Məhkəmə qərarları › İş №2-1(116)-427/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-427/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-427/2023 01.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhərində yerləşən, 2425 nöməli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi (JN-777A saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə) 275.7 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən Çıxarışın və plan-ölçü sənədinin sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “xx.xx.2006-cı il tarixli JN-777A saylı şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli Çıxarışın etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575,7 kv.metr həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-267/2022 nömrəli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-294/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-267/2022 nömrəli qərardadı ləğv edilərək inzibati iş baxılması üçün Məhkəməyə qaytarılmışdır. İddiaçı 01 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Oğuz şəhərində yerləşən, 2425 nöməli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi (JN-777A saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.13 ha torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə) 275.7 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixli müqavilə əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçının anası X1 almış və bir müddətdən sonra iddiaçıya bağlamışdır. Bundan sonra Oğuz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 53 saylı sərəncamına əsasən həmin ev ilə tiraltı olan ev iddiaçıya satılmışdır. Qeyd edilən evə iddiaçı adına iyul 2004-cü il tarixli Texniki Pasport və 22 dekabr 2004-cü il tarixli Qedyiyyat vəsiqəsi hazırlanmışdır. İddiaçı göstərilən evə və həmin evin yerləşdiyi 1575.7 kv.m həyətyanı torpaq mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Aara.dırma nəticəsində aydın olmuşdur ki, əvvəllər Oğuz şəhəri A.Padarlİ küçəsində yaşamış qardaşının və ailə üzvlərinin adına 0.13 ha torpağa şəhadətnamə hazırlanmışdır. xx.xx.2006-cı il tarixli JN- 777A saylı həmin Şəhadətnamə əsasında xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Göstərilən çıxarışa plan-ölçü sənədi hazırlanan zaman həmin sənədin iddiaçının mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə hazırlandığı məlum olmuşdur. Ona görə də plan ölçü sənədi hazırlanmamışdır. Ona görə də xx.xx.2006-cı il tarixli JN-777A saylı şəhadətnamənin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 1575.7 kv.m həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına reyestrdən çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi müraciətinə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Oğuz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-(054)-160/2020 qətnaməsi ilə və JN-777 A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasınd X5 və ailə üzvlərinin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli əsasında çıxarış verilmişdir. Oruc oğlu və ailə üzvlərinin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli əsasında çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - xx.xx.2006-cı il tarixli JN-777A saylı həmin Şəhadətnamədən görünür ki, 0,13 ha torpaq sahəsi X6 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, 0,13 ha torpaq sahəsi üzərində X6 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. - xx.xx.2004-cü il tarixli 2425 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır.Evin texniki pasportundan görünür ki,faktiki sahə 1575,7 kv.metrdən ibarətdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi ərazinin həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 1575,7 kv.metrdən ibarətdir.Həmin torpaq sahəsinin 0,13 ha torpaq sahəsi üzərində X6 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ qeydə alınmış,Şəhadətnamə əsasında təkrar mülkiyyət hüququ qeydə alınaraq Çıxarış verilmişdir.İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı Şəhadətnamə ilə mülkiyyətə verilməyən və faktiki istifadəsində olan 275.7 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarışın və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Yuxarıda qeyd olunan fərdi yaşayış evinin texniki pasportundan görünür ki,evin yerləşdiyi tikili altı torpaq sahəsinin ölçüsü 212,2 kv.m-dən ibarətdir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Göründüyü kimi, iddia olunan torpaq sahəsi aqrar islahatdan əvvəl də iddiaçının istifadəsində olmuş,həmin sahədə yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, iddiaçının adına qeydə alınmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda göstərilən (JN-777A saylı Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,13 ha torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə) 275,7 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə xx.xx.2004-cü il tarixli, 2425 nöməli Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına qeydə alınmış,ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda göstərilən (JN-777A saylı Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,13 ha torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə) fərdi yaşayış evinin yerləşdiyi 275,7 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar