlı Ali Məhkəmənin Plenumunun da mövqeyi var. Buna görə də, baxılan iddia tələblərinin birləşdirilməsinin əleyhinəyəm. İPMnin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi işlər iddiaçı tərəfindən birləşdirilə, yaxud birləşdirilməyə bilər. Cavabdehin nümayəndəsi vəsatətin qanuna müvafiq olaraq həll edilməsini xahiş etdi. Üçüncü şəxslərin nümayəndəsi və vəkili işlərin bir-icraatda birləşdirilməli olduğunu və iddiaçı ilə razılaşmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hər iki iddia tələbi bir-biri ilə əlaqəlidir, eyni cavabdehə qarşı yönəlmişdir və Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir. Belə olan halda həmin iddia tələblərinin hər birinə ayrıca icraatda baxılmasına lüzum yoxdur. İddiaçının nümayəndəsi İPM-nin 37-ci maddəsinə istinad edərək işlərin birləşdirilməsinin iddiaçının seçimi olduğunu qeyd etmişdir. Məhkəmə izah edir ki, qeyd edilən maddənin iddiaçıya belə bir hüquq verməsi əslində o deməkdir ki, bir-birilə əlaqəli tələblərə bir icraatda birləşdirməklə baxılması mübahisənin daha qısa müddətdə həll edilməsinə və əsassız vaxt itkisinin qarşısının alınmasına xidmət edir. Əslində iddiaçı özü həmin işlərin bir icraatda birləşdirilib baxılmasında maraqlı olmalıdır. İddiaçının istinad etdiyi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 10.2-ci maddəsində qeyd edilmişdir ki, tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. İddiaçı özü də tələblər arasında asılılığın olduğunu etiraf edir. Belə olan halda iddiaçının müvafiq iddia tələblərinə ayrıca icraatda baxılmaqla bağlı istəyi onu göstərir ki, o, mübahisənin tez bir zamanda həll olunmasını istəmir və hər bir iddia tələbinə ayrıca icraatda baxılmaqla işlərə baxılmasının uzanmasında maraqlıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələblərinin ayrıca icraatda ayrılması ilə bağlı fikirlərini tamamilə əsassız, heç bir hüquqi əsası olmayan arqumentlərlə və subyektiv mülahizələrlə əsaslandırmışdır. Bu isə iddiaçının İPMnin 37-ci maddəsində ona verilmiş hüquqdan sui-istifadə etməyə cəhd etdiyini göstərir. Eyni zamanda iddiaçıya izah olunur ki, İPM-nin 56.1-ci maddəsində məhkəməyə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə mübahisə predmetləri eyni olunan müstəqil işləri bir icraatda birləşdirilmək hüququ verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hər iki iddia tələbinə birgə baxılmasına və vahid qərarın qəbul edilməsinə nail olmaq üçün mübahisə predmeti eyni olan inzibati işlər ümumi icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan iddia tələblərinə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd olunan müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinin tələbini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv olunması tələbinə dair” 2-1(116)-423/2021 saylı inzibati iş, İddiaçı MMC-nin Cavabdehnə (üçüncü şəxslər: “Elşən-96” və “Amil-96” kəndli (fermer) təsərrüfatı) qarşı ““Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının “Amil-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında “Amil-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının ləğv olunması tələbinə dair” 2-1(116)-606/2021 saylı inzibati işə birləşdirilir. 2-1(116)-423/2021 saylı inzibati iş 2-1(116)-606/2021 saylı inzibati işə birləşdirildiyindən 2-1(116)-423/2021 saylı inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-423/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-423/2021
26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver