Məhkəmə qərarları › İş №2-1(116)-432/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-432/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-432/2020 12.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X24 qızının katibliyi, iddiaçının prosessual hüquq varisi X10, cavabdehin nümayəndəsi X14, üçüncü şəxs X1, üçüncü şəxsin vəkili X11 iştirakı ilə İddiaçı prosessual hüquq varisi X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X25rşı “Qax şəhəri N.ünvan 1 (yeni qaydada 55) ünvanda yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsi üzərinə X5 hüququnun dövlət qeydiyyatının və həmin evə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində (tam mülkiyyət hüququnda) X18 hüququnun dövlət qeydiyyatına alaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X25rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qax şəhəri N.ünvan 1 (yeni qaydada 55) ünvanda yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsi üzərinə X5 hüququnun dövlət qeydiyyatının və həmin evə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində (tam mülkiyyət hüququnda) X18 hüququnun dövlət qeydiyyatına alaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki,Qax şəhəri, N. ünvan 2 ünvanda anası X18 adına fərdi yaşayış evi vardır. X26 1982-ci ildə vəfat etmiş, öldüyü məqamadək malik olduğu yuxarıda göstərilən fərdi yaşayış evi miras qalmışdır. X2 üzrə birinci növbədə olan, özü də daxil olmaqla, 7 vərəsəsi vardır (Əsas: Qax RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 378 saylı xx.xx.2019-cu il tarixli Arayışı). Anası vəfat etdikdən sonra miras əmlaka sahiblik etməklə, bu dövrdə miras əmlaka əmlakın dəyərini xeyli artıran vəsait qoymaqla (əsaslı təmir və s.), bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişdir. O, yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli Çıxarış və xx.xx.2019-cu il tarixli Texniki Pasportu aşağıdakı səbəblərdən qanunsuz hesab edir, mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Hesab edir ki, o, X2 üzrə birinci növbədə olan vərəsəsi olduğundan, yuxarıda göstərilənlər onun marağına toxunur. Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Qeyd edir ki, bu işlə bağlı idarəyə müraciət etmişdir. İdarə tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Qax şəhəri, N.Gəncəvi küçəsi, 18 (55) ünvanda yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsi üzərinə X5 (hazırda mərhum) hüququnun dövlət qeydiyyatına alınması zamanı, idarə hüquqi əsas kimi torpaq payı alacaq vətəndaşların siyahısını və Qax Rayonu X9 2007-ci il tarixli qərarı olmuşdur. Burada bir çox sual meydana çıxır. Məktubdan görünür ki, Qax Rayon AİK-nın qərarı 2007-ci ilə dəlalət edir. X13 2007-ci ildə fəaliyyət göstərirdimi, hələ bir qərar da versin. Bildirir ki, "Dövlət X4 yaradılması haqqında" xx.xx.1995-ci il tarixli və "AR Dövlət X15 haqqında Əsasnamənin təsdiq edilməsi barədə" xx.xx.1995-ci il tarixli normativ hüquqi aktlar AR Prezidentinin xx xxxxx 2005-ci il tarixli Fərmanı ilə qüvvədən düşmüşdür. 2007-ci ildə X13 fəaliyyət göstərmirdi. Torpaq payı alacaq vətəndaşların siyahısı və Qax Rayon AİK-nın qərarı torpaq sahəsi üzərinə hüququnun dövlət qeydiyyatına alınmasına hüquqi əsasdırsa, hansı səbəbdən evin xx.xx.2019-cu il tarixli Texniki Pasportunda hüquqi əsas kimi təkcə xx.xx.2008-ci il tarixli 066823 saylı “Torpaq sahəsinin planı və ölçüsü” göstərilmişdir. Torpaq payı alacaq vətəndaşların siyahısı və Qax Rayon AİK-nın qərarı isə göstərilməmişdir. xx.xx.2019-cu il tarixli Texniki Pasportdan müəyyən olunur ki, Qax şəhəri, N.Gəncəvi küçəsi, 18 (55) ünvanda yerləşən evin yerləşdiyi torpaq sahəsi üzərinə hüquqların dövlət qeydiyyatına alınmasına əsas X18 adına olan xx.xx.2008-ci il tarixli 066823 saylı “Torpaq sahəsinin planı və ölçüsü” olmuşdur. İşin hallarından görünür ki, qeydiyyat obyekti fərdi yaşayış evidir və onun mülkiyyətçisi X19. Qax Rayonu AİK-nın 2007-ci il tarixli qərarı olsa belə bu sənəd hüquqların dövlət qeydiyyatı üçün kifayətdirmi? Yoxsa başqa sənəd tələb olunur. Qax şəhəri, N.Gəncəvi küçəsi, 18 (55) ünvanda yerləşən evin yerləşdiyi torpaq sahəsi üzərində X5 hüququnun rəsmiləşdirilməsinə (xx.xx.2019-cu il tarixli Çıxarış və xx.xx.2019cu il tarixli Texniki Pasportunun tərtib edilməsinə) heç bir hüquqi əsas mövcud deyildir. Torpaq payı alacaq vətəndaşların siyahısı və Qax Rayon AİK-nın qərarı hüquqların dövlət qeydiyyatı üçün kifayət etmir və əsas deyildir, qeydiyyat üçün “Torpaq sahəsinin planı və ölçüsü” tələb olunur. xx.xx.2008-ci il tarixli 066823 saylı “Torpaq sahəsinin planı və ölçüsü” isə yalnız X18 adına işlənmişdir. xx.xx.2008-ci il tarixli 066823 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilmiş DTXK tərəfindən X18 adına işlənməsi isə qanunidir və yuxarıda göstərdiyi Əsasnaməyə əsaslanır. Hər bir halda, fərdi yaşayış evinin birinin, onun yerləşdiyi torpaq sahəsinin başqasının mülkiyyətində olması absurd görünür və Torpaq Məcəlləsinin 88-ci və Mülki Məcəllənin 245-ci maddələri ilə uzlaşmır. Yuxarıda göstəriləri rəhbər tutaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli Çıxarış və xx.xx.2019-cu il tarixli Texniki Pasport qanunsuz və əlverişsiz olduğundan ləğv edilməli və yeni sənədlər verilməlidir. Cavabdeh etirazında bildirmişdir ki, X18 vərəsəsi tərəfindən DTXK-nın Qax rayon şöbəsi tərəfindən X18 adına verilmiş xx xxxxxxxx 2008-ci il tarixli, A-066823 saylı torpaq sahəsinin plan və ölçüsü və baş memar tərəfindən təsdiqlənmiş layihə təqdim edilərək Qax şəhəri, N.Gəncəvi küçəsi, 18 ünvanında yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün ərazi idarəsinə müraciət edilmişdir. Ərazi idarəsinin arxiv materiallarında X18 adına Qax şəhəri, Nizami küçəsi, 18 ünvanında yerləşən fərdi yaşayış evinə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair 1001 inventar nömrəli texniki pasport verilməsi barədə məlumat mövcuddur. DTXK-nın Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş Qax şəhərində aqrar islahat zamanı həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısının 516-cı qrafasında X26 və X5 adı göstərildiyindən xx xxxxxxxx 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda fərdi yaşayış evi tam olaraq X18 adına, torpaq sahəsi isə X18 və X6 adına olmaqla ümumi birgə göstərilmişdir. İddiaçı etibarnaməsi ilə çıxış edən X3 şəhəri, N.Gəncəvi küçəsi, 18 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş **********17-10301 reyestr nömrəli çıxarışda torpaq sahəsində mülkiyyətçilər sırasından X6 adı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mülkiyyətçilər sırasına Qax rayon X9 xx xxxxxx 2007-ci il tarixli qərarı əsasında daxil edildiyindən mülkiyyətçilər sırasından çıxarılmasının ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığı vətəndaşa bildirilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə mərhum X5 qızı X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixində ölmüş İddiaçı prosessual hüquq varisi X21 ilə ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının prosessual hüquq varisi X21 izahat verərək, mübahisəli evdə 6 ildən artıq müddətdə yay aylarında gəlib qaldıqlarını, həmin evdə X5, sonra isə X1 yaşamasına dayısı Qalibin icazə verdiyini, əslində evin sənəd üzrə olmasa da, faktiki olaraq Rusiyada yaşayan dayısına məxsus olduğunu, evin təmirinə onun 16 min manata yaxın vəsait xərclədiyi, mərhum X16 və X1 həmişə orada yaşadıqlarını bildirib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edib izahatında çıxarış verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyini, plan ölçü sənədində şəhadətnamədən fərqli olaraq bütün ailə üzvlərinin deyil yalnız bir mülkiyyətçinin qeyd olunduğunu və həmin sənədə əlavə olunmuş siyahıya əsasən də sənəd verildiyini bildirib iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X7 anası ölənə qədər bir yerdə, sonra isə mübahisəli evdə özünün yaşadığını, mərhum iddiaçının ailəsi ilə bir yerdə həmin vaxtlardan yay aylarında gəlib orada yaşadığını bildirib iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili X22 iddiaya etiraz edib izahatında iddiaçının 10 ildən artıq müddət ərizində yay aylarında gəlib həmin evdə ailəsi ilə birlikdə qaldığını, üçüncü şəxsin həmin evin zirzəmisində yaşadığını, iddiaçının da digər şəxslərin də həm üçüncü şəxsin mərhum anasının, həm də üçüncü şəxsin islahat vaxtı orada yaşadıqları bildiklərini, əksinə iddiaçının islahat vaxtı Qaxda qeydiyyatda olmadığını, həmin vaxtlarda Bakıda qeydiyyatda olmaqla yaşadığını bildirib, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X36 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********17-10301 reystr nömrəli fərdi yaşayış evinin texniki pasportunun təsdiqlənmiş surətindən görünür ki, yaşayış evi və torpaq sahəsinin hüquqi subyekləri X26 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə) və X12r (torpaq sahəsi ümumi birgə). İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qax şəhəri, N. ünvan 2 ünvanında yerləşən, 121.3 m2 olan fərdi yaşayış evi X18 tam, torpaq sahəsi isə X17 ilə ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan A seriyalı 066823 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, Qax rayon AİK-nin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı ilə 723.84 m2 torpaq sahəsi X20 adına tərtib olunmuşdur. İş materiallarında olan Qax şəhəri vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid 10.11.206-cı ildə təsdiqlənmiş cədvəldən görünür ki, X27, X16 və X8 adı 516-cı sırada qeyd olunmaqla, xəritədə nömrəsi 516, ailə tərkibi 3, qanuni istifadədə olan həyətyanı sahə 0.09 qeyd olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçının xx.xx.2008-ci il tarixli A seriyalı 066823 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindənən azından 2008-ci ildən məlumatı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçının ləğvini tələb etdiyi çıxarışın verilməsinə əsas olan plan ölçü sənədi isə öz növbəsində Qax rayon AİK-nin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən tərtib olunmuş və həmin qərar ləğv olunmamış və mübahisələndirilməmişdir. Həmin dövrdə mövcud olmuş DTXK-nin Qax rayon şöbəsinin vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi), hazırki halda mübahisəli çıxarışın verilməsinə əsas olmuş plan ölçü sənədinin tərtib olunmasında hər hansı hüququnun pozulması ilə əlaqədar iddiaçı həmin dövrdə qüvvədə olmuş MPM-nin tələblərinə uyğun mübahisə qaldırmamışdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Həmçinin məhkəmə qeyd edir ki, çıxarışın verilməsinə əsas olan plan ölçü sənədi 2008-ci ildə tərtib olunduğu üçün həmin dövrdə də İPM qüvvədə olmadığına görə müvafiq olaraq həmin dövrdə öhdəliyin icrasına dair iddia da mövcud olmamış, vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar iddia qaldırmaq imkanı nəzərdə tutulmuşdur. Hər bir halda çıxarışın verilməsinə əsas olan olan ilkin sənəd ləğv olunmadan çıxarışın ləğvinin mümkün olmaması səbəbindən, qeyd olunan ilkin sənədin də ləğv olunması üçün ilk növbədə cavabdeh inzibati orqana müraciət edilmədiyindən iddia mümkün sayıla bilməz. İddiaçının hüquq varisinə yardım edilərək tələbin dəyişdirilməsi də iddianın mümkün sayılması ilə nəticələnə bilməzdi, belə ki, bu halda da cavabdeh inzibati orqana analoji tələblə müraciət olunması zəruri idi ki, iddiaçı tərəfindən bu edilməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı prosessual hüquq varisi X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X25rşı “Qax şəhəri N.ünvan 1 (yeni qaydada 55) ünvanda yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsi üzərinə X5 hüququnun dövlət qeydiyyatının və həmin evə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində (tam mülkiyyət hüququnda) X18 hüququnun dövlət qeydiyyatına alaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar