Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-427/2020 07.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikası Göyçay rayonunda anadan olmuşdur. xx.xx.1988-ci ildə keçmiş Göyçay RHK tərəfindən Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.1990-cı ildə Sovet Ordusu sıralarından təxris olunmuşdur. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Göyçay rayonu keçmiş hərbi «komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Azərbaycan Ordusu sıralarınaxidmətə göndərilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda Laçın, Ağdərə, Fizuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Azərbaycan Ordusu Sıralarında Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməyi ilə əlaqədar, Qarabağ müharibəsi veteranı olmağı ilə əlaqədar iddiaçı heç bir hüquqi sənəd almamışdır. Veteran vəsiqəsi almaqla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etmiş və ona bildirmişlər ki, N saylı hərbi hissədə xidmət etməyi ilə əlaqədar, hərbi biletində müvafiq qeydiyyat aparıldığına baxmayaraq, onun veteran vəsiqəsi almaq üçün müraciətinə müsbət rəy verilməyəcək və səbəb olaraq bildirmişlər ki, arxivdə N saylı hərbi hissə komandirinin müvafiq əmrləri, təltif etmələr yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivində onun barəsində sənədin olub olmaması onun günahı deyil, sübut edən əsas hüquqi sənədlər, möhürlərlə təsdiqlənən Hərbi bileti, Hərbi kommisarlığın arayışı, N saylı hərbi hissə komandirinin, qərargah rəisinin təlim mərkəzində olmaqla əlaqədar hərbi biletinə vurduğu möhürlər, sonrakı döyüşlərdə onlarla bir yerdə iştirakı, döyüş fotoşəkilləri vardır və onun əməlini təsdiqləyən, hazırda veteran vəsiqəsi daşıyan, əvvəldən sona qədər onunla döyüşdə, hərbi hissədə olan əsgər yoldaşları, komandiri, qərərgah rəisi onunla əlaqədar bütün faktları şahid olaraq sübuta yetirməyə hazırdırlar. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər“ (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)”, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir. Qərarın məzmunundan göründüyü kimi “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburet iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil rativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasdır. Şəxsə Müharibə veteranı adı vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.
1. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.
2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin 13 səhifəsi təlim keçmə adlanan 28-ci bölmədə iddiaçının N nömrəli hərbi hissənin tərkibində N gün təlim keçməsi qeyd edilmiş, hərbi hissəyə daxil olma və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair hər hansı qeyd mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 38, 48.2-ci maddələrini rəhbər tutaraq, iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan AR MN X2 Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-1568 nömrəli iddiaçıya göndərilən məktubundan müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün iddiaçının xidməti barədə məlumat vermək mümkün olmamışdır. İş materiallarında olan AR MN X2 Arxivinin xx.xx.2015-ci il tarixli 9/2-6618 nömrəli iddiaçıya göndərilən məktubundan müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidmətiniz barədə araşdırma apara mümkün olmamışdır. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/512 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/869 nömrəli məktubundan görünür ki, iddiaçı xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixə kimi N nömrəli hərbi hissədə xidmət keçmişdir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/725 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Füzuli hərbi prokurorluğunda təqsirləndirici və ya cinayət işi yoxdur. Həmçinin məlumat üçün bildirilir ki, N nömrəli hərbi hissə Füzuli hərbi prokurorluğunun nəzarət dairəsində yerləşmir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 19HP2520 nömrəli məktubundan müəyyən edilir ki, 1970-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Mırtı oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya əsasən məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan SHXÇDX-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 469 nömrəli məktubundan müəyyən edilir ki, Göyçay rayonu, Mırtı kənd sakini İddiaçı 1992-ci ildə 230 (iki yüz otuz) gün N nömrəli hərbi hissədə atıcı kimi olmuşdur. (Əsas: NZ- 5666444 nömrəli hərbi bilet). İddiaçı Vafiq oğlunun Azərbaycan SQ-nə göndərilməsi və xidməti barədə SHXÇDX-nin Göyçay rayon şöbəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli ***-**** nömrəli məktubundan müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı Mırtı oğlunun xidməti barədə araşdırma apara bilmirlər.
İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, SHXÇDX-nin Göyçay rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 291 nömrəli arayışı, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1/71-8732 nömrəli və xx.xx.2019-cu il tarixli 1/71-1855 nömrəli məktubları, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 nömrəli vəsiqənin təsdiqlənmiş surəti, AR MN X2 Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-1568 nömrəli və xx.xx.2015-ci il tarixli 9/2-6618 nömrəli məktubları, X1, Veteranlar və X3 Birliyinin Yasamal Rayon Şöbəsinin 84/2 nömrəli xx.xx.2017-ci il tarixli arayışı, X1, Veteranlar və X3 Birliyi üzrə 01 nömrəli xx.xx.2013-cü il tarixli və 074 nömrəli xx.xx.1993-cü il tarixli əmrləri, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/512 nömrəli məktubu,SHXÇDX-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 161 nömrəli məktubuvə ona əlavə edilmiş qeydiyyat kartasının təsdiqlənmiş surəti, Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189-4134- 1220 nömrəli mətubu və ona əlavə edilmiş iddiaçının məhkumluğuna dair “2 saylı Əlavə”, MN Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/869 nömrəli məktubu, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/725 nömrəli məktubu, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 19HP2520 nömrəli məktubu, SHXÇDX-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 469 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli ***-**** nömrəli məktubu aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir Məhkəmə İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Azərbaycan Milli Ordusunun N saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olması ilə bağlı mübahisənin olmadığını qeyd edir. Belə ki, həmin hal işə əlavə olunan hərbi bilet və cavabdehin arxiv arayışı ilə öz təsdiqini tapır. Lakin cavabdehin xx.xx.2015-ci il tarixli, 9/2- 6618 nömrəli arxiv arayışından da göründüyü kimi N nömrəli hərbi hissə komandirinin əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma aparıla bilməmişdir. İşdə olanSHXÇDX-nin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 469 nömrəli məktubundan görünür ki, Göyçay rayonu, Mırtı kənd sakini İddiaçı 1992-ci ildə 230 (iki yüz otuz) gün N nömrəli hərbi hissədə atıcı kimi olmuşdur. İddiaçının Azərbaycan SQ-nə göndərilməsi və xidməti barədə SHXÇDX-nin Göyçay rayon şöbəsində heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli ***-**** nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı Mırtı oğlunun xidməti barədə araşdırma apara bilmirik. Yuxarıda qeyd edildiyi kimi onun qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov