Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-43/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçı və üçüncü şəxsin nümayəndəsi İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) X6, cavabdehin nümayəndəsi Hacı-X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə verilmiş 0.3776 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun X7, X9, X10 və X4 ilə birgə qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə verilmiş 0.38 ha torpaq sahəsinə olan hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-559/2022 saylı qərardadı ilə Şəki rayonu Baş Layısqı bələdiyyəsi, xx.xx.2023-cü il tarixli 2-1(116)-43/2023 saylı qərardadı ilə isə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İddiaçı, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə verilmiş 0.38 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun X7, X9, X10 və X4 ilə birgə qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-43/2023 nömrəli qərardadı ilə “İddiaçı 24 kv.m torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun X7, X9, X10 və X4 ilə birgə qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, Şəki Rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 saylı qərarına əsasən iddiaçının ailə üzvlərinə 0,38 hektar torpaq sahəsi verilmişdir. Həmin qərara əsasən ona və ailə üzvlərinə 0,38 ha torpaq sashəsinin mülkiyyətə verilməsi barədə JN-008B seriyalı, 40409005 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənib hazırlanmışıdır. O, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, Qumux kəndində yerləşən 0.38 ha həyətyanı torpaq sahəsinə İddiaçı adına 4 nəfər ailə üzvü ilə birlikdə kod 40409005, JN-008B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi barədə məlumat mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş kod 40409005, JN-008B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əvvəllər yaranmış hüquq olduğundan, həmçinin 0.22 ha və 0.16 ha torpaq sahələri sənəd üzrə göstərilən koordinatlardan kənarda yerləşdiyindən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı ərazi idarəsinə dəvət olunaraq ərazi idarəsinin mütəxəssisi ilə birlikdə çöl ölçmə işlərinin aparılması üçün əraziyə getmiş və şəhadətnamədə göstərilən 0,38 ha torpaq sahəsinin harada yerləşməsi barədə məlumatının olmadığını bildirmişdir. İddiaçının iddia etdiyi 0,22 ha və 0,16 ha torpaq sahələrinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş elektron baza xəritələrində 0,38 ha torpaq sahəsi öz əksini tapmadığından ortofotonun tərəfimizdən məhkəməyə təqdim edilməsi mümkün deyildir. Məhkəmə iclasında iddiaçı və idiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi məhkəmədən iddianın qanunamüvafiq qaydada həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-008B kod40409005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəki RAİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə 0,38 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş protokoldan və subyektlər siyahısından görünür ki, torpaq islahatı ilə əlaqədar hazırlanmış sənədlərin təsdiqi haqqında yerli aqrar islahat komissiyalarının müvafiq surətdə Baş Layısqı, Cunud, Qumux, Şin kəndləri üzrə xx.xx.1998-ci il tarixli 7 saylı, Aşağı Küngüt kəndi üzrə xx.xx.1998-ci il tarixli 9 saylı, Baş Küngüt kəndi üzrə xx.xx.1998-ci il tarixli 1 saylı yekun protokolları təsdiq edilmiş, İddiaçı, X7, X9, X10 və X1 adının qarşısında 0,28 ha torpaq sahəsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********24 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi 2199 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçıya məxsus JN-008B KOD 40409005 nömrəli şəhadətnamədə göstərilən 0.38 ha torpaq sahəsi ilə iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin coğrafi yerləşməsi arasında kəskin fərq vardır. DWJ faylına əsasən (mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planı) 0.38 ha torpaq sahəsi JN-008B nömrəli şəhadətnamədə göstərildiyi kimi Qumux kənd ərazisində yox, Baş Layısqı kəndi inzibati ərazi vahidi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı uqodiyası örüş olan 179C/0.12 ha ,190B/0.11 ha,1242 B/0.11 ha, 191 C/0.12 ha, 194 C/0.09 ha nömrəli konturlarla üst-üstə düşür, Şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi üst-üstə düşmür. İddiaçının naturada istifadə etdiyi 2199 kv.m torpaq sahəsi DWG faylına əsasən (mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planı) əsasən 690 BB/ 0.17 nömrəli konturla üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi 2199 ha torpaq sahəsi Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla, fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş, bələdiyyə mülkiyyətində olan ərazidir. İddiaçı bildirdiyinə görə onun tərəfindən istifadə olunur. İddiaçının naturada göstərdiyi 1600 kv.m torpaq sahəsi, döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi JN-008B kod KOD 40409005 nömrəli şəhadətnamədə göstərilən 0.38 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı bildirdiyinə görə onun tərəfindən istifadə olunur. - cavabdehin xx.xx.2022-ci il tarixli **********77 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi 1600 kv.m olub döngə nöqtələri, koordinatları, DWJ (mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planı) faylına əsasən 1600 kv.m torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahələri (660 BB/ 0.04 ha, 661BB/0.16 ha, 662 BB/ 0.16 ha, 663 BB/ 0.10 ha, RX **********33 -0.1244 ha) tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi baza məlumatlarına əsasən kənd təssərüfatı təyinatlı torpaqlar kateqoriyasına aid uqodiyası kolluq olan ərazidir. Tərtib edilmiş yerquruluşu planında göstərilən 660 BB/0.04 ha , 661 BB/ 0.16 ha , 662 BB/ 0.16 ha, 663 BB/ 0.10 ha nömrəli konturlar Baş Layısqı bələdiyyəsinə aid, RX **********33-0.1244 ha isə xüsusi mülkiyyətdə olan ərazidir. İddiaçı bildirdiyinə görə torpaq sahəsi onun tərəfindən istifadə olunur. - cavabdehin xx.xx.2022-ci il tarixli **********65 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0.22 ha torpaq sahəsi ilə DWG (mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planı) faylına əsasən üst-üstə düşən torpaq sahələrinin müvafiq hissələri təqdim edilən sxemdə göstərilmişdir. İddiaçının naturada göstərdiyi 1600 kv.m torpaq sahəsi (DWG faylına əsasən kənd təssərüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 3612 ştrix kodu-kolluqlar kimi göstərilən) kənd təssərüfatına yararsız olan ərazidir. Həmin torpaq sahəsinin 17 kv.m hissəsi **********33 reyestr nömrəli çıxarışla üst-üstə düşür. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-345/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi 2200kv.m olub döngə nöqtələri, koordinatları, DWG (mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planı) faylına əsasən 2200 kv.m torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahələri 731BB/0,06ha, 6GBB/0,26 ha torpaq sahələrinin iddiaçının faktiki istifadəsində olan 2200 kv.m torpaq sahəsi ilə üst-üstə düşən müvafiq hissələri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə TEKUİS məlumat bazasına əsasən DWG faylında göstərilən 9G/0,09 ha torpaq sahəsinə verilmiş **********55 reyestr nömrəli çıxarışda göstərilən 0,09 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan 2200 kv.m torpaq sahəsi ilə 7 kv.m hissəsi üst-üstə düşür. - RX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Şəki rayonu Qumux kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Şəki şəhər İHB-nın Baş Layısqı kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli, 42 nömrəli məktubunda qeyd edilmişdir ki, 0.22 ha və 0.16 ha torpaq sahəsi torpaq islahatı aparıldığı vaxtdan - 1996-cı ildən indiyədək iddiaçının istifadəsində olub. Həmin torpaq sahəsinin kənarları çəpərlənmiş qapalı həyət daxilində olub. Şəki rayonu Baş Layısqı kəndi üzrə təsərrüfatbaşına kitabdan 1990-2000-ci illər üzrə İddiaçı 0.28 ha torpaq sahəsi olması qeyd edilmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İddia tələbi digər subyektlərin mülkiyyətində olan 24 kv.m (7 kv.m + 17 kv.m) torpaq sahəsi ilə üst-üstə düşən hissədə mümkün sayılmadığından, məhkəmə tərəfindən 0.3776 ha torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının əsaslılığı yoxlanılmışdır. İş materialları ilə müəyyən edilir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı müxtəlif ərazilərdə yerləşən, faktiki istifadəsində olan 0.22 ha və 0.16 ha, cəmi 0.38 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində JN-008B kod 40409005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə təqdim edilir. Belə ki, həmin Şəhadətnamədən görünür ki, iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə verilmiş torpaq sahəsinin ölçüsü 0,38 ha qeyd edilmişdir. İstinad olunan Şəhadətnamə Şəki RAİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə verilmiş və həmin qərardan müəyyən edilir ki, torpaq islahatı ilə əlaqədar hazırlanmış sənədlərin təsdiqi haqqında yerli aqrar islahat komissiyalarının müvafiq surətdə Baş Layısqı, Cunud, Qumux, Şin kəndləri üzrə xx.xx.1998-ci il tarixli 7 saylı yekun protokollar təsdiq edilmiş, torpaq payı alacaq subyektlər siyahısında İddiaçı, X7, X9, X10 və X1 adının qarşısında 0,28 ha torpaq sahəsi qeyd edilmişdir. Göründüyü kimi Şəki RAİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə iddiaçıya ailə üzvləri ilə birlikdə verilməsi nəzərdə tutulan torpaq sahəsi faktiki olaraq 0.38 ha deyil, 0.28 ha qeyd edilmiş, buna baxmayaraq, JN-008B kod 40409005 nömrəli şəhadətnamədə heç bir hüquqi əsas olmadan torpaq sahəsinin ölçüsü 0.38 ha göstərilmişdir. Şəki şəhər İHB-nın Baş Layısqı kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli, 42 nömrəli məktubu ilə də sübut olunur ki, faktiki olaraq Şəki rayonu Baş Layısqı kəndi üzrə təsərrüfatbaşına kitabda 1990-2000-ci illər üzrə İddiaçı təsərrüfatında 0.28 ha torpaq sahəsi qeyd edilmişdir. Sözügedən məktubda qeyd edilir ki, faktiki olaraq 0.22 ha və 0.16 ha torpaq sahəsi torpaq islahatı aparıldığı vaxtdan - 1996-cı ildən indiyədək iddiaçının istifadəsində olub. Həmin torpaq sahəsinin kənarları çəpərlənmiş qapalı həyət daxilində olub. Göründüyü kimi torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi nəzərdə tutulduğundan iddiaçıya ailə üzvləri ilə birlikdə verilməsi nəzərdə tutulan torpaq sahəsi də məhz faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi olmuşdur. Bununla belə JN-008B kod 40409005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin cizgisi də düzgün tərtib edilməmiş, torpaq sahəsi Qumux kənd ərazisində yox, Baş Layısqı kəndi inzibati ərazi vahidi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı uqodiyası örüş olan 179C/0.12 ha ,190B/0.11 ha,1242 B/0.11 ha, 191 C/0.12 ha, 194 C/0.09 ha nömrəli konturlara işlənmişdir. İddiaçıya məxsus JN-008B KOD 40409005 nömrəli şəhadətnamədə göstərilən 0.38 ha torpaq sahəsi ilə iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin coğrafi yerləşməsi arasında kəskin fərqin olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, "X12 Uçotu informasiya Sistemi" proqramına torpaq sahələri ilə bağlı məlumatlar subyektlərin faktiki istifadəsinə uyğun olaraq daxil edilsə də, bu zaman Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X12 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X12 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından Şəhadətnamənin cizgisində qeyd edilmiş torpaq sahəsinin məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Hər bir halda nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsini iddiaçı torpaq islahatı aparıldığı vaxtdan indiyədək istifadə edir. Bundan başqa tədqiq olunan JN-008B KOD 40409005 nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçüsü və yerləşmə vəziyyəti düzgün qeyd edilməsə də, sənədin cizgisindən görünür ki, torpaq sahəsinin eyni bir ərazidən iddiaçıya və ailə üzvlərinə verildiyi öz əksini tapmışdır. Yəni, iddiaçı 0.38 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydiyyatına alınması üçün sözügedən Şəhadətnaməyə istinad etsə də, həmin şəhadətnamədə iddiaçının faktiki istifadə etdiyi kimi 0.22 ha və 0.16 ha olmaqla iki mütxəlif ərazidən torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır (inzibati praktika da onu göstərir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə ancaq eyni ərazidə olan torpaq sahəsinin cizgisi əks olunur). Nəzərə alınmalıdır ki, iddia olunan digər ərazidə yerləşən 1583 kv.m torpaq sahəsi kənd təssərüfatı təyinatlı torpaq sahəsidir. Belə olan halda ümumiyyətlə kənd təssərüfatı təyinatlı torpaq sahəsinin həyətyanı məqsədilə iddiaçıya verilməsi mümkün ola bilməzdi. Baş Layısqı bələdiyyəsi xx.xx.2022-ci il tarixli 159 saylı arayışında iddiaçıya 0.16 ha torpaq sahəsinin “Fəhlə-kəndli birliyi” kolxozunun qərarına əsasən “Alapalıd” adlı sahədən tut bağı salmaq üçün verilməsini qeyd etsə də, müvafiq sənədlər bələdiyyədən və arxivdən sorğu edilmiş, lakin, iddiaçıya sözügedən torpaq sahəsinin ayrılmasına dair hər hansı mötəbər sübut aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia olunan 1583 kv.m torpaq sahəsi, iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsindən fərqli ərazidə yerləşdiyindən və həmin torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından iddia tələbi həmin hissədə əsassızdır. Məhkəmə tərəfindən iddia olunan 2193 kv.m torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi 690 BB/ 0.17 nömrəli konturla üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi 2199 ha torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş, bələdiyyə mülkiyyətində olan ərazidir. 2200 kv.m torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahələri 731BB/0,06ha (179 kv.m), 6GBB/0,26 ha (279 kv.m) torpaq sahəsidir. Cavabdeh orqan sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bildirsə də, müəyyən edilir ki, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarına əsasən həmin torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə verilmiş 2193 kv.m torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun X7, X9, X10 və X4 ilə birgə qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia tələbinin “1583 kv.m torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun X7, X9, X10 və X4 ilə birgə qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.