Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-431/2021 09.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialına qarşı "Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarınadək 3 illik və həmin tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibə veteranı pulu hesablanması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Sosial Müdafiə Fonduna qarşı "Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarınadək 3 illik və həmin tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibə veteranı pulu hesablanması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli "İzahatməlumat-vəsatət xarakterli bildirişnamə"də cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialını göstərmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialından Şəki İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixli məktub daxil olmuşdur. Həmin məktubdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmiş və həmin qərarla Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılaraq onların Əsasnamələri təsdiq edilmişdir. Məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. 17 saylı regional ərazi filialının təyinat aparmaq səlahiyyəti yoxdur. Eyni zamanda, iddiaçının ona müavinət ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialına yazdığı xx.xx.2021-ci il tarixli "sorğunamə, müraciətnamə, ərizənamə"yə verilmiş xx.xx.2021-ci il tarixli **********6 nömrəli cavabdan da görünür ki, həmin cavab məktubu ona 17 saylı regional ərazi filialı tərəfindən deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmişdir. Belə olan halda, İddiaçı iddiasına cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialıdır. Ona görə də iddiaçı iddia ərizəsində cavabdeh kimi həmin orqanı göstərməlidir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya izah edilmişdir ki, o, iddiasını dəyişdirib cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını göstərəcəyi halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə uyğun olaraq, işə cavabdehin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olacaq və iş Şəki İnzibati Məhkəməsi tərəfindən həmin məhkəməyə göndəriləcək, bunu etməyəcəyi halda isə, hazırkı iddiası mümkün sayıla bilməyəcək. Məktubda iddiaçının öz iddiasını dəyişdirməsi, məhkəmənin bu təklifi ilə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə Şəki İnzibati Məhkəməsinə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin həmin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin nə təyin olunmuş 10 gün, nə də bundan sonra ötən müddət ərzində iddiaçı qeyd olunan çatızmazlıqları aradan qaldırmamış və məhkəmənin məktubuna cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı öz iddia tələbini ona cavab verməli orqana qarşı vermədiyinə və məhkəmənin təklifinə baxmayaraq, bu çatışmazlığı aradan qaldırmadığına görə iddia mümkün sayıla bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialına qarşı "Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarınadək 3 illik və həmin tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibə veteranı pulu hesablanması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-431/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-431/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver