Məhkəmə qərarları › İş №2-1(116)-4247/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4247/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4247/2025 26.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyin təyin edilmə tarixinin və əmək pensiyasının təyinata başlama tarixi 09 yanvar 2023-cü il tarixindən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixdə, əmək qabiliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqla, müddətsiz, istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli təyin edilmiş əlilliyə görə əlilliyin təyin edilmə tarixinin və əmək pensiyasının təyinata başlama tarixi 09 yanvar 2023-cü il tarixindən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, 13 iyun 2025-ci il tarixdə, əmək qabliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqla, müddətsiz istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli təyin edilmiş əllilliyə görə əlilliyin təyin edilmə tarixinin və əmək pensiyasının təyinata başlama tarixi 09 yanvar 2023-cü il tarixdən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması”ilə bağlı dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Prezdentinin 06 avqust 2013-cü il tarixli Sərəncamına əsasən 06 avqust 2013-cü il tarixdən 13 may 2024cü il tarixə kimi Astara Rayon Məhkəməsinə hakim vəzifəsində işləmişdir. 09 yanvar 2023cü il tarixdə səhər saat 09:00-dan Astara Rayon Məhkəməsində işdə olmuşdur. Həmin gün Astara şəhərinin ərazisinə güclü qar yağmasına görə 09 yanvar 2023-cü il tarixdə səhər saat 13:00-da Astara Rayon Məhkəməsinin inzibati binasının həyətində ayağı sürüşüb, yıxılmışdır. İddiaçıya “sağ bud sümüyünün başının qapalı sınığı” diaqnozu qoyulmuş, X2 aparılmışdır və orada 11 yanvar 2023-cü il tarixdə əməliyyat olunmaqla iddiaçıya sağ bud sümüyünün protezi qoyulmuşdur. İddiaçı aldığı xəsarət xitməti vəzifəsinin icrası ilə əlaqədar olmasına görə müraciəti əsasında X1 07 may 2024-cü il tarixli 2-1(116)- 1410/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzərinə İddiaçı 5 illik əməkhaqqı məbləğinin 20 faizi miqdarında sığorta ödənişinin ödənilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı 25 fevral 2025-ci il tarixdə əlilliiyin təyin edilməsi barədə müraciət etmişdir. İddiaçıya əliliyin təyin edilmə tarixi və təyinata başlama tarixi 25 fevral 2025-ci il tarixdən hesablanmaqla, əmək qabliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqla, müddətsiz, istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcələli əllilik təyin edilmiş, bunun əsasında da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmişdir. İddiaçının 25 fevral 2025-ci il tarixdə müraciət etmə səbəb isə aldığı xəsarətin əlliyə səbəb olmasını bilməməyi, bu barədə müalicə həkimlərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının bildirməməsi olub. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ona görə də iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabitasiya Agentliyinə müraciət etmişdir ki, 25 fevral 2025-ci il tarixdə, əmək qabliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqla, müddətsiz, istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli əllilik təyin edilmiş əllilliyə görə əmək pensiyasının təyinata başlama tarixi 09 yanvar 2023-cü il tarixdən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 10 iyul 2025-ci il tarixli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabitasiya Agentliyinin 04 sentyabr 2025-ci il tarixli məktubunda isə 25 fevral 2025-ci il tarixdə, əmək qabliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqıa, müddətsiz, istensalat zədəsi səbəbi ilə üçüncü dərəcəli təyin edilmiş əllilliyə güıu əmək pensiyasının təyinata başlama tarixi 09 yanvar 2023-cü il tarixdən hesablanmasının mümkün olmaması qeyd edilmişdir. İddiaçı hesab edir ki, onun əlilliyə görə əmək pensiyasını almaq hüququ yarandığı gün 09 yanvar 2023-cü il tarixdir. Ona görə də əmək pensiyasının təyinata başlama tarixi 09 yanvar 2023-cü il tarixdən hesablanması qanuni və əsaslıdır. ”. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyin Və Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X3 Filialı iddiaya etirazında bildirmişdir ki, “Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1 (116)-1132/2023 saylı iş üzrə iddia tələbi mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mə ıkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib- edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respubli ası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnu ı olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunver çilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tı ulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol veril; nliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarına əsasən, İddiaçı ilkin müayinə əsasında xx.xx.2025-ci il tarixindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən erilən xx.xx.2025-ci il tarixli 3-17- 1\2-M161755/2025 nömrəli imtina məktubu ilə İddiaçı xx.xx.2025-ci il tarixindən əlillik müəyyən edildiyindən əvvəlki dövr üzrə əlilliyə görə əmək pensiyasının təyin edilərək ödənilməsi mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədə təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müva q icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qəarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydalan”na əsasən; 1.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq idilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komisiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrfnə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müay ləsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müaynəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra alt sistemə ötürülür. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK- in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununur 1.0.2- ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. Göründüyü kimi, əlilliyin təyin edilməsi Fondun səlahiyyətlərinə aid edilməmişdir. Filial yalnız Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyaları və hərbi-həkim komissiyaları tərəfindən təyin edilmiş əlillik dərəcəsinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası təyin edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da aydın olur ki, əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasdır. Qanunvericiliyə uyğun olaraq iddiaçıya Fond tərəfindən əlillik təyin edildiyi xx.xx.2025-ci il tarixindən əmək pensiyası ödənilməkdədir. Hesab edirik ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbində qeyd olunan dövrlər üçün əlliliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2025-ci il tarixli məktubunun surəti.

2. İddiaçıya məxsus AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti.

3. 29.07.2023-cü il tarixli Xəsarətin dərəcəsinə və səbəbinə dair arayışı surəti.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunun surəti.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli qərarının surəti.

6. 03.04.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1410/2024 nömrəli qərarının surəti.

8. İddiaçıya məxsus Forma 88 haqqında məlumat

Əsaslandırma hissə: İş materialları ilə müəyyən edilir ki, iddiaçı aldığı xəsarət xitməti vəzifəsinin icrası ilə əlaqədar olmasına görə müraciəti əsasında X1 07 may 2024-cü il tarixli 2-1(116)- 1410/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzərinə İddiaçı 5 illik əməkhaqqı məbləğinin 20 faizi miqdarında sığorta ödənişinin ödənilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı 25 fevral 2025-ci il tarixdə əlilliiyin təyin edilməsi barədə müraciət etmişdir. İddiaçıya əliliyin təyin edilmə tarixi və təyinata başlama tarixi 25 fevral 2025-ci il tarixdən hesablanmaqla, əmək qabliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqla, müddətsiz, istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcələli əllilik təyin edilmişdir. Hazırkı tələbdə iddiaçının hüquqi marağı əlilliyə səbəb olmuş xəsarətin alındığı 09 yanvar 2023-cü il tarixdən əlilliyə görə təyin edilmiş pensiyanın həmin tarixdən hesablanmasından ibarətdir. İddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir. Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçıya xx.xx.2025-ci il tarixdə hüquqi yardım göndərilmişdir. Məhkəmə aşağıdakılara görə iddianı mümkün hesab etmir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun .3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3.ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Qeyd olunan normalardan da göründüyü kimi əilliyin müəyyən edilməsi şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur və bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilir. Baxılan iş üzrə müəyyən edilir ki, iddiaçının aldığı xəsarətlə bağlı Bakı Baş Səhiyyə Mərkəzinin xx.xx.2025-ci il tarixli göndərişi əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış və İstehsalat zədəsi səbəbindən OFP 50 faiz olmaqla müddətsiz əlillik təyin edilmişdir. Bunanla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixindən əlilliyiə görə pensiya təyin edilərək ödənilməkdədir. Göründüyü cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması ilə bağlı nə inzibatı akt qəbul edilmiş nədə faktiki hərəkətlər edilmişdir. Məhkəmə onu da vurğulayır ki, iddiaçı hüquqi marağına uyğun olaraq ilk növbədə ona təyin edilmiş əlillyin müddəti ilə bağlı məsələni aydınlaşdırmalı, bunun nəticəsinə uyğun olaraq narazı qaldığı halda İPM-də nəzərdə tutulmuş müvafiq iddia tələbi ilə konkret cavabdehə qarşı iddia qaldırmalıdır. Hazırkı halda isə iddiaçının hüququnun cavabdeh tərəfindən pozulması müəyyən edilmədiyindən təqdim edilmiş tələbə mahiyyəti üzrə baxılması mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixdə, əmək qabiliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqla, müddətsiz, istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli təyin edilmiş əlilliyə görə əlilliyin təyin edilmə tarixinin və əmək pensiyasının təyinata başlama tarixi 09 yanvar 2023-cü il tarixindən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar