Məhkəmə qərarları › İş №2-1(116)-425/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-425/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-425/2022 26.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X25 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mərhum anası X1 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri H.Aslanov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mərhum anası X1 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçının atası X21 1980-ci ildə vəfat etmişdir. Sonuncunun ölümündən sonra Zaqatala şəhəri H.Aslanov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakı iddiaçı qəbul etmiş və hazıradək orada yaşayır. Bir müddət əvvəl iddiaçının xəbəri olmuşdur ki, oğlu İbrahim İbrahimov onun atası X11 miras qalmış Zaqatala şəhəri H.Aslanov küçəsi 55 ünvanında yerləşən fərdi yaşayış evini mərhum anası X1 adına rəsmiləşdirmiş və daha sonradan saxta vəsiyyətnamə əsasında öz adına rəsmiləşdirmişdir. İddiaçı bildirir ki, fərdi yaşayış evinin yerləşdiyi ərazi əvvəllər Zaqatala rayonu Göyəm (Çökək) kəndinin ərazisi olmuş və daha sonradan Zaqatala şəhərinə birləşdirilmişdir. Həmin ərazinin Zaqatala şəhərinə birləşdirilməsi zamanı da təsərrüfat başçısı atası X21 olmuş və ondan miras qalmış əmlak vərəsələrin mülkiyyətinə yalnız vərəsəlik yolu ilə keçə bilərdi. Bu səbəblə də iddiaçı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 16.12.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,03 ha torpaq sahəsi iş üzrə 3-cü şəxs X10 adına 23.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas notarial qaydada təsdiq edilmiş 04.02.2014-cü tarixli, 2V-209 reyestr nömrəli “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədi olmuşdur. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 22.04.2022-ci il tarixli 2-1(116)-425/2022 nömrəli qərardadı ilə X16 məhkəmənin icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X16 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxs X10 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı işin halları üzrə izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi cavabdehin etirazını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda qeyd edilən və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Cavabdehin etiraz məktubuna əlavə olunmuş JN-655A kod 40201004 nömrəli planölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 19.10.2005ci il tarixli 117 saylı qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi X4 verilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Zaqatala rayon Texniki İnventarlaşdırma Bürosu (TİB) tərəfindən verilən, 11.08.1986-cı il tarixdə 56 qeydiyyat nömrəsi ilə 01 nömrəli qeydiyyat kitabının 3-cü səhifəsində qeyd edilmiş “Qeydiyyat vəsiqəsi”nin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X2 mülkiyyətində olmuşdur. 11.11.1986-cı ildə tərtib olunmuş “Vəsiyyətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanının sakini X6 ölüm gününə qalmış, ona məxsus olan Zaqatala şəhəri H.Aslanov küçəsi ünvanında yerləşən 55 nömrəli evini oğul nəvəsi olan X12 vəsiyyət etmişdir. 04.02.2019-cu il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu dövlət notariat kontoru tərəfindən 11.11.1986-cı il tarixdə 1c-390 reyestrlə qeyd olunan vəsiyyətnaməyə əsasən 27.07.1990-cı il tarixdə ölmüş X2 vərəsəsi nəvəsi X13r və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras əmlak Zaqatala rayon TİB tərəfindən 11.08.1986-cı il tarixdə X5 verilmiş 56 qeydəalma nömrəsi ilə 01-3 nömrəli kitabın 3-cü səhifəsində qeyd olunmuş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsindən ibarətdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən 22.10.2019-cu il tarixdə tərtib edilmiş Texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Zaqatala şəhəri H.Aslanov küçəsi ünvanında 0,03 ha torpaq sahəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi X10 mülkiyyətindədir. 23.10.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala şəhəri H.Aslanov küçəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55 nömrəli fərdi yaşayış evi X10 xüsusi mülkiyyətindədir. Cavabdehin etiraz məktubuna əlavə edilmiş 215059 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətinə əsasən, X22 11.09.1982-ci ildə, 215079 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətinə görə isə X7 27.07.1990-cı ildə vəfat etmişlər. İş materiallarında olan Zaqatala rayon Dövlət arxivinin 20.09.2021-ci il tarixli 5414 nömrəli arxiv arayışının surətindən görünür ki, X14 1963-1965-ci illərdə Göyəm (Çökək) kənd sovetinin təsərrüfatbaşına kitabına əsasən ailə tərkibi özü ailə başçısı olmaqla arvadı X8, qızı X24, oğlu X23 və digər oğlu X15 ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17.03.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Zaqatala şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyahısına əsasən müəyyən edilir ki, 655-ci sırada X3 adı qeyd olunmuşdur. Məhkəmə, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı mərhum anası X1 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv olunmasına nail olmaqdan ibarətdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olunur ki, 1963-1965-ci illərə dair təsərrüfatbaşına kitablarına əsasən iddiaçının atası İsak İbrahimov ailə başçısı olaraq qeyd edilsə də, onun 11.09.1982-ci ildə ölümündən sonra Zaqatala şəhəri H.Aslanov küçəsi 55 ünvanında 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X9 Bürosu tərəfindən mərhumun həyat yoldaşı S.İbrahimovanın adına 11.08.1986-cı il tarixli “Qeydiyyat vəsiqəsi” verilmişdir. Həmçinin aqrar islahat aparılan zaman Zaqatala rayon AİK tərəfindən təsdiq olunmuş subyektlər siyahısında 655-ci sırada 1 nəfər olmaqla X3 adı qeyd edilmiş və bunun əsasında qanuni istifadəsində olan 0,03 ha həyətyanı torpaq sahəsinə dair S.İbrahimovanın adına “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mərhum anasının adına dövlət reyestrində aparılmış qeydiyyatın düzgün tərtib edilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığı üçün cavabdehin həmin sənədlərin hazırlanması zamanı heç bir qanunsuzluğa və ya səhvə yol vermədiyi aydın olur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və “Nоrmаtiv hüquqi aktlаr hаqqındа” Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. Beləliklə də mərhum Saidat İbrahimovanın adına dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında tərtib olunmuş qeydiyyat vəsiqəsinin əsassız olması sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mərhum anası X1 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar