Məhkəmə qərarları › İş №2-1(116)-425/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-425/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-425/2021 02.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh2nə qarşı "bacısı X2 İ dərəcə əlilliyi ilə bağlı ödənilən əmək pensiyası və Prezident təqaüdünün xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün təyin edilməsi və ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı bacısı X4 xx.xx.1972-ci ildə Balakən rayonu Meşəambul kəndində anadan olmuş və hazırda Balakən rayonu Qaysa kəndində yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-181/2019 nömrəli qətnaməsi ilə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuş və Balakən Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 30 nömrəli sərəncamı ilə bacısı İddiaçı onun üzərində qəyyum təyin edilmişdir. X3 xx.xx.2019-ci ildə "Sol orta beyin arteriyası hovzəsində isemik insult. Sağ tərəfli hemiplegiya. Simptomatik epilepsiya və epileptik sindromlar. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Essensial (birincili) hipertenziya. Nitq və dilin inkişafının spesifik pozuntuları." diaqnozu qoyulmuş və ona İ dərəcəli əlillik təyin edilmişdir. Həmin gündən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı tərəfindən əlilliyə görə əmək pensiyası və Prezident təqaüdü hesablanıb ödənilməyə başlamışdır. Bundan sonra, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, əlilliyə görə əmək pensiyası və Prezident təqaüdünün xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün təyin edilməsini və ödənilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, əlilliyə görə müavinət yalnız əlillik müddətinə təyin edildiyindən əlilliyə görə əmək pensiyası və Prezident təqaüdünün xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət təyin edilməsi və ödənilməsi mümkün deyil. Daha sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh2nə qarşı "bacısı X2 İ dərəcə əlilliyi ilə bağlı ödənilən əmək pensiyası və Prezident təqaüdünün xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, X4 xx.xx.2018-ci ildən xəstə olmasına baxmayaraq ona əlillik xx.xx.2019-cu ildə təyin edilmişdir. O, bacısına təyin olunan əlilliyə görə əmək pensiyası və Prezident təqaüdünün onun xəstəliyinin müəyyən edildiyi və müalicəsinə başlanıldığı xx.xx.2018-ci ildən ödənilməsini tələb edir. İddia ərizəsində cavabdeh kimi qeyd olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh2nə qarşı iddiaçının tələbi göstərilmədiyinə görə məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin formal xətanın aradan qaldırılması iddiaçıya təklif edilmişdir. İddiaçı məhkəməyə yeni iddia ərizəsi göndərərək iddiasını "bacısı X2 İ dərəcə əlilliyi ilə bağlı ödənilən əmək pensiyasının və Prezident təqaüdünün xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə qoyulması" kimi ifadə etmiş, cavabdehlər kimi isə həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialını, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh2 göstərmişdir. Göründüyü kimi, məhkəmənin xx.xx.2021-ci il tarixli məktubuna baxmayaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh2nə qarşı tələbinin nədən ibarət olmasını göstərməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli ayrıca qərardadı ilə iddia həmin cavabdehə aid hissədə mümkün sayılmamışdır. Beləliklə, hazırkı qərar iddiaçının yalnız cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iddiası ilə əlaqədar qəbul edildi. Şifahi məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edildi. Cavabdeh iddiaya qarşı yazılı münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 181/2019 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1972-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. - İşdə olan, Balakən Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 30 nömrəli sərəncamından görünür ki, İddiaçı X2 üzərində qəyyum təyin edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli 1KNQ4V00009 nömrəli sistemindən çıxarışdan görünür ki, X3 xx.xx.2019-ci ildə "Sol orta beyin arteriyası hovzəsində isemik insult. Sağ tərəfli hemiplegiya. Simptomatik epilepsiya və epileptik sindromlar. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Essensial (birincili) hipertenziya. Nitq və dilin inkişafının spesifik pozuntuları." diaqnozu qoyulmuş və ona İ dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialnın xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubundan görünür ki, əlilliyə görə müavinət yalnız əlillik müddətinə təyin edildiyindən əlilliyə görə əmək pensiyası və Prezident təqaüdünün xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət təyin edilməsi və ödənilməsi mümkün deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 128 nömrəli Fərmanına əsasən, “Ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 130 manat müəyyən olunmuşdur. Bu Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, həm əlilliyə görə əmək pensiyasının, həm də “Ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün şəxsə verilməsi üçün tələb olunan şərt onun əlilliyinin qanunla nəzərdə tutulan qaydada müəyyən edilməsidir. Belə olan halda, həm əlilliyə görə əmək pensiyası, həm də qeyd olunan Prezident təqaüdü şəxsin müalicə aldığı deyil, onun əlilliyinin qanunla nəzərdə tutulan qaydada müəyyən edildiyi vaxtdan etibarən ödənilməlidir. İşdən görünür ki, iddiaçının bacısı X2 İ dərəcə əlilliyi xx.xx.2019-cu ildə müəyyən edilmiş və həmin tarixdən başlayaraq ona İ dərəcə əlilliyə görə əmək pensiyası və “Ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilərək ödənilir. Yuxarıda istinad olunan normalara görə, X3 əmək pensiyasının və Prezident təqaüdünün daha əvvəlki müddət üçün ödənilməsinə əsas yoxdur. Ona görə də iddia cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına aid hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh2nə qarşı "bacısı X2 İ dərəcə əlilliyi ilə bağlı ödənilən əmək pensiyasının və Prezident təqaüdünün xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün təyin edilməsi və ödənilməsi" barədə iddiası cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına aid hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar