Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-432/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X1rşı “müayinə olunduğu xx.xx.2021-ci il tarixindən müvafiq əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarının ləğv edilməsi və əlillik alt-sistemində xx.xx.2023-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “müayinə olunduğu xx.xx.2021-ci il tarixindən müvafiq əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Hərbi Həkim Komissiyasının 173 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə Göyçay RHK tərəfinfən 1993-cü il tarixdə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğu tərəfindən 1998-ci il tarixdə amnistiya qərarı təybiq edilmiş, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü il tarixdə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi M.Nağıyev adınna təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ çiyin qurşağının nayihəsinin kor güllə yaralanması, körpücük sümüyünün sınığı” və xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə oluduğu yaralanma-diaqnoz: “Sağ tərəfdən deltavarı-döş şırımının yad cismi, sağ tərəfdən boynun güllə yaralanmasının açılması” Göyçay RHK-nın xx.xx.2008-ci il tarixli, 306 nömrəli göndərişi, xx.xx.2008-ci il tarixli 147 nömrəli arayışı, M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çağırış epikrizilə təsdiq edilir) Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə müddəti başa çatmış əlilliyin yenidən müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il müayninə tarixli göndərişə baxılmış,diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əliliyin təyinindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Göyçay rayon sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0276003AAMAZ nömrəli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisinənin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyi göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfinfən xx.xx.2008-ci il tarixli 198 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ çiyin qurşağı nahiyəsinin kor güllə yarası. Körpücük sümüyünün sınığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kloniki Hospitalında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ tərəfdən deltavari-döş şırımının yad cismi (metal qəlpə), sağ tərəfdən boynun güllə yaralanmasının açılması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sağ körpücük sümüyü proyeksiyasında 8-10 sm ölçüdə əməliyyat çapığı, sağ saidin orta 1/3-də köndələn istiqamətdə çapıq izlənilmiş, sağ yuxarı ətrafda əzələ gücü, tonusu normal, reflekslər canlı və barəbər çağırılmış, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş “Xəstənin hazırki obyektib vəziyətinin müayinəsi zamanı sağ körpüçük sümüyünün alt hissəsində 5 sm uzunluğunda, sağ saidin içəri səthində 8 sm uzunluğunda köndələn çapıq izlənilmiş, lakin hərəkətləri sərbəst müəyyən edilmişdir. Təqdim olunmuş hərbi biletə əsasən AR Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslərin amnistiya haqqında” xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın Hərbi Xidməti ləğv edilmişdir.” Qiymətləndirilmiş, hazırkı sağlamlıq vəziyyətində əlillik təyinaına əsas verən dinamikada ağırlaşma aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kainetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasinda iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021cu il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022cu il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2022-ci il tarixli **********6 nömrəli Qərarı; - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2618/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 5102/2023 nömrəli rəyi . Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T5102/2023 nömrəli rəyində deyilir: “1975-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Bazu kələfinin zədələnməsi, sağ bazu kələfinin posttravmatik plexiti, yuxarı ətrafların monoplegiyası, sağ yuxarı ətrafın trofıki, hərəki, hissi pozulmalarla - yuxarı ətrafın parezi, oynaqların kontrakturası, sağ bazu oynağının posttravmatik yaralanmasından sonrakı kontrakturası, sümük sınığının pis bitişməsi, sağ körpücük sümüyünün orta A-nin güllə yaralanmasından sonrakı qeyri-düzgün bitişməsindən sonrakı ağır sindromu” diaqnoz ona şikayətləri, anamnezi, xəstəliyin klinik əlamətləri, obyektiv müayinəsi və laborator instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı əvvəllər qoyulmuş “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi İlə əlaqədar əlillik; Sağ çiyin qurşaq nahiyəsinin kor güllə yarası, körpücük sümüyünün sınığı və sağ tərəfdən deltavari- döş şırımının yad cismi (metal qəlpə), sağ tərəfdən boynun güllə yaralanmasının açılması” diaqnozu onun hazırkı vəziyyətini əks etdirir və xəstəliklər sağalmışdır, yəni şəxsin əyani müayinəsi zamanı yaralar yerində çapıq toxuma, körpücük sümüyünün sınığı yerində isə sümük döyənəyi əmələ gəlmişdir, nevroloji statusda ocaqlı patologiya aşkar edilməmiş, bir sözlə onun hazırkı sağlamlıq durumunda əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmişdir. İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmətibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda kobud psixoproduktiv əlamətlər, davranış pozuntuları müəyyən edilmişdir. Nəticə etibarı ilə iddiaçının orqanizminin funksiyalarının pozulması əlillik əlaməti təyin etmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X1rşı “müayinə olunduğu xx.xx.2021-ci il tarixindən müvafiq əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-432/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-432/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver