Məhkəmə qərarları › İş №2-1(116)-426/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-426/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-426/2021 18.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının prosessual hüquq varisi Nümayəndə, Cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı prosessual hüquq varisi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “31.03.2000-ci il tarixli 3 nömrəli aktla ona əmlak payı kimi ayrılmış Şəki rayonu, Qumux kəndində yerləşən yaşayış evinə mülkiyyət sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “31.03.2000-ci il tarixli 3 nömrəli aktla ona əmlak payı kimi ayrılmış Şəki rayonu, Qumux kəndində yerləşən yaşayış evinə mülkiyyət sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 02.12.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı uzun müddət Şəki rayon Baş Layısqı kolxozunda işləmişdir. Şəki rayon Baş Layısqı Kolxozunun X6 Komissiyasının və Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya Qumux kəndindən yaşayış evi əmlak payı kimi ayrılmışdır. İddiaçı həmin evə mülkiyyət sənədi almaqdan ötrü Azərbaycan Respublikası ƏMDK-yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 13.10.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərlə bağlı aparılan araşdırma zamanı əmlakdan pay haqqının verilməsi barədə akta əsasən verilmiş yaşayış evinin İddiaçı ayrılması haqqında Şəki rayon Baş Layısqı kolxozunun X6 Komissiyasının və Şəki rayon Aqrar islahat Komissiyasının qərarlarının təqdim edilmədiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, Şəki rayonu, Qumux kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 08.01.2021-ci il tarixli, **********30 nömrəli məktubunda qeyd edilir ki, vətəndaşın ərazi idarəsinə müraciəti zamanı ərizəyə Şəki rayonu, Baş Layısqı X6 Komissiyasının 31 mart 2000-ci il tarixli əmlakdan pay haqqının verilməsi barədə 3 saylı aktı əlavə olunsa da, Şəki rayonu, Baş Layısqı X6 Komissiyasının və Şəki rayon Aqrar İslahat Komissiyasının qərarları təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, 31 mart 2000-ci il tarixli əmlakdan pay haqqının verilməsi barədə 3 saylı aktla əmlak payı kimi verilmiş Şəki rayonu, Qumux kəndində yerləşən fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Məhkəmə iclasında iddiaçının qızı (əsas: iş materiallarında olan 397459 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti) Nümayəndə bildirdi ki, atası İddiaçı 22.04.2021-ci il tarixdə vəfat etmişdir. Bu səbəblə Nümayəndə İddiaçı ilə əvəz edilməsini xahiş etdi. Protokol qərardadı ilə İddiaçı prosessual hüquq varisi Nümayəndə ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının prosessual hüquq varisi ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi iddiaçının prosessual hüquq varisinin ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının prosessual hüquq varisinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçının prosessual hüquq varisinə izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı prosessual hüquq varisi Nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “31.03.2000-ci il tarixli 3 nömrəli aktla ona əmlak payı kimi ayrılmış Şəki rayonu, Qumux kəndində yerləşən yaşayış evinə mülkiyyət sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar