Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-434/2024 24.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçının sahib olduğu, Qəbələ rayon Zarağan kəndində yerləşən “Okean” şadlıq sarayında operativ nəzarət qaydasında xronometraj metodu keçirdiyi 20-22 oktyabr 2022-ci il tarixlərdəki müşahidə nəticəsində gündəlik satış dövriyyəsinin 1120 manat müəyyən edilməsi barədə tərtib etdiyi xx.xx.2022-ci il tarixli , seriya DVX, 014085№-li Aktın ləğv edilməsi, iddiaçının adının Azərbaycan Respublikasının X7 ödəyicisinin Dövlət Reyestrindən çıxarılaraq sadələşdirilmiş vergi ödəyicisi hesab edilməsi və ƏDV ödəyicilərinin Dövlət Reyestrinə daxil edilərək iddiaçıya tətbiq edilən sanksiyaların, cərimələrin və faizlərin silinməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yerləşən “Okean” şadlıq sarayının sahibidir və fərdi sahibkardır. Cavabdeh, 10 saylı ərazi vergilər idarəsi onun vergi ödəmə fəaliyyətinin vergi qanunvericiliyinə uyğun olub-olmamasını, ödədiyi verginin təqdim etdiyi vergi bəyannamələrində göstərdiyi dövriyyəyə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün operativ vergi nəzarəti qaydasında xronometraj metodu ilə müşahidə aparmaq qərarına gələrək, 20-22 oktyabr 2022-ci il tarixlərdə “Okean” şadlıq sarayında xronometraj müşahidə aparmışlar. 2022-ci ilin oktyabr ayının 20-də dövriyyə sıfır olmuşdur. 21 oktyabr 2022-ci il tarixdə keçirilən toy şənliyində 1710 manat, 22 oktyabr 2022-ci il tarixli toy şənliyində isə 1650 manat mədaxil olmuşdur. Yəni, 3 gündə dövriyyə 3360 manat olmuşdur. Bu məbləğ 3 günə bölünərək gündəlik dövriyyə 1120 manat müəyyən edilmişdir. Beləliklə, iddiaçının 2022-ci il üçün gündəlik dövriyyəsini 1120 manatdan götürərək illik dövriyyəmi əsassız olaraq 200 000 manatdan artıq hesablayaraq iddiaçını sadələşdirilmiş vergi ödəyicisindən, X7 ödəyicisi kimi qeydiyyata almışlar. Bu barədə **********9 №-li bildiriş göndərilmişdir. Bildirişdə göstərilir ki, qeydiyyatın aparılmasına əsas **********998300; qeydiyyatın qüvvəyə mindiyi tarix xx.xx.2023 qeydiyyata alınma tarixi: xx.xx.2023. İddiaçı aparılmış xronometrajın düzgün aparılmadığını uyğunsuz olduğunu, ona görə də xronometraj aparılmasını tələb edərək cavabdehə xx.xx.2023-cü ildə müraciət etmişdir. Müraciətinə cavabdeh tərəfindən baxılmış, lakin təmin edilməmişdir. Bundan sonra o, xx.xx.2023-cü ildə cavabdehin qərarından yuxarı inzibati orqana şikayət etmişdir. X4 Xidmətinin İnzibati Şikayətlərə Baxılması Baş idarəsi tərəfindən baxılmış,xx.xx.2023-cü il tarixli **********640900 №-li qərarla şikayəti təmin edilməmişdir. “Okean” şadlıq sarayının illik dövriyyəsinin 200.000 manatdan artıq olması barədə cavabdeh, 10 saylı Ərazi Vergilər İdarəsinin mənim Azərbaycan Respublikasının X7 ödəyicilərinin Dövlət Reyestrinə daxil edilməm üçün tərtib etdiyi **********008300 saylı əsasın ləğv edilməsi, mənim adının ƏDV ödəyiciləri Dövlət Reyestrindən çıxarılması, ƏDV ödəyicisi kimi mənə tətbiq edilmiş saksiya və cərimələrin ləğv edilməsi, sadələşdirilmiş vergi ödəyicisi hesab edilməyi barədə qərar qəbul edilməlidir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********8048 nömrəli Qərarına əsasən vergi ödəyicisi İddiaçı məxsus ünvan 1i ünvanda yerləşən "Okean” şadlıq sarayında (**********-44005) idarənin əməkdaşları kiçik vergi xidməti müşaviri X5 və kiçik vergi xidməti müşaviri X1 tərəfindən xronometraj metodu ilə müşahidə keçirilmişdir. İddiaçı ərizəsində Vergi Məlləsinin 50.1.3-cü maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Bildiririk ki, xronometraj metodu ilə müşahidənin aparılması Vergi Məcəlləsi ilə vergi orqanının hüquqlarına aid edilmişdir və VM-nin 50-1.3-cü maddəsində qeyd edilmişdir ki, xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6 cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilmələ 15 iş günüdən çox olmayan müddətdə aparılmalıdır. Göründüyü kimi cavabdeh heç bir hüquq pozuntusuna yol verməmiş, vergi ödəyicisinin obyektində 3 iş günü ərzində xronometraj metodu ilə müşahidə aparılmaqla müşahidənin nəticəsi aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi aktı imzası ilə təsdiqləmişdir. Xronometraj metodu ilə müşahidə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli KY221830698 nömrəli “Sahibkarlıq sahəsndə aparılan yoxlamaların vahid məlumat reyestri"ndən çıxarışa əsəsən Xronometraj metodu ilə müşahidə aparılması haqqında Qərara əsasən qanunauyğun şəkildə həyata keçirilmişdir. Xronometrajın nəticəsinə əsasən 20 oktyabr 2022-ci il tarixdə keçirilən müşahidənin nəticəsi sıfır olmuş, yəni dövriyyə olmamış, 21 oktyabr 2022-ci ilin nəticəsi 1710 manat, 22 oktyabr 2022-ci ilin nəticəsi 1650 manat olmaqla, 3 gönlük dövriyyə 3360 manat, orta gündəlik dövriyyə isə 1120 manat olmuşdur. Orta gündəlik dövriyyəyə əsasən illik dövriyyə 200000 manatı ötdüyü üçün vergi ödəyicisi X7 məqsədləri üçün özü ərizə vermədiyi üçün idarə tərəfidən xx.xx.2023-cü il tarixli **********326800 nömrəli vergi ödəyicisinə göndərilmiş “X7 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” bildirişə əsasən xx.xx.2023-cü il tarixdən ƏDV məqsədlər üçün məcburi qeydiyyata götürülmüşdür. İddiaçı ərizəsində cavabdehə xx.xx.2023-cü il tarixdə təkrar xronometraj metodu keçrilməsinə ərizə ilə müraciət etdiyini, müraciətin təmin edilmədiyini bildirmişdir. Bildiririk ki, vergi ödəyicisi “Fiziki şəxsin fəaliyyətinin dayandırılmasına ərizə ilə müraciət etməklə fəaliyyətini xx.xx.2023-cü il tarixdən xx.xx.2098-ci il tarixədək dayandırmışdır. Göründüyü kimi ödəycinin ərizə ilə təkrar xronometrajla bağlı müraciət etdiyi xx.xx.2023-cü il tarixdə onun fəaliyyəti passiv olmuşdur. 10 saylı Ərazi Vergilər idarəsində xx.xx.2004-cü ildən vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) tərəfindən 2023-cü il yanvar, fevral və mart ayı hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzərində yaranmış elektron və elektrondan kənar uyğunsuzluqlar əsasında kameral vergi yoxlaması apanlaraq 12130,17 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Belə ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2023-cü il yanvar, fevral və mart aylan hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzərində aşağıdakı məzmunlu elektron və elektrondan kənar uyğunsuzluqlar aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq bildiririk ki, İddiaçı şikayətində göstəriyi dəlillər tam əsassızdır, heç bir hüquqi əsası yoxdur. Vergi orqanı xronometraj metodu ilə müşahidəni Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilməklə aparmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Xronometraj metodu ilə müşahidə aparılması haqqında xx.xx.2022-cü il tarixli **********8048 nömrəli qərar.
2. xx.xx.2022-ci il tarixli , seriya DVX, 014085№-li Aktın surəti.
3. Cavabdehin 12 sentyabr 2023-cü il tarixli etiraz məktubu və ona əlavə olunan sənədlər.
Əsaslandırma hissəsi
İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki,iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilməklə işə mahiyyəti üzrə baxılmalıdır.Belə ki,iş materiallarından görünür ki,iddiaçı tərəfindən hazırkı qərardan yuxarı inzibati orqana şikayət verilmiş,şikayəti təmin edilmədikdən sonra məhkəmə müraciət edilmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərarının ləğv edilməsi,dolayı yolla adının X7 ödəyicisinin Dövlət Reyestrindən çıxarılmasından ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli **********8048 nömrəli Qərarına əsasən vergi ödəyicisi İddiaçı məxsus ünvan 1i ünvanda yerləşən "Okean” şadlıq sarayında (**********-44005) 3 gün müddətində xronometraj metodu ilə müşahidə keçirmişdir.Həmin xoronometraj nəricəsində isə iddiaçının X7 ödəyicisi hesab edilməsi qərara alınmışdır.Bununla bağlı xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində mübahisələndirilən qərar xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir.Aparılmış xronometraj müşahidəsi qısa müddətli olmaqla bərabər toy-nişan mərasimlərinin adətən təşkil edildiyi həfətin cümə və şənbə günlərində aparılmışdır.Bu səbəbdən də cavabdeh inzibati orqanın gəldiyi nəticə ilə iddiaçının dövriyyəsi digər aylarda və günlərdə tamamilə əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır. Vergi qanunvericiliyi vergi orqanına xronometraj metodu ilə operativ vergi yoxlamasının keçirilməsi sayında və ya müddətində məhdudiyyət qoymamışdır. İddiaçının xronometraj metodu ilə yoxlama keçirilən aylardan başqa digər günlərdə və aylarda, xüsusən həftəsonunu seçməsi iddiaçının orta günlük dövriyyəsi əhəmiyyətli dərəcədə dəyişmiş, dövriyyə məbləğində fərq olmuşdur. Cavabdeh sonradan nə öz təşəbbüsü ilə yenidən xronometraj metodu ilə müşahidə aparmamış,nə də iddiaçının belə müraciətini təmin etməmişdir. Təqdim edilmiş dövriyyə barədə məlumata əsasən də müəyyən edilir ki,iddiaçının xx.xx.2021-xx.xx.2022-ci illərdə sadələşdirilmiş vergi bəyənnamələrinə əsasən dövriyyəsi 120100 (yüz iyirmi min yüz) manat olmuşdur.Göründüyü kimi mübahisələndirilən qərara əsasən iddiaçının dövriyyəsi 200 min manatdan artıq hesab edilir ki,bu da əvvəlki ilin məlumatından ən azı 80 min manat artıq olmasını göstərir. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə,yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,mübahisələndirilən qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı X7 ödəyicisi hesab edilməsinə dair xx.xx.2023-cü il tarixli, **********998300 nömrəli qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.