Məhkəmə qərarları › İş №2-1(116)-4254/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4254/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4254/2025 05.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinə qarşı “Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinə qarşı cinayət işinin başlanılması ilə bağlı xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sıravi üzvü olduğu halda, özünü Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi özünü təqdim edən X7 öz arzuladığı şəxsi iddialarını Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin adından özbaşına olaraq, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvlərinin məlumatları belə olmadan özbaşına irəli sürməklə yanaşı, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin adından əsassız və qanunsuz iddialar irəli sürməklə Bələdiyyənin üzvü vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, nəticədə, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, qanunla qorunan mənafelərinə mühüm zərər vurduğundan, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi özünü təqdim edən X15 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 309.1-ci (309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 310-cu (Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) və 313 (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi məhkəmə tərəfindən müəyyən ediləcəyindən, bu faktlar üzrə cinayət işi başlanılraq, icraata qəbul edilib, ibtidai araşdırılmasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq. (265.4 Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.) cinayətin əlamətlərini aşkara etdiyindən, məhkəmə baxışının yekununda bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “Təqribən 2 il bundan əvvəl Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvü kimi özünü təqdim edən 2-ci Qarabağ döyüşlərində iştirak etməkdən yayınmış, X15 mənim qanuni istifadədə olan torpaq sahəsinin bir hissəsinin başqa şəxsə verməsini tələb etdikdə iddiaçı ona imtina cavabı verdi. 2020-ci ildən 2025-ci ilə kimi Qəbələ rayonu Mıxlıqovaq kənd bələdiyyəsinin sədrinin X8 Bələdiyyənin iclaslarının katibinin isə X16 olmasını bildiyi halda, 2024-cü ilin ikinci yarısında heç gözləmədiyi halda eşitdi ki, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvü X3 rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi özünü təqdim etməklə heç bir səlahiyyətləri olmadığı halda, torpaqları iddiaçının əlindən almaq üçün öz adından tərtib etdiyi iddia ərizəsi ilə iddiaçı və ailə üzvlərini Qəbələ rayon Məhkəməsinə vermişdir. Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi özünü təqdim edib, buna heç bir səlahiyyəti olmadığı halda, iddiaçı kimi iddia vermiş X3 rayonu Mıxlıqovaq bələdiyyəsi cavabdehlər İddiaçı və qeyrilərinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq cavabdehin Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,68 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpərin İddiaçı, X10, X11 və X4 hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmimdir. Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(025)- 16/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6291/2O24 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 saylı planda ( Ml:2000) hüdudları göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,96 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpər ( AA 014832 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində yeri göstərilən 0,12 ha (reyestr nömrəsi: **********25) və AA 006188 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində yeri göstərilən 0,03 ha (reyestr nömrəsi: **********84) yaşayış məntəqəsi torpaq sahəsinin hüdudları ilə üst-üstə düşən hissə istisna olunmaqla) cavabdehlər, İddiaçı, X10, X5 və X4 hesabına sökülməsi, AA 014832 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində yeri göstərilən 0,12 ha, AA 006188 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində yeri göstərilən 0,03 ha, o cümlədən həmin ərazidə yerləşən ümumi sahəsi 150,0 kv/m olan yarımçıq tikililərin altındakı torpaq sahəsinin hüdudlarından kənarda qalan cəmi 0,68 ha torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi və vəkili X33 tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayətinin əsasında işə baxmış Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün 07 avqust 2025-ci il tarixli 2(107)-711/2025 saylı qərardadı ilə Cavabdeh İddiaçı nümayəndəsi və vəkili X33 tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin etmiş, Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(025)-16/2025 nömrəli qətnaməsini ləğv etmiş, Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. 24 sentyabr 2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsi qeyd olunan 2-2(117)- 1165/2025 saylı Kommersiya işinə Məhkəmənin hazırlıq iclasında baxılarkən cavabdeh tərəf kimi Şəki Kommersiya Məhkəməsinə bildirmişdik ki, X15 özünün Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri seçilməsi haqqındakı 18 fevral 2020-ci ıl tarixli 02 saylı iclas protokolunu və İddiaçı torpağının əlindən alınması ilə bağlı Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 0,88 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 27 dekabr 2012-ci il tarixli 12A saylı qərarının ləğv edilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolundan çıxarışı təqdim etmişdir. Ancaq faktiki olaraq, Qəbələ rayonunun Mıxlıqovaq kənd sakinlərinin hamısı bilir ki, 2020-2024-cü illər üçün olan müddətdə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin faktiki sədri X17, 2025-ci ildən isə X1. Məhkəməyə təqdim olunmuş Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin seçilməsi haqqındakı 18 fevral 2020-ci il tarixli 02 saylı iclas protokolu və İddiaçı icarəsinə verilmiş torpağının əlindən alınması ilə bağlı Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 27 dekabr 2012-ci il tarixli 12A saylı qərarının ləğv edilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolu saxtadırlar və həmin saxtakarlıqlar araşdırılaraq bu hala hüquqi qiymət verilməlidir. Şəki Kommersiya Məhkəməsinin hakimi baxılan halda saxtakarlıq faktlarının araşdırılıb, həmin sənədlərin saxtalığı müəyyən edildiyi halda, ləğv olunması məsələlərinin qaldırılması ilə bağlı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmənin vacibliyini bildirdi. Odur ki, İddiaçı da müvafiq iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddaçı tərəf Qəbələ rayonunun Mıxlıqovaq kənd sakinləri və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 2020-ci ildə və 2025-ci illərdə seçilmiş Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvləri ilə əlaqəlar yaradaq bir daha müəyyən etmişdir ki, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin seçilməsi ilə bağlı 18 fevral 2020-ci il tarixdə faktiki Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin heç bir iclası olmamış və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 27 dekabr 2012-ci il tarixli 12A saylı qərarının ləğv edilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclası da faktiki olaraq keçirilməmişdir. Odur ki, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin seçilməsi ilə bağlı 18 fevral 2020-ci il tarixdə keçirilməsi iddia olunan Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 18 fevral 2020-ci ıl tarixli 02 saylı protokolunun və həmin iclasda qəbul olunması iddia olunan müvafiq qərarın və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 27 dekabr 2012-ci il tarixli 12A saylı qərarının ləğv edilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolunun və həmin iclasda qəbul olunması iddia olunan müvafiq qərarın ləğv olunmaları öhdəliklərinin Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzərinə qoyulması ilə bağlı yekun məhkəmə qərarı qəbul qəbul olunması Şəki inzibatı Məhkəməsindən xahiş olunmalıdır. İddiaçı tərəf real halların tamamilə sübuta yetirilmələri Şəki İnzibatı Məhkəməsindən xahiş edir ki, Qəbələ rayonunun Mıxlıqovaq kəndindən 2020-ci və 2025-ci illərdə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinə kimlərin üzv, kimlərin isə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri və iclas katibi seçilmələri haqqında məlumatlar, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsindən Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 18 fevral 2020-ci il tarixli 02 saylı iclas protokolu, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolu və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin qeydiyyat kitabı götürülsünlər, iddiaçı tərəf hər iki protokolun: Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 18 fevral 2020ci il tarixli 02 saylı iclas protokolunun və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolunun tamamilə saxtalaşdırıldığını iddia edərək, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kımı özünü təqdim edən X7 məhkəməyə təqdim etdiyi guya ki. onun Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri seçilməsi haqqındakı 18 fevral 2020-ci il tarixli 02 saylı iclas protokolu üzrə: 2020-ci ildən 2025-ci ilə kimi olan dövrdə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvləri olmuş şəxslərin hamısı İddiaçı şəxsən bildirmişlər ki, 18 fevral 2020-ci il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin heç bir iclası olmamışdır və onlar da təbii ki, qeyd olunmuş hər iki iclasın heç bir iclasında iştirak etməmişlər. Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 18 fevral 2020-ci il tarixli 02 saylı protokolundakı Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvlərinin adlarının qarşılarındakı imzalar da onlara məxsus deyillər. İddiaçıya adları Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi guya ki, X2 haqqındakı 18 fevral 2020-ci il tarixli 02 protokolda iştirak etmələri kimi qeyd olunmuş Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvləri və Qəbələ rayonunun Mıxlıqovaq kənd sakinləri: 1 X25, 2 X17, 3 X22. 4 X23. 5. X24 6 X15, 7. isayevə Əminət Mürvət qızı, 8 Əhmədova Sübhanə ilqar qızı, 9. X19. 10. X12 və 11. X20- hamısı iddiaçıya məhkəməyə gəlib, həmin iclasdan xəbərlərinin belə olmadığı, təbii ki. həmin iclasda iştirak etməmələri haqqında müvafiq ifadələrini verməyə hazır olduqlarını bildiriblər. İddiaçı tərəf həmin şəxslərin məhkəmədə ifadələrinin alınması, protokoldakı imzaların sadalanan şəxslərə və ya digər şəxslərə məxsus olub-olmamalarının, kim tərəfindən icra olunmasının müəyyən edilməsi üçün iş üzrə onların, o cümlədən X7 xətt və imza nümunələri götürülməklə, imzaların X15 tərəfindən icra olunub-olunmaması yoxlanılmaqla, inzibati iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini, adları Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 18 fevral 2020-ci il tarixli 02 saylı protokolunda qeyd olunan şəxslərin mobil telefon nömrələri götürülməklə, məhkəmə qərarı əsasında müvafiq mobil operatorlardan həmin mobil nömrələrin 18 fevral 2020-ci il üçün anten (əhatə) dairələrinin müəyyənləşdirilməsi Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolu üzrə 2024-cü ildə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvləri olmuş şəxslərin hamısı, xüsusən də adları Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolunda iştirak etmələri kimi qeyd olunmuş şəxslərin hamısı məhkəməyə çağırılıb, həmin iclasda iştirak edib-etməmələri və işin halları ilə bağlı müvafiq ifadələrinin alınmasını, iddiaçı tərəf həmin şəxslərin məhkəmədə ifadələrinin alınması ilə yanaşı, 01 yanvar 2024- cü il tarixli 01 saylı iclas protokolundakı imzaların sadalanan şəxslərə və ya digər şəxslərə məxsus olub-olmamalarının, kim tərəfindən icra olunmasının müəyyən edilməsi üçün iş üzrə onların, o cümlədən X7 xətt və imza nümunələri götürülməklə, imzaların X15 tərəfindən icra olunub-olunmaması yoxlanılmaqla məhkəməxətşünaslıq ekspertizasının keçirilməsini, adları Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolunda qeyd olunan şəxslərin mobil telefon nömrələri götürülməklə, məhkəmə qərarı əsasında müvafiq mobil operatorlardan həmin mobil nömrələrin 01 yanvar 2024-cü il tarixi üçün anten (əhatə) dairələrinin müəyyənləşdırilməsıni və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi özünü təqdim edən X15 tərəfindən məhkəməyə təqdim olunmuş saxta hesab etdiyimiz Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolundan çıxarışla bağlı həmin dövrdə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvləri olmuş, Qəbələ rayonunun Mıxlıqovaq kənd sakinləri: X9, X13, X16, X14 izahatlarını məhkəməyə təqdim edərək, onları və 01 yanvar 2024-cü il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvləri olmuş digər şəxslərin məhkəmə iclasına şahid qismində ifadə vermələri üçün dəvət olunmalarını və həmin şəxslərin məhkəmədə şahid qismində ifadələrinin alınmalarını xahiş edir. Eyni zamanda qeyd edək ki, “Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası qanunun 16-cı maddəsinin 6-cı bəndinin tələblərinə görə bələdiyyələrin iclaslarının protokolları bələdiyyənin kitabında qeydiyyata alınmalı və bələdiyyənin möhürü ilə təsdiqlənməlidir. Lakın bu elementar hallar belə gözlənilməmişlər. Bu hal isə özü-özlüyündə həmin sənədlərin etibarsız olmalarını labüd edir. Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sıravi üzvü olduğu halda, özünü Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi özünü təqdim edən X7 öz arzuladığı şəxsi iddialarını Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin adından özbaşına olaraq, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvlərinin məlumatları belə olmadan özbaşına irəli sürməklə yanaşı, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin adından əsassız və qanunsuz iddialar irəli sürməklə Bələdiyyənin üzvü vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, nəticədə, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, qanunla qorunan mənafelərinə mühüm zərər vurduğundan, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi özünü təqdim edən X15 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 309.1-ci (309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 310-cu (Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) və 313(Vəzifə saxtakarlığı, \ əni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi məhkəmə tərəfindən müəyyən ediləcəyindən, bu faktlar üzrə cinayət işi başlanılraq, icraata qəbul edilib, ibtidai araşdırılmasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq, (265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.) cinayətin əlamətlərini aşkara etdiyindən, məhkəmə baxışının yekununda bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməlidir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin heç bir mümkünlük şərtinə cavab vermir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, iddiaçının nümayəndəsinin iştirakı ilə müzakirə edilərək iddiaçının nümayəndəsinin dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İlk olaraq qeyd edilməlidir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, “məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.”. Baxılan iş üzrə iddiaçı iddia tələbində Mıxlıqovaq kənd Bələdiyyəsinin 18 fevral 2020-ci ıl tarixli 02 saylı protokolunun və həmin iclasda qəbul olunması iddia olunan müvafiq qərarın və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 27 dekabr 2012-ci il tarixli 12A saylı qərarının ləğv edilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 01 yanvar 2024-cü il tarixli 01 saylı iclas protokolunun və həmin iclasda qəbul olunması iddia olunan müvafiq qərarın ləğv olunmaları öhdəliklərinin Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzərinə qoyulmasını qeyd etsədə, sözügedən qərarlarla iddiaçının hansı hüquqlarının pozulmasını ümumiyyətlə əsaslandırmamış, iddia ərizəsi “fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, qanunla qorunan mənafelərinə mühüm zərər vurduğundan” qaldırılmışdır. Təsadüfi deyil ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. Hazırkı halda iddiaçı başqalarının deyil öz hüququn həqiqətən də cavabdeh tərəfindən pozulmasını əsaslandırmamış, ümumi şəkildə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin əməkdaşının əməllərinin qeyri-qanuni olduğunu qeyd etmişdir. Bununla yanaşı Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sözügedən qərarlarının həqiqətəndə iddiaçının hüquqlarını pozduğu güman edildiyi təqdirdə, o halda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçıya izah olunmuşdur ki, Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin xx.xx.2020ci il tarixli 02 saylı Qərarı inzibati aktdır və onun mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən bu üzürlü hesab edilməsi ilə bağlı sübut təqdim olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə onu da vurğulayır ki, iddia tələbində “cinayətin əlamətləri ilə bağlı xüsusi qərardad çıxarılması” ilə bağlı qeyd olunmalıdır ki, “......MPM-in 265.5 və 265.6-cı maddələrinin məzmununun bu cür qurulması aşağıdakılara görə açıq-aşkar qusurlu görünür: 1) xüsusi qərardad məhkəmə tərəfindən yalnız işə (mübahisəyə) baxarkən çıxarıla bilər; 2) cinayət işinin başlanması haqqında xüsusi qərardad bu növ məhkəmə aktlarının təyinatı ilə uzlaşmır; 3) məhkəmə tərəfindən cinayət işinin başlanması və yaxud bu məsələnin həlli üçün məhkəmənin israrlı olması ədalət mühakiməsinin əsas prinsiplərindən olan hakimlərin işlərə qərəzsiz baxması və məhkəmə icraatının tərəflərin çəkişməsi əsasında həyata keçirilməsi prinsiplərinə xələl gətirir.”. (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarı). Hazırda iddiaya mahiyyəti üzrə baxılması mümkün olmadığından iş “xüsusi qərardad”ın çıxrılması məsələsinədə qiymət verilməsi mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar