Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-423/2022 14.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin X1rşı “xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu kimi təyin olunmuş əmək pensiyasının, pensiyaya çıxarkən nəzərə alınmış dövlət qulluğu vəzifəsinin bərabər olduğu vəzifəyə uyğun hesablanması və 2011-ci il tarixdən hazırkı vaxtadək olan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ““hüququnun yarandığı tarixdən, yəni xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması və 2011-ci il tarixdən hazırki vaxtadək olan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu kimi təyin olunmuş əmək pensiyasının, pensiyaya çıxarkən nəzərə alınmış dövlət qulluğu vəzifəsinin bərabər olduğu vəzifəyə uyğun hesablanması və 2011-ci il tarixdən hazırkı vaxtadək olan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya xx.xx.1974-xx.xx.1980-cı illərdə Azərbaycan Respublikası Tədarük Nazirliyinin Şəki rayonu kənd təsərrüfatı məhsullarının keyfiyyəti və tədarükü üzrə müfəttiş və xx.xx.1980-xx.xx.1981-ci illərdə Şəki rayonu X6 Birliyində baş zootexnik vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla, xx.xx.2011-ci il tarixdən “Dövlət qulluqçusu" kimi yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı, ona təyin olunmuş əmək pensiyasının, pensiyaya çıxarkən nəzərə alınmış dövlət qulluğu vəzifəsinin bərabər olduğu vəzifəyə uyğun hesablanması və yaranmış fərqin ödənilməsi tələbi ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan, iddiaçıya 7 il 2 ay 16 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsinin 23.89 faiz olduğunu bildirmiş və ödənilən pensiya məbləğinə tətbiq edilən artım məbləğlərini sadalamaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı məhkəmədən ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsini və yaranacaq fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Bu hissədə iddia mümkün hesab edilə bilməz. Belə ki, 213874 nömrəli pensiyaçının uçot vərəqəsinə əsasən şəxsə xx.xx.2011-ci il tarixdən “Dövlət qulluqçusu" kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Yəni iddiaçı arzuolunan nəticəyə çatmışdır. Bundan başqa iddiaçının dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 373,33 manat və qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 37,33 manat olmaqla orta aylıq əmək haqqı 410,66 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 2 ay 16 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqınının (410,66 manat) 49 faizi-201,22 manat məbləğində müəyyən edilərək ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 7 il 2 ay 16 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün iddiaçını vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 23,89 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 410,00 manat və qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 41,00 manat olmaqla orta aylıq əmək haqqı 451,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə, ümumilikdə orta aylıq əmək haqqı (410,66 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (451,00 manat) arasındakı fərq məbləğinin (40,34 manat) 23,89 faizi - 9,64 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyası (201,22 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 210,86 manat müəyyən edilərək ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 615,00 manat və qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 61,50 manat olmaqla orta aylıq əmək haqqı 676,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (451,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (676,50 manat) arasındakı fərq məbləğinin (225,50 manat) 23,89 faizi-53,87 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (210,86 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanızın məbləği 264,73 manat müəyyən edilərək müvafiq kart hesabı köçürülür. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilərkən nəzərə alınmış əmək fəaliyyəti müddəti xx.xx.1974-xx.xx.1980-cı illərdə Azərbaycan Respublikası Tədarük Nazirliyinin Şəki rayonu kənd təsərrüfatı məhsullarının keyfiyyəti və tədarükü üzrə müfəttiş və xx.xx.1980-xx.xx.1981-ci illərdə Şəki rayonu X6 Birliyində baş zootexnik vəzifəsində işlədiyi dövrlərdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(075)-1298/2011 nömrəli qətnaməsindən görünür ki, İddiaçı 04 yanvar 1968-ci il tarixdən 01 may 1968-ci il tarixədək Şəki rayonu P.Babayev adına üzümçülük sovxozunda fəhlə, 08 iyul 1974-cü il tarixdən 03 iyun 1980-ci il tarixədək Azərbaycan Respublikası Tədarük Nazirliyinin Şəki rayonu kənd təsərrüfatı məhsullarının keyfiyyəti və tədarükü üzrə müfəttişi, 05 iyun 1980-cı il tarixdən 28 oktyabr 1981-ci il tarixədək Şəki rayonu X6 Birliyində baş zootexnik, 30 oktyabr 1981-ci il tarixdən 30 dekabr 1982-ci il tarixədək Şəki rayonu Daşüz Damazlıq-camışçılıq sovxozunda zootexnik, 22 fevral 1983-cü il tarixdən 30 dekabr 1994-cü il tarixədək isə «Azərdamazlıq» RİE birliyinin tabeliyində fəaliyyət göstərmiş Dövlət Damazlıq müəssisəsində zootexnik işləməsi hüquqi faktları müəyyən edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 213874 nömrəli pensiyaçının uçot vərəqəsinə əsasən şəxsə xx.xx.2011-ci il tarixdən “Dövlət qulluqçusu" kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. - X3 xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-1587 nömrəli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18- dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı"na əsasən həyata keçirilir. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında mövcud olmuş olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin bənddə sovxozlar nəzərdə tutulmadığından 1968-ci ildə Şəki rayonu P.Babayev adına üzümçülük sovxozunda fəhlə və 1981-1982-ci illərdə Şəki rayonu Daşüz damazlıq- camışçılıq sovxozunda zootexnik vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil deyildir. “Azərbaycan SSR Tədarük Nazirliyinin məsələləri haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 5 mart 1970-ci il tarixli 79 nömrəli qərarına əlavəyə əsasən Azərbaycan SSR Tədarük Nazirliyinin mərkəzi aparatının strukturu təsdiq edilmişdir. Qeyd edilən əlavəyə əsasən Azərbaycan SSR Tədarük Nazirliyinin mərkəzi aparatının strukturunda rayon üzrə kənd təsərrüfatı məhsullarının keyfiyyəti və tədarükü üzrə müfəttişlik nəzərdə tutulmamışdır. Rayon üzrə kənd təsərrüfatı məhsullarının keyfiyyəti və tədarükü üzrə müfəttişlik Azərbaycan SSR Tədarük Nazirliyinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığından 1974-1980-ci illərdə Azərbaycan Respublikası Tədarük Nazirliyinin Şəki rayonu kənd təsərrüfatı məhsullarının keyfiyyəti və tədarükü üzrə müfəttiş vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil deyildir. Azərbaycan SSR Nazirlər Sovetinin 17 iyun 1976-cı il tarixli 198 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyi haqqında Nümunəvi Əsasnamə”nin 1-ci hissəsinə əsasən Birlik X6 birlikləri, elmitədqiqat, layihə-quraşdırma, tədarük, satış və digər müəssisə və təşkilatlardan ibarət olan vahid X6 təsərrüfat kompleksidir. Həmin Əsasnamənin 2-ci hissəsinə əsasən Birlik təsərrüfat hesabı əsasında fəaliyyət göstərmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən-maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyindən Birlik və onun tərkibinə daxil olan X6 birliklərinə dövlət orqanı statusu şamil edilmir. Bu səbəbdən 1980-1981- ci illərdə Şəki rayonu X6 birliyində baş zootexnik vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil deyildir. “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının strukturunun təsdiq edilməsi haqqında” 1980-ci il 6 mart tarixli 99 nömrəli X7 təsərrüfatı heyvanlarının damazlıq, süni mayalanması, damazlıq qaramalın bəslənməsi, tədarükü və satışı üzrə Azərbaycan respublika istehsalat birliyi (Azərdamazlıqbirliyi) Nazirliyin mərkəzi aparatında deyil, yanında olan təşkilat kimi nəzərdə tutulmuşdur, eyni zamanda qeyd edilən birliyin təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi qeyd edilmişdir. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında, 2.9-cu bəndində Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanları aparatında, 2.11 -ci bəndində Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında, 2.12-ci bəndində Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Siyahının qeyd edilən bəndlərində mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan təşkilat və müəssisələr nəzərdə tutulmadığından 1983-1994-cü illərdə “Azərdamazlıq” respublika istehsalat birliyinin tabeliyində Dövlət damazlıq müəssisəsində zootexnik vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil deyildir. Əlavə olaraq bildiririk ki, “Damazlıq işi haqqında” Azərbaycan Respublikasının 26 mart 1996-cı il tarixli 46-İQ nömrəli Qpnununun 10-cu maddəsinin birinci hissəsinə əsasən dövlət damazlıq müəssisələri tam təsərrüfat hesabı və müqavilələr əsasında fəaliyyət göstərmiş və dövlət damazlıq xidmətinin tabeliyində olmuşdurlar. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu : Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. . Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 14.1 dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Respublikası X3 cavabından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi dövrlər o vaxt dövlət qulluğu hesab oluna bilər ki, həmin dövrdə müvafiq vəzifədə işlədiyi şöbələr, mərkəzlər və ya bürolar nazirlik və komitələrin aparatının strukturunda mövcud olsun. İdiaçının işlədiyi qeyd edilən vəzifələrin nazirliyin aparatında mövcud olması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Eyni zamanda birlik təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyindən, onun tərkibinə daxil olan X6 birliklərinə dövlət orqanı statusu şamil edilmir. İddiaçıya xx.xx.1974-xx.xx.1980-cı illərdə Azərbaycan Respublikası Tədarük Nazirliyinin Şəki rayonu kənd təsərrüfatı məhsullarının keyfiyyəti və tədarükü üzrə müfəttiş və xx.xx.1980-xx.xx.1981-ci illərdə Şəki rayonu X6 Birliyində baş zootexnik vəzifəsində işlədiyi müddət nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilsə də, faktiki olaraq həmin vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajına daxil deyildir. Qeyd olunan vəzifələr dövlət qulluğunda qulluq stajına daxil edilmədiyindən, həmin vəzifələrin bərabər olduğu dövlət qulluğu vəzifəsi də mövcud ola və əmək pensiyası tələbdə qeyd olunan qaydada hesablana bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin X1rşı “xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu kimi təyin olunmuş əmək pensiyasının, pensiyaya çıxarkən nəzərə alınmış dövlət qulluğu vəzifəsinin bərabər olduğu vəzifəyə uyğun hesablanması və 2011-ci il tarixdən hazırkı vaxtadək olan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.