Məhkəmə qərarları › İş №2-1(116)-435/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-435/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-435/2021 15.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdeh qarşı "Zərdab rayonu Təzəkənd kəndi ərazisində yerləşən, xx.xx.1999-cu il tarixli JN-136 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin X1 xx.xx.2014-cü il tarixli 27/543 nömrəli arayışına əsasən ona və digər ailə üzvlərinə məxsus olan 1-ci planşetdə olan 13539 kv.m çöl torpaq sahəsinin Cavabdeh satılması barədə Zərdab Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2014cü il tarixli müqavilənin etibarsız hesab edilməklə ləğv olunması" bardə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "Zərdab rayonu Təzəkənd kəndi ərazisində yerləşən, xx.xx.1999-cu il tarixli JN-136 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin X1 xx.xx.2014-cü il tarixli 27/543 nömrəli arayışına əsasən ona və digər ailə üzvlərinə məxsus olan 1-ci planşetdə olan 13539 kv.m çöl torpaq sahəsinin Cavabdeh satılması barədə Zərdab Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2014cü il tarixli müqavilənin etibarsız hesab edilməklə ləğv olunması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində deyilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri "İnzibati icraat haqqında" Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 5.1-ci bəndinə görə, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır İşdən görünür ki, hazırkı mübahisə üzrə tərəflərdən heç biri inzibati orqan deyil və həmin mübahisə inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlmir. İddiaçının mübahisələndirdiyi alğı-satqı müqaviləsi mülki hüquqi əqddir. Bu səbəbdən də həmin iddiaya baxılması inzibati məhkəməyə aid deyil. İddiaçı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi barədə iddia ilə mülki məhkəmə icraatı qaydasında Zərdab Rayon Məhkəməsinə müraciət edə bilər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, bununla bağlı fikirlərinin bildirilməsi üçün 10 gün müddət təyin edilmiş, lakin təyin olunmuş müddət ərzində iddiaçı məhkəmənin məktubuna cavab verməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, sadalanan hallara görə hazırkı iddianın inzibati icraat çərçivəsində həlli yoxdur, bu səbəbdən də iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı "Zərdab rayonu Təzəkənd kəndi ərazisində yerləşən, xx.xx.1999-cu il tarixli JN-136 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin X1 xx.xx.2014-cü il tarixli 27/543 nömrəli arayışına əsasən ona və digər ailə üzvlərinə məxsus olan 1-ci planşetdə olan 13539 kv.m çöl torpaq sahəsinin Cavabdeh satılması barədə Zərdab Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2014cü il tarixli müqavilənin etibarsız hesab edilməklə ləğv olunması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar