Məhkəmə qərarları › İş №2-1(116)-43/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-43/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-43/2021 02.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.15 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər Balakən rayonu Qazma bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qazma bələdiyyəsinin ərazisindən 0.15 ha həyətyanı torpaq sahəsinin verilməsi öhdəliyinin bələdiyyənin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 1995-ci ildə iddiaçıya Balakən rayonunun Qazma kəndində keçmiş “Moskva” kolxozunda (indiki “Bakı” kolxozu) 0.15 ha həyətyanı torpaq sahəsi verilmiş və akt tərtib edilmişdir. İddiaçı bildirir ki, tərtib edilmiş aktda qonşularında biri olaraq X2 göstərilmiş, digər qonşularının adlarını unutmuşdur. İddiaçı ona verilən aktı qardaşına vermiş və ona torpaq sahəsini əkib-becərməsini bildirmişdir. İddiaçı 1992-ci ilin əvvəlindən hərbi xidmətə getmişdir. Döyüşlər zamanı yaralanmış və 2002-ci ildə ordudan tərxis olunmuşdur. 2004-cü ildə ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlikdə təlim kurslarına qoşulmuş, həmçinin bir neçə il Turkiyədə “minaaxtaran” vəzifəsində işləmişdir. İddiaçı 2018-ci ildə ölkəyə qayıtmış, qardaşının yanında həmin torpaqda özünə təsərrüfat yaratmaq istəmiş, lakin qardaşı ona bildirmiş ki, onun orada torpağı yoxdur. İddiaçı 18 saylı ərazi idarəsinə müraciət edərək, 0.15 ha torpaq sahəsinin ayrılmasına və naturada ona tanıdılmasına köməklik göstərilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən mümkünlük iclasında iddiaçıya iddia ərizəsini düzgün formada yazaraq məhkəməyə təqdim edilməsi üçün vaxt verilmişdir. Məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizəsində iddiaçı cavabdeh qismində yalnız DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsini qeyd etmişdir. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan məktubunda iddia tələbində dəqiqləşmə apararaq 0.15 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********21 nömrəli məktubunda qeyd etmişdir ki, ərizəsinin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəsinə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (Torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) əlavə olunmamışdır. Bundan əlavə ərazi idarəsinin mütəxəssisləri ərizəsinin daha ətraflı araşdırılması üçün onun iddia etdiyi torpaq sahəsinə baxış keçirilməsi üçün qeyd olunan ərazidə olmuş, lakin həmin torpaq sahəsi üzərində mübahisə olması səbəbindən zəruri müayinə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2.2-ci maddaəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə “Torpaq sahəsinin planı və ölçüsü" sənədi əlavə olunmalıdır. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasmı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının jrununun 8-ci və 10-cu maddələrinə əsasən şəxsiyyətini təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (Torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, rmaq sahəsinin təhkim aktı) və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. Cavabdeh orqan iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qazma bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 66 nömrəli arayışından müəyyən edilir ki, subyektlər siyahısında 1555-ci sırada iddiaçının adı və 0.15 həyətyanı və 0.31 ha pay torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2017-ci il tarixli, 1540 nömrəli arxiv çıxarışından müəyyən edilir ki, Qazma kənd Bakı kolxozunun xx.xx.1995-ci il tarixli, 1 nömrəli ümumi yığıncağının protokolundan çıxarışda qeyd edilir ki, kolxozda gənc ailələrə həyətyanı torpaq sahəsi vermək üçün istifadəyə yararsız sahələrdən İsaqın bağının arxası adlı sahədən 2 ha, Gülzan qamış adlı sahədən 3 ha, Əlimərdan Məhəmməd qoruyan fındıqlığın yol kənarı 1.5 ha, Qızlar tala adlı sahədən 2.5 ha, Xurma bağının altı adlanan ərazidən 1.80 ha, bundan əlavə yol üçün 3.0 ha olmaqla cəmi 13.80 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarın təsdiqi rayon icra hakimiyyəti başçısından xahiş edilsin. Aşağıda adları göstərilən gənclərə aşağıdakı qayda üzrə həyətyanı torpaq sahəsi verilməsi təsdiq edilsin. 1995-ci il. 54. X8 – 0.15 h. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2017-ci il tarixli arayışının surətindən görünür ki, DTXK-nin təqdim etdiyi elektron məlumatlar bazasına əsasən 0.15 ha həyətyanı və 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçının adına qeydiyyata alınmışdır. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2017-ci il tarixli, 1540 nömrəli arxiv arayışından müəyyən edilir ki, Qazma kənd “Bakı” (Moskva) kolxozunun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 1428-ci sırada İddiaçı torpağının cəmi 0.15 ha olması qeyd edilmişdir. İş materiallarında olan JN-1255 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-1255A nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi X4 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********75 nömrəli məktubunda qeyd edilir ki, elektron baza məlumatlarına əsasən Balakən rayonu Qazma kəndi ərazisində vətəndaş İddiaçı adına həyətyanı torpaq sahəsi aşkar edilməmişdir. Məktuba əlavə edilmiş Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.15 ha həyətyanı torpaq sahəsi X4 və X5 qanuni istifadəsindədir. Həmçinin məktuba əlavə edilmiş Siyahının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının mülkiyyətinə 0.15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Qazma bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 69 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Qazma kəndinin subyektlər siyahısında 1555 say ilə 0.15 ha həyətyanı və 0.31 ha pay torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsinin xəritədə cizgiləri göstərilmədiyinə görə yer məlum deyildir. Həyətyanı şəhadətnamə gəlməmişdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, **********38 nömrəli məktubundan müəyyən edilir ki, X3 aid xəritədən çıxarış (ortofoto şəkil əlavə olunmaqla) təqdim olunur. İddiaçı xəritə nömrəsi (1555) elektron DWJ baza məlumatlarında yoxdur. İdarənin arxiv fonduna əsəsən X1 adına yalnız JN-1255A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” aşkar edildi. Həmin Şəhadətnamənin təsdiq edilmiş surəti təqdim olunur. 1484 və 1486 nömrəli elektron DWJ baza məlumatlarında qeyd olunan nömrələrlə bağlı xəritələrdən çıxarış təqdim olunur. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məktub göndərərək məhkəmə iclasında işi ilə əlaqədar üzürlü səbəbdən iştirak edə bilmədiyini qeyd etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddiaçı ərizəsində 1995-ci ildə ona Balakən rayonunun Qazma kəndində keçmiş “Moskva” kolxozunda (indiki “Bakı” kolxozu) 0.15 ha həyətyanı torpaq sahəsi verildiyini və akt tərtib edildiyini qeyd etsə də, nə təhkim akt, nə də həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd aşkar edilməmişdir. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, iddiaçıların tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil. Həmçinin onunu faktiki istifadəsində torpaq sahəsinin olmadığı müəyyən olunmuşdur. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.15 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar