Məhkəmə qərarları › İş №2-1(116)-431/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-431/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-431/2025 14.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş və üzərində hüquqlarının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A 148148 saylı və A 156319 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədləri rəsmiləşdirilmiş Zaqatala rayonu, Çökək kəndində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X7 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş və üzərində hüquqlarının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A 148148 saylı və A 156319 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədləri rəsmiləşdirilmiş Zaqatala rayonu, Çökək kəndində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X7 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1992/2024 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-431/2025 saylı, 14 yanvar 2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “ünvan 1ində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” hissəsində mümkün sayılmamışdır. İşin qısa məzmunu ondan ibarətdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən tərtib edilmiş A 148148 saylı və A 156319 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinə əsasən ünvan 1ində 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyətə verilmişdir. X11 iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək hazırki iş üzrə İddiaçı qarşı 1995-ci ildən təsərrüfatdan çıxması faktının müəyyən edilməsinə, Zaqatala Rayon İcra Hakimiyyəti Göyəm kənd inzibati ərazi dairəsinin verdiyi 29 sentyabr 2010-cu il tarixli 1393 saylı, Azərbaycan Respublikası DT və XK-in Zaqatala Rayon Şöbəsinin verdiyi 30 sentyabr 2010-cu il tarixli 183 saylı və 05 oktyabr 2010-cu il tarixli 189 saylı arayışlarından hazırki iş üzrə iddiaçının adının çıxarılmasına, 11 mart 2009-cu il tarixdə 141 nömrə ilə və 04 iyun 2009-cu il tarixdə 219 nömrə ilə X16 X1 adına uçota alınmış A 148148 saylı və A 156319 saylı "Torpaq sahəsinin planı və ölçülərində" göstərilmiş 604.99 kv.m həyətyanı torpaq sahəsi və 580.57 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahələrini X7 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010- cu il tarixli, 2(033)-499/2021 iş nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(107)-166/2022 iş nömrəli qətnaməsi ilə ləğv edilmiş və iddia rədd edilmişdir. Hazırki işin araşdırılması mərhələsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)-499/2021 iş nömrəli qətnaməsinə əsasən hazırki X2 Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iş üzrə İddiaçı mülkiyyətinə verilmiş Zaqatala rayonu, Çökək kəndində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, həmin torpaq sahələrini özgəninkiləşdirmişdir. Bundan sonra iddiaçı, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş və üzərində hüquqları keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən tərtib edilmiş A 148148 saylı və A 156319 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri ilə rəsmiləşdirilmiş Zaqatala rayonu, Çökək kəndində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X7 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"İarın ləğv edilməsi, həmin torpaq sahələri üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınmasını və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, 14 mart 2024-cü il tarixli, 3-21-3-47/2-A-0008-8/2024 nömrəli bildirişlə həmin ərizə də icra olunmamışdır. Nəticədə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddia ərizəsi ilə bağlı məlumat veririk ki, İddiaçı ünvan 1i ünvanında yerləşən 604,99 kv.m həyətyanı və 580.57 kv m k/t təyinatlı torpaq sahələri üzərində X7 adına dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiiəşdirilməsinə dair çıxarışları ləğv edərək həmin torpaq sahələri üzərində özünün mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsinə əsasən qeyd olunan məsələnin həlli 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığı üçün ərizənin icrası tərəfimizdən mümkün olmamış və məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-A-0008-8/2024 (**********56) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. AZ-İİ 068027 reyestr nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

3. Zaqatala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-384/2023 nömrəli qətnaməsi.

4. Zaqatala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-384/2023 nömrəli qətnaməsi.

5. Zaqatala rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(033)-499/2010 nömrəli qətnaməsi.

6. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Zaqatala rayon şöbəsinin xx.xx.2010-cu il tarixli 183 nömrəli arayışı

7. MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, 0.0570 ha torpaq sahəsi X7 mülkiyyətindədir.

8. AN ******* seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 özünə məxsus torpaq sahəsini X3 mülkiyyətinə vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-166/2022 nömrəli qətnaməsi.

10. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-1138/2023 nömrəli qətnaməsi.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4516/2023 nömrəli qərarı

12. A seriyalı 156319 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarı ilə X4 mülkiyyətinə 580.57 kv.m torpaq sahəsi verilmişdir.

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı iki hissədən ibarətdir:

1. A 148148 saylı və A 156319 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən mülkiyyətə verilmiş,ünvan 1ində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X7 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli, xx.xx.2011-ci il tarixli və ********** nömrəli, xx.xx.2011ci il tarixli qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi;

2. Həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi; Şəki İnzibati Məhkəməsinin 2-1(116)-431/2025 saylı, 14 yanvar 2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “ünvan 1ində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” hissəsində mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla qalan hissədə mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, A 148148 saylı və A 156319 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən mülkiyyətə verilmiş,ünvan 1ində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış , xx.xx.2011-ci il tarixli, ********** nömrəli qeydiyyat və xx.xx.2011-ci il tarixli,********** nömrəli qeydiyyatlar Zaqatala rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(033)-499/2010 nömrəli qətnaməsinə əsasən aparılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-166/2022 nömrəli qətnaməsi ilə Zaqatala rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(033)-499/2010 nömrəli qətnaməsi ləğv edilmiş,iş üzrə yeni qətnamə qəbul edilmişdir. Göründüyü kimi mübahisələndirilən qeydiyyatların aparılmasına əsas olan qətnamə ləğv edilmişdir.Bu baxımdan da cavabdeh inzibati orqan tərəfindən yeni inzibati icraat aparılmaqla müvafiq qeydiyyatın ləğvi məsələsinə baxmalı olsa da inzibati orqan tərəfindən imtina edilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı mümkün hissədə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən cavabdehin etirazının dəlillərini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 1ində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış , xx.xx.2011-ci il tarixli, ********** nömrəli qeydiyyat və xx.xx.2011-ci il tarixli,********** nömrəli qeydiyyatlar və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. ünvan 1ində yerləşən 604.99 kv.m həyətyanı və 580.57 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış,xx.xx.2011-ci il tarixli, ********** nömrəli və xx.xx.2011-ci il tarixli, ********** nömrəli qeydiyyatlar və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair **********94 və **********95 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar