Məhkəmə qərarları › İş №2-1(116)-429/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-429/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-429/2024 25.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon AİK-ın xx.xx.2002-ci il tarixli və xx.xx.2002-ci il tarixli qərarları nəzərə alınmaqla 2.5 ha torpaq sahəsi üzərində iddiaçı, X7, X2, X5 ümumibirgə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayonu Qayabaşı Bələdiyyəsinə aid Sarica kəndi ərazisində aparılmış Aqrar İslahatlar nəticəsində iddiaçı və ailə üzvlərinə verilmiş və uzun illər qanuni olaraq istifadə edilən 18 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli və xx.xx.2002-ci il tarixli qərarları nəzərə alınmaqla 2.5 ha torpaq sahəsi üzərində iddiaçı, X7, X2, X5 ümumibirgə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-429/2024 nömrəli qərardadı ilə X7, X2 və X9 üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinə əsasən Aqrar islahat dövründə Şəki rayonu Sarıca kəndi Aqrar İslahat Komissiyası tərəfindən torpaq payı alacaq hər subyektə, o cümlədən iddiaçı və ailə üzvlərinin hər birinə faktiki olaraq 3 ha, ümumilikdə 18 ha pay torpaq sahəsi verilməsinə baxmayaraq, DƏDRX-dən iddiaçının adına verilmiş xx.xx.2016 tarixli ********** qeydiyyat nömrəli çıxarışda pay torpağının sahəsi 5.166 ha, xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışda pay torpağının sahəsi 10.3344 ha göstərilmişdir. Aqrar İslahat aparıldığı vaxtdan bu günə kimi iddiaçı Şəki rayonu Sarıca kəndi ərazisində ümumilikdə 18 ha pay torpaq sahəsindən hər il maneəsiz istifadə etdiyi halda həmin torpaq sahələrinin ümumi sahəsi səhvən yuxarıda göstərilən çıxarışlarda 15 ha göstərilmişdir. Aqrar İslahat Komissiyası tərəfindən yaranmış həmin uyğunsuzluğun aradan qaldırılması üçün 12 saylı Şəki Ərazi İdarəsinə 12 may 2023-cü il tarixdə etdiyi müraciətinə cavab verilmişdir ki, həqiqətən adambaşına düşən pay torpaq sahələrinin norması artırılaraq 3.0 hektara çatdırılsa da baza məlumatlarında düzəliş aparılmadığından iddiaçıya ümumulikdə 18 ha pay torpaq sahəsinə dair çıxarış verilməsindən imtina edilir və məhkəməyə müraciət etmək hüququmun olması iddiaçıya izah olunur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, Sarıca taxıl istehsalı kooperativi" yerli aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli, xx.xx.2001-ci il tarixli, xx.xx.2001 -ci il tarixli, xx.xx.2002-ci il tarixli iclas qərarları ilə Şəki rayonu Sarıca kəndində adambaşına düşən torpaq payı normasının 2.58, 2.70 və 2.91 hektardan 3 hektara artırılması qərara alınmasına və yerli aqrar islahat komissiyasının həmin qərarlarının Şəki rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il, xx.xx.2002-ci il, xx.xx.2002-ci il tarixli qərarları ilə təsdiq edilməsinə baxmayaraq, iddiaçının mərhum atası X6na və anası X1 Şəki rayonu Sarıca kəndindən ayrılmış 5,166 ha torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı tərtib edilərək Dövlət aktı qeydiyyat kitabında 01 fevral 2000-ci il tarixdə 13632 nömrə ilə qeydiyyata alınmış JN-0037 nömrəli 40402037 kodlu ‘Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında, habelə İddiaçı, arvadı X8, övladları X3 və Hüseynova (Abdullayevə) Əfşan Qabil qızına Şəki rayonu Sarıca kəndindən ayrılmış 10,33 ha torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı tərtib edilərək Dövlət aktı qeydiyyat kitabında 01 fevral 2000-ci il tarixdə 13631 nömrə ilə qeydiyyata alınmış JN-0036 nömrəli 40402037 kodlu 'Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yuxarıda qeyd olunan qərarlara əsasən əlavə verilməli olan 0,42 ha torpaq sahəsi ilə bağlı hər hansı qeydiyyat aparılmadığı, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində iddiaçı tərəfindən tələb olunun ölçüdə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilmədiyi müəyyən edildiyindən ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-A-0021-8/2023 №-li imtina məktubu verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.

2. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Şəki rayonu, Sarıca kəndində yerləşən 10.3344 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Şəki rayonu, Sarıca kəndində yerləşən 5.166 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Şəki rayon Qayabaşı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 28 nömrəli arayışı.

5. xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X4 özünə məxsus olan 7.75 ha torpaq sahəsini İddiaçı bağışlamışdır.

6. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli Şəhadətnamə.

7. JN-0037 Kod 40402037 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 7.75 ha sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

8. JN-0036 Kod 40402037 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 10.33 ha sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

9. Şəki Rayon Aqrar İslahat Komissiyası tərəfindən 11 iyul 1998-ci il tarixli, 54 nömrəli protokolunun qərarının surəti.

10. X18 filialının xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər;

11. Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli iclas protokolunun surəti.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-2393/2024nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin iddia əsaslıdır. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası xx.xx.1996-cı il tarixli Qanununun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun : Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən rayon aqrar islahat komissiyası rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; Maddə 8. Yerli aqrar islahat komissiyası Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Hazırkı mübahisədə Şəki rayonu Sarıca kəndində torpaq islahatı aparılan zaman adambaşına düşən pay torpaq norması 3 ha müəyyən edilmiş və bu işin mübahisəsiz halıdır. Lakin Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarı ilə iddiaçı və ailə üzvülərinin hər birinə faktiki olaraq 3.0 ha, ümumilikdə 18 ha pay torpaq sahəsi verilmiş və bununla bağlı JN-0036 Kod 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Cavabdeh qalan 2,50 ha üzərində iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan aşağıdakı səbəblərdən imtina etmişdir:

1. elektron baza məlumatlarında düzəliş aparılmadığından;

2. müraciətə qeydiyyata alınmalı torpaq sahəsinin təsdiqlənmiş yerləşmə sxemi əlavə edilmədiyindən. Halbuki "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İşin hallarından göründüyü Şəki Rayon Aqrar İslahat Komissiyası tərəfindən 11 iyul 1998-ci il tarixli, 54 saylı nömrəli qərarı ilə iddiaçı və ailə üzvülərinin hər birinə faktiki olaraq 3.0 ha, ümumilikdə 18 ha pay torpaq sahəsi ayrılmış, lakin torpaq islahatı aparılan zaman iddiaçıların adına hər hansı sənəd tərtib edilməmişdir İddia olunan torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı təqdim edilən 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, faktiki istifadə olunan torpaq sahəsinin naturada sahəsi 19.5986 hektar, iddia olunan torpaq sahəsi 2.5 ha olmasına baxmayaraq naturada sahəsi 4.1482 hektardır. TEKUİS-ə əsasən təyinatı kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin kimi göstərilmişdir. Naturada faktiki olaraq İddiaçı tərəfindən istifadə olunan və iddia olunan torpaq sahəsi əkin kimi istifadə olunur.Faktiki istifadə olunan 19.5986 ha torpaq sahəsinin 10.3344 ha hissəsi **********05 reystr nömrəsi ilə İddiaçı və onun ailə üzvlərinin üzərinə mülkiyyət hüququ tanınmışdır. 5.116 ha hissəsi isə İddiaçı üzərinə mülkiyyət hüququ tanınmışdır. Yerdə qalan 4.1482 ha hissənin dövlət reyestrindən hququlanmn dövlət qeydiyyatı aparılmadtğından mülkiyyətçisi barədə məlumat vermək tərəfimizdən mümkün deyil. Faktiki istifadə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti, həmçinin iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti təqdim edilən sxemdə öz əksini tapmışdır. Faktiki istifadə olunan torpaq sahəsi sənəd üzrə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsi xx.xx.2023-cü il və xx.xx.2006-ci il qeydiyyat tarixli Çıxarışlara əsasən ümumi birgə mülkiyyətə verilmiş torpaq sahələri ilə bitişikdir eyni ərazidə yerləşir. İddia olunan torpaq sahəsi başqa subyektlərin (dövlə,bələdiyyə, fziki və ya hüquqi şəxslərin) torpaq sahələsi ilə üst-üstə düşmür. Məhkəmə hesab edir ki, iddiaçılar, Şəki Rayon Aqrar İslahat Komissiyası tərəfindən 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı və Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə “Sarıca” taxıl istehsalı koorperativində torpaq islahatının aparılması haqqında yerli AİK-nin xx.xx.1998-ci il tarixli qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubu ilə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. İddiaçının hüquqi marağı 18 ha torpaq sahəsindən üzərində mülkiyyət hüququ qeydə alınmayan 2.5 ha torpaq sahəsi üzərində iddiaçının ailə üzvləri ilə ümumibirgə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçıya ayrılan torpaq sahəsi aqrar islahat nəticəsində ayrılmışdır.Səlahiyyətli orqanın qərarına əsasən ayrıldığından və faktiki istifadəsində olduğundan inzibati icraatın tamamlanmayaraq torpağın yerini göstərən sənədin tərtib edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Hazırkı vəziyyətdə cavabdehin iddiaçıya aqrar islahat komissiyasının qərarı və bələdiyyənin vasitəsi ilə təhvil verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməməsi dəlili əsassızdır.Yuxarıda qeyd olunan qərar mülkiyyət hüququnun qeydə alınması üçün əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin edilməli, Şəki rayon AİK-ın qərarları nəzərə alınmaqla 2.5 ha torpaq sahəsi üzərində iddiaçı, X7, X2, X5 ümumibirgə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli və xx.xx.2002-ci il tarixli qərarlarına əsasən mülkiyyətə verilmiş 2,5 ha torpaq sahəsi üzərində İddiaçı,X7, X2 və X5 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar