Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-425/2025 16.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şəki rayonu Qayabaşı bələdiyyəsinə qarşı “mərhum X1 icarəsində olmuş torpaq sahəsinə aid hissədə Şəki rayonu Qayabaşı bələdiyyəsinin xx.xx.2020- ci il tarixli 06 nömrəli iclas protokolunun 2-ci məsələsi üzrə qəbul edilmiş 1 saylı və xx.xx.2021-ci il tarixli 11 nömrəli iclas protokolunun 5-ci məsələsi üzrə qəbul edilmiş qərarlarının və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Şəki rayonu Qayabaşı bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1i ünvanında yerləşən, xx.xx.2001-ci il tarixli torpaq icarəsi müqaviləsi əsasında icarəsində olan torpaq sahəsinə dair cavabdehin qərarlarının etibarsız sayılması, həmin torpaq sahəsi barədə tərtib edilmiş çıxarışların və icarə müqaviləsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, mərhum X1 icarəsində olmuş torpaq sahəsinə aid hissədə Şəki rayonu Qayabaşı bələdiyyəsinin xx.xx.2020- ci il tarixli 06 nömrəli iclas protokolunun 2-ci məsələsi üzrə qəbul edilmiş 1 saylı və xx.xx.2021-ci il tarixli 11 nömrəli iclas protokolunu5-ci məsələsi üzrə qəbul edilmiş qərarlarının və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini xaiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, cavabdeh orqana qarşı irəli sürülən tələb aşağıdakı hissələrdən ibarətdir: 1.Şəki rayonu Qayabaşı bələdiyyəsinin xx.xx.2020- ci il tarixli 06 nömrəli iclas protokolunun 2-ci məsələsi üzrə qəbul edilmiş 1 saylı və xx.xx.2021-ci il tarixli 11 nömrəli iclas protokolunun 5-ci məsələsi üzrə qəbul edilmiş qərarlarının ləğv edilməsi (mərhum X1 icarəsində olmuş torpaq sahəsinə aid hissədə)
2. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi. İddiaçı sözügedən inzibati aktları mübahisələndirməsini onunla əsaslandırır ki, həmin qərarlarda göstərilən torpaq sahəsi (13 ha) cavabdeh tərəfindən mərhum X2 xx.xx.2001-ci il tarixdə 2099-cu ilədək icarəyə verilmişdir. Bununla belə iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin mərhum Müsəllim Vəliyevə icarəyə verilməsini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş xx.xx.2001-ci il tarixli icraə müqaviləsinin surəti isə hüquq müəyyənedici sənəd qismində qiymətləndirilə bilməz. Belə ki, həmin müqavilənin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı, o cümlədən icarə müqaviləsi aşkar edilməmişdir. Belə ki, mübahisələndirilən qərarların iddiaçının subyektiv hüquqlarına müdaxilə edib-etməməsinə, yəni mərhum ərinin icarəsinə verilmiş torpaq sahəsinə münasibətdə qəbul edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün sözügedən torpaq sahəsinin icarəyə verilməsi barədə bələdiyyənin xx.xx.2001-ci il tarixli qərarı, eyni tarixli torpaq icarəsi müqaviləsi və həmin sənədlər əsasında icarəyə verilmiş torpaq sahəsinin dəqiq yerini müəyyən etməyə imkan verən yerquruluşu sənədləri (sxematik plan, plan-ölçü sənədi və digər texniki sənədlər) təqdim edilməlidir. İş materiallarına əlavə edilmiş Qayabaşı bələdiyyəsi ilə X3 arasında bağlandığı qeyd olunan xx.xx.2001-ci il tarixli torpaq icarəsi müqaviləsinin kserosurətində görünür ki, (1.1-ci bənd) torpaq icarə müqaviləsinin torpaq sahəsinin sərhədləri yerdə və xəritədə müəyyən edildikdən, onun sahəsi ölçüldükdən sonra bağlanması, (1.3-cü bənd) icarəçiyə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin verilməsi qeyd edilmişdir. İstinad olunan müqavilənin 1.3-cü bəndində qeyd edilmiş “torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd oluna hal mübahisələndirilən qərarların iddia olunan torpaq sahəsinə aidliyinin yoxlanılmasını mümkünsüz edir. Başqa sözlə, məhkəmə araşdırması mübahisələndirilən qərarlarda göstərilən torpaq sahəsinin iddia edilən və ya iddiaçının faktiki istifadəsində olan ərazi ilə uyğunluğunu yoxlamağa deyil, etibarlı hüquqmüəyyənedici sənəd əsasında ayrılmış və sərhədləri dəqiq müəyyən edilmiş torpaq sahəsinə aid olub-olmadığını müəyyənləşdirməyə yönəlməlidir. Sadalanan torpaqayrıma sənədlərinin təqdim edilməməsi mübahisələndirilən qərarların iddiaçının subyektiv hüquqlarına müdaxilə etməməsi qənaətini yaradır. Buna görə də, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçıya və vəkilinə izah edilərək onların dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Şəki rayonu Qayabaşı bələdiyyəsinə qarşı mərhum X1 icarəsində olmuş torpaq sahəsinə aid hissədə Şəki rayonu Qayabaşı bələdiyyəsinin xx.xx.2020- ci il tarixli 06 nömrəli iclas protokolunun 2-ci məsələsi üzrə qəbul edilmiş 1 saylı və xx.xx.2021ci il tarixli 11 nömrəli iclas protokolunun 5-ci məsələsi üzrə qəbul edilmiş qərarlarının və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.