Məhkəmə qərarları › İş №2-1(116)-43/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-43/2020

21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-43/2020 21.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X7, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Cavabdeh1 Əhmədiyə oğlu və X8) “JN-1207F saylı kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN-1207F saylı kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yaşayır. Özünə məxsus fərdi yaşayış evi və mülkiyyətində 0.07 ha həyətyanı torpaq sahəsi vardır. 0.07 ha həyətyanı torpaq sahəsi Qəbələ AİK-nın 26.02.2001-ci il tarixli 03 saylı qərarı ilə iddiaçının tam mülkiyyətinə verilməklə JN-1207F saylı kodu 40601004 olan şəhadətnamə ilə adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsindən mülkiyyətçi olaraq özü istədiyi kimi istifadə edə bilmir. Belə ki, JN-1207F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə iddiaçının mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan qeyd olunan şəhadətnamədə digər mülkiyyətçilərin adının qeyd olunduğunu əsas gətirərək əmlakın qeydə alınmasından imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, 0.07 ha torpaq sahəsinə dair JN-1207 F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilərin adı olan qrafada alnız İddiaçı adı qeyd edilmişdir. Lakin “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsində və subyektlər siyahısında digər iki mülkiyyətçinin (X3, Cavabdeh2) adları qeyd edilmişdir. Qeyd olunan səbəbə görə də müraciətin icrası tərəfimizdən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanuna müvafiq qərar qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11.10.2019-cu il tarixli 2-1(84)-837/2019 nömrəli qərardadı ilə Cavabdeh1 Əhmədiyə oğlu və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İş materiallarında olan JN-1207F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən müəyyən edilir ki, 0.07 ha torpaq sahəsi Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilib və qeyd olunan şəhadətnamədən də göründüyü kimi orada yalnız İddiaçı adı qeyd olunub. Lakin cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən JN-1207F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş arxiv nüsxəsində və əslində mülkiyyətçilər arasında iş üzrə İddiaçı adı ilə yanaşı Cavabdeh1 Əhmədiyə oğlu və Cavabdeh2 adları da qeyd olunmuşdur. İş materiallarında olan Qəbələ rayon AİK-nın “Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyəyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.07 ha torpaq sahəsinin mülkiyyətçiləri arasında iş üzrə İddiaçı adı ilə yanaşı Cavabdeh1 Əhmədiyə oğlu və Cavabdeh2 adları qeyd olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 sentyabr 2019-cu il tarixli 313/38 nömrəli məktubundan müəyyən edilir ki, Qəbələ rayon Çuxur Qəbələ kənd sakini Cavabdeh1 Əhmədiyə oğlu 1967-ci il tarixdən 1988-ci il tarixədək və 1998-ci il tarixdən hal-hazıradək Çuxur Qəbələ kəndində qeydiyyatdadır. Çuxur Qəbələ kəndində Cavabdeh1 Əhmədiyə oğlunun adına məxsus 158 kod nömrəsi ilə 0.20 ha həyətyanı torpaq sahəsi var, adına başqa torpaq sahəsi yoxdur. Çuxur Qəbələ kəndində 1996-cı il tarixdə islahat gedən zaman Qaçayev X5 şəhəri qeydiyyatında olduğu üçün Çuxur Qəbələ kəndinin “Fizuli” adına kolxozundan ona pay torpaq sahəsi düşməmişdir. Qəbələ rayon Çuxur Qəbələ kənd sakini X8 1994-cü il tarixdən hal-hazıradək Çuxur Qəbələ kəndində qeydiyyatdadır. X4 adına məxsus Qəbələ rayonu AİK-nın 26 may 1998-ci il tarixli qərarına əsasən verilən Çuxur Qəbələ kəndində 154 kod nömrəsi ilə 1.63 ha əkinə yararlı torpaq sahəsi var, adına başqa torpaq sahəsi yoxdur. İş materiallarına əlavə edilmiş JN-154 KOD 40617018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən müəyyən edilmişdir ki, Qəbələ rayonu AİK-nın 1998-ci il tarixli 26 may tarixli 10 nömrəli qərarı ilə 1.63 ha torpaq sahəsi Qəbələ rayon Çuxur Qəbələ kənd sakini X4 mülkiyyətinə verilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara JN-1207F KOD 40601004 nömrəli şəhadətnamə, cavabdehin 27.05.2019-cu il tarixli imtina məktubu, Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin 26.07.2019-cu il tarixli məktubu və ona əlavə edilən sənədlərin təsdiq edilmiş surətləri, cavabdehin 22.07.2019-cu il tarixli etiraz məktubu, Qəbələ rayon Dövlət Arxivinin 03.09.2019-cu il tarixli arxiv arayışı və ona əlavə edilən sənədin təsdiq edilmiş surəti, Çuxur Qəbələ kənd İƏD üzrə nümayəndəliyin 11.09.2019-cu il tarixli məktubu, Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin 10.12.2019-cu il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti, AİKnın 26.05.1998-ci il tarixli qərarının təsdiq edilmiş surəti, cavabdehin 19.05.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, onlara təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İslahat aparılan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2– hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. İş materiallarında olan 22 yanvar 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, iş üzrə üçüncü şəxs Cavabdeh1 Əhmədiyə oğlu məhkəmə iclasında izahat verərkən Qəbələ rayonunda islahat gedən vaxtda o, Qəbələ şəhərində iddiaçının evində qeydiyyatda olduğuna görə ona kənddə torpaq payı düşmədiyini bildirmişdir. Həmçinin iş üzrə digər üçüncü şəxs olan X8 da izahatında üçüncü şəxs olan həyat yoldaşı Cavabdeh1 Əhmədiyə oğlunun islahat gedən zaman Qəbələ şəhərində qeydiyyatda olması səbəbindən Çuxur Qəbələ kəndində ona torpaq payı verilmədiyini qeyd etmiş və iddia tələbinə etiraz etmişdir. Ancaq iş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 sentyabr 2019-cu il tarixli 313/38 nömrəli məktubunda qeyd olunur ki, Çuxur Qəbələ kəndində Cavabdeh1 Əhmədiyə oğlunun adına məxsus JN-158 kod nömrəsi ilə 0.20 ha həyətyanı torpaq sahəsi, X4 adına məxsus Qəbələ rayonu AİK-nın 26 may 1998-ci il tarixli qərarına əsasən Çuxur Qəbələ kəndində JN-154 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd olunduğu kimi 1.63 ha əkinə yararlı torpaq sahəsi vardır. Qeyd olunanlardan görünür ki, iş üzrə üçüncü şəxslərin iddiaçının iddia tələbinə etirazı əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə “JN-1207F saylı kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinəİddiaçı “JN-1207F saylı kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar