Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-430/2024 30.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçı 60 yaş tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçının əmək pensiyasının xx.xx.2022-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxx 1961-ci ildə Yevlax rayonu Havarlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1979-cu il tarixdən “Azrezintexnika” istehsalat birliyinin X5 məmulatları zavodunda formasız texniki rezin məmulatları və xalq tələbatı malları istehsalı sexində zərərli iş şəraitində işləməklə şpris maşının köməkçisi şagirdi qəbul edilmişdır. xx.xx.1979-cu ildə Sovet Ordusu sıralarına xidmətə çağırıldığı üçün işdən azad olunmuş, ordu sıralarından təxris olunduqdan sonra xx.xx.1981-ci il tarixdən həmin zavodun Mexaniki Təmir Sexinin ventilyasiya sahəsinə zərərli iş şəraitində işləməklə təmirçi çilingər işinə qəbul edilmişdir. xx.xx.1981-ci il tarixdən 2 dərəcə, xx.xx.1982-ci il tarixdən 3 dərəcə, xx.xx.1982-i il tarixdən 4 dərəcə almaqla iş fəaliyyətini davam etdirmişdir. xx.xx.1982-ci ildə öz ərizəsi ilə həmin zavadoddan işdən çıxmışdır. “Azrezintexnika” istehsalat birliyinin X5 məmulatları zavodunun bazasında 2001-ci ildə “X5” ASC yaradılmışdır. “X5” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 303 saylı arayışdan görünür ki, iddiaçı həmin müəssisədə 09 ay 18 gün güzəştli iş stajı əldə etmişdir. 1982-ci ildən 1993-cü ilə kimi əmək failiyyətini dayandırmamış, müəyyən işlərdə işləmişdir ancaq güzəştli iş stajına aid deyil. xx.xx.1993-cü ildə "xxxx" Müəssisəsinin Gəncə sahəsində Yüksək Gərginlikli 1 lava açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri üzrə 3-cii dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı ildə X4 və Avtomatikasının təmiri və quraşdırılması sahəsinə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə keçirilmiş,xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X2 Qurğuların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmiş və xx.xx.2008-ci ildə əmək müqaviləsinə xitam verilib. xx.xx.2010-cu ildən "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin X7 açarlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmiş, xx.xx.2012-ci ildə Sumqayıt Texnologiyaları Parkında Ağır Maşınqayırma Departamentinin 6-cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilmiş və xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Xüsusi zərərli iş şəraitində işlədiyi üçün İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2012ci ilədək işlədiyi müddətdə Əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətimə əlavə məzuniyyət günü verilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdən Sumqayıt Texnologiyaları Parkı MMC-də Ağır Maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir təmir şöbəsinin X7 açarları bölməsinə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə təyin edildi. xx.xx.2013-cü il tarixdən peşəsi və dərəcəsi saxlanılmaqla həmin sahənin elektrik mühərrikləri, generator və hava açarlarının təmiri sahəsini keçirilmişdir. xx.xx.2015ci il tarixədək həmin sahədə işləmiş. xx.xx.2015-ci il tarixdən “Azərbaycan İES-nin MMCnin Elektrik sexinin APQ-330-500 kv-luq paylaıycı qurğunun avadanlıqlarına xidmət və təmir edən briqadasında” 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsinə təyin edilmişdir, xx.xx.2022-ci il tarixdən hal-hazıradək Yeni təşkilatı Struktura əsasən həmin sexin “330, 500 kv-luq APQ-də paylayıcı qurğuların avadanlıqlarına və 20÷500 kv gərginlikli avadanlıqlara xidmət edən briqadasında” 6-cı dərəcəli Paylayıcı qurğuların avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləyir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişidir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci i! tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı 'nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücii qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtləriə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları tutduğu, vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yeri arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 9 sentyabr 2020-ci il tarixli 01- 7P/525 nömrəli arayışında xx.xx.1993-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2008-ci il və xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi vəzifə yuxarıda qeyd olunan Qərarla müəyyən edilmiş Siyahı üzrə elektrik stansiyaları, enerji qatarları. buxar və güc təsərrüfatına aid deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur.Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. İddiaçı 1979-ci ildə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmişdir.Onun işlədiyi müəssisələr aşağıdakı kimidir: a. xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Azrezintexnika” istehsalat birliyinin X5 məmulatları zavodunda texniki rezin məmulatları və xalq tələbatı malları istehsalı sexində şpris maşının köməkçisi şagirdi vəzifəsində işləmişdir. b. xx.xx.1981-ci il tarixdən xx.xx.1982-il tarixədək“Azrezintexnika” istehsalat birliyinin X5 məmulatları zavodunda Mexaniki Təmir Sexinin ventilyasiya sahəsinə təmirçi çilingər vəzifəsinin müxtəlif dərəcələrində çalışmışdır. c. xx.xx.1993-cü ildən xx.xx.2002-ci il tarixdək "xxxx" Müəssisəsinin Gəncə sahəsində Yüksək Gərginlikli 1 lava açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri üzrə 3-cü və 4-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. d. xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X2 Qurğuların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. e. xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin X7 açarlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. f. xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Sumqayıt Texnologiyaları Parkı MMC-də Ağır Maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir təmir şöbəsinin X7 açarları bölməsinə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. g. xx.xx.2015-ci il tarixdən hal-hazıradək Yeni təşkilatı Struktura əsasən həmin sexin “330, 500 kv-luq APQ-də paylayıcı qurğuların avadanlıqlarına və 20÷500 kv gərginlikli avadanlıqlara xidmət edən briqadasında” 6-cı dərəcəli Paylayıcı qurğuların avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləyir.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu;
3. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.
4. "xxxx" ASC-nin xx.xx.2020-cİ il tarixli tarixli işin xarakteri haqqında arayışı.
5. xx.xx.2020-ci il tarixli Güzəştli Arayış.
6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli işin xarakteri haqqında arayışı,
7. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışı.
8. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı,
9. İddiaçıya məxsus sosial arayış.
10. НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti;
11. Azərbaycan Respublikası Səfərbəqlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli 402 nömrəli arayış.
12. 01.07.2009-cu il tarixli Əmək şəraiti üzrə iş yerinin atesstasiya xəritəsi
Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X8 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir. Lakin,cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən heç biri güzəştli iş stajına daxil edilməmişdir. xx.xx.1979-cu il tarixdən iddia olunan xx.xx.2022-ci il tarixinədək müxtəlif müəssisələrdə çilingər,elektrik çilingəri vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 20 ildən çoxdur). İddiaçının xx.xx.1993-cü il tarixindən işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının Qərarının 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (2290000a—14612) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmirbeton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar bölməsində əli ilə qazla kəsici quraşdırıılar peşəsində qeyd edilmişdir. Həmçinin,iddiaçının xx.xx.2015-ci il tarixindən işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsində nəzərdə tutulmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli iş stajına daxil edilməli olan 20 ildən çoxdur və bu müddət qanunvericilikdə tələb olunan 12 il 06 ay müddətdən artıq olduğundan digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi dövrdə (xx.xx.2022-ci ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.